elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 июня 2019 г.

Yuzil Rəşad oğlu Zülfüqarov

Yuzil Rəşad oğlu Zülfüqarov 25 mart 2007-ci ildə Bakı şəhə­rində dünyaya göz açıb. Körpəlikdə çox sakit uşaq olub. Hər şeylə maraq­lanıb. Məktəbə gedənə qədər yazıb-oxumağı bilməsə də, riyaziyyatı yaxşı bilirdi. Toplama, çıxma hətta 5-ə qədər vurma cəd­və­lini və saatı da bilirdi. Ziyalı ailəsində do­ğul­duğu üçün evdə hamı onunla su­al cavab edir, bilikli uşaq ol­ması üçün çalışırdılar. 4 ya­şın­dan televi­zi­ya verilişlərinə bax­maqla intellekt səviyyəsini ­yüksəlt.
Yuzil orta təhsilə Qara­dağ rayon Ələt qəsəbəsindəki 302 saylı orta məktəbdə baş­layıb. Hazırda isə 127 saylı E. Rzayev adına tam orta məktəbdə təhsil alır. O, əlaçıdır və bütün fənnləri çox sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə çı­xış edərək, öz istedadını açıq­ca göstərmişdir. 
 18 iyun 2010 tarixi Yuzil üçün yaddaqalan tarixdir, onun bacısı bu tarixdə dün­yaya gəlib. 
Yuzil idmanla da məşğul olur. Onun təhsil və idmandakı təltif­lə­rini sizə təqdim edirik: 23 dekabr 2013-də kəmər dərə­cəsini təsdiq edən rəsmi sertifikat, karate-do üzrə II yer diplom, 30 dekabr 2019-cu ildə karate-do üzrə II yer diplom, bilik yarışı üzrə sertifikat, 21 dekabr 2014 tarixində bilik yarışı üzrə I yer diplom, 8 mart 2015-də bilik yarışı üzrə I yer, 7 aprel 2015-ci ildə ən yaxşı nağılbaz nominasiyası üzrə diplom, 29 noyabr 2015 tarixində bilik yarışı üzrə I yer, 15 may 2016-cı ildə bilik yarışı üzrə I yer, 2015-2016-cı il təşəkkürnamə, 16 dekabr 2016-cı ildə diplom, 31 may 2017-ci ildə tərifnamə, 14 mart 2018-də fəxri fərman, 30 yanvar 2019-da "Region məktəbləri üzrə istedadlı şagirdlərin seçilməsi" fəxri fərman, 21 aprel 2019-cu ildə kenquru beynəlxalq riyaziyyat müsa­biqəsi üzrə sertifikata layiq görülüb. 
Bu istedadlı balamız Yuzil, əldə etdiyi uğurlara görə ailəsinə, xüsusilə atasına minnətdar olduğunu bildirir. O, atası kimi olamağı və universitetə qəbul olmağı arzulayır. 
Yuzil Az.TV-də və Günəş TV-də uşaq verilişində uğurlu çıxış edib. Uğurların bol olsun Yuzil!

Ələsgər Tunar Rafiq oğlu


Ələsgər Tunar Rafiq oğlu 16 iyul 2011-ci ildə Bakı şəhərində doğulub. Körpəlikdə çox ağıllı uşaq olub, etdiyi hər hərəkəti düşünərək edib. Gördüyü hər şeylə maraqlanıb, onun haqqında məlumat toplamağa çalışıb. Sual verməyi xoşlayıb. 2 yaşından bağçaya gedib, bağçada da müəllimləri həmişə ondan razılıq ediblər. Uşaq bağçasında müəllimlərin öyrətdiyi çoxsaylı şeir və nağılları əzbər söyləyib. Bağça müəllimləri ilə yanaşı anasının ona öyrətdiyi şeirləri də çox gözəl intonasiya ilə ifadə etməyi bacarıb. Məktəbəqədər hazırlıq kursunda öz istedadı ilə fərqlənib. Müxtəlif riyazi hesablamaları cəld və düzgün aparmağı bacarıb. Yüksək qavrama qabiliyyətinə və zəkaya malik olub. 1 yaşından səlis danışmağa başlayıb. Musiqiyə, rəqsə və rəsmə marağı böyükdür. Anası ona məktəbə getməzdən öncə yazıb-oxumağı tamamilə öyrədib. Tunar I sinfə Bakı şəhər 163 №-li orta məktəbində gedib. Dərslərini çox yaxşı oxuyur. Qardaşı ondan öncə məktəbə başladığı üçün Tunar qardaşı ilə bərabər I sinfin dərs materiallarını öyrənib. Qardaşının ev tapşırıqlarını Tunar ondan öncə yerinə yetirib.
Tunar bütün fənləri çox sevir. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Tunar müəllimlərinin sayəsində ən böyük uğurlara imza atmaq istəyir. Onun seçilən şagird olmasında sinif rəhbəri Yaqut müəllimin rolu böyükdür.
Tunar asudə vaxtlarında şəkillər çəkir, velosiped sürür, plastilindən və rəngli kağızlardan müxtəlif fiqurlar hazırlayır. Rəqs etməyi çox sevən Tunar müxtəlif rəqslər edir. Gələcəkdə mühəndis olmaq arzusundadır.
Biz əminik ki, Azərbaycan Respublikasının gələcək inkişafında, dünya miqyasında hər hansı bir sahədə tanınmasında Tunarın da böyük rolu olacaq.
Uğurların bol olsun.


İmaməliyev Rəvan Şahin oğlu


İmaməliyev Rəvan Şahin oğlu 31 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından fəallığı, zəkası ilə yaşıdlarından fərqlənib. O artıq 4 yaşında müstəqil oxuyur, hesablaya bilir və fikrini sərbəst ifadə edirdi.
Rəvan 2011-ci ildə ilk təhsilini Yasamal rayonunun 20 saylı məktəb-liseyində alıb və təhsil aldığı müddətdə ən fəal şagirdlərindən biri olub. İbtidai sinifdə oxuyarkən rəsm sərgisində fərqləndiyinə görə və “Beynəlxalq ana dili günü” münasibəti ilə keçirilən tədbirdə diploma layiq görülmüşdür.
O, 2015-2017-ci illərdə Yasamal rayonunun 53 saylı məktəbində təhsilini davam etdirmiş, bu dövrdə bir sıra tədbirlərin və olimpiadaların iştirakçısı olmuşdur. Ona Təhsil Nazirliyi və Ombudsman təsisatının birgə həyata geçirdiyi “Uşaq hüquqlarının pilləsi tədrisi” layihəsinin sertifikatı verilmişdir. Məktəbin ictimai işlərində fəal iştirakına görə o, dəfələrlə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2016-cı ildə o, Lütfi Zadə adına məktəblərarası I məntiq olimpiadasının final iştirakçisi olmuş və sertifikat almışdır. 2017-2018-ci illərdə Rəvan təhsilini yenidən 20 saylı məktəb-liseydə davam etdirmişdir. Məktəblərarası IV Fənn müsabiqəsində biologiya fənni üzrə III yeri tut- duğuna görə Kimya-biologiya təmayüllü liseyə dəvət almış və 2018-ci ildən bu liseyin “olimpiada” sinfində təhsilini davam etdirir. O, FİBANACCİ intelektual bilik yarışmasında lisey komandasının tərkibində çıxış etmiş və fəal fiştirakına görə Təhsil Nazirliyinin təşəkkürnaməsinə layiq görülmüşdür.
Rəvan İmaməliyev dərs əlaçısıdır. O, mütaliəni çox sevir. İdmana, musiqiyə, intelektual verilişlərə xüsusi marağı var.Arzusu həkim olmaq və bir vətəndaş kimi dövlətimizi layiqincə təmsil etməkdir. Qazandığı nailiyyətlərlə kifayətlənməyən bu gənc gələcəkdə daha böyük uğurlar əldə etməyi qarşısına məqsəd qoymuşdur.

Rzazadə Fidan Azər qızı

 
Rzazadə Fidan Azər qızı 19 aprel 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Fidan körpəlikdən təmkinli, səliqəli, ağıllı və şən uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək, musiqi din­ləmək və eyni zamanda müx­təlif mahnılar ifa etmək idi. Qəhrəmanımız kiçik yaş­la­rın­dan təhsilə, öyrənməyə maraq göstərib. Bu marağın sayəsində məktəbə gedənə qədər yazıb-oxumağı evdə anasının köməyilə öyrənib. Eyni zamanda məktəbə­hazır­lıq kurslarında da təhsil alıb. Kursdakı müəllimin onun yetişməsində böyük əməyi olub. 
Fidan I sinfə Qaradağ ra­yo­nu Müşfiqabad qəsəbəsin­dəki 274 №-li tam orta məktəbində başlayıb. İkinci sinfi də həmin məktəbdə oxu­yub. 
Yaşayış yerlərini dəyiş­mək­lə əlaqədar Fidan hazırda isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 282 saylı məktəbdə təhsil alır. O, dərslərini əla oxuyur, bütün fənləri eyni cür əzmkarlıqla oxumağa çalışsa da ən sevdiyi fənlər Azərbaycan dili və həyat bilgisidir. Fidangilin sinfi növbəti tədbirə hazırlaşır. O, hazırda həmin tədbirdə “Əhməd haradadır” filmindəki Nərgiz obrazını canlandırmağa hazırlaşır. 
Fidan balamız orta məktəbdə oxuduğu dövrdə həm də fortepia­noda ifa etməyi öyrənib. 
Fidan əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə borcludur. Müəllimlərinin əməyi böyükdür onun üzərində. 
Fidan gələcəkdə modelyer-dizayner sənətinə sahiblənmək istəyir. O, gözəl geyim dizaynları cızır. Öz gəlinciklərinə gözəl geyimlər tikir. Asudə vaxtlarını da gələcəkdə sahiblənmək istədiyi peşə ilə məlumatlar toplamağa, yeni biliklər əldə etməyə sərf edir.



3 июня 2019 г.

Rzayeva Zəhra Nəsimi qızı

Rzayeva Zəhra Nəsimi qızı 8 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə başlayıb. Hazırda Bakı şəhəri K.Əliyev adına 61 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Zəhra körpəlikdə dəcəl, ağlağan və çox diqqətcil uşaq olub. Ətrafdakılar haqqında çox sual soruşardı.  Çox məlumat alardı. Məktəbə gedənə qədər şifahi, sade riyazi hesablamalar aparır, çoxlu nağıl və şeirlər bilirdi. Hələ 3 yaşından kitaba, dəftərə marağı böyük olub. Şəkillər haqqında özü sərbəst hekayələr qurardı.  Bağçada müəllimləri və valideynləri tərəfindən kitab dəftərə maraq yaranmışdı. Hazırda dərslərini yaxşı oxuyur, əlaçıdır. Ən sevdiyi fənlər riyaziyyat həyat bilgisi və ingilis dilidir. Məktəbdaxili bayram tədbirlərində və məktəbdənkənar tədbirlərdə fəal iştirak edib. Tədbirlərdə aparıcılıq, rəqs edib və müxtəlif səhnələrdə rol alıb. Həyatında ən maraqlı gün  ilk dəfə məktəbə getdiyi gündür. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərine  borclu olduğunu bildirir.  Fəaliyyətibdən dolayı anasına oxşamaq istəyir. Zəhra sahib olduğu peşənin ən yüksek zirvəsinə çatmaq niyyətindədir. Rus,ingilis alman və fransız dillərini mükəmməl olaraq öyrənmək istəyir. Zəhra  bir müddət şahmatla məşğul olub. Şahmata sonsuz marağı onda gələcəkdə yarışlarda iştirak etmək həvəsi yaradıb. Gələcəkdə hüquqşünas  olmaq istəyir. 5 yaşından bu fikrə düşüb. Onun anası hüquqşünas olduğu üçün Zəhra da bu sahəyə sahib olmaq arzusundadır. Asudə vaxtlarında internetdən maraqlı məlumat əlde edir və rəqs edir. Bir müddət şahmatla  məşğul olmuş, rəqsə getmiş və mental arifmetika (suretli hesablama) ilə məşğul olmuşdur. Tarixin yaddaşında yaşamaq üçün layiqli vətəndaş kimi yetişmək və ölkəmizi dünyada təmsil etmək istəyir

Qafarova Aytən Hidayət qızı

Qafarova Aytən Hidayət qızı 3 mart 2004-cu ildə Xaçmaz rayonu Müşkül kəndində anadan olub. Aytən körpəlikdə sakit təbiətli, mülayim və xoşxasiyyət uşaq olub. Onun ən sevimli məşğuliyyətləri voleybol oynamaq və cürbəcür idman hərəkətləri etmək idi. Eyni zamanda da rəngli boyalara qarşı marağı olub. Fantaziyalarına görə cızma-qaralar etməyi sevərdi. Aytən 10 yaşından rəsm çəkməyə maraq göstərib və atası ona bu sahədə köməklik göstərib. Demək olar ki, bu marağı onda atası oyadıb. Qafarova Aytən ilk təhsilini Binəqədi rayonu Biləcəri qəsəbəsi 284 nömrəli tam orta məktəb alıb. Onun ən sevimli fənləri ədəbiyyat, fizika ,kimya və rəsmdir. Aytən "Mənim dünyam, mənim rəsimlərimdir" tədbirində iştirak edib. Onun öz rəsimlərindən ibarət sərgisi olub və eyni zamanda bunla bağlı çıxış edib. Kursda keçirilən imtahanlardan yaxşı nəticələr göstərdiyi üçün tərifnamə əldə edib,ilk fəxri fərmanı isə"Mənim dünyam,mənim rəsimlərimdir"tədbirindən alıb. Əldə etdiyi naliyyətlərinə görə ilk öncə valideyinlərinə daha sonra isə müəllimlərinə borclu olduğunu bildirir. O, fəaliyyətindən dolayı Maral Rəhmanzadə kimi tanınmış biri olmaq istəyir. Hədəfləri olduqca böyükdür. Azərbaycan incəsənətini xaricdə tanıtmaq arzusundadır. Gələcəkdə rəssamlıqla bağlı çox böyük addımlar atmaq istəyir. Onun eyni zamanda dizaynerliyə də böyük marağı var. 5ci sinifdən bu fikrə gəlib. Aytən atasında da belə bir bacarığın olmağından ilhamlanaraq şəkil çəkməyə günü-gündən həvəslənir. Asudə vaxtlarında rəsmlə məşğul olur və rəssamlığın sirrlərini araşdırır. Təbiət mənzərələri çəkməyə daha çox üstünlük verir və paltar dizaynı etməyi də çox sevirəm. Onun hətta ilk rəsmləri bu barədə olub. Aytən Azədbaycanın milli-mənəvi dəyərlərini,tarixi abidələrini, çəkdiyi şəkilləri sayəsində gələcək nəsillərə məlumat olaraq yollamaq niyyətindədir.