elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 декабря 2014 г.

Nənə Sona - nəvə Sona

Rəhimzadə Sona Zakir qızı 10 dekabr 2002-ci ildə Bakı şəhərində dünyaya gəlib. Sona zəif, ağlağan bir uşaq olub. Nənəsinin adını daşıdığına görə xüsusi diqqət görmüşdür. Nənəsinin körpə dəcəli, babasının Sona balası.
Açıq havada gəzməyi çox sevirdi Sona. Sona gül həvəskarı idi, elə indi də gülləri çox sevir, qulluğunda durur.
Məktəbə getməmişdən böyük səylə hərfləri səhv-düz yaza-yaza öyrənirdi. Ona bu sahədə Gülüm xalası yardımçı olurdu, səhvlərini düzəldir, onu ruhlandırırdı.
İlk təhsil aldığı məktəb Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən 1 saylı məktəb olmuşdur. Hal-hazırda Xətai rayonundakı 194 saylı məktəbdə VI sinifdə təhsilini davam etdirir. Sona dərslərini yaxşı oxuyur. Bütün fənləri çox sevir. İstər məktəbdaxili, istərsə də məktəbdənkənar tədbirlərdə öz aktivliyini göstərir.
Sona asudə vaxtlarında bədii kitablar oxuyur və müxtəlif mənzərələri kağız üzərinə köçürür.
Əldə etdiyi uğur və nailiyyətlərin əsas səbəbkarı valideyinləri, müəllimləri və xüsusiylə müəlliməsi Lalə Dadaşovadır. Sona da müəlliməsi kimi işinin peşəkarı olmaq istəyir. Gələcəkdə həkim olub, nənəsi Sona Mehdiyevanın yolunu davam etdirmək arzusundadır.
Baba deyər: Sonası,
Sən atanın anası.
Göldə bir sona üzər,
Sən hansısan, o hansı?

Yusif Dirili

Babanın, nənənin küsəyən balası - Ləliş

Ləliş baba Ləliş bala... Rəhimzadə Ləliş Zakir oglu. 9 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Sarışın, qıvrım saçlı, mavi iri gözləri olan uşaq olub. Dəcəl, heç kimlə oyuncaqlarını bölüşməyən, kimsənin də oyuncağına toxunmayan küsəyən,nənə babasının ərköyun balası olub. Balacalıqda qumla oynamağı, qumdan maraqlı heykəllər düzəltməyi sevirdi.Su ilə oynamaq Ləlişin maraqlı məşğuliyyətlərindən biri olub.
Məktəbə gedənəcən yazıb-oxumağı bilirdi. Bənövşə Rəhimova Ləlişin ilk müəllimi olub. Şeir demək qabiliyyətinə görə o, həmişə seçilib.Nənəsi Sona xanım Ləlişin ilk şeirində onun bu istedadını aşkar edib.
İlk təhsil aldiğı məktəb Xətai rayonu 245 saylı məktəb olmuşdur. Hazırda Xətai rayonu 194 saylı məktəbin V sinfində təhsilini davam etdirir. Bir şagird olaraq müəllimlərin,övlad olaraq valideynlərinin ümidlərini doğrultmağı bacarır.Bütün fənləri sevir,amma riyaziyyata olan marağı daha güclüdür. Məktəbin əksər tədbirlərində fəal iştirak edir,şeir söyləmək qabiliyyətinə görə bütün tədbirlərdə Ləlişin  çıxışı olur. “9 Noyabr Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə rayon məktəbləri arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olunub. “Anamin balasi” verlişində otaq bitkiləri haqqında radioda çıxışı olmuşdur.
Asudə vaxtlarında kitab oxumağı və şəkil çəkməyi sevir.
Ləlişin gələcək planları yaxşı oxuyub məktəb və respublika tədbirlərdə iştirak etmək, bankda işləmək,öz səhəsinin mütəxəssisi olub müəllim və valideyinlərini sevindirməkdir.
Babası - Oktay Rəhimov onun kumiridir. Ləliş onun  kimi savadlı, hörmət sahibi olmaq istəyir.
Ləliş kişi, nər kişi,
İgid kişi, ər kişi.
Qolu güclü, gözü tox,
Belə olmaz hər kişi

Yusif Dirili

29 декабря 2014 г.

Babayeva Ülkər Ruslan qızı



Uşaqlıqdan sakit təbiətli uşaq olan Ülkər oyuncaqları ilə oynamağı çox sevirdi. Həmyaşıdları ilə çox tez ünsiyyət qurmağı bacarır. Anası ona yazmağı, oxumağı, riyazi əməllərdən toplama və çıxmanı öyrətmişdi. O, həmişə şəkilli nağıl kitabları ilə maraqlanar, valideynlərindən tez-tez ona nağıllar söyləməsini tələb edirdi. Bağça müəllimi də həmişə ondan razı qalardı. Ülkərin yazıb-oxumağa xüsusi meylinin olmasında anasının rolu olmuşdur. Belə ki, o, qızına oyuncaqlarla bərabər rəngləmək üçün kitablar, nağıl kitabları, albom və rəngli karandaşlar alardı. Boş vaxtlarında onunla məşğul olardı ki, bu da balaca Ülkərdə yazıb-oxumağa maraq oyatmışdır. Hazırda 270 saylı məktəbin şagirdi olan Ülkər əlaçıdır və dərslərini yaxşı oxuyur. Onun ən çox sevdiyi fənlər Azərbaycan dili və ingilis dili fənləridir. Əlaçı olmaqla yanaşı, o, keçirilən tədbirlərdə fəal iştirakı ilə seçilir.

Ülkər bütün bunlarla yanaşı xüsusi istedadının olması ilə yoldaşlarından fərqlənir. Belə ki, o, şeir yazmaq qabiliyyətinə malikdir. Buna baxmayaraq o, ağ xalatlı həkim olmaq istəyir. 4-5 yaşlarından həkim olmaq fikrinə düşüb. Peşəkar bir həkim kimi insanlara şəfa vermək, onları xəstəliklərdən xilas edib həyata qaytarmaq onun ən böyük xəyalıdır ki, bu xəyalını, arzusunu həyata keçirməyə çalışır. O, elm aləmində yenilik edərək, yeni bir şey kəşv və ya ixtira etməklə tarixin yaddaşında qalmaq istəyir. “qazandığım uğurlara görə valideynlərimə və Səkinə müəlliməmə minnətdaram” - deyir. Ona elm həyatında qətiyyətlə irəliləməyi arzu edirik. 

25 декабря 2014 г.

Haqq-ədalət tərəfdarı Səbinə

 
 
 
 
2000-ci ilin 4 oktyabrında Bakı şəhərində dünyaya gələn İsmayılova Səbinə İmran qızı gələcəkdə ziyalı təbəqəsini artıracaq şagirdlərdən biridir. İlk təhsilini Bakı şəhərində, 286 saylı orta məktəbdə alan Səbinə hazırda Zərifə Əliyeva adına liseyin 9a sinfində təhsilini davam etdirir.
Anası Səbinənin uşaq yaşlarından çılğın təbiətli, hər şeylə maraqlanan, çox ünsiyyətcil bir uşaq olduğunu deyir. O deyir ki, rəsm çəkməyi uşaqlıqdan xoşlayan Səbinə ,həm də məktəb yaşına çatıncaya qədər çoxlu şeirlər, yanıltmaclar, tapmacalar bilir və onları çox gözəl bir şəkildə ifadə etməyi bacarırdı. Anası Sumarə xanımın dediklərindən: “ Qızım 10-11 yaşlarından kiçik həcmli şeirlər yazmağa başlayıb. Belə düşünürəm ki, bu həvəs ona 286 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini ona tədris edən Sevil İsmayılova və mən tərəfdən aşılanmışdır.”
Səbinə dərs əlaçısı və sinif nümayəndəsidir. Təhsil aldığı hər iki məktəbdə müxtəlif mövzularda keçirilən bütün tədbirlərdə Səbinə fəal iştirak etmişdir. Bu tədbirlərdə o, həm gözəl şeirlər söyləmiş, həm də aparıcı rolunda çıxış etmişdir. Səbinə bütün fənlərə eyni dərəcədə diqqət yetirməyə çalışdığını deyir. Ancaq buna baxmayaraq onun ən çox sevdiyi fənn Azərbaycan dili və ədəbiyyatdır.
Səbinənin qeydlərindən: “ Həyatımda ən sevincli və yaddaqalan hadisə hazırda təhsil aldığım Z. Əliyeva adına liseyə qəbul imtahanında yüksək nəticə əldə edərək, birinci yeri qazanmaqla liseyə qəbul olmağımdır. “ Səbinə burada hər ay keçirilən sınaq imtahanlarında birinciliyi hər zaman qoruyub saxlayır.
Müxtəlif vaxtlarda müxtəlif fənlər üzrə bir neçə fəxri fərmanlarla təltif olunan Səbinə bu uğurlarını davam etdirməyə çalışdığını deyir. Səbinə deyir ki, əldə etdiyi uğur və nailiyyətlərə görə ilk növbədə Allaha, sonra isə valideyn və müəllimlərinə borcludur. Çox sevdiyi şairlər B.Vahabzadə və M.Arazdır. Səbinə asudə vaxtlarında mütaliə etməyi xoşlayır. Daha çox dünya ədəbiyyatı oxuduğunu deyən Səbinənin sevdiyi yazıçı Aqata Kristidir.
Daha çox vətənpərvərlik mövzusunda şeirlər yazan Səbinə gələcəkdə də bu fəaliyyətini davam etdirmək niyyətində olduğunu deyir və bununla yanaşı, o həm də  hüquqşünas olmaq arzusundadır. Səbinə deyir ki, haqq-ədalət tərəfdarıdır və o ədalətli ,peşəkar bir hüquqşünas olacağını düşünür. Səbinənin dediklərindən: “ Mən tarixin yaddaşında yaradıcılığı ilə ölməzlik qazanan şair və vicdanlı, haqq-ədalətlə çalışan bir hüquqşünas kimi qalmaq istəyirəm. Bunun üçün kimliyindən asılı olmayaraq heç kimin haqqının tapdalanmasına yol verməməli, həmçinin öz şeirlərimlə də insanların qəlbinə yol tapmağa çalışmalı və bunu  bacarmalıyam.”


Bayrağım

İstiqlal göstərgisi, əzəmətli bayrağım,
Ucal, yüksəl daima! Qorxsunlar qüdrətindən.
Cümhuriyyət günəşim, mənim öz azadlığım,
Gözlərim qamaşıyor ay uıduz şəfəqindən.

Üstündəki rənglərin hərəsində bir məna,
Mavi rəngin: “Mən türkəm əbədiyyətdə” deyir.
Qırmızı rəng müstəqil, demokratik bir ana:
 “İki balam – bir ayım, bir yıldızım var”- deyir.

Yaşıl rəngi demirəm:İslamın coşğun səsi,
Allahın amanında bəzək verir bayrağa.
O bayrağın altında bir himnin səslənməsi
Sevincli, nəşə dolu ruh verir insanlara.

Ey bayrağım! Unutma! Çox gözlədik yolunu,
Amma geri dönmədik, sonunda dalğalandın.
Məmmədəmin, Heydərlə biz getmişik bu yolu,
İndi də İlhamla sən yüksəklərə ucaldın!
  
                          Yurdum

                   Axar suyu, tər gülü, göy meşəsi,
                   Zəngilanı, Şuşası, Füzulisi,
                   Əbədidir Babəki, Nizamisi,
                   Razı qalır hər qonağı yurdumun.
                   Bəzəyidir uca dağlar, dərələr,
                   Açıq düzlər, gen dərələr, meşələr.
                   Yaşlı olsun, cavan olsun – sevərlər,
                   Cəsur Cavanşirləri var yurdumun.
                   Ağ qızılı, sərvəti var yurdumun.
                   Neçə-neçə neməti var yurdumun.

                   Oxunduqca Qarabağ şikəstəsi
                   Dağa dönür qəlblərdə Xanın səsi.
                   Laçında, Şuşada sevinc nəğməsi,
                   Aşiqləri məst edəcək yurdumun,
                   Ram olacaq düşmənləri yurdumun.

                   Yalançı düşmənlər ətrafda dolu,
                   Ulduz tək parlayaq, yox başqa yolu.
                   Rəhbərimiz dahi Heydərin oğlu,
                   Daim gözəl hər bucağı yurdumun,

                   Ucaldacam mən adını yurdumun.

Ana

Nə olsun ki, üç hərfdir, içində üç dünya var:
Həssas ana, mərd qadın, gözəl həyat yoldaşı.
Hər birinin qəlbimdə öz yeri, öz taxtı var,
Amma yalnız anamdır dərdlərimin sirdaşı.

Sual versələr sənə - ən sevdiyin bir insan,
Tezcə çıxar dilindən “Ana” kəlməsi, sözü.
Təəccüblü deyil bu: xəstə olduğun zaman
Sözü kimi anan da tez yetirər özünü.

Sizə sual verirəm: deyər hansınız mənə
Doqquz ay daşıyaram birisini belimdə?!
Fəqət ana! Doqquz ay saxlar bizi bətnində,
Amma heç üsyan etməz, heç nə deməz bir kəsə.

Biz nə qədər böyüsək, nə qədər yaşa dolsaq,
Çəkdiyi əziyyəti yaxşı dərk edəcəyik.
Vətənə, ölkəmizə layiqli övlad olsaq,

Anamızı hər zaman sevincli görəcəyik.

Şəfiyev Azər Həsən oğlu

Şəfiyev Azər Həsən oğlu 28 iyul 2002-ci ildə Bakıda anadan olmuşdur.Hal-hazırda 249 nömrəli məktəbdə təhsil alır.

Valideynləri deyir ki,Azər uşaqlıqdan çox dəcəl uşaq olub.Məktəbə getmədən öncə yazmağı və oxumağı bilirdi.Məktəbə qədərki dövrdə Azərdə həm də,rəssamlığa maraq yaranmışdı.Ama bu maraq keçici həvəs olmadı .Azər böyüdükcə istedadını da inkişaf etdirib,zamanla öz üzərində işləyib püxtələşdi.

Azər rəssamlıqla bərabər dərslərinə də ciddi yanaşır.O savadlı və intizamlı şagirddir.Tarix və fizika fənlərini isə xüsusi maraqla sevir və oxuyur.Asudə vaxtları kitablar, xüsusilə bədii ədəbiyyat oxumaqla keçirir.
Azər rəssamlıqda daha çox portret janrına müraciət edir.
2013-cü il Rəssam günündə iştirak edib və diplomla təltif olunub.Azərin ən böyük arzusu dahi rəssamlar kimi əsərlər yaratmaq və öz sərgisini keçirməkdir.Azərbaycan İncəsənət Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaq istəyir.
Azər valideynlərinə ona yaratdıqları şəraitə,ona inandıqları və həmişə arxasında olduqlarına görə minnətdardır.
Biz də bu balaca rəssama uğurlar arzu edir, müvəffəqiyyətlərinin davamını diləyirik.

Abıyev Ruslan Rəhman oğlu

Abıyev Ruslan Rəhman oğlu 6 fevral 2006-cı il soyuq qış fəslində Bakıda dünyaya gəlmişdir. Gəliş iilə dünyada yeni bir istedadın artmasına səbəb olmuşdur. Körpəlikdən aktiv uşaq olan Ruslan hər bir məlumatla maraqlanan, güclü yaddaşa malik, saysız-hesabsız suallar verən uşaq olmuşdur. Mehribanlığı, ünsiyyətcil olması ilə yaşıdlarından seçilirdi. Kiçik yaşından uşaq bağçasına getməyə başlamışdı. Orada olan Şirin müəllimi hələ də xatirələrində qalmaqdadır. Məktəbəqədərki dövrdə artıq bütün hərfləri və rəqəmləri bilib, sərbəst yazıb-oxumağı bacarırdı. 2012-ci ildə Binəqədi rayonundakı Ə. Ələsgərov adına 244 nömrəli tam orta məktəbə getməyə başlayan Ruslan kiçik olmasına baxmayaraq yaşıdlarından güclü yaddaşı, hazırcavablığı, çalışqanlığı ilə seçilirdi. Dərslərində olduqca çalışqan, gündəlik tam hazır olan şagird məktəbin fəallarından biri olmağı da bacarmışdır. İbtidai sinif müəllimi olan Sevil Qasımi onun ən çox rəğbət hissi duyduğu müəllimələrindəndir. Hər zaman müəllimindən yüksək keyfiyyətlərlə faydalanmışdır. Məktəbini və məktəb kollektivini çox sevən III sinif şagirdi Ruslan hazırda sinif rəhbəri olan Sevil xanımı, informatika fənnini tədris edən İlahə Hüseynovanı, musiqini tədris edən Səadət Əliyeva, Elnarə müəllimini çox sevdiyini vurğulamışdır. Dərslərinə çox zaman ayıran Ruslan riyaziyyat və ingilis dili fənlərinə maraq göstərir. İngilis dili müəllimi Ülviyyə xanımın, riyaziyyat müəllimi Sevil xanımın bu marağın yaranmasında rolu olmuşdur. Xarici dillərə marağı olan Ruslan gələcəkdə ingilis, rus dillərini mükəmməl bilmək arzusundadır.
Gələcək arzusu polis olmaqdır. Bu sənəti çox sevdiyinə görə ona sahib olmaq istəyir. O tarixin yaddaşında nailiyyətlər əldə etmiş polis və prokuror kimi qalmaq arzusu ilə təhsilini yüksək fəallıqla davam etdirir.
Olduqca çalışqan olan Ruslan savadına görə anası Brilyant Abıyevaya, nənəsi Havanisə Abıyevaya, babası Fəqan Abıyeva və müəllimi Sevil Qasımiyə dərin təşəkkür hissi duyduğunu və onlara minnətdar olduğunu vurğulamışdır. Həyatdakı idealı isə anası Brilyant Abıyevadır.
Müəllimi Sevil Qasımi şagirdi Ruslan haqqnda fikirlərini belə ifadə etmişdir: “ - Ən fəal, aktiv, çalışqan mehriban, gülərüz, köməksevər şagirdlərimdəndir. Sinif yoldaşları ilə çox yaxşı münasibətdədir. Lazım gəldikdə onlara dərslərində köməklik də göstərir. Oxumağı ilə yanşı həmçinin məktəbin ictimai işlərində fəal iştirak edir. Mən arzu edərdim ki, o, hər zaman belə bir insan olaraq qalsın. Əməyi qiymətləndirsin və bütün arzularına çatsın. Mən müəllimi olaraq onu biznesmen kimi görürəm və inanıram ki, Ruslan ümidlərimizi doğruldub ailəsinə və vətənə layiqli və xeyirxah oğul olacaq”.
Əziz və istəkli nənəsi olan Havanisə Abıyeva nəvəsi Ruslan barədə dedi: “ - Onu çox sevirəm. Hətta öz övladlarımdan da çox. Mənim üçün sevdiklərimin sırasında ən öndə olanı Ruslandır. O, gözəl xarakterə malik insandır. İnanıram ki, özünü hər zaman belə doğruldacaq. Dərslərində həmişə fəal olmağa çalışır. Günlərin birində o evə 4 qiyməti alaraq gəlmişdi. Lakin bütün günü çox üzgün idi. Çox məsuliyyətlidir. Əvvəl dərslərini hazırlayar və daha sonra zamanı qalarsa dostları ilə əylənər. Ona daim uğur və müvəffəqiyyətlər arzu edirəm.” Məktəb onun həyatında mühüm rol oynayır. Hətta məktəbdə keçirilən bütün tədbir, bayramlarda və ictimai işlərdə fəal iştirak edir.
Ruslan təhsillə yanaşı digər sahələrə də maraq göstərmişdir. 2013-2014-cü illər arası basketbol üzrə Rahib müəllimindən dərs almışdır. 2012-ci ildən “Pluton”rəqs məktəbinin də fəal şagirdidir. Orada Gülər müəllimindən dərs alır.

Asudə vaxtlarını səmərəli keçirən Ruslan kompyüterlə məşğul olmaq, yeni məlumatlar əldə etmək, intellektual verlişlər izləmək, rəsm çəkməklə məşğul olmağı çox sevir. Həyatında ən yaddaqalan günü isə üzünə hörümçək şəkli çəkdirdiyi gündür. Olduqca çox əyləndiyi gün hər zaman yaddaşındadır. Ən çox sevdiyi musiqi dövlət himnimizdir.