elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 марта 2019 г.

Quluzadə Zeynal Ziyafəddin oğlu

Quluzadə Zeynal Ziyafəddin oğlu 20.07.2010-cu ildə Bakı şəhərində  dünyaya göz açıb. Zeynal ətraf mühitdə baş verən hadisələrə maraqlı, sakit, ağılı və sözəbaxan bir uşaq olub. Onun ən sevdiyi məşğuliyyətləri maşınlarla oynamaq, televizora baxmaq, konstrukturda bina və həyət evləri düzəltməkdir.  Məktəbə gedənə qədər o, yazmağı, oxumağı bilirdi. Güclü hafizəyə sahib olan Zeynalın riyazi bilikləri çox yüksəkdir. 5 yaşından məntiqi tesləri müstəqil şəkildə həll etməyi bacarır. Quluzadə Zeynal Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənlər riyaziyyat, məntiq və ingilis dilidir. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal  iştirakçısıdır. Belə ki, Əlifba bayramında  torpaqlarını verməyən, vicdanlı "Padşah" obrazını böyük məharətlə canlandırıb. Ayı və Şir səhnəciyində də "Şir" rolunu oynayıb. Daha sonra Yeni il, 9 Noyabr Bayraq bayramı , Son zəng, Xocalı faciəsinə həsr olunmuş tədbirdə aktiv iştirak edib və şeir söyləyib. Zeynal bilik yarışmasında uğurlu nəticələr əldə edib. Onun həyatında ən yadda qalan gün  Cumhuriyyətin 100 illiyinə həsr olunmuş yarışda 100 nəfər iştirakçı arasına öz adını yazdıra bilməsi olub. Zeynal bu günə kimi əldə etdiyi uğurlara görə, valideynlərinə və Sevil müəlliminə borclu olduğunu bildirir. Onun xüsusi təşəkkürləri isə  nənəsi Nazilə xanımadır. O, Zeynala maddi və mənəvi cəhətdən daim dəstəkçidir. Onun şeir yazmaq qabiliyyəti də var. Bu istedad ona anasından keçib. Gələcəkdə peşəkar, işinin mütəxəssisi olan tikinti mühəndisi olmaq istəyir. Ali təhsilini Amerikada almaq arzusundadır. Asudə vaxtlarında kitab oxumağı, velosiped sürməyi və üzgüçülük ilə məşğul olmağı xoşlayır. Zeynalın ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad görməkdir. O, gələcəyin Hacı Zeynalabdin Tağıyevi olmaq niyyətindədir.

4 марта 2019 г.

Bağırzadə Məhəmməd Elnur oğlu

Bağırzadə Məhəmməd Elnur oğlu 7 aprel 2011-ci ildə Naxçıvan şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Məhəmməd körpəlikdə aktiv, nadinc və ağıllı bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri kitab oxumaq, pazl qurmaq və şəkilli vərəqləri boyamaq idi. Məktəbə gedənə qədər yazıb-oxumağı bağça və məktəbəqədər hazırlıq müəllimlərinin köməkliyi ilə öyrənib.  Bağırzadə Məhəmməd  Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə bitirir. Sinif əlaçısıdır. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. Belə ki, Əlifba bayramında Dədə Qorqud səhnəciyində rol alıb. 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə  isə şeir söyləyib. Onun həyatında ən yadda qalan və maraqlı gün məktəbə ilk qədəm qoyduğu gündür. Məhəmməd Bakı şəhəri Nizami rayonu Uşaq gənclər yaradıcılıq mərkəzinin “Biləyənlər” dərnəyində fəal iştirak etdiyi üçün diplomla mükafatlandırılıb. O, çox yaradıcı bir uşaqdır. Kiçik yaşlarından biri-birindən maraqlı hekayələr yazardı. Məhəmməd fəaliyyətindən dolayı əməkdar müəllim olan babası Bağırov Məhəmmədəli bəyə oxşamaq istəyir. O, da babası  kimi ziyalı olmaq arzusundadır. Bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminə borclu olduğunu bildirir. Məhəmməd gələcəkdə polis peşəsinə sahib olmaq istəyir. Televizorda şərəflə, vicdanla öz peşələrini yerinə yetirən polis işçilərimizi gördükdən sonra bu qərara gəlib. O, işinin peşəkarı olub, cəmiyyətimizi rüşvətxorlardan, cinayətkarlardan xilas etmək istəyir. Məhəmməd yüksək təfəkkürə malik uşaqdır. Zehni qabiliyyəti olduqca güclüdür. Asudə vaxtlarında rəsm çəkməyi və riyazi tapşırıqları həll etməyi xoşlayır. O, əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı bu yazıçılıq olardı. Xeyirxah, əliaçıq uşaq olması onu yaşıdlarından fərqləndirir. Məhəmmədin  haqqında yazılı mətbuatda da məlumat yazılıb. Belə ki, o, Tumurcuq qəzetində əlaçı uşaq olaraq işıqlandırılıb. O, ölkə adlarını, xəritələri əzbər bilir. Məhəmməd Vətəninə layiqli şəxsiyyət olaraq yetişməyi qarşısına məqsəd qoyub.

Maçanov İsaxan Ronal oğlu

 
Maçanov İsaxan Ronal oğlu 8 sentyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. İsaxan körpəlikdə aktiv, inadkar, ağılı və zehinli bir uşaq olub. Onun özünə məxsus dünyası var. Bu fərdi xüsusiyyətlərə sahib olması onu yaşıdlarından daim fərqləndirib. Onun ən sevdiyi məşğuliyyəti kağız parçalarından müxtəlif fiqurlar düzəltməkdir. Belə ki, o,  zövqunə uyğun olaraq bıçaq, avtomat, qılınc, papaq, təyyarə  hazırlayıb. İsaxanın ən böyük əl işi və uğuru taxta lövhə üzərində  xırda daşlardan “Qız Qalası” inşa etməsidir. Məktəbə gedənə qədər yazmağı, oxumağı hal-hazırkı sinif rəhbəri olan Arzu xanımın köməkliyi ilə öyrənib.  İsaxan yaradıcı bir uşaqdır. Onun maraqlı fantaziyaları və orjinal  ideaları var. Maçanov İsaxan Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Bu günə kimi bir dəfə belə olsun 4 qiyməti almayıb. İsaxanın ən sevimli fənləri rus dili, riyaziyyat, informatika, texnologiya və ingilis dilidir. Məktəblərində təşkil olunmuş bütün bayram şənlikləri və tədbirlərdə aktiv iştirak edir. Belə ki, o, Əlifba bayramında, Yeni il şənliyində, Novruz tədbirində şeir söyləyərək, çıxışlar edib. Onun həyatında ən maraqlı günü ailəsi ilə birgə Türkiyə, Gürcüstan səyahətlərinə çıxdığı gündür. O, səyahət etməyi, yeni məkanlar tanımağı, gəzməyi çox sevir. İbtidai təhsilini uğurla başa vurduğu üçün diplamlarla təltif olunub. İsaxanın çox gözəl musiqi duyumu  var. Musiqiyə olan həvəsini görən valideynləri onu gitara kursuna yazdırıb. Yeni il şənliyinə təsadüf edən bu konsertdə o, “Sehirli Simlər” adlı qrupu ilə birgə çıxışlar edib. İsaxan “Caddələrdə Rüzgar”, “Türkün bayarğı”,” Alyazmalım” və s kimi mahnıları böyük məharətlə ifa etməyi bacarır. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. İsaxanla atası arasındakı münasibət ata-oğuldan daha çox iki yaxın dost arasındakı münasibətə oxşayır.  Bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və gözəl qəlbli, həyat dolu bir xanım olan Arzu müəlliminə borclu olduğunu bildirir.  İsaxan gələcəkdə polis olmaq istəyir. Televizorda peşəsini şərəflə, vicdanla yerinə yetirən polis işçilərimizi gördükdən sonra bu qərara gəlib.  İncəsənətin əgər hər hansı bir sahəsini seçərdisə, bu komediya  aktyorluğu  olardı. İsaxan bilik və bacarıqlarını daha da təkmilləşdirib Vətəninə layiqli şəxsiyyət olaraq yetişmək istəyir.

Mirzəyeva Emma Eldar qızı

Mirzəyeva Emma Eldar qızı 21.07.2009-ci ildə Bakı şəhərində anadan olub. Emma körpəlikdə çox aktiv, hər şey ilə  maraqlanan, çoxlu suallar verən bir uşaq olub. Onun ən sevimli məşğuliyyəti pazl qurmaq, şəkil rəngləmək, rəngli kağızlardan müxtəlif fiqurlar düzəltməkdir. Hal-hazırda isə tikişə maraq göstərir. Çox güclü hafizəyə sahib olan Emma tez bir zamanda şeir əzbərləməyi bacarır. Bununla yanaşı onun özünün də yazmış olduğu şeirlər var. Məktəbə gedənə qədər yazıb-oxumağı məktəbəqədər hazırlıq kursunda tədris gördüyü müəllim tərəfindən öyrənib. Mirzəyeva Emma Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 4-cu sinif şagirdidir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə qədər təhsil aldığı dörd il müddətində bir dəfə belə olsun 4 qiyməti almayıb. Onun ən sevdiyi fənlər rus dili və ingilis dilidir. Emma bağçalarında, istərsədə məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərində fəal iştirak edib. Belə ki, bağçada “Turp” nağılında “Nənə” obrazını böyük məharətlə canlandırıb. Daha sonra “Dovşan”, “Cücə” rəqslərini nümayiş etdirib. Məktəblərində isə Əlifba bayramında, Yeni il şənliyində, Novruz bayramı şənliyində iştirak edərək, şeir söyləyib. Emmanın həyatında ən maraqlı, yadda qalan gün sinifləri ilə birgə Exo parkında gəzintiyə çıxdığı gündür. Onlar burada gəziblər, idman alətlərindən istifadə ediblər, piknik  qurublar və.s.  Həmin gün onlarda çox səmərəli keçib. Emma  şəhərdə təşkil olunmuş Şokolad, Pizza yarışmasında layiqli iştirakına görə diplom qazanıb. Bununla yanaşı ibtidai sinifi yüksək qiymətlərlə bitirdiyi üçün də diplomla təltif edilib. Zirvə kurslarının təşkil etdiyi bilik yarışmasında 604 bal toplayıb. Emma fəaliyyətindən dolayı gözəl, səmimi, işinin peşəkarı olan Arzu xanıma oxşamaq istəyir. O, Arzu xanımı özünə ideal bilir. Emmada onun kimi daim baxımlı, pozitiv, yeniliklərə maraqlı bir şəxs olmaq niyyətindədir.  O, bu il tez-tez xəstələnib və uşaq həkiminin qonağı olub. Uşaq həkiminin gördüyü iş prosesi onun çox xoşuna gəlib. Bu səbəbdən o da gələcəkdə uşaq həkimi olmaq fikrinə düşüb. Onun gələcək planları məktəbi bitirib, ən yüksək balla ali məktəbə qəbul olub ən şərəfli və məsuliyyətli peşə olan  tibb peşəsinə sahib olmaqdır. Emma əsrimzin bəlasına çevrilmiş xərçəngin qarşısını alan dərman icad edərək  tarixin yaddaşına düşmək istəyir.

Hacızadə Çingiz Firudin oğlu

Hacızadə Çingiz Firudin oğlu 20 yanvar 2010-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdən kitablara qarşı meyilli olub. Ən çox şeir deməyi çox xoşlayırdı. Məktəbə getməzdən əvvəl artıq yazıb oxumağı bilirdi. Anası onunla yaxından məşğul olur. Rəsm çəkməyi Məmmədov adına 239 saylı tam orta məktəbdə atmışdır. Dərslərini əla qiymətlərlə oxuyur. Sinfin əlaçı və sevilən şagirdlərindən biridir. Ən sevdiyi fənlər informatika, ingilis dili və riyaziyyatdır. Aktiv bir şagird olan Çingiz məktəbdə keçrilən bayram və tədbirlərdə yaxından iştirak edir. “Novruz” bayramı şənliyində “Kosa” rolunda, “Yeni il2 şənliyində, “Son zəng” tədbirində şeir söyləmişdir. “Son zəng”tədbiri ilə  bağlı ATV telekanlında da reportaj yayımlanıb. Ən yadda qalan günlərdən biri İçəri şəhər gəzintisinə getdiyi gün olub. Yoldaşları ilə birgə tarixə şahidlik etmiş bir məkanda olmaq onları çox həyəcanlandırıb. Orada “Qız qalası”nı və “Şirvanşahlar sarayı”nıda ziyarət ediblər. Azərbaycanın tarixi ilə yaxından tanış olublar. 
Bu günə kimi ona dəstək olan valideynlərinə və Çəməngül müəlliməyə özünü borclu bilir.   Gələcəkdəki hədəfi prokror olmaqdır. II sinifdən bu fikrə düşüb. Asudə vaxtlarında çizgi film seyr etməyi, məntiqi oyunlar oynamağı və məntiqi yarışmalar izləməyi çox sevir. Həmçinin rəqs etməyi və rəsm çəkməyi sevir. Gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə qəbul olmaq arzusundadır. Eyni zaman da vətənin keşiyində durub, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün əlindən gələni edəcəyini bildirdi. Biz də istedadlı müsahibimiz Çingizə yolun daim işıqlı və açıq olsun. Uğurların bol olsun. Səsin daim zirvədən gəlsin!