elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 января 2019 г.

Babaşova Arzum Əlikram qızı

 
Babaşova Arzum Əlikram qızı 24 fevral 2008-ci ildə Bakı şəhərində anadan olub. O, ailənin tək övladıdır. Yüksək zəkasına,  şirinliyinə, güclü qavrama qabiliyyətinə görə  yaşıdlarından daim fərqlənib. Bu öncül xüsusiyyətlərə malik olması onu  ailəsinin, məktəb kollektivinin, müəllimlərinin və bir sözlə desək hər kəsin sevimlisinə çevirib. Arzum körpəlikdən ağıllı, sakit təbiətli, sözə baxan, anasını heç vaxt incitməyən bir uşaq olub.  Onun elmə, kitaba, dəftərə qarşı marağı  3 yaşından başlayıb.  Yaşının çox az olmasına baxmayaraq mağazada  hər gördüyü kitab, jurnal, rəngli kağız ona maraqlı gələrmiş və onlara toxunmağa can atarmış. Arzum 4 yaşınadan etibarən hərfləri, rəqəmləri yazmağı, oxumağı və hesabat işlərini sərbəst şəkildə aparmağı anasının köməkliyi ilə öyrənib. O, ibtidai sinfə daxil olan zaman artıq 1-ci sinif proqramından tam olaraq məlumatlı idi. Musiqiyə, rəsmə  böyük marağı var. Körpəlikdən eşitdiyi şeir parçalarına və musiqi alətlərinə, xüsusi olaraqda pianoya, skripkaya qarşı reaksiyası böyük idi. Babaşova Arzum  Bakı şəhəri Nərimanov rayonu 45 saylı tam orta məktəbdə təhsil alır. Eləcə  də Rastrapoviçlər adına 21  nömrəli musiqi məkbində skiripka piano dərsi alır.əllimi Səidə xanımı çox sevir. ktəbdə keçirilən konsertlərdə çıxış edir, hətta “Ümid müsabiqəsində skiripkada ifa edərək I yeri tutub, medal və  diploma layiq görülüb.  O məktəb  əlaçısıdır. Arzum məktəbinin adını bilik və bacarıqları ilə yüksəldən, hər kəsin sevgisini, hörmətini qazanmağı bacaran bir şagirddir.
Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur və hər birini eyni qaydada sevir. Məktəblərində keçirilən Yeni il, Novruz bayramı şənliklerinde,  Müəllimlər gününə həsr olunmuş tədbirdə aktiv çıxışlar edib. 20 Yanvar, Xocalı faciəsi, Heydər Əliyevin anım günü, məktəbin yeni direktoru Nəcibə Axundovanın həyat yoldaşı, Lələtəpə döyüşlərində şəhid olmuş polkovnik - leytenant Sənan Axundovun xatirəsinə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var tədbirlərində fəal iştirak edib. O, burada aparıcı olub, şeir  söyləyib, mahnı oxuyub, reks  edib, skripkada ifa edib. Arzum məktəbdə qazandığı uğurlar ilə yanaşı  məktəbxarici tədbirlərdə də aktivlik göstərib. Belə ki, İcra hakimiyyətində təşkil olunmuş müsabiqədə, Şeir müsabiqəsində, Rəsq müsabiqəsində, İnşa müsabiqəsində, Xalq Cumhuriyyətinə həsr olunmuş tədbirdə, Türkiyə səfirliyində, Atatürk mərkəzində, Azərbaycan tarıxı haqqına çəkilmiş kino filmdə də baş rolda oynayıb və bir neçə reklamda çəkilib. O, Xəzər TV yayımlanan ən baxımlı verilişlərdən biri olan 5/5-də çıxış edib və şeir söyləyib. ATV kanalında nümayiş olunan "25-ci saat" proqramına da müsahibə verib. 
Arzumun istedadını yazılı mətbuat bir çox jurnalları və kitabları da işıqlandırıb. Bunlardan İdeal Vətəndaş jurnalı və "Ölkəmizin yeni istedadları" adlı kitabda məqaləsi dərc olunub. Onun həyatında uğurlu və yadda qalan günləri diplomlar, fəxri fərmanlar aldığı zamandır. Arzum Nərimanov rayonu məktəblərarası şeir müsabiqəsində C.Cabbarlının Bayraq şeirini böyük məharətlə söylədiyinə görə 1-ci yerə layiq görülüb və diplom ve medalla təltif olunub. Zəfər kurslarının təşkil etdiyi bilik yarışmasında, İnşa müsabiqəsində, məktəblərində keçirilən olimpiyadalarda daim yer tutaraq, diplom və fəxri fərmanlara layiq görülüb. Arzum bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə borclu olduğunu bildirir. Gələcəkdə fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. O, mərd, qayğıkeş, aktiv bir anaya sahib olduğu üçün özünü xoşbəxt hiss edir.
Arzum hər bir uğurunun arxasında onda dəstək olan, təhsil aldığı məktəbin keçmiş direktoru Nazilə müəllimə və ona bu günkü uğurlarında bütün mənalarda yardımçı olan məktəbin yeni direktoru Nəcibə xanıma sonsuza qədər minnətdardır. Həm keçmiş, həm də indiki direktorun böyük sevgisi və qayğısının göstəricisi olaraq Arzum daha da ruhlanır və yeni uğurlara imza atmağa can atır.
Asudə vaxtlarında kitab oxumağı, skripka ifa etməyi xoşlayır. O, hakim olmaq istəyir. Bu fikrə televizorda hakimlərin çıxışlarını gördükdən sonra qərar verib. Arzumun gələcək planları yüksək balla ali məktəbə qəbul olmaq, işini yüksək səviyyədə,  vicdanla yerinə yetirən hakim olmaq və sevimli  hobbi olan  musiqi ilə  də məşğul olmaqdır. Çox kövrək və rəhimli qəlbə sahib olan Arzum kimsəsizlərə,  imkansız insanlara yardım etmək, onlara dəstək olmaq arzusundadır. Vətəninin işğal olunmuş torpaqlarını azad görmək onun ən böyük arzusundur. Əmisi oğlu hərbici olduğu üçün Vətənə sevgi, torpağa qayğı hisləri ondan aşılanıb. Arzum Vətəninə, cəmiyyətinə xeyirli bir şəxsiyyət olaraq yetişməyi özünə başlıca məqsəd seçib.


10 января 2019 г.

Səmədli Ləman İlham qızı

Səmədli Ləman İlham qızı 16.11.2009-cu ildə Bakı şəhərində anadan olub. Ləman körpəlikdən ağıllı, sakit və təmkinli uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək və gəlinciklərinə paltar tikmək olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə anası , bağçada isə müəllimi tərəfindən öyrənmişdir. Səmədli Ləman Bakı şəhəri 87 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Tədris olunan bütün fənlərdən əla qiymətləri alır. Onun ən sevimli fənləri İngilis dili, təsviri incəsənət, riyaziyyat və texnologiyadır. Məktəblərində keçirilən bütün tədbir, bayram şənliklərində fəal iştirak edib. O, burada həkim, dovşan obrazlarını oynayıb, milli rəqslərimizi və qaraçı rəqsini tədbir iştirakçılarına böyük məharət ilə nümayiş etdirib. Ləman imtahanda uğurlu nəticələr əldə etdiyi günləri ən uğurlu günü hesab edir. O, Şəngülüm, Şümgülüm, Məngülüm rolunda uğurlu çıxışına görə diplom ilə təltif olunub. 2-ci sinifiəla qiymətlərlə bitirdiyinə görə fəxri fərman əldə edib. 3-cü sinifdə isə Riyaziyyat üzrə bilik yarışmasında ikinci yerə layiq görülüb. Ləmanın gələcək planları ən yüksək balla ali məktəbə qəbul olmaqdır. O, həkim peşəsinə sahib olmaq istəyir. Çarəsiz xəstələrə şəfa verə bilmək ən böyük arzusudur. Bu qərara uşaq yaşlarından gəlib. 
Asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi çox sevir. Ləman bilik, bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə xeyirli bir şəxsiyyət olaraq yetişmək istəyir.

9 января 2019 г.

Musazadə Yusif Seymur oğlu

Musazadə  Yusif  Seymur  oğlu 15 iyul  2011-ci ildə  Bakı şəhərində  anadan  olub.   Yusif  körpəlikdə  sakit, mülayim, ağıllı bir  uşaq  olub. Öz yaşıdlarından çox fərqlənirdi. Yusif  tez dil  açıb, tez də öz fikirlərini sərbəst  çatdıra bilirdi.  Yusifin maraqları çox şahəlidir. O, boş  vaxtlarında rəsm çəkməyi, idmanla məşqul olmağı,  xoşladığı, maraqlandığı sahələr üzrə internetdən  məlumat toplamağı məsələn: heyvanlar aləmi, dünyanın müxtəlif  ölkələrinin coğrafi qurluşları, bayraqları, pul  vahidləri haqqında maraqlanmağı xoşlayır.Yusif 4 yaşında olarkən artıq  üzündən oxumağı  və sadə hesablamalar aparmağı  bacarırdı.Özündən 2 yaş böyük bacısı  məktəbə hazırlıq  kursuna  gedərkən ona baxıb Yusifdə yazmağa- oxumağa  həvəs  yaranmışdır. Bacısı 5 yaşında  olarkən “Mental arfimetik” kursuna getmişdir. Yusifdə  bacısı ilə birlikdə hesablamağı öyrənmişdir.Musazadə  Yusif  Qaradağ  rayon Lökbatan  qəsəbəsində  yerləşən  166 saylı  məktəb liseyində alıb.  Hazırda  həmin  məktəbin  2-ci  sinifində  oxuyur.Dərslərini əla qiymətlərlə oxuyur.  Sinif  əlaçısıdır . Onun ən sevdiyi  fənlər Azərbaycan dili, riyaziyyat,  informatika  və həyat  bilgisidir.
O, məktəblərində keçirilən bayramlarda və  şənliklərdə  fəal iştirak  edir.  Məktəbdən kənar  keçirilən  bilik yarışlarına qatılır.  Onun ən  sevdiyi  rolu isə  keçən il  oynadığı,  “Şaxta-baba –obrazı  olub Yusif  bu rolumun  öhdəsindən  bacarıqla gəlmişdir. “Bayraq” günü  münasibəti  ilə  məktəbimizdə  təşkil  olunmuş  tədbirdə  Bəxtiyar  Vahabzadənin  “Bayraq”- şeirini söyləyib və  məktəb  rəhbərliyi  tərəfindən  sertifikatla təltif  olunub.  “Yeni şəfəq”-kurslarının keçirtdiyi  bilik  yarışlarından  mütamadi  olaraq iştirak  edir  və  yarışlarda  yaxşı  nəticələr göstərdiyinə  görə  diplom  və  həvəsləndirici  hədiyyələr qazanıb.  Ən yüksək  nəticəsi   740 bal  toplayaraq II  siniflər  arasında  I yeri  qazanmağıdır.
Əldə etdiyim  nəaliyyətlərə  görə  ilk öncə  atasına və  anasına sonra  isə  ilk və  sevimli  müəllimi olan  Fazilə Cabbarovaya  borcludur.  O, da valideynləri kimi  ali təhsilli, savadlı olmaq istəyir.
Gələcəkdəki planlaşdırdığı  zirvəyə  yüksəlməkdən   ötrü  o, dərslərini  yaxşı oxumağı,  ən azı 2  xarici dil öyrənməyi,  riyaziyyat,  informatika  fənlərini  dərslərdən öyrənməyi  planlaşdırır.
O, gələcəkdə  “komputer  mühəndisi”  olmaq istəyir. Yusifin komputerə  olan  sevgisi və  marağı onun bu peşə  sahibi  olmaq  istəyini  artırıb.
Asudə vaxtını  şəkil çəkməklə,  komputerdə  müxtəlif  oyunlar  oynamaqla,  müxtəlif  ölkələr  haqqında məlumat  toplamaqla  heyvanlar- bitkilər  haqqında  maraqlı  məlumatlar öyrənməklə  keçirir.
 Gələcək  planları  çoxdur.O,  məktəbi  əla qiymətlərlə bitirib ən yüksək  balla ali  məktəbə  daxil  olmaq, ali təhsilə  yiyələndikdən sonra  Vətəninə  olan  borcumu yerinə  yetirmək  üçün hərbi  xidmətə getməkdir. Xidmət  borcunu yerinə  yetirdikdən  sonraysa öz  işi ilə, Vətəninə  xeyir  verməkdir.  Öz  savadı ilə,  biliyi ilə  dünyanın  müxtəlif  ölkələrində keçirilən  müsabiqələrdə,  yarışlarda  1-ci yeri  qazanıb  bayrağımızı  yüksəklərə  qaldırmaq  istəyir.
Yusif  tarixin  yaddaşında  savadlı, öz  əməlləri ilə   başqalarına  nümunə olan  insan kimi  qalmaq istəyir.  Özünün ixtira  etdiyi  komputer proqramları ilə  başqalarından  fərqlənmək  niyyətindədir. Gələcəkdə insanların işini  asanlaşdıran  elektrik  əşyaları, robotlar ixtira  etmək  onun ən  böyük  arzusudur. Bunlara  baxmayaraq  Yusifin  ən böyük  arzularından biri və birincisi  Qarabağımızı  yaralı  yurdumuzu azad görməkdir.  O, inanır ki,  “Qarabağımız”- düşməndən  azad  olunacaq.  Yox əgər  Yusif böyüyərə qədər  “Qarabağımız” azad  olmasa o, əlinə silah  alıb ön cəbhədə   döyüşəcək. Son damla qanını  belə Qarabağımız  yolunda  axıtmağa  hazırdır.

8 января 2019 г.

İbrahimli İbrahim Daşqın oğlu

Sərin bir payız günündə İbrahimovlar ailəsində sevincli bir gün yaşandı. Ailənin ilk övladı İbrahimli İbrahim Daşqın oğlu 27 sentyabr 2011- ci ildə Bakı şəhərində dünyaya göz açdı. İbrahimin dünyaya gəlişi bütün ailə üzvlərini sevincə qərq etmişdi. Gülərüz və mehriban siması ilə hamının ürəyində yer tapmağı bacarırdı.  İbrahim hər zaman öz tərbiyəsi ilə ətarfındakıların diqqətini çəkirdi. Kitab və dəftərlər hər zaman onun sevimli əşyaları olub. Öz yaşıdlarından fərqli olaraq valideynlərindən oyuncaq əvəzinə kitab-dəftər istəyərdi. Kitabları görəndə oyuncaq görmüş kimi sevinər, öpüb qucaqlayardı. Əlbəttə genitikanında burada rolu böyükdür. Çünki İbrahimin valideynlərinin hər ikisi riyaziyyatçıdır. Atası şagirdlərlə məşğul olan zaman onlara həsrətlə baxar, onlarla birgə olamağa can atardı. Nəhayət məktəb yaşına çatdıqda çox sevinirdi. Çünki artıq böyümüşdü və atası ilə birgə məşğələlərdə iştirak edə bilirdi. Təhsilə isə R. Abidov adına 85 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda məktəbin  2 Ç sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur, əlbəttəki sinifin əlaçı şagirindən biridir. İbrahimin bütün fənlərə qarşı marağı böyükdür. Təbiət elmlərinə və riyaziyyata isə daha çox maraq göstərir.Texniki fənlərin teslərini humanitar fənlərdən iki qat daha çox etməyə həvəs göstərir. Məktəbdə keçirilən bayram və tədbirlərdə hər zaman iştirak etməyə çalışır. “Yeni İl” şənliyi, “Novruz” bayramı, “20 Yanvar”, “Xocalı” faciəsinə  və s. həsr olunmuş tədbirlərdə iştirak etmişdir.  I sinifin yekununda müəllimi yekun test imtahanı keçirmiş və orada I olmuşdur. Zəfər kurlarının keçirdiyi bilik yarışında dəfələrlə iştirak etmiş 400 bal toplamış və diplomla təltif olunmuşdur. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara öz minnətdarlığını bildirir. Gələcəkdə də valideynləri kimi riyaziyyatçı olub, ata və anasının yolunu davam etdirmək istəyir. O artıq uşaqlıqdan bu fikrə düşüb. Ən sevdiyi məşğuliyyət şahmat oynamaqdır. Riyazi zəkası olan birinin şahmata olan marağı əlbəttə təbii hadisədir. Gələcək hədəfi isə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə olaraq ata-anasını sevindirmək istəyir. Biz də istedadlı müsahibimiz İbrahimə yolun daim işıqlı və aydın olsun deyirik. Hər zaman ata-anın fəxri ol. Səsin hər zaman zirvələrdən gəlsin!