elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 декабря 2016 г.

İbrahimov Hüseyn Müşviq oğlu

İbrahimov Hüseyn Müşviq oğlu 9 dekabr 2009-cu ildə Göyçay şəhərində anadan olub. Valideyinlərinin sözlərinə görə çox sakit uşaq olub. Topla, maşınla oynamağı sevirdi. 5 yaşından yazıb-oxumağı anasının köməyilə yazıb-oxumağı öyrənmişdi.  Hüseynin təhsilə həvəs göstərməsind böyük qardaşlarının da danılmaz rolu olub.
Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı orta məktəbin I sinif şagirdidir. Dərslərini yaxşı oxuyur, bütün fənləri sevərək öyrənir. Məktəbdə keçirilən Yeni il şənliyində Şaxta Baba rolunu oynayıb. Yeni ilin gəlişinə bütün uşaqlar kimi sevinən balaca Hüseyn bu rolu uğurla başa vurub müəllimlərin və şagird dostlarının rəğbətini qazanıb.
Sinif rəhbəri Kəmalə Səmədova: Hüseyn dərslərini əla oxuması, tərbiyəsi, ağlı, səmimiyyəti ilə özünü həm müəllimlərinə, həm də sinif yoldaşlarına sevdirməyi bacarıb.
Tarixin yaddaşında uğurları ilə yaşamaq istəyir. Gələcəklə bağlı hansı peşənin sahibi olacağını indilik zamanın ixtiyarına buraxan Hüseyn qazandığı uğurlara görə valideyinlərinə  borclu olduğunu deyir.
Onun idealı prezident İlham Əliyevdir. Hüseyn ölkəmizin başçısına oxşamaq istəyir. Səbəb isə xalqına,  millətinə qayğıkeş olmaq və vətənimizdə quruculuq işləri aparaq istəməsidir.
Boş vaxtlarında dünya ölkələrini xəritədə öyrənmək və bayraqlarını çəkməklə məşğul olur. Qış ayında dünyaya gəldiyinə görə qış fəslini daha çox sevir təbiətin ağ qarla örtülməsi Hüseynin hədsiz xoşuna gəlir. 
İstedadlar redaksiyası olaraq Hüseynə gələcək həyatında, dərslərində uğurlar arzu edirik.

26 декабря 2016 г.

Tağıyeva Günay Teymur qızı

Azərbaycanın istedadlı gənclərindən biri də Tağıyeva Günay Teymur qızıdır. Günay 2007-ci il mayın 7-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuşdur. Hazırda Tovuz rayonu N. Tusi adına məktəb-liseyin IV sinfində təhsil alır. Günay körpəlikdən çox sakit olsa da, daim dostları, ailəsi tərəfindən sevilib-seçilən uşaq olmuşdur. Uşaqlıqdan yazıb-oxumağa böyük həvəsi olan Günay çox ağıllı, maraq dairəsi geniş, hər şeydən özü üçün  məşğuliyyət tapan istedadlarımızdandır.
Günay asudə vaxtlarında bir çox yaşıdlarından fərqli olaraq kitab oxumağa, yazı-pozu ilə məşğul olmağa can atır. Kompüterə, texnikaya böyük  həvəsi olan Günay bu vasitələrdən oyun oynamaq,  əyləncə məqsədilə deyil, məhz öz bilik və bacarıqlarını daha da genişləndirmək üçün istifadə edir.
Günay məktəbdə əlaçıdır və məktəbin “Şərəf  lövhəsi”ndə I sinifdən  bu günə qədər  onun şəkli var. İstedadlı  balacamızın ən sevdiyi fənlər riyaziyyat, ingilis və Azərbaycan  dilləridi. O, məktəbin təşkil etdiyi tədbirlərdə çıxış etmiş, şeirlər söyləmiş və bir sıra rollarda  yer almışdır. Günay məktəb tədbirlərinin birində  "Məktəbli qız" dialoqunda  məktəbli qız rolunda çıxış etmiş, çıxışı  müəllimləri və məktəb rəhbərliyi tərəfindən rəğbətlə qarşılanmışdır. O, həmçinin Əlifba bayramında “Turp nağılı” səhnəciyində  aparıcı kimi çıxış etmiş  və bir sıra şeirlər söyləmişdir.
Günay əldə etdiyi nailiyyətlərinə görə ilk növbədə valideynlərinə və müəllimlərinə borcludur. İqtisadçı olmaq istəyir. Uşaqlıqdan bu sahəyə həvəsi olan Günay bu yolda özünə atasını örnək bilmiş və onun kimi iqtisadçı olmaq arzusundadır.
Günay boş vaxtlarında şəkil çəkməyi çox xoşlayır və çəkdiyi şəkillərin bir qismi məktəbdə keçirilən sərgi-müsabiqələrdə yer almışdır.

Günay öz istedadı, bacarığı ilə daima yaşıdlarından fərqlənir. Biz də öz növbəmizdə arzu və məqsədləri böyük olan Günaya uğurlar arzu edir və dərslərində müvəffəqiyyətlər arzu edirik.

25 декабря 2016 г.

Mehdiyev Əlimirzə Əfqan oğlu

Mehdiyev Əlimirzə Əfqan oğlu 2 noyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə körpəlikdən dəcəl, eyni zamanda da şirin, ailənin çox istənilən övladı olub. Uşaqlıqda maşınlara daha çox marağı olub, həmçinin müxtəlif fiqurlardan maketlər qurmağı xoşlayıb. 2 yaşından, bağçada hərfləri, oxumağı öyrənib. Məktəb həyatına hazırlıqlı olub. Atası şahmat müəllimi olduğundan, Əlimirzə də uşaqlığından şahmata həvəskar olub və atasının köməyi ilə şahmat oynamağı öyrənib. 
Məktəb həyatına ERA tam orta ümumtəhsil məktəbində başlayan Əlimirzə, hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox xoşladığı dərs riyaziyyatdır. Məktəbin tədbirlərində də iştirak edir. Məsələn, 20 Yanvar hadisələri ilə bağlı tədbirində şeirlə, Novruz Bayramı şənliyində, Yeni il şənliyində rəqslə və şeirlə çıxış etmişdir. Həyatında ən uğurlu günü həftənin dördüncü günləridir. Həftənin bu günündə dərslərindən daha yüksək qiymətlər aldığına görə bu günü ən uğurlu gün hesab edir. Onun üçün ən yaddaqalan günlər rayonlarda iştirak etdiyi günlərdir. Əlimirzə İsmayıllı, Zaqatala, Astara rayonlarında şahmat yarışlarında iştirak edib yer tutduğuna görə diplom, tərifnamə, kubok və medallar qazanıb. Buna görə də həmin günlər onun üçün ən yaddaqalan günlərdir. 
Əldə etdiyi uğur və nailiyyətlərə görə atasına, eyni zamanda da şahmat müəllimi olan Əfqan müəllimə borclu olduğunu bildirsə də, məktəbdəki sinif rəhbəri və digər müəllimlərinə minnətdarlıq etməyi unutmur. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir və arzulayır ki, dünyanın tanınmış şahmatçılarından biri olsun. Təkcə bu fəaliyyətləri ilə yox, həm də Allah qarşısında mənəvi keyfiyyətləri ilə fərqlənərək, yüksək dərəcələr qazanaraq, ali mövqeyə ucalmaq istəyir. Gələcəkdə dünya çempionu olmaq arzusundadır. Lakin sadəcə şahmat məşğuliyyəti ilə kifayətlənməyərək, ixtisasca həkim olmaq istəyir. Nənəsi və qardaşı xəstə olanda 7 yaşı olan Əlimirzə onları belə görüb, düşünüb ki, gələcəkdə həkim olsun və xəstə insanlara kömək etsin. 
Asudə vaxtlarında televizora baxmağı, idmanla, xüsusən futbolla məşğul olmağı xoşlayır. Həmçinin, əlindən gəldiyi qədər müəyyən ev işlərində valideynlərinə, xüsusən anasına kömək edir.
Bədii yaradıcılıqla məşğul olmayan müsahibimiz incəsənət sahələrindən rəqsə  üstünlük verir. Rəqs qabiliyyəti yaxşı olduğundan, məktəbin tədbirlərində də rəqslə iştirak edir. 
Gələcəkdə valideynlərinin adını uca tutan bir övlad, yaxşı ixtisaslaşmış bir həkim olmağı, ən əhəmiyyətlisi də Allahın qarşısında sevilən bəndələrdən biri olmaq istəyir. 
Hazırda şahmatda ikinci dərəcəyə sahib olan Əlimirzə, yaxşı şahmatçı olmaqla, dünya çempionu olmaqla tarixin yaddaşında yaşamaq istəyir. 
Daha əvvəl onun fəaliyyətindəki uğurlarından dolayı hər hansı KİV-də məlumat verilməyib. Lakin inanırıq ki, uğurları davam etdikcə, biz də onun adını tez-tez eşidəcək və nailiyyətlərini işıqlandıracağıq.

Kəlbəliyeva Əzizə Sənan qızı

Kəlbəliyeva Əzizə Sənan qızı 19 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olub. Əzizə ilə müsahibə zamanı öncə valideynlərindən onun haqqında danışmağı xahiş etdik. Valideynləri Əzizə barədə bunları dedilər: "Övladımız körpəlikdən sakit, sözə qulaq asan olub. Uşaqlıqda şəkil çəkməyi çox sevərdi. Daha çox müxtəlif  formalı paltar şəkilləri çəkərdi. Məktəbə getməzdən əvvəl müəyyən qədər hərfləri və rəqəmləri tanıyırdı. Mən (anası) və müəlliməsi bunları Əzizəyə öyrətmişdik. 7 yaşından sonra şahmata böyük həvəsi yarandı. Bir neçə ildən sonra artıq peşəkar şəkildə öyrənməyə başladı."
İlk dəfə 133 saylı tam orta məktəbdə elm həyatına qədəm qoyan Əzizə hazırda Elitar Gimnaziyada təhsilini davam etdirməkdədir. Dərslərini yaxşı oxuyur. Tədris olunan fənlərin arasında onun ən çox sevdiyi fənn tarix fənnidir. Demək olar ki, məktəbin bütün tədbirlərində fəal iştirak edir. Tədbirlərdə onun iştirakı əsasən,  şeirlə və müxtəlif kəlamlarla olub.
Əzizədən ən uğurlu və yaddaqalan günləri haqqında soruşduqda bildirdi ki, ən uğurlu günü Milli Dirçəliş gününə həsr olunmuş dərəcə yarışında 4-cü dərəcə aldığı gün olub.
Gələcək fəaliyyətində ailə üzvlərini örnək alan müsahibimiz  1-ci dərəcəni qızıl medalla almağı arzulayır. Uşaqlıqdan dizayner olmaq istədiyini deyir. Asudə vaxtlarında əl işləri düzəltmək və şahmata dair məsələlər həll etməklə məşğul olur. Ən böyük hədəfi universitetə daxil olmaqdır. Daim öz üzərində işləməli olduğunu etiraf edir və bildirir ki, dərslərini yaxşı oxuyaraq, daha çox uğur qazanaraq tarixin yaddaşına adını yazdıra bilər.

Müsahibimizə uğurlarının davamlı olmağını arzulayırıq!

23 декабря 2016 г.

Elman Yasin oğlu Sübhanverdiyev

Daha bir istetadlı qәhramanımız Elman Yasin oğlu Sübhanverdiyevdir. Elman körpәlikdә  sakit olduğu qәdәr әrköyün uşaq olub. Nağara çalmağı ,şeir  söylәmәyi, rәssm çәkmyi çox sevirdi. Mәktәbә gedәnә qәdәr yazib-oxumağı bilirdi. Bunu ona, bağçada ki, müәllimәsi  tәrәfindәn öyrәdilmisdir. Bu sahәdә ona kömәk olan insanlardan biri dә nәnәsi olub. Elman 2003-ci il fevral aynın 16-da Bakı şәhәrindә anadan olmuşdur.  
İlk tәhsilini  Süleyman Sani Axundov adina 173 sayli orta mәktәb alıb. Hazırda isә M.N.Tusi adina 172 sayli orta mәktәbdә davam etirir.
Dәrslәrimi әla qiymәtlәrlә  oxuyuram vә әn sevimli fәnlәrim  riyaziyyat,azәrbaycan dili,әdebiyyat,ingilis dili,fizika,coğrafiya fәnidi.
Mәktәbdә keçirlәn bir çox tәbirlәrdә iştirak etmişәm   11 ölkә arasinda 1 yerlә tәltif olunmuşam, novruz  bayraminda, yeni ildә aktyor olmdum vә terifnamә  verdilәr.                                         Hәyatimda әn uğurlu günlәrim  diplom,tәrifnamә,fәxri fәrman alan, günlәrim birdә birdә ad günüm oludu. T.Ismayilov adina  Usağ-genclәr Yaradiciliq sarayindan,2010-cu ildә nağaradan diplom,2013cu ildә T.Isamayilov adina Usağ-Genclәr Yaradiciliğ sarayindan rәssm üzrә diplom, 5iyun 2014 cu il tarixindә,Beynelxalq Etrafi mühitin muhafizәsi günü ilә әlaqәdar olaraq Azerbaycan Respublikasi Dovlәt Neft sirkәti ve Ekologiya Idaresinin teşkilatçiliği ilә hәyata keçirilәn "Mekteb bağları"tәdbirindә fәal iştirakima görә diplomla tәltif olunmusam, 2015ci ildә "Mәrhәmәtlә dolu alәm "adli rәssm müsabiqәsindә iştirakım oldu vә 1 yer tәşәkkürnamә vә hәdiyәylә layiq görüldüm,2015 ci ildә "Xocal Qelbimizdә "adli rәssm sәrgisindә iştirakima görә diplom verdilәr,2016ci ilde Azerbaycan Respublikasi  Karate Federasiyasinin  tәşkil etdiyi  imtahaninda bacariq göstәrәrәk  narinci kәmәr  diplom ve kәmәrlәrә   layiq görüldüm .
Azerbaycan klassik әdәbiyyatinin görkәmli nümayәndәsi C.Cabbarlinin yaradiciliğina hesr olunmuş bedii qiraәt vә  dram müsabiqәsindә uğurlu çıxısıma görә tesekkurnamә ilә tәltif olundum.                                                                      Әlde etdiyim uğurlarima görә müeәlimlerimә vә  Rәhmәtlik nәnәmә özümü borc bilirәm.
 Atama bәnzәmәk istәyirәm                                                                                          Fәaliyyetimlә bağlı әn hündür zirvәyә qәdәr yüyksәlmәyi hәdәflәmişәm.                                                                                                            Asudә vaxttlarında nağara  çalıram.                                                                                                                                                                              Arzularim çox olduğuna görә  sizә  mәlumat verә  bilmәyәcәm gәlәcәklә bağlı planım hәlә ki,gizli olarağ qalsın.
Vәtәni әn yaxşı şәmilindә tәmsil etmәk istәyirәm  ki,tarixin yaddaşinda әbәdi  yaşayim.
 Uğurların bol,yolun açıq olsun, Elman!!!!

19 декабря 2016 г.

Əsədullayeva Sevil Höccət qızı

Əsədullayeva Sevil Höccət qızı 9 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Sevil körpəlikdən çox aktiv həyat tərzi keçirib. Bir qədər dəcəl, hər şeylə maraqlanan, sual verməyi xoşlayan uşaq olub. Səyahət etməyi, şəhərdə gəzməyi, yaşıdları ilə oynamağı çox sevirdi. Hələ kiçik yaşlarından gimnastikaya, rəqsə, musiqiyə, rəsm çəkməyə marağı çox idi.
Sevil hələ məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. ABVQD adlı dərnəkdə öyrəndiklərini nümayiş etdirməyi sevirdi. 3 yaşından sonra valideynləri balaca Sevildə bəzi idman növlərinə maraq olduğunu hiss ediblər. Televiziyanın idman verilişlərini izləməklə onda bədii gimnastikaya maraq yaranıb. O , da lentlə, topla olan fiqurları təkrarlayır, şpaqat açırdı.
2016-cı ildə I dərəcəli diploma layiq görülüb. 9 iyun 2016-cı ildə ATV kanalında "Bizimləsən" verilişinin canlı yayımında iştirak edib. Mahnı ifa edərək final mərhələsinə keçib. 2016-cı ildə Təhsil TV-də "Təbiətin sehrli rəngləri" sərgisi haqqında yayımlanan verilişin iştirakçısı olub. 2016-cı ilin mayındn Respublikanın xalq artisti Fidan Hacıyevanın Musiqi Mərkəzində vokal dərsləri almağa başlayıb. Musiqi ilə yanaşı Sevil həm də T. İsmayılov adına Bakı şəhər Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində rəsm dərnəyində fəaliyyətə başlayıb. "Əlvida Payız" sərgisində iştirakına görə diplomla təltif olunub.
"Təbiətin sehrli rəngləri" sərgisində 2 may 2016-cı ildə diplomla təltif olunub. Daha sonra "Saf rənglər" sərgisinə təqdim etdiyi "Üç Nar" rəsmini Yunan səfirliyi alıb və bu vəsait xeyriyyə məqsədilə xəstə uşaqlara yardım üçün ödənilib.
Sevilin həyatındakı ən maraqlı günü Fidan Hacıyevanın onun səsini bəyəndiyi və musiqi mərkəzinə qəbul etdiyi gün olub.
Sevil əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ailəsinə və müəllimlərinə borclu bilir.


18 декабря 2016 г.

Zaidov İlqar Tahir oğlu

 
Zaidov İlqar Tahir oğlu 19 mart 2006-cı ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə, körpəlikdə maraq dünyası geniş uşaq olub; şəkillər çəkməyi, plastilinlə oynamağı xoşlayıb. Onu fərqləndirən xüsusiyyət, maşınlardan daha çox gəlinciklərlə oynaması olub. Qurama oyunlarını çox xoşlayıb; pazllardan şəkillər yığıb. Nağıllar və hekayələrlə maraqlanmağı da çox sevib. Ən çox xoşladığı hekayə "Myau edən kim idi?" adlanan hekayə olub.
İlqar erkən yaşlarından riyazi hesablamalarla maraqlanmağa başlayıb. Belə ki, 3 yaşından sonra o, əlindəki pulla tək alış-veriş etməyi, pulunun qalığını özü hesablamağı bacarıb. Anasının sözlərinə görə, daha çox İlqarın böyük qardaşının dərslərinə zaman sərf etdiyindən, İlqarın oxumaq-yazmaq bacarıqlarına yiyələnməsində bağçadakı müəllim-tərbiyəçi Ağabacı xanımın zəhməti olub. Anası İlqarın böyük qardaşına ev tapşırıqlarını izah edərkən İlqar da diqqətlə onları dinləyib. Hətta bəzən özündən dörd sinif irəlidə olan qardaşının şeirlərini, nağıllarını öyrənib, misallarını həll etməyə kömək edib, onun üçün cümlələr qurub.
Bağça illərindən fəal olduğundan, oradakı tədbirlərdə də şeirlər səsləndirib, rəqslərlə çıxış edib. Yay tətillərində üzgüçülüklə məşğul olan müsahibimizim futbola da həvəsi böyükdür. İlk təhsilini Nəsimi rayonu, Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdə alan İlqarın ilk müəllimə Xatirə xanım olub. Müsahibimiz hazırda həmin məktəbdə təhsilini davam etdirir. Onun məktəbdə ilk dəfə səsləndirdiyi şeir hamı tərəfindən bəyənildiyinə görə, bu, onun növbəti uğurlarına stimul olmuşdur. Əlaçıdır. Ən çox sevdiyi fənlər isə riyaziyyat, Azərbaycan dili, fiziki tərbiyə, həyat bilgisidir. Məktəbdə təşkil edilən bütün tədbir və mərasimlərdə, bayram şənliklərində iştirak edir. Onun çıxışları əsasən, şeirlər və mahnılardan ibarət olur. Təhsilində qazandığı müvəffəqiyyətlərə görə birinci sinifdə oxuyanda Fəxri Fərmanla, üçüncü sinifdə oxuyanda Təşəkkürnamə ilə təltif edilib. Əldə etdiyi bu uğur və nailiyyətlərinə görə anasına borclu olduğunu bildirir. Gələcəkdə də fəaliyyətindən dolayı anasına oxşamaq istəyir.
Ürəyində yaşatdığı vətən sevgisi böyük olduğundan, həmişə vətənini qorumaq və vətəninə layiqli vətəndaş olmaq istədiyindən, gələcəkdə prezident vəsifəsinə qədər yüksəlməyi arzulayır. Asudə vaxtları az olan müsahibimiz əlavə dərslər alır. Lakin, boş zamanı olduqca, bunu telefon və kompüter oyunları oynamağa sərf edir.

İncəsənət sahələri arasında rəssamlığa üstünlük verir. Birinci sinifdən başlayaraq, vətənimizi qorumaq, işğal olunmuş torpaqlarımızı geri almaq arzusu ilə döyünən ürəyin sahibi, gələcəkdə məktəbi yaxşı qiymətlərlə bitirib, ali təhsil almaq, daha sonra da uğurlu addımlarla irəliləməyə davam edərək, prezidentliyə qədər yüksəlməyi hədəfə alıb. Düşünür ki, əlaçılıqla məktəbi başa vurmaq, ali təhsil ocağında savadı, bilik və təcrübələri ilə fərqlənməyin özü tarixin yaddaşına adını həkk etdirmək üçün bir addımdır.