elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 июня 2017 г.

Məhərrəmli Amin Nizami oğlu

Məhərrəmli Amin Nizami oğlu 2008-ci il aprel ayının 8-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gözlərini açıb. Amin balaca vaxtı çox sakit, mülayim bir uşaq olub. Getdiyi, gəzdiyi yerlərdə müşahidə aparmağı çox xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, valideyinləri hər gün 30 dəqiqə Aminin təlimi üçün vaxt ayırırdı. Müsahibimizin istedadlı uşaq olduğunu valideyinləri birinci sinifdə oxuyarkən hiss etdilər. Valideyinləri bunun üçün Dilarə müəlliməyə təşəkkür etdiklərini bildirdilər. 
Təhsilə Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Həsənova Mətanət müəllimənin sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur, sinfin əlaçı şagirdlərindəndir. Sevdiyi fənlər arasında riyaziyyat və ingilis dili var. Amin uğurlu fəaliyyəti və təhsildə göstərdiyi müvəffəqiyyətləri üçün bir neçə dəfə diplomla təltif olunmuşdur. Sinif daxili tədbirlərdə fəal şəkildə iştirak etmişdir. Dərslərində əldə etdiyi uğurlara görə anası Nuranə xanıma borcu olduğunu bildirdi. Həmçinin atası Nizami bəyi özünə nümunə götürmüş və ona oxşamaq istədiyini söyləyir. Ən çox texniki fənlərə maraq göstərir, əsasəndə kimya fənninə. Hələ ki, bu fənni keçməsədə gələcəkdə kimyani dərindən öyrənərək, bu istiqamətdə yeni ixtiralar edib, alimlik dərəcəsinə yüksəlmək istəyir. Aminin bu fikrə düşməsinin bir səbəbi var. O, təsadüfən babasının kimya haqqında olan söhbətini eşitməsi onda kimya fənninə maraq oyadıb.  
Asudə vaxtlarında musiqi ilə məşğul olur, heyvanlar haqqında kitab oxumağı xoşlayır, üzgüçülük və idmanın başqa sahələri ilə məşğul olur. Həmçinin şeir və nağıl yazmağı, eyni zamanda mütaliə etməyi sevir. 
Gələcək hədəfi isə ilk olaraq təhsilini başa vurub, vətənə layiqincə xidmət etmək və  arzularının  arxasınca  getmək istəyir. Amin tarixin yaddaşında bir kimyaçı kimi qalmaq istəyir. 
Aminə müvəffəqiyyətlərinin davamlı olması üçün uğurlar arzu edirik. Yolun açıq olsun, səsisin hər zaman zirvədən gəlsin!

14 июня 2017 г.

Mahmudzadə Cahid Elşad oğlu

 
Mahmudzadə Cahid Elşad oğlu 21 iyun 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Cahid uşaqlıqdan gülərüz, ünsiyyətcil, dostcanlı biri olub. 3 yaşından anası Samirə xanımla birlikdə elmi seminarlarda, iclaslarda və.s məclislərdə iştirak edirdi. O çox kiçik olmasına baxmayaraq , Allahın bir hikməti kimi həmişə sakit durar, lakin elmi söhbət qurtaranda isə ağlamağa başlayardı. Körpəlikdən nağıl və hekayələri dinləməyi çox sevirdi. Bir-iki dəfə qulaq asdığı nağıl və ya hekayəni növbəti dəfə artıq özü sözbəsöz danışardı. Məktəbəqədər yaşlarında oxumağı və yazmağı elə körpələr evi uşaq bağçasında öyrənmişdir. Hafizəsinin güclü olması səbəbi ilə uşaq bağçasında keçirilən tədbirlərdə yaxından iştirak edər, səhnəciklərdə rol alardı. Cahid orta məkəbə Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda bu məktəbdə Babayeva Pərvanə müəllimənin  sinfində III sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri arasında riyaziyyat, ana dili və həyat bilgisi var. Sevdiyi məşğuliyyətlər arasında şahmat, karate və döyüş oyunları var. Şahmat üzrə 4 – cü yeri qazanmışdır. Karate üzrə isə sarı kəməri var.   Kiçik yaşlarında anası Samirə xanım hər zaman yatmazdan  əvvəl bir nağıl və ya ibrətamiz hekayə oxuyardı. O zamanlardan anası Cahidin elmə, oxumağa və öyrənməyə olan həddindən artıq marağının olduğunun şahidi olurdu. Eyni zamanda 5-6 yaşlarındaikən ərəb əlifbasını öyrənmiş, “Qurani-Kərim”də olan kiçik sürələri öyrənməyə həvəs göstərmişdir. Qulaq asdığı və oxuduğu sürələri tez bir zamanda əzbərləyirdi. Hal-hazırda 30 sürəni əzbər bilir. Asudə vaxtlarında gəzməyi, yoldaşları  ilə birgə vaxt keçirməyi, yeni dostluqlar  qurmağı çox sevir. Həmçinin heyvanlara qayğı göstərməyi onlarla birgə zaman keçirməkdən xoşu gəlir.
Gələcək həyatı üçün isə elmi dərəcə almaq və elm adamı olmağı hədəfləyib. Müsahibimiz olan Cahidə hədəflərinə çatmağı arzulayırıq. Yolun açıq olsun!

13 июня 2017 г.

Hüseynli Murad Rafiq oğlu

Hüseynli Murad Rafiq oğlu 1 oktyabr 2008-ci ildə Bakı şəhərində anadan olub. Murad körpəlikdə aktiv, dəcəl və gülərüz bir uşaq olub. Məktəbəqədər dövrdə Murad artıq yazmağı və oxumağı, həmçinin riyazi hesablamaları bilirdi. Bunlar ona valideyinləri tərəfindən öyrədilmişdi. Murad uşaqlıqdan özünün fəallığı və istedadı ilə həmyaşıdlarından seçilirdi. Orta məktəbə Binəqədi rayon 182 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Haqverdiyeva Ofeliya müəllimənin  sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənni riyaziyyat fənidir. Birinci sinfi uğurla başa vurduğu üçün sertifikat təqdim olunmuşdur. Murad fəal şagirdlərdən olduğu üçün məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. “20 yanvar” faciəsi ilə bağlı tədbirdə, həmçinin “Novruz bayramı” şənliyində rolları olub. Müsahibimiz uğurlu fəaliyyəti üçün müəlliməsinə və valideyinlərinə borclu olduğunu bildirdi. Murad gələcəkdə polis olmaq arzusundadır. Ona görə ki, dövlətimizi və vətandaşlarımızı pis insanlardan qorumaqdır. Asudə vaxtlarında futbol oynamağı çox sevir. Uşaqlıqda rəsmlə məşğul olurdu. Təbiət mənzərələri canlandırmağı sevirdi. Muradın valideyinləri Aysel xanım və Rafiq bəy övladlarını  vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olaraq böyüdürlər. Muradın da ən böyük istəyi gələcəkdə ali təhsil almaq, atasına və anasına layiqli övlad olmaqdır. Əziz müsahibimiz Murad sənə gələcək həyatında uğurlar arzu edirik, yolun açıq olsun, hər zaman ata və ananın fəxri ol. Səsin zirvədən gəlsin!

12 июня 2017 г.

Rəhimov Qubeis Tariel oğlu














Rəhimov Qubeis Tariel oğlu 1 dekabr 2006-ci ildə Bakı şəhəri Qaradağ rayonunda  dünyaya gözlərini açıb. Qubeis gülərüz, ünsiyyətcil, səmimi və hər kəsin sevimlisi olan bir uşaqdır. Kiçik yaşlarından etibarən hər zaman yaşıdlarından öz bacarıqları ilə fərqlənirdi. O, həm musiqiyə, həm də idmana maraq göstərirdi. Məktəbəqədər yaş dövründə Qubeis yazmağı və oxumağı  bacarırdı. Bu işdə ona uşaq bağçasında olan tərbiyəçisi və bacısı Arzu kömək etmişdir. Onun istedadını, yəni gözəl səsinin olduğunu valideyinləri məktəbəqədər yaş dövründə kəşf ediblər. Getdiyi körpələr evi uşaq bağçasında keçirilən bütün tədbirlərdə həvəslə və fəal şəkildə iştirak edirdi. Bu işdə tərbiyəçilərinin rolu çox böyük olub. Qubeis orta məktəbə ilk addımlarını Cəmil Niftəliyev adına 233 N-li tam orta məktəbdə atıb. Hal-hazırda Ağayeva Gülbağça müəllimənin sinfində IV sinif şagirdidir. Dərslərini yaxşı oxuyur və bütün fənləri sevir. Sinfin əlaçı şagirdlərindəndir. Qubeis eyni zamanda Cabbar Qaryağdıoğlu adına 9 N-li  uşaq musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alır. Məktəbin fəal şagirdi olduğu üçün musiqi məktəbində keçirilən tədbirlərdə  yaxından iştirak edir.  Onun ən yadda qalan günlərindən biri musiqi məktəbində keçirilən “Şərq Musiqisinin İncisi” adlı muğam konsertində olan çıxışıdır. O, muğam sahəsində olan nailiyyətlərinə görə Əhməd müəllim və Fədail müəllimə borclu olduğunu bildirir. Gələcək hədəflərindən  biridə “Muğam” müsabiqəsinin qalibi olmaqdır.
Onun gələcəkdə ki, ixtisas seçimi isə vətənimizə və dövlətimizə layiqli polis işcisi olmaqdır. 
Asudə vaxtlarında sambo idman növü ilə məşğul olur.
Qubeis çox çalışaraq arzularını həyata keçirəcəyini  bildirdi.
Müsahibimiz olan Rəhimov Qubeisə yolun açıq olsun, arzularına çatasan deyirik.

Səsin hər zaman zirvədən gəlsin!

3 июня 2017 г.

İsayeva Ülkər Teymurxan qızı

 
 
İsayeva Ülkər Teymurxan qızı 21 avqust 1998-ci ildə Bakıda dünyaya göz açıb. O, körpəlikdə diribaş, hər şeylə maraqlanan, ünsiyyətcil, hazırcavab olmuşdur. Uşaqlıqdan hamı onu çox sevib. Həmişə uşaq jurnallarını maraqla oxuyardı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunu bağçada müəllimləri və anası öyrətmişdirlər. Ülkər erkən yaşlarından bilik yarışlarında, olimpiadalarda, ictimai işlərdə fəal iştirak edib. 191 №-li tam orta məktəbdə təhsil alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti texnologiya və dizayn fakültəsinin I kurs tələbəsidir. Dərslərindən həmişə yüksək qiymətlər alır. Ən sevdiyi fənn kimya və ingilis dilidir. Orta məktəbdə əlaçı olub. Bütün fənləri sevərək öyrənib. Coğrafiya fənnini isə daha böyük maraqla oxuyub. Məktəbdə təşkil edilən bayram şənliklərində, tədbirlərdə fəal iştirak edib. Məktəbin Kiçik Elmi Akademiyasına öz elmi işini təqdim edib və I yer tutaraq diplomla təltif olunub. Bu, “Sabahın alimləri” layihəsinə təqdim edilən iş idi. “Saatların çəkilməsinin insan orqanizminə təsiri” adlı yazısı bir çox işlər arasından seçilmişdir. Bu elmi işi ilə respublikamızı Türkiyədə, Kiprdə təmsil edib və II yerə layiq görülmüş, diplom və medalla ölkəmizə qayıtmışdır. O, bu günləri həyatının ən uğurlu günlərindən biri hesab edir. Savadlı və bilikli bir övlad olması mərhum atasının arzusu olub. Atası buna görə Ülkər üçün hər bir şəraiti yaradıb. Qəhrəmanımız həyatında olan hər bir uğurlu gününə görə valideynlərinə borclu olduğunu deyir.
Asudə vaxtlarında bədii kitablar oxuyur, yaxın rəfiqələri ilə görüşür, müxtəlif mövzulu filmlərə baxır.

Ülkər elmin ən yüksək pilləsinə çatmaq istəyir. Gələcəkdə ixtisası üzrə magistr pilləsində təhsil almağa hazırlaşır. Azərbaycanın qabaqcıl mühəndisi olmaq üçün əlindən gələni etmək və vətənə xeyirli bir vətəndaş olmaq istəyir.