elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

MÜSABİQƏYƏ TƏQDİM OLUNAN İŞLƏR


Bədəlova Aytəkin Mürşüd
Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialı. 2-ci kurs tələbəsi

Azərbaycan dili etnik mənşəyinə görə türk dilləri ailəsinin oğuz qrupuna daxildir.Azərbaycan dilinin türk mənşəliliyi Azərbaycan xalqının etnogenezisi məsələsi ilə bağlıdır.Etnogenez və dilimizin mənşəyi məsələsi hazırki dövrdə mürtəce konsepsiyanın üstün mövqeyi, həqiqi elmi konsepsiyanın küncə qısılmış vəziyyəti ilə son dərəcə mürəkkəbləşdirilmişdir. Azərbaycan xalqının etnogenezisi haqqında iki baxış vardır. Baxışlardan birinə görə azərbaycanlıların etnik kökündə türk başlanğıcı yoxdur.Bu fikrin tərəfdarlarına görə azərbaycanlıların etnik təşəkkülündə müxtəlif mənşəli tayfalar iştirak edir,buraya türk  etnosları eramızın I minilliyindən qoşulurlar.Əslində həmin fikir türk etnik fenomeninin calaşması zamanı artıq formalaşmış, Azərbaycan xalqının və deməli onun xalq dilinin də mövcudluğunu təsdiqləyir.Guya türk toxumunun azərbaycanlıların etnik yenidən qurulmasına müdaxiləsi ilə türkcənin hansı mənşədənsə olan Azərbaycan dilinin assimilyasiyası başlayır və  XIII əsrdən sonra başa çatır.Digər elmi baxışa görə azərbaycanlıların etnik kökündə yaradılışından türk başlanğıcı durur və təbii ki,bu fikrin tərəfdarları Azərbaycan  dilinin mənşəyində nə assimilyasiya etmiş,nə də assimilyasiya olunmuş yox,birbaşa təmiz türk dili görürlər.
      III-V əsrlərdə Azərbaycan dili formalaşır,bu proses türk tayfa dillərinin  mərkəzləşməsi hesabına gedir. VII-XI əsrlərdə Azərbaycana gələn türk tayfaları artıq müxtəlif tayfalarla deyil,müəyyənləşmiş xalq mövcudluğu və onun dili ilə qarşılaşır-gəlmə mədəniyyətin qohum yerli mədəniyyətlə ehtivası tədricən gedir.Buradan belə aydın olur ki,XI-XIII əsrlərdə gələn səlcuq oğuzları Azərbaycanda Azərbaycan dili formalaşdırmayıb.Onlar gələndə artıq bu xalq və onun dili vardı.Bir qədər də uzağa gedən dilçilərimiz Azərbaycanda türklərin görünməsini Hunlarla I-V əsrlərdə hunların gəlişi ilə əlaqələndirir və III-V əsrlərdə türk mənşəli ümumxalq dilinin təşəkkülünü qeyd edirlər.Təşəkkül dövrü doğrudur,lakin təbii ki,iki-üç əsrin müddətində gəlmə türklər aborigenləri türkləşdirib yeni dil yarada bilməzdilər.Əgər hun-qıpçaqların gəlişini I əsrdən deyil,lap e.ə.III-II əsrlərdən götürsək belə,bu mümkün deyildi.Bu bir də onunla ağla batmır ki,dilimizdə substrat əlamətləri də yoxdur.Bütün bunlar məntiqi şəkildə göstərir ki,türk mənşəli Azərbaycan dili gəlmə hun qıpçaqların məhsulu deyil,çox qədimdən bu ərazidə sakin olan yerli türk tayfalarının hesabınadır.Bəzi tədqiqatlarda hunları türk dilli ilk etnoslar kimi görürük.Ancaq bu fikirlərlə tanış olduqda bu fikri irəli sürən tədqiqatçının öz xalqının tarixinə nə qədər bəsit yanaşdığına,faktları təhrif edərək düşmən dəyirmanını nə qədər sürətlə işlətdiyinə təəccüb etməmək olmur.Biz köklü qədim tayfaların yəni,kimmer,skif,sakların  e.ə.VIII-VII əsrlərdə Azərbaycanda olduğunu qeyd etməliyik.
    Azərbaycan xalqının və onun dilinin təşəkkülünün V əsrdə başa çatdığını şərtləndirən bir sıra amillər olmuşdur.Ən mühüm dəlil V əsrdə vahid alban  yazısının olması və həmin yazının yenidən təkmilləşdirilməsidir.”Albaniya tarixi”nin XVI fəslinin başlığında deyilən “Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi və burada əlifbanı təkmil etməsi,məktəbləri yenidən açması”sözləri göstərir ki,Mesrob yeni əlifba düzəltməyib,mövcud əlifbanı təkmilləşdirib yeni məktəb açmayıb,köhnə məktəblər bərpa olunub. Eramızın başlanğıcından sonra dilində türkizm ən çox işlənən əsər də “Alban tarixi”dir.  Əsərin dilində xeyli türkizm var.Bu sözlər Qafqaz ərazisindəki bulqar,xəzər,hun tayfaları ilə bağlı olduğundan bəzi tarixçilər bunları Azərbaycan dili ilə bağlamır və laqeyidlik göstərirlər.Halbuki həmin tayfalar Azərbaycan xalqının etnik və dil mənşəyində bilavasitə və fəal iştirak etmişlər.
    Azərbaycan dilinin təşəkkülünü e.ə.II,eramızın VI əsrlərində təşəkkül tapmış,VI-VIII əsrlərdə cilalanmış “Kitabi-Dədə Qorqud”dastanları və bu dastanların misilsiz dil materialı təsdiq edir. Bizə XV əsrdə yazıya alınmış nüsxə şəklində çatmışdır.  H.Araslı yazırdı:oğuz qəbilələrinin Azərbaycana gəldiyi əsrlərin tarixi hadisələri ilə səsləşən müxtəlif dastanlar XI əsrdə bizə məlum olmayan bir şəxs tərəfindən yazıya köçürülmüşdür ki,indi”Kitabi-Dədə Qorqud”adı ilə məşhurdur”. Dədə Qorqud dilinin əsas lüğət fondu Azərbaycan milli dilinin əsas lüğət fondu ilə əsasən uyğundur. Hətta bu günkü Azərbaycan dilində də eynən  qalır.
    Türk dilləri ailəsi dünyada mövcud olan ən qədim dil ailələrindəndir.Türkün türk dilində müasir dünya mədəniyyətinə məlum ilk yazılı nümunəsi Orxon və Yenisey çayları hövsəsində tapılmış  qəbirüstü yazılardır(VI-VIII əsrlər).Həm də bu yazılar başqa bir dildə yox,məhz türkün öz əlifbası ilədir.XIX əsrin 90-cı illərində Danimarka alimi V.Tomsen tərəfindən deşifrə edilmiş,bir az sonra rus alimi Radlov tərəfindən təkrar oxunmuşdur. Başqa bir tarixi mədəniyyət faktı: tarixi e.ə. X minilliyə və daha qədimə aid edilən “Qobustan  rəsm yazıları” bilavasitə  türk mədəniyyəti ilə bağlıdır.Ən aydın əlamətlərdən biri budur ki,Qobustan rəsmlərinin içərisində Orxon runik yazısının işarələrinə təsadüf olunur.Məsələn,Qobustan qayalarındakı ZZ işarələri Orxon yazısında z hərfidir.
   Azərbaycanın öz fəlsəfi abidəsi olan “Avesta”da türkizmlər diqqəti çəkir.Abidədə işlənən tura//tur etnonimi “Türklər ölkəsi”demək olan Turanın əhalisinə işarə edir.Abidənin dilində meşa (meşə) sözü var.Maraqlıdır ki,başqa türk oğuz dillərində həmin mənada orman sözü işlənir.Deməli,”Avesta”dakı meşa bilavasitə Azərbaycan türkcəsinindir. “Qutadqu-bilik” Orxon kitabələri,“Kitabi-Dədə Qorqud”kimi ulu türk abidələrindən biridir.Əsər Orxon kitabələrindən sonra Türkün özü haqqında öz dilində ikinci sözü və ikinci şah əsəridir (1069-1070).Orxon Yenisey kitabələrindən və”Qutadqu-bilik”dən sonra Kaşğarlı Divanı türkün özü haqqında öz dilində üçüncü sözüdür,ancaq tarixi dəyərinə görə məhz Orxon-Yenisey abidələri səviyyəsindədir.Divani-Lüğəti’t Türk,Kaşğarlı Mahmud tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir.Türkcənin bilinənə ən köhnə lüğətdir.Əlyazma nüsxəsi 638 səhifədir və təxminən 9 min Türkcə sözcüyün və cümlənin şərhini ehtiva edir. (Azərbaycan tarixi .EA-nın nəşri,I cild,”Elm”,1998. Azərbaycan tarixi.Azərbaycan Dövlət Nəşriyyatı,Bakı,1994) 

Комментариев нет:

Отправить комментарий