elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 января 2015 г.

Yunis Şərif oğlu Məmmədov

Azərbaycanımızın istedadlı övladlarından biri də Yunis Şərif oğlu Məmmədovdur. O, 18 iyun 2006-cı ildə Bakı şəhərində anadan  olmuşdur. Hələ lap kiçik yaşlarından çox şən, diqqətcil olan Yunis rəsm çəkməyi və topla oynamağı, şəkilli kitabları xoşlayırdı. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi.
Hazırda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 saylı orta məktəbin III sinfində təhsil alan Yunis dərslərini yaxşı oxuyur. Onun ən çox sevdiyi fənn riyaziyyat, Azərbaycan dili və rəsmdir. Bununla yanaşı Yunis tədbirlərdə də aktiv iştirak edir. Hələ lap uşaq bağçasında olarkən müxtəlif tədbirlərdə Molla Pənah Vaqif, Şaxta Baba rollarını ifa edən Yunis məktəbdə keçirilən açıq dərsdə Müdrik Qoca rolunu oynayıb.
Əldə etdiyi uğurlara görə ən çox anasına və müəlliminə minnətdar olduğunu deyən Yunis fəaliyyətindən dolayı çox sevdiyi Ziya babasına oxşamaq istədiyini bildirir.
O, boş vaxtlarında rəsm çəkməyi və kitablar oxumağı çox sevir. Bununla yanaşı üzgüçülüyə və rəsm dərnəyinə gedir, eləcə də rəqslə məşğul olur. Yunis qarşısına məqsəd qoymuşdur ki, ali məktəbə ən yüksək balla daxil olaraq oranı qırmızı diplomla bitirsin. Eyni zamanda o, gələcək təhsilini Avropada davam etdirmək istəyir. Onun təsviri incəsənətə də marağı böyükdür. Təsadüfi deyil ki, əsərləri dünya səviyyəsində tanınan bir rəssam olmaq istəyir.
Xalq rəssamı adına yüksəlmək üçün çoxlu dəyərli əsərlər yaratmaq fikrindədir. Uğurlarının axarıncı olmasını diləyirik.

Yusif Şərif oğlu Məmmədov

Gənc istedadlarımızdan biri də Yusif Şərif oğlu Məmmədovdur. O, 6 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Körpəlikdə çox şən, hər şeylə maraqlanan bir uşaq olub. Uşaq vaxtı şəkil çəkmək, velosiped sürmək onun ən çox sevdiyi məşğuliyyətləri idi. Yusif 3 yaşı olanda danışmırdı, amma anası müəllim olduğu üçün ona hər şeyi öyrətməyə çalışırdı.
O, hazırda Suraxanı rayonu 281 saylı orta məktəbin IV sinfində təhsil alır. Məktəbin əlaçı və nümunəvi şagirdlərindəndir. Bütün fənləri çox sevir. Bununla yanaşı ictimai işlərdə də yaxından iştirak edir. Məktəbdə keçirilən qrup yarışmalarında qalib olmuş və tərifnamə ilə təltif olunmuşdur. Yusif əldə etdiyi uğurlara görə anası və müəlliminə minnətdar olduğunu deyir. O , da qardaşı kimi Ziya babasına oxşamaq istəyir.
Yusif boş vaxtlarında məsələlər həll etməyə və kitab oxumağa üstünlük verir.
Onun gələcək planları bundan ibarətdir ki, ali məktəbi qırmızı diplomla bitirib təhsilini Avropada davam etdirməkdir. Gələcəkdə şərəfli peşə hesab etdiyi həkimliyə yiyələnmək istəyir.
Elmi məqalələr yazmaq  və öz peşəsinə dair kitab nəşr etdirmək arzusundadır. Yaddaşda qalan işlər görərək Vətəninə, millətinə layiqli övlad olmaq istəyir.
Ona bu yolda çoxlu müvəffəqiyyətlər arzulayırıq.  

İsgəndərov Rövşən Əli oğlu

 
2008-ci ildə qəhrəmanımızın 7 yaşı var idi. Bildiyiniz kimi həmin il Pekində Yay Olimpiya Oyunları keçirilirdi. Balaca olmasına baxmayaraq Rövşən olimpiya oyunlarını, ələlxüsus cüdo üzrə olimpiya çempionu adını qazanmış idmançımız Elnur Məmmədlinin çıxışlarını çox diqqətlə izləyirdi. O zamandan Rövşəndə idmana maraq oyanır və bu yolda Elnur Məmmədli kimi böyük qələbələr qazanmağı qarşısına məqsəd qoyur.
İsgəndərov Rövşən Əli oğlu 6 mart 2001-ci il Rusiyanın Novosibirsk şəhərində anadan olub. İlk təhsilini Zərdab rayon Qaravəlli kənd S. Vurğun adına orta məktəbdə alıb. Hazırda Mingəçevir şəhər İ. Qayıbov adına 10 saylı tam orta məktəbdə təhsil alır.
Dərslərini əla və yaxşı qiymətlərlə oxuyur. Rövşən fənlər arasında fərq qoymamağa çalışsa da, daha çox sevdiyi fənlər Azərbaycan dili, ingilis dili, tarix və riyaziyyatdır. Sinif rəhbəri Svetlana Kərimova qeyd etdiyi kimi, Rövşən sakit təbiətli, mülayim və gülərüz olsa da, böyüdükcə bəlkə də idmana meyli onun daha qaynar təbiətli birinə çevrilməsinə səbəb olub. Rövşən şəhər üzrə keçirilən “Cəsurlar” hərbi-idman oyunlarında yaxından iştirak edir və liderliyə meylli biri olduğuna görə məktəbin komandasına  rəhbərlik ona həvalə olunur.
Rövşən həyatının ən uğurlu və maraqlı günü kimi 2010-cu ilin 18 dekabr tarixini qeyd etdi. Həmin gün Rövşən ilk dəfə Zaqatala şəhəri Uşaq Gənclər İdman Məktəbinin açıq birinciliyində I yer tutub. Bundan başqa Rövşən idman yarışlarında bir neçə diplomla təltif olunub. 18 dekabr 2010, 29 yanvar, 7 may, 17 iyul, 5 noyabr, 25 dekabr 2011, 13 yanvar, 24 fevral, 14 aprel, 8 sentyabr 2013, 31 oktyabr 2013, 6 aprel 2014, 27 aprel 2014 tarixli diplomlar onun kolleksiyasını bəzəyir.
Rövşən əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu hesab edir. Gələcəkdə hədəfi güclü idmançı və eyni zamanda savadlı bir hüquqşünas olmaqdır. Həyatdakı eybəcərlikləri və qanunsuzluqları düzəltmək istəyi onu hüquqşünaslıq ixtisasına doğru getməkdə daha inadlı olmağa vadar edir. Rövşənin qarşısına qoyduğu məqsədlərdən biri də hüquq sahəsi üzrə ali məktəbə qəbul olub, oranı bitirib, təhsilini xaricdə davam etdirməkdi. Tarixin yaddaşında qalmaq üçün dünya şöhrətli idmançı olmağı hədəfləyən gənc istedadımız İsgəndərov Rövşənə bu yolda nailiyyətlər arzu edir, daha böyük qələbələrə aparan yolda ona əzm və iradə arzu edirik.

27 января 2015 г.

Məmmədli Rüfət Müşfiq oğlu

Məmmədli Rüfət Müşfiq oğlu əslən Qarabağlı olsa da Bakı şəhərində dünyaya göz açmışdır. Adını nənəsi vermişdi. Bu ad ailə üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır. Uşaqlıqdan ana təbiətə bağlı, həssas biri olmuşdur. İstənilən şəraitdə düşdüyü mühitdə əvvəl müşahidə aparar, az zaman çərivəsində ünsiyyət yaradardı.Məktəbə getməmişdən öncə yazıb-oxumağı,saymağı,bir çox şeirləri çox asanlıqla öyrənmişdi.2010-cu ildə Xətai rayonu 194 saylı məktəbin I sinfinə daxil olmuşdur. Ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, informatikadır.
Rüfətin maraqlı keçirdiyi dövrlərdən biri də yay  tətilidir.Doğrudur, o, yoldaşlarından ayrıldığı üçün təəssüflənir. Lakin yay tətilində Ağdam rayonunda nənə,baba himayəsində maraqlı macəralarla keçirmək ona zövq verir.
Sinif rəhbəri Şəhla müəllimə: Məktəbə gəldiyi ilk gündən öz sakit təbiəti, mehribanlığı ilə sinif yoldaşlarından fərqlənib.Rüfət bütün fənlərə maraq göstərir, verilən tapşırıqlar məsuliyyətlə yanaşır.Öz hazırcavablığı,zəngin söz ehtiyyatı , güclü yaddaşı ilə hər kəsdən seçilməyi bacarır. Öz fərqli fikirləri ilə hamını təəccübləndirir. Hər bir hadisəyə yanaşma yönümü ilə seçilir. Bəzən mənə elə gəlir ki, Rüfət gələcəyin yazıçısı kimi böyüyür.”
Rüfətin gələcək planları orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olmaqdır. Həkim olmaq, istər vətənimizdə, istərsə də xaricdə öz peşəsini layiqincə təmsil etmək onun ən böyük arzusudur.

Biz də Rüfətə bu şərəfli yolda uğurlar arzu edirik!

22 января 2015 г.

Ləman Məmmədzadə

Ləmanın uşaqlığı maraqlı hadisələrlə yadda qalıb. Ləman uşaqlıqda sakit və təmkinli olub. 3-4 yaşlarında ailəvi uzun bir səyahətə çıxıb. Qardaş ölkə olan Türkiyənin İstanbul şəhərinə səyahət edib. Orada Ləman gəmiyə minib türk uşaqları ilə oynadığı günləri, İstambuldan Naxçıvan Muxtar Respublikasının  Ordubad rayonunun Kotam kəndinə istirahətə gəlməsini heç zaman unuda bilmir.
Ləman məktəbə gedənə kimi şəxsi marağı sayəsində kimsənin köməyi olmadan yazıb-oxumağı öyrətmişdi. Bu məsələdə nadir hallarda dayısı uşaqlarının yardımından istifadə edərdi.
Məktəbə ilk qədəmlərini qoyandan sonar ibtidai sinif müəllimi Kəmalə xanımın sayəsində onun təhsilə marağı daha da artdı.
Dərslərini əla oxuyur. Sevdiyi fənlər riyaziyyat, Azərbaycan dili, kimya və rus dilidir.
Məktəbdə keçirilən 20 Yanvar tədbirində iştirak edib. Orada Ləmanın  rolu şeir deməkdən  ibarət olub.
Olimpiadada I yeri tutduğu günü  ən uğurlu günü sayır.
8 Mart tədbirində iştirak etdiyi üçün fəxri fərmanla təltif olunub.
Əldə etdiyi  uğur və nailiyyətlərə görə müəllimlərinə, valideynlərinə təşəkkür edir. Fəaliyyətindən dolayı sinif rəhbəri İradə xanıma bənzəmək istəyir.
Ləman uşaqlıqdan həkim olmaq arzusu ilə yaşayır. Karyera pilləsində baş həkim zirvəsinə qədər yüksəlməyi hədəfləyib.
Asudə vaxtlarında kitab oxumaq, gəzmək, yazı yazmağı sevir.
Uğurlu həkim kariyerası qurub, əlacı olmayan xəstəliyin dərmanını taparaq tarixin yaddaşında qalmaq istəyir.

19 января 2015 г.

Vəlizadə Sevinc Əli qızı

 
Gənc istedadlardan biri olan Vəlizadə Sevinc Əli qızı 19 mart 2007-ci ildə anadan olmuşdur. Uşaqlıqda çox sakit qız olub, gəlinciklərlə oynamağı , cizgi filmlərinə baxmağı çox xoşlayırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı , saymağı bacarırdı. Evdə on anası öyrətmişdi, eyni zamanda da bağçaya da getmişdir ki, bunun da müsbət təsiri olmuşdur . Bağçaya getdiyi müddətdə də aktiv bir qız olaraq təşkil olunan tədbirlərin çoxunda iştirak etmiş , qarı nənə, dovşan , qoğal kimi obrazları canlandırmışdır. Hazırda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 saylı orta məktəbin əlaçı və nümunəvi şagirdlərindən biridir.o, dərslərini yaxşı oxumaqla yanaşı məktəbin hazırladığı tədbirlərdə də yaxından iştirak edir. Balaca Sevinci digərlərindən fərləndirən onun xüsusi istedadı olmasıdır. Belə ki, o , kiçik hekaye və şeirlər yazır. Bunların da əsas mövzusu ana , vətən təşkil edir. Onun müəlliməsi Lətafət xanım da ondan çox razıdır və gələcəkdə çoxlu uğur qazanacağına inanır. Sevinc məktəbi qutarıb ali məktəbə daxil olaraq ağ xalatlı həkim olmaq istəyir. Azərbaycan Tibb Universitetinin qarşısından keçəndə ordakı tələbələri gördükdən sonra onda həkimlik sənətinə maraq yaranmışdır. Gəəcəkdə böyük nailiyyət qazanmaq , professor olaraq işləriylə tarixin yaddaşında qalmaq istəyir. Sevincə bu yolda uğurlar arzu edirik.

Mehrabova Xalidə

İstedadlı və bacarığı ilə seçilən gənclərimizdən biri də Mehrabova Xalidədir. O, 14 iyul 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. Körpəlkdə sakit və ağıllı uşaq olub. Hələ balacalıqdan şəkil çəkməyə xüsusi marağı olmuşdur. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Bunu ona valideynləri öyrətmişdilər. Hazırda 281 nömrəli orta məktəbdə təhsil alan Xalidə dərs əlaçısı olmaqla yanaşı ictimai-sosial işlərdə də aktiv iştirak edir. Belə ki, təşkil olunan tədbirlərdə də fəallığı ilə seçilir. Bunlardan sağlamlıq mövzusu haqqında təşkil olunan tədbirdə həkim obrazı ilə çıxış etməsini misal göstərmək olar. Xalidə dərslərini yaxşı oxumaqla yanaşı boş vaxtlarını da səmərəli keçirir. O, asudə vaxtlarında itab oxumağı çox xoşlayır. Bu baxımdan ədəbi mövzular üstünlük təşkil edir. Xalidə orta məktəbi fərqlənmə ilə bitirib Tibb universitetinə daxil olaraq həkimlik sənətinə yiyələnmək istəyir. Savadlı bir həkim kimi xalqına xeyir verməyi, vətənə faydalı bir şəxs kimi yetişməyi arzulayır. Ona bu yolda bol şanslar.