elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 декабря 2015 г.

Əliyeva Məryəm Ruslan qızı


Əliyeva Məryəm Ruslan qızı 20 fevral 2004-cü il Bakı şəhərində anadan olub. Məryəm körpəlikdə musiqiyə və rəsmə xüsusi maraq göstərib. Əlinə karandaş düşən kimi mütləq bir şeylər cızma-qara etməyi sevib. Şeir oxumağa marağı böyük idi. Çox iti hafizəsi ilə fərqlənib. Yanında şeiri bircə dəfə demək kifayət edirdi ki, həmin şeiri əzbərə söyləsin. Kəndə gedəndə özündən balaca uşaqları başına yığıb “müəllimlik” etməyi sevirdi. Ümumiyyətlə, Məryəmdə liderlik qabiliyyəti güclüdür. Məktəbə gedəndə əlifbanı və iyirmi dairəsində hesabı artıq öyrənmişdi. Məryəm gözünü açandan hər zaman ətrafindakıların mütaliə etdiyini görüb. Ona görə də o, boş vaxtlarını oxumağa sərf etməyi uşaqlıqdan vərdiş edib.
 Məryəm ilk təhsilini 47 saylı orta məktəbdə alıb. Hazırda Avropa Azərbaycan məktəbinin VI sinfində oxuyur. Məryəm V sinifdə yeddi fənn üzrə məktəb birincisi olub və təhsil haqqından yüz faiz azad edilib. Hazırda da təhsilini uğurla davam etdirir. Dəqiq elmlərə xüsusi maraq göstərir. Rəsm, musiqi və ingilis dilinə xüsusi marağı var. Məktəbdə keçirilən tədbirlərdə çıxışlar edir. Rus dram klubunun fəal üzvüdür. Baş rollarda çıxış edir. Bundan başqa, rəsm sərgilərində də aktiv iştirak edir.
 Əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu bilir. Valideynləri istəyirlər ki, Məryəm cəmiyyətdə özünə şərəfli yer tutsun və ölkəmizin adını dünyada layiqincə təmsil etsin. Məryəm istəyir ki, orta məktəb müddətində dəqiq elmlər sahəsində dünya olimpiadalarına qatılsın.
 Gələcəkdə mühəndisliyin texnologiyalarla bağlı müasir sahəsində mütəxəsis olmaq arzusundadır. Son dövrlər daim yenilənən texnologiyalar onun da marağını çəkir. BIG DATA informasiyanın BULUD-a daşınması artıq insanların həyatını dəyişib. O da yeniliklər yaratmaq, insanların həyatını yüngülləşdirmək istəyir.
 Asudə vaxtlarında musiqi ilə məşğul olur. Gitarada mahnılar ifa edir və oxuyur. Həftə sonları at sürməyi çox sevir.
 Gələcəkdə Massacuset texnologiyalar universitetində (MİT) təhsil almağı hədəfə alıb. Araşdırıb ki, bu universitet dünyada seçilən üniversitetdir. Ancaq Amerikada oxumaq üçün çox çalışmaq lazım olduğunu da bilir. Cəmiyyətdə tutacağı mövqeyi ilə vətənə göstərəcəyi xidmətlə tarixin yaddaşında qalmaq arzusundadır.
 Uğurlar sənə!

9 декабря 2015 г.

Quliyeva Həcər Emin qızı

Quliyeva Həcər Emin qızı 27 iyun 2007-ci il tarixdə Bakı şəhərində anadan olub.
 Həcər uşaqlıqda hər şeylə maraqlanıb. Sevdiyi məşğuliyyətləri çox olub. Ən sevdiyi məşğuliyyət isə qab-qacaqla oynamaq, onları bir-birinə vurmaqla müxtəlif səslər çıxartmaqdan, musiqi səsli oyuncaqlarla oynamaqdan ibarət olub. Kitablara marağı artıq 6 aylığından var idi. Rəngli, böyük şəkilli kitabları oxumağa çalışıb. İki yaşından isə artıq sərbəst nağıl danışıb və şerləri əzbər söyləyib. Kiçik yaşlarından pal-paltarından və müxtəlif oyuncaqlardan istifadə etməklə nağıllardakı müxtəlif bədii obrazları canlandırmağa çalışıb. Musiqi alətlərinə də çox marağı olub – kiçik qarmon, nağara, gitara, ksilofon və digərləri. Bir yaşında evdə olan pianinoda var-gəl edirdi və artıq iki yaşında “Cücələrim” mahnısına bənzər melodiyanı ifa etməyə çalışıb.
Məktəbə gedənə qədər 4 yaş yarımlıqdan artıq heca ilə sözləri oxumağı bacarıb. Oxumağı anasından öyrənib. Yazmağı isə məktəbəqədər hazırlıq kurslarında öyrənib. Lakin yazmağı o qədər də çox sevmir.
Musiqiyə marağı erkən yaşlarından yaranıb. Maraq öz-özünə yaranıb, lakin genetik amillər, ailə mühiti də böyük rol oynayıb. Çünki Həcərin ailəsində tanınmış musiqiçilər çoxdur – onun ata babası Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən, professor Ramiz Quliyev, əmisi beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevdir. Babası uşaqlıqdan Həcərə tarda müxtəlif uşaq və xalq mahnılarını ifa edib. Əmisi isə onunla ilk fortepiano ilə tanışlığına şərait yaradıb.
Birinci sinfə Bakı şəhəri Səbail rayonu 160 saylı klassik gimnaziyada gedib. Hal-hazırda da bu məktəbdə təhsil alır. Eyni zamanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Məktəb Studiyanın fortepiano sinfində təhsil alır. 
Dərslərini yaxşı oxuyur. Əksər aldığı qiymətlər əla və yaxşıdır. Məktəbdə ən çox sediyi fənnlər – Təsviri sənət, Musiqi, İnformatika, Ana dili və ingilis dilidir.
 Məktəbdə keçirilən teatrlaşdırılmış tədbirlərdə böyük maraqla iştirak edir. Bir neçə kiçik tamaşalarda baş rol alıb. Musiqi məktəbində də əlamətdar musiqi hadisələrində iştirak edib və 2015-ci ilin aprel ayının 6-10-da Məktəb-Studiyanın keçirdiyi “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalında fortepiano sinfi üzrə laureat adını alıb. Həmin festivalda çıxış etdiyi xor ansamblı isə xüsusi diploma layiq görülüb. 
 Onun  üçün ən maraqlı və uğurlu hadisələrdən - ilk dəfə olaraq 160 saylı gimnaziyanın səhnəsində “Buratino” tamaşasındakı tülkü Alisa rolunu canlandırmağı və əlbəttə Bakı Musiqi Akademiyasının səhnəsində ilk dəfə bir neçə əsərlə çıxışıdır. Əldə etdiyi uğurlarına görə müəllimlərinə və valideynlərinə borcludur. 
 Fəaliyyətindən dolayı babası Ramiz Quliyevə oxşamaq istəyir.  
Onun əsas zirvəsi odur ki, seçdiyi hər hansı bir sənətdə yüksək peşəkar mütəxəssis olmaq. 
Onun maraq dairəsi çox geniş olduğuna görə  hələ ki, gələcəkdə hansı peşənin sahibi olacağına dair qəti qərar verməyib. Çünki o, həm fortepianoda ifa etməyi, vokal sənəti ilə məşğul olmağı, səhnədə müxtəlif obrazları canlandırmağı, nağıllar yazmağı, rəsm çəkməyi sevir, həm də təbiətlə bağlı olan elmlərə böyük marağı var.   
 Asudə vaxtlarında fortepianoda cizgi filmlərindən yadımda qalan musiqi parçalarını ifa etməyi, çoxlu rəsm çəkməyi və bədii ədəbiyyat oxumağı xoşlayır. Hətta bəzən ev tapşırıqları yerinə ədəbiyyat oxuduğuna görə danlandığı da olub.  
 Həm rəssamlıqda, həm də musiqidə təbiətin müxtəlif çalarlarını, fəsillərin bir-birini əvəz etməsini, heyvanların davranışını göstərən əsərləri çox sevir.
 Gələcək planları dərslərini yaxşı oxumaq, gimnaziyanın və məktəb studiyanın həyatında fəal iştirak etmək və əvvəl-axır gələcək peşəsiylə bağlı seçimini dəqiqləşdirmək və müəyyən olunmuş məqsəd istiqamətində hərəkət etməkdir. 
http://vesti.az/news/231341#ad-image-0
http://azertag.az/ru/xeber/V_Baku_otkrylsya_I_Respublikanskii_festival_Nacionalnaya_ladovaya_sistema_Uzeira_Gadzhibeili_v_uchebnom_repertuare_molodyh_muzykantov-843825