elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 мая 2014 г.

Sevinc Xəyyam qızı İsmayılzadə

Sevinc Xəyyam qızı İsmayılzadə 2005-cı il yanvarın 4-də Bakı şəhərində anadan olmuşdur. O, ya­şıd­larından ağlı, şirin ləhcəsi, gözəl hərəkətləri ilə fərqlənib. Gəlin­cik­lərlə oyna­mağı, onlara ad qoyub ça­ğır­ma­ğı xoşla­yır­dı. Təx­mi­nən 5 yaşından kiçik pazllar yığmağa baş­layıb. Bu indi də onun ən çox xoşladığı məşğu­liy­yətidir. 
Sevincin təhsilə marağı hələ erkən yaşlarından özünün büruzə verməyə başlayıb. Hələ 4-5 yaşlarında anasının sayəsində yazıb-oxumağı öyrənmişdi. Məktəbəqədər Tədris Mərkəzində hazırlaşdığı dövrdə isə onun təhsilə marağı daha da inkişaf etdi. Qəhrəmanımızın ən çox sevdiyi məş­ğu­liy­yətlərdən biri də rəqs et­məkdir. Eyni zamanda məktəbdə keçirilən kütləvi tədbirlərdə səhnələşdirilən tamaşalarda rol almağı da sevir.
Sevinc hazırda Sabunçu rayonundakı 188 saylı orta məktəbin III sinif şagirdidir. Dərslərinə çox həvəslə yanaşır. Üç dərs ilidir ki, əlaçıdır. Bütün fənlərə çox marağı var. Amma riyaziyyat, Azər­bay­can dili, təsviri incəsənət, həyat bilgisi fənləri ən sevimli fənləridir. 
Sevinc: “ - Bu gün yaxşı oxumağıma, yaşıdlarım arasındakı fəallığıma görə valideynlərimə və müəllimlərimə borcluyam. 7 iyun 2011-ci il həyatımın ən xoşbəxt günlərindəndir. Çünki həmin gün ilk dəfə idi ki təltif olunurdum. Xalam qızı uşaq yaşlarımdan idealım olub. 
Arzum yaxşı oxumaq, məktəbi əla qiymətlərlə bitirməkdir. Sinif rəhbərimiz dərslərimdə diqqətli olsam, yaxşı oxusam bu arzuma çatacağımı deyir.”

22 мая 2014 г.

Hacıyeva Ülkər Çingiz qızı

Hacıyeva Ülkər Çingiz qızı 1995-ci il iyunun 6-da Zaqatala rayonunda dünyaya gəlib. 
Ülkər məktəbəqədər dövrdə rəqs dərnəyində milli rəqsləri həvəslə öyrənib. 5 yaşında məktəbəqədər hazırlıq kursunda yazıb-oxumağı öyrənib. 6 yaşında Zaqatala rayonu 2 saylı orta məktəbin I sinfinə gedib. 2004-cü ildə ailəsinin birlikdə Bakıya köçməsi ilə əlaqədar təhsilini burada davam etdirmişdir. IV-VIII sinifləri 211 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə Zərifə Əliyeva adına liseyə, 2010-cu ildə isə BDU nəzdində “Gənc istedadlar”  liseyinə qəbul olub. Və buradan 2012-ci ildə orta təhsilini başa vurub. 
Elə həmin ildə 505 balla Azərbaycan Dillər Universitetinin tərcümə (rus dili-ingilis dili) ixtisasına qəbul olunub. Hazırda Azərbaycan Dillər Universtetinin tərcüməçilik fakultəsinin II kurs tələbəsidir. 
Ülkər: “ - Anam həmişə danışır ki, məni doğum evindən gətirəndə nənəm üzümə baxıb dedi: “Bu qız tərcüməçi olacaq”. Nənəmin bu sözləri anama ideya verdi və I sinfə gedəndə anam məni ingilis dili kurslarına yazdırdı. Oradakı müəllimlərim anama həmişə tövsiyə edirdilər ki, məni dil-təmayüllü ixtisasa yönəltsin. Mənə dil öyrənmək həmişə maraqlı və asan olub. Orta məktəbdə ən sevimli dərsim ingilis dili olub. Məktəbdə oxuyarkən 3 dəfə olimpiadalarda iştirak etmişəm. Ali məktəbdə ingilis və alman dillərini öyrənirəm və dərslərə böyük həvəslə hazırlaşıram. Həyatımın ən maraqlı və çox arzuladığım günü universtetə qəbul olunduğum gün idi. Qazandığım bütün uğurları ailəmin dəstəyilə qazanmışam. Təhsilimi bitirdikdən sonra magistraturaya qəbul olmaq, sinxron tərcüməçi işləmək istərdim. Boş vaxtlarımı filmlər izləmək, kitab oxumaq və ya dənizkənarı bulvarda gəzintidə keçirirəm.”

12 мая 2014 г.

Toğrul Oqtay oğlu İmanov

Toğrul Oqtay oğlu İmanov 20 yanvar 1992-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1998-2002-ci illərdə Yasamal rayonundakı 225 saylı orta məktəbdə, 2002-2009-cu illərdə Bakı Oksford məktəbində təhil almışdır.
2009-cu ildə Qərb Universitetinə qəbul olmuş, 2013-cü ildə universitetin siyasi elmlər ixtisası (Avropa ölkələri və Amerika siyasəti) üzrə regionşünaslıq fakültəsinin ingilis bölməsini bitirmişdir.
2013-cü ildən Çexiya Respublikasının Praqa şəhərində Karlov Universitetinin magistratura pilləsində Siyasət və İqtisadiyyat fakültəsində təhsil alır.
Adını rəhmətlik babası Mircəfər Seyidov qoymuşdur, ona görə ki, gələcəkdə cəsur, mərd sərkərdə Ərtoğrul kimi olsun.
Məktəbə qədər idmanla məşğul olmağı çox sevirdi, ələlxüsus futbolla. O dövrdə təzə yayılmış virtual uşaq oyunlarını xoşlayırdı və oyuncaq maşınlarını toplamağı çox sevirdi. Məktəbə qədər yalnız uşaq şerlərini əzbələyir, dünya nağıllarını xoşlayırdı və ingilis dilində danışmağı Oksford Məktəbində təhsil alan böyük qardaşından öyrənib.
Toğrul ibtidai sinfi bitirəndə Yasamal rayon Təhsil Şöbəsinin tərəfindən “İlin ən yaxşı şagirdi” nominasiyasının qalibi olub. Bakı Oksford məktəbində təhsilini ingilis və fransız dillərində davam etdirib. Orta təhsil illərində idman, şahmat, coğrafiya, tarix, biologiyadan məktəb üzrə yarışlarda sertifikat alıb. 
Toğrulun ixtisasınaa marağı hələ orta məktəbdə başlamışdır, çünki məktəbdə ingilis və fransız dillərində təhsil aldığından müəllimləri İngiltərə, Amerika və Fransa vətəndaşları olub. 
Toğrul orta məktəbdə müəllimlərimə diqqətlə qulaq asır və daim müvəffəq qiymətlər alırdı. Məktəbdə tarixə, coğrafiyaya, dillərə daha çox maraq göstərirdi.
Liderlik qabiliyyəti ilə seçilirdi. Futbol komandasının kapitanı olub.
Toğrul: “ - Həyatımda ən maraqlı hadisə Qərb Universitetinə qəbul olmağımdır. Seçdiyim ixtisasa yiyələnməkdə, qəbul imtahanlarında göstərdiyim nəticələrə və ümumiyyətlə, indiyə qədər nail olduğum hər bir şeyə özümü anama borclu hesab edirəm.
Azərbaycanın məşhur siyasətçi və diplomatlarının yolunu davam etdirməyi hədəfləyirəm. Magistraturanı bitirəndən sonra Xarici İşlər Nazirliyində işləmək arzusundayam. Asudə vaxtımda idmanla, ələlxüsus futbolla məşğul oluram.”

6 мая 2014 г.

Məcidli Məcid Rəsul oğlu




Məcid Rəsul oğlu Məcidli 2001-ci il noyabrın 30-da Bakı şəhərində dünyaya gəlib. Qaradağ rayon AzNS qəsəbəsindəki 197 saylı məktəbin VII sinif şagiridir. Məcid uşaqlıqdan idmana maraq göstərib. İdmançı­la­rın sərt hərəkətlərini təkrarlayır, hərbi paltar geyinməyi xoşlayırdı. İdman verilişlərini böyük maraqla izləyirdi. 
Məcid məktəbə gedənə qədər yazıb-oxumağı ba­carırdı. Böyük bacısı dərslə məşğul olduqca Məcid də yazıb-oxumağı artıq öy­rən­mişdi. İdmana olan marağı Məcidi 8 yaşında kontakt karate növü ilə məşğul olmağa apardı. Dərslərini də yaxşı oxuyumağa çalışır. Məktəbdə keçirilən tədbir­lərdə ən çox zabit rolunda iştirak edir. Mədəniyyət Evində keçirilən bayram şən­liklərində qaydasız döyüş növlərinə aid döyüş səhnələri göstərir. 
Məcid ilk dəfə 30 yanvar 2011-cu ildə məşqlərə başladığından cəmi 15 gün sonra yarışda qalib olub. 5 may 2013-cü ildə H. Əli­yevin 90 illiyinə həsr olunmuş Bakı birinciliyində və 22 fevral 2014-cü ildə respublika çempionatında I yerə çıxıb. Məcid müx­təlif yarışlarda 15 dəfə I, 7 dəfə II, 3 dəfə III yeri tutub. 
Məcid: “ - Uğur qazandığıma görə ailəmə və məşqçim Ehtiram Rzayevə özümü borclu bilirəm. Məşqçim kimi Avropa və dünya çempio­nu olmaq istərdim. Azərbaycan bayrağını və himnini dünyanın müxtəlif ölkələrində dalğalandırmaq və səsləndirmək mənim üçün xoşbəxtlikdir. Gələcəkdə hərbiçi olmaq, Azərbaycanın tam azadlığı uğrunda mübarizə aparmaq və müstəqilliyini qorumaq istərdim. Asudə vaxtımda futbola baxmağı və futbol oynamağı xoşlayıram. Arzum dərslərimi yaxşı oxumaq və C. Naxçıvanski adına liseyə daxil olmaqdır.”