elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 мая 2015 г.

Mahirə Məhəbbət qızı Əsədzadə

Azərbaycanın gənc istedadlarından biri də Mahirə Məhəbbət qızı Əsədzadədir. Valideynləri deyir ki, Mahirə uşaqlıqdan sakit, ağıllı, sözəbaxan uşaq olub.Oyun oynamağı çox sevib.  Mahirə 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Məktəbə gedənə qədər saymağı ,yazıb-oxumağı bilirdi. 2-ci sinfə keçəndə artıq valideynləri hiss edib ki, Mahirədə fərqli istedad var.
Mahirə birinci sinfə Laçın rayon 40 saylı məktəbdə gedib. Hazırda isə Etibar Əliyev adına 162 saylı orta məktəbdə təhsilini davam etdirir. Dərslərinə mütəmadi hazırlaşır. Əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn isə riyaziyyatdır. Mahirə məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, aparıcı kimi çıxış edir.
Hər gününü düzgün dəyərləndirməyə çalışır. Mahirə diplomlarla təltif edilib. Belə ki: 27 Aprel 2012-ci il tarixli "Zərifə Əliyeva - Ana, qadin və alim" mövzusunda inşa müsabiqəsi üzrə, 24 Fevral 2013-cü il tarixli "Mənim doğma ana dilim" mövzusunda  inşa yazı müsabiqəsində II yer tutduğuna görə, "Mən teatr haqda danışmaq istəyirəm" bədii qiraətçilərin baxış müsabiqəsi üzrə diplomlara layiq görülüb.
Mahirə əldə etdiyi uğurlarına və nailiyyətlərə görə  valideynlərinə borclu olduğunu düşünür. Yaşıdları arasında seçilməyinin başlıca səbəbi isə güclü iradəsi və məqsədyönlü olmağıdır.
Onun gələcək barədə əsas planı istədiyi ixtisas üzrə ali məktəbə daxil olmaq və gələcəkdə sahəsi üzrə yaxşı mütəxəssis olmaqdır.
Gələcəkdə kimya mühəndisi olmaq istəyir. Anası bu ixtisası bitirib.
Mahirə asudə vaxtlarında musiqi dinləməyi,bilmədiyi maraqlı faktlar haqqında məlumat əldə etməyi,maraqlı əsərlər oxumağı xoşlayır.
O, "Mən böyümüşəm" verilişində çıxış etmişdir.
Arzusu, məqsədi böyük olan Mahirəyə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.


25 мая 2015 г.

Göyçay şəhər 1 saylı tam orta məktəbin fəal şagirdləri


Rəhimov Əlisa Ağarəhim oğlu 2007-ci ilin 19 dekabrında Göyçay şəhərində anadan olub. Hazırda Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin 2a sinfində oxuyur. Əlisa bütün fənləri çox sevir. O, dəfələrlə məktəbdə və rayonda keçirilən tədbirlərdə rəngli kağızlardan və müxtəlif aplikasiyalardan hazırladığı əl işləri ilə sərgilər təşkil edib.
Əlisa daha çox riyaziyyat fənnini sevdiyini deyir. Təsadüfi deyil ki, o, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş riyaziyyat yarışında 2-ci yer tutaraq mental aritmetik kursu tərəfindən diplomla təltif olunub. Əlisa, həm də Təfəkkür Tədris Mərkəzinin 2-ci sinif şagirdləri arasında keçirdiyi sınaq imtahanında 1-ci yer tutduğuna görə 1 saylı məktəbin direktoru Tahirə Qurbanova və Təfəkkür Tədris Mərkəzi tərəfindən tərifnamə və hədiyyələrlə təltif olunub.
Əlisa həm də məktəbin və rayonun keçirdiyi ictimai tədbirlərdə də fəallığı ilə seçilən şagirdlərdəndir. Təsadüfi deyil ki, 20 may 2015-ci tarixdə Göyçay rayonunda keçirilən “Kitab Bayramı”nda onun “Əlisanın kitabları” adlı poetik kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Həmin kompozisiyada Əlisanın sinif yoldaşları, yəni Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin 2a sinfinin digər şagirdləri olan Osmanlı Osman, Mehdizadə Həsən, Mehdizadə Hüseyn, Bayramlı Leyla, Məhərrəmli Şəbnəm və Süleymanova Gülüstan da də rol almışlar.

2a sinfinin sinif rəhbəri Qasımova Məlahət şagirdləri ilə fəxr etdiyini bildirir və məktəbin bu fəal şagirdlərinə dərslərində uğurlar arzulayır.

22 мая 2015 г.

Selcan Vaqif qızı İmanova


Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri  də Selcan Vaqif qızı İmanovadır.  Selcan 2005-ci il aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki,  Selcan körpəlikdə ağıllı bir uşaq olub. Onun ən sevdiyi nağıl kitabları olub. Musiqiyə həvəsi olub, dörd yaşı olanda pianinoda ifa etməyə maraq göstərib.
Selcan I sinfə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona anası öyrətmişdi. Selcan 99 saylı məktəbin IV sinfində təhsil alır, dərslərini çox yaxşı oxuyur, əlaçıdır. Məktəbə getdiyi ilk gün Selcan üçün ən maraqlı gündür. II sinifdə oxuyanda təhsildə fərqləndiyinə görə fəxri fərmanla təltif edildiyi gün isə ən uğurlu gündür.
Selcan əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə anasına və müəlliminə borclu olduğunu hesab edir.
Selcanın  arzuları çoxdur, ən böyük arzusu isə savadlı, dövlətimizin adına layiq həkim olmaq və  insanlara kömək etməkdir.
Selcan 11 saylı Uşaq Musiqi Məktəbinin II sinif şagirdidir. Pianinoda gözəl xalq mahnıları ifa edir.
Selcan asudə vaxtlarında piano ilə məşğul olur. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün gözəl sənət sahibi olmalıdır.

Arzusu, məqsədi böyük olan Selcana biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

21 мая 2015 г.

Fedorenko Darya Daniilovna

Fedorenko Darya Daniilovna 5 aprel 2002-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərində doğulmuşdur. İlk təhsilini Almatı şəhəri, 27 saylı gimnaziyada almış və IV sinfə qədər davam etdirmişdir. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmüşlər. Hazırda Bakı şəhərində yaşayır və Nərimanov rayonu 207 saylı orta məktəbin şagirdidir.
Valideynlərinin dediyinə görə Darya daima hərəkətdə olan, hər bir şeylə maraqlanan, rəsm çəkməyi və rəqs etməyi xoşlayan uşaq olub.
3 yaşından rəsm çəkməyə marağı daha da artmışdır. Daima rəngli qələm və rəsm dəftəri götürüb, nələrin isə şəklini çəkməyə çalışırdı.
Sonradan, məktəb illərində əl işləri ilə də məşğul olmağa başlayıb. Bu sahədə anası ona müəyyən köməklik göstərib və bacarığını inkişaf etdirib.
Darya məktəbə gedənə qədər nənəsinin köməyi ilə yazıb-oxumağı da öyrənmişdir.
Darya məktəbdə əlaçı şagirdlərdəndir. Sevimli fənləri riyaziyyat, rus-dili, ədəbiyyat, tarix və biologiyadır.
2014-cü ildə onun hazırladığı gül kompozisiyası nümayiş etdirilib. Digər bayramlarda habelə, Xocalı soyqrımına həsr olunmuş tematik rəsmləri məktəbdə sərgilənib.
Darya gələcəkdə dizayner olmaq fikrindədir. Hazırda əsas meyli inteyner və landşaft dizaynına tərəfdir. O, həmçinin,  rəsm çəkmək qabiliyyətini də inkişaf etdirmək istəyir. Daha gözəl əsərlərlə insanların zövqünü oxşamağı arzulayır.
Darya asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi, müxtəlif əl işləri hazırlamağı xoşlayır. Həmçinin, fotoşəkil çəkməyə marağı da vardır. Qazaxıstanda yaşayan vaxtlarda qum üzərində rəsm çəkmək dərnəyinə də getmişdir. Hazırda isə rəqs dərnəyinə  gedir.
Əldə etdiyi bütün uğurlara görə Darya valideynlərinə və müəllimlərinə borclu olduğunu söyləyir.
O,seçdiyi ixtisas üzrə biliklərini daima artırıb, həmin sahədə yüksək zirvələrə çatmaq və insanların yaddaşında qala biləcək əsərlər yaratmaqla tarixə düşmək istəyir.
Arzuları, məqsədləri böyük olan Daryaya biz də uğurlar arzu edir, müvəffəqiyyətlər diləyirik.

19 мая 2015 г.

Yusifova Fəridə Elnur qızı

Növbəti qəhrəmanımız Fəridədir. Fəridə Elnur qızı Yusifova. Fəridə 2005-ci il avqustun 19-da Göyçay şəhərində dünyaya göz açıb.
O körpəlikdə sakit və ağıllı uşaq olub. Evdə hər zaman dəcəllik edən Fəridə bağçasında özünü çox ağıllı və sakit aparardı. Xoşladığı məşğuliyyət rəsm çəkmək, cürbəcür gəlinciklər toplamaq, onların qayğısına qalmaq və böyük bacısının dərs kitablarını korlamaq idi.
Dəcəlliyinə rəğmən Fəridə məktəbə tam hazır şəkildə getmişdi. Yazmağı-oxumağı uşaq bağçasında və anasının sayəsində öyrənmişdi. Bağçada keçirilən bütün tədbirlərdə dəfələrlə Payız qızı, Bahar qız rolları ilə iştirak edib. Özbək rəqsi ifasına görə diplomla təltif edilib.
Onun həmyaşıdlarından xüsusi qabiliyyəti ilə seçildiyini bağça müəllimləri xüsusi qeyd edirdilər. 22 saylı uşaq bağçasının mudiri Yaqut xanım həmişə - Avroviziya yarışmasını Azərbaycana Fəridə gətirəcək - deyirdi. Bacısının rəsmlə məşğul olması Fəridədə incəsənətə də maraq yaradırdı.
Fəridə Bakının Nəsimi rayonundakı 28 saylı orta məktəbin şagirdidir. Dərs əlaçısıdır. Sevimli fənni Azərbaycan dili və təsviri incəsənətdir. Məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbirdə fəal iştirak edib və televiziyaya müsahibə veribb. 8 Mart Beynəlxal Qadınlar Gününə həsr olunmuş tədbirdə “Sindirella” rolunu oynayıb.
Fəridə eyni zamanda 7 saylı Uşaq Musiqi Məktəbində qanun ixtisası üzrə musiqi təhsili alır. Televiziyada və internet vasitəsilə qanun musiqilərini dinləyərək bu alətə sevgisi yaranıb. İxtisas müəllimi Lalə xanım isə onun marağını daha da artırıb.
O bütün nailiyyətlərimə görə valideynlərinə borclu olduğunu qeyd edir. Sinif rəhbəri Ziyafət xanımın da əməyini xüsusi vurğulayır.
Qəhrəmanımızın ən böyük arzusu mahir qanun ifaçısı olmaq, bir neçə xarici dil öyrənərək qanun ifaşısı kimi dünyada tanınmaqdır.
Fəridə aAsudə vaxtalrımda kitab oxumağı və kompyüter oyunları oynamağı sevir. İnternetdə əyləncəli riyaziyyat məsələləri ilə çox  məşğul olur. Çox kitab oxuduğuna görə anası ona “Kitab Qurdu” adını verib. Ən çox da dünya ədəbiyyatı nümunələrini sevir. Sevimli qəhrəmanları Oliver Tvist, Tom Soyer, Rapunzel, Ağ gül və Qızılgül, Bremen musiqiçiləridir.   

15 мая 2015 г.

Əliyev Zaur Tahir oğlu

Vətənimizin istedadlı övladlarından biri də Əliyev Zaur Tahir oğludur. O, 29 sentyabr 2000-ci il tarixində Bakı şəhərində dünyaya göz açmışdır.
Uşaqlıqda çox sakit lakin maraqlı uşaq idi.  Uşaqlıqdan hər bir məlumatla maraqlanan , sözəbaxan, mehriban uşaq olub. O, saatlarla oturub televizorda heyvanlar haqqinda verilən verilişlərə baxardı. Zaur kiçik yaşlarında bağçaya gedir, orada çoxlu şeir və mahnılar öyrənirdi. O, ilk təhsilini Binəqədi rayonu 135 saylı məktəbdə almış, hazırda  təhsilini Nərimanov rayonundakı “Tərəqqi” Texniki-Humanitar liseyində davam etdirir. Daim idmanla məşğul olan Zaurun üzgüçülük idman növünə marağı daha çoxdur. Bir neçə dəfə bu idman növü üzrə I və II yerə layiq görülmüşdür. Məktəbdə dərslərini yaxşı oxuyan Zaurun ən sevimli fənləri ingilis dili, azərbaycan dili, ədəbiyyat, cəbr və fizikadır. Məktəbdə yaxşı oxumaqla bərabər məktəbin ictimai işlərində də aktiv iştirak edir. Asudə vaxtlarında maşınlarla maraqlanmağı, bu barədə verilən verilişləri, dərgiləri izləməyi xoşlayır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən əsasən tarixi qəhrəmanların obrazını canlandırmışdır. Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü  ana, atasına və müəllimlərinə borclu hiss edir. Atası onun həyatında nümunə götürdüyü yeganə insandır.  Zaurun qarşısına qoyduğu məqsəd vətənə layiqli övlad olmaq, əsl kişi kimi yetişmək və ona  olan bütün ümidləri doğrultmaqdır. Ona  bu yolda  uğurlar diləyirik.

8 мая 2015 г.

Şirinli Zərin Azay qızı

Bu dəfəki qəhramanımız balaca Zərindir. Zərin uşaqlıqdan öz qeyri-adiliyi ilə seçilib. O, həmişə oğlan uşaqlarına xas hərəkətləti ilə diqqətdə olub. Oyuncaqları top, avtomat, tank, maşın olub. Balaca vaxtı əsgər geyimi geyinib, 3 yaşından şahmat oynamağa başlayıb. Elə bu vaxtdanda yazıb-oxumağı öyrənib. Artıq 5 yaşında yazıb-oxumağı, vurma-bölmə cədvəlini əzbər bilir, gözəl şəkillər çəkirdi. Onun şəkilləri həmişə vətənpərvərlik mövzusunda olardı. Hərbi təyyarəçi arzusuda elə o vaxtdan yaranmışdı. Bu arzu onu taekvando idman növünə gətirib çıxartdı. Fikirləşir ki, yaxşı hərbiçi-pilot olmaq üçün şahmat və taekvandoda elm qədər dəyərlidir.
Zərin məktəbə gedəndə sərbəst bədii kitablar, uşaq ensiklopediyasını həm rus, həm də azərbaycanca oxuyurdu. Bu marağı həm böyük bacısı oyatmışdı, həm də irsi xarakter daşıyır. Onun riyaziyyata marağı doğma yurdu, işğal altda olan Cəbrayıl rayonun Süleymanlı kəndinin suyundan irəli gəlir. Bu balaca kənd onlarla şəhidi, iki Milli Qəhramanı olmaqla yanaşı onlarla riyaziyyatçı-alimi ilə də məşhurdur. Bunların üzə çıxmasında valideynlərin böyük rolu var. Lakin onun bağça müəllimələrinin, həmçinin şahmat müəlliməsi, qrosmester Əhmədova Mehriban xanımın zəhmətini xüsusi qiymətləndirmək lazımdır. Onlar Zərindəki qəribəliyi xüsusi qayğı ilə yanaşaraq üzə çıxartmışlar. Zərin adamayovuşmaz, qaradinməz olduğundan bu xüsusi zəhmət tələb edirdi. Hazırda bu qayğı məktəb müəllimələrinin və idman müəllimi Elmir müəllimin səyi nəticəsində davam edir.
Şirinli Zərin Azay qızı 2004-cü il yanvarın 10-da Cəbrayıl rayonu Süleymanlı kəndində (Bakı şəhəri) ziyalı ailəsində doğulmuşdur. Nizami rayonu 62 saylı orta məktəbdə I sinifə getmiş və hal-hazırdada həmin məktəbdə oxuyur. Əlaçıdır və sevimli fənni riyaziyyat, inglis dilidir.
Şahmatla bağlı bütün yarışlarda, Heydər Əliyevin doğum günündə təşkil olunmuş bütün tədbirlərdə, məktəbin bayram tədbirlərində fəal iştirak etmişdir. İstedadı sayəsində diplom və medallar qazanmışdı. Zərin əldə etdiyi naliyyətlərdə anası və Mehriban müəllimənin rolu danılmazdır .Həyatda öz yolunun olması üçün daim axtarışdadır. Zərinin əlçatmaz hesab etdiyi məqsədlər Vətən uğrundadır. Onun üçün zirvə hərbiçi-pilot kimi doğma Qarabağın üzərindən uçmaqdır.
O, bu sənəti sevməklə yanaşı, həm də doğma ev-eşiyini işğaldan azad etmək arzusu ilə hər gün bir az daha böyüyür.
Zərin asüdə vaxtlarında rolik, velosiped, skeyt bol sürür, kağızdan müxtəlif əşyalar düzəldir, atıcılıqla məşğul olur. Bədii yaradıcılıqla-rəsm çəkmək onun hobbisidir. Gələcəkdə hərbiçi-pilot olmaq istəyir və bütün bu məşğuliyyətləri məhz bu arzunu reallaşdırmak üçün edir. Şahmat düşüncələri, fikirləri cəmləmək, vaxtı dəqiq bölmək, taekvando güclü olmaq üçün, dərslər savadlı, dünya görüşlü olmaq üçün və bütün bunlar bir məqsəd üçün - ölkə vətəndaşı - vətən daşı olmaq üçün....
Zərinin bu uğurları haqqında KİV-də məlumatlar verilib.Respublika məktəbliləri arasında keçirilən şahmat turnirində 2 il dalbadal I və II yer tutması, diplom və medal alması "Kredo" qəzetində işıqlandırılıb. Tez-tez AZ.TV-də “Şahmat klubu" verilişində iştirak edib.