elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 декабря 2015 г.

Əliyeva Məryəm Ruslan qızı


Əliyeva Məryəm Ruslan qızı 20 fevral 2004-cü il Bakı şəhərində anadan olub. Məryəm körpəlikdə musiqiyə və rəsmə xüsusi maraq göstərib. Əlinə karandaş düşən kimi mütləq bir şeylər cızma-qara etməyi sevib. Şeir oxumağa marağı böyük idi. Çox iti hafizəsi ilə fərqlənib. Yanında şeiri bircə dəfə demək kifayət edirdi ki, həmin şeiri əzbərə söyləsin. Kəndə gedəndə özündən balaca uşaqları başına yığıb “müəllimlik” etməyi sevirdi. Ümumiyyətlə, Məryəmdə liderlik qabiliyyəti güclüdür. Məktəbə gedəndə əlifbanı və iyirmi dairəsində hesabı artıq öyrənmişdi. Məryəm gözünü açandan hər zaman ətrafindakıların mütaliə etdiyini görüb. Ona görə də o, boş vaxtlarını oxumağa sərf etməyi uşaqlıqdan vərdiş edib.
 Məryəm ilk təhsilini 47 saylı orta məktəbdə alıb. Hazırda Avropa Azərbaycan məktəbinin VI sinfində oxuyur. Məryəm V sinifdə yeddi fənn üzrə məktəb birincisi olub və təhsil haqqından yüz faiz azad edilib. Hazırda da təhsilini uğurla davam etdirir. Dəqiq elmlərə xüsusi maraq göstərir. Rəsm, musiqi və ingilis dilinə xüsusi marağı var. Məktəbdə keçirilən tədbirlərdə çıxışlar edir. Rus dram klubunun fəal üzvüdür. Baş rollarda çıxış edir. Bundan başqa, rəsm sərgilərində də aktiv iştirak edir.
 Əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu bilir. Valideynləri istəyirlər ki, Məryəm cəmiyyətdə özünə şərəfli yer tutsun və ölkəmizin adını dünyada layiqincə təmsil etsin. Məryəm istəyir ki, orta məktəb müddətində dəqiq elmlər sahəsində dünya olimpiadalarına qatılsın.
 Gələcəkdə mühəndisliyin texnologiyalarla bağlı müasir sahəsində mütəxəsis olmaq arzusundadır. Son dövrlər daim yenilənən texnologiyalar onun da marağını çəkir. BIG DATA informasiyanın BULUD-a daşınması artıq insanların həyatını dəyişib. O da yeniliklər yaratmaq, insanların həyatını yüngülləşdirmək istəyir.
 Asudə vaxtlarında musiqi ilə məşğul olur. Gitarada mahnılar ifa edir və oxuyur. Həftə sonları at sürməyi çox sevir.
 Gələcəkdə Massacuset texnologiyalar universitetində (MİT) təhsil almağı hədəfə alıb. Araşdırıb ki, bu universitet dünyada seçilən üniversitetdir. Ancaq Amerikada oxumaq üçün çox çalışmaq lazım olduğunu da bilir. Cəmiyyətdə tutacağı mövqeyi ilə vətənə göstərəcəyi xidmətlə tarixin yaddaşında qalmaq arzusundadır.
 Uğurlar sənə!

9 декабря 2015 г.

Quliyeva Həcər Emin qızı

Quliyeva Həcər Emin qızı 27 iyun 2007-ci il tarixdə Bakı şəhərində anadan olub.
 Həcər uşaqlıqda hər şeylə maraqlanıb. Sevdiyi məşğuliyyətləri çox olub. Ən sevdiyi məşğuliyyət isə qab-qacaqla oynamaq, onları bir-birinə vurmaqla müxtəlif səslər çıxartmaqdan, musiqi səsli oyuncaqlarla oynamaqdan ibarət olub. Kitablara marağı artıq 6 aylığından var idi. Rəngli, böyük şəkilli kitabları oxumağa çalışıb. İki yaşından isə artıq sərbəst nağıl danışıb və şerləri əzbər söyləyib. Kiçik yaşlarından pal-paltarından və müxtəlif oyuncaqlardan istifadə etməklə nağıllardakı müxtəlif bədii obrazları canlandırmağa çalışıb. Musiqi alətlərinə də çox marağı olub – kiçik qarmon, nağara, gitara, ksilofon və digərləri. Bir yaşında evdə olan pianinoda var-gəl edirdi və artıq iki yaşında “Cücələrim” mahnısına bənzər melodiyanı ifa etməyə çalışıb.
Məktəbə gedənə qədər 4 yaş yarımlıqdan artıq heca ilə sözləri oxumağı bacarıb. Oxumağı anasından öyrənib. Yazmağı isə məktəbəqədər hazırlıq kurslarında öyrənib. Lakin yazmağı o qədər də çox sevmir.
Musiqiyə marağı erkən yaşlarından yaranıb. Maraq öz-özünə yaranıb, lakin genetik amillər, ailə mühiti də böyük rol oynayıb. Çünki Həcərin ailəsində tanınmış musiqiçilər çoxdur – onun ata babası Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən, professor Ramiz Quliyev, əmisi beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevdir. Babası uşaqlıqdan Həcərə tarda müxtəlif uşaq və xalq mahnılarını ifa edib. Əmisi isə onunla ilk fortepiano ilə tanışlığına şərait yaradıb.
Birinci sinfə Bakı şəhəri Səbail rayonu 160 saylı klassik gimnaziyada gedib. Hal-hazırda da bu məktəbdə təhsil alır. Eyni zamanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Məktəb Studiyanın fortepiano sinfində təhsil alır. 
Dərslərini yaxşı oxuyur. Əksər aldığı qiymətlər əla və yaxşıdır. Məktəbdə ən çox sediyi fənnlər – Təsviri sənət, Musiqi, İnformatika, Ana dili və ingilis dilidir.
 Məktəbdə keçirilən teatrlaşdırılmış tədbirlərdə böyük maraqla iştirak edir. Bir neçə kiçik tamaşalarda baş rol alıb. Musiqi məktəbində də əlamətdar musiqi hadisələrində iştirak edib və 2015-ci ilin aprel ayının 6-10-da Məktəb-Studiyanın keçirdiyi “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalında fortepiano sinfi üzrə laureat adını alıb. Həmin festivalda çıxış etdiyi xor ansamblı isə xüsusi diploma layiq görülüb. 
 Onun  üçün ən maraqlı və uğurlu hadisələrdən - ilk dəfə olaraq 160 saylı gimnaziyanın səhnəsində “Buratino” tamaşasındakı tülkü Alisa rolunu canlandırmağı və əlbəttə Bakı Musiqi Akademiyasının səhnəsində ilk dəfə bir neçə əsərlə çıxışıdır. Əldə etdiyi uğurlarına görə müəllimlərinə və valideynlərinə borcludur. 
 Fəaliyyətindən dolayı babası Ramiz Quliyevə oxşamaq istəyir.  
Onun əsas zirvəsi odur ki, seçdiyi hər hansı bir sənətdə yüksək peşəkar mütəxəssis olmaq. 
Onun maraq dairəsi çox geniş olduğuna görə  hələ ki, gələcəkdə hansı peşənin sahibi olacağına dair qəti qərar verməyib. Çünki o, həm fortepianoda ifa etməyi, vokal sənəti ilə məşğul olmağı, səhnədə müxtəlif obrazları canlandırmağı, nağıllar yazmağı, rəsm çəkməyi sevir, həm də təbiətlə bağlı olan elmlərə böyük marağı var.   
 Asudə vaxtlarında fortepianoda cizgi filmlərindən yadımda qalan musiqi parçalarını ifa etməyi, çoxlu rəsm çəkməyi və bədii ədəbiyyat oxumağı xoşlayır. Hətta bəzən ev tapşırıqları yerinə ədəbiyyat oxuduğuna görə danlandığı da olub.  
 Həm rəssamlıqda, həm də musiqidə təbiətin müxtəlif çalarlarını, fəsillərin bir-birini əvəz etməsini, heyvanların davranışını göstərən əsərləri çox sevir.
 Gələcək planları dərslərini yaxşı oxumaq, gimnaziyanın və məktəb studiyanın həyatında fəal iştirak etmək və əvvəl-axır gələcək peşəsiylə bağlı seçimini dəqiqləşdirmək və müəyyən olunmuş məqsəd istiqamətində hərəkət etməkdir. 
http://vesti.az/news/231341#ad-image-0
http://azertag.az/ru/xeber/V_Baku_otkrylsya_I_Respublikanskii_festival_Nacionalnaya_ladovaya_sistema_Uzeira_Gadzhibeili_v_uchebnom_repertuare_molodyh_muzykantov-843825

30 ноября 2015 г.

Əkbərli Nuray Siyavuş qızı

Əkbərli Nuray Siyavuş qızı 2004-cü il noyabr ayının 24-də Bakı şəhərində dünyaya göz açmışdır.O, körpəlikdə çox sakit ,sözəbaxan uşaq olub.Valideyinlərinin daim sevimli övladları olub.Nuray digər yaşıdlarından fərqlənərək 6 yaşı olarkən Təhsil Nazirliyinin xüsusi komissiyasından keçərək məktəb həyatına ilk addımlarını atıb.Onun ilk təhsil ocaqı 20 nömrəli məktəb-lisey olub.Hal-hazırda da həmin məktəb-liseydə distant təhsil alır.Nuray bütün fənləri çox sevir.Yalnız ən çox xoşladıqı fənlər Ana dili,Ədəbiyyat,Həyat bilgisi və Coğrafiya fənnidir.Hər il məktəbi əla qiymətlərlə başa vurur.Nurayın yaşı az olduquna baxmayaraq,bir çox xüsusi istedada malikdir.O,T.İsmayılov adına uşaq gənclər yaradıcılıq sarayında rəsmlə məşqul olur.Onun çox gözəl əl qabiliyyəti vardır.Bu istedad onda uşaq yaşlarından özünü göstərmişdir.Nuray çox gözəl şəkillər çəkir.29 mart 2015-ci il tarixində Nurayın “Bir diləyim var” adlı fərdi sərgisi keçirilmişdir.O, çəkdiyi şəkillərdə ən çox təbiət mənzərəsinə üstünlük verir.Nurayın rəsm çəkmək qabiliyyətindən başqa xüsusi bir istedadı da var.O,”Cücələrim”rəqs ansamblında çıxış edir.Nurayın çox gözəl rəqs etmək qabiliyyəti də var.Hətta, Nuray Kukla teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” uşaq teatrının da üzvüdur.Bütün bu istedadlara malik olduquna görə Nuray çox sevinməlidir.Əkbərli Nuray bu istedadları olduquna görə dəfələrlə bir çox şənliklərdə,tədbirlərdə iştirak edib.O, hər il “Hesabat”adlı sərgidə iştirak edir.Sonra Vergilər Nazirliyinin təşkil etdiyi “vergilər uşaqların gözü” ilə rəsm müsabiqəsində dəfələrlə iştirak edib.20 Yanvar və Xocalı soyqırmı haqqında keçirilən rəsm sərgisində öz əl işlərini nümayiş etdirib.Onun nailiyyətləri günü-gündən artaraq 2 dəfə rəsm müsabiqəsində birinci yeri əldə edib.Saray 2 nömrəli uşaq evində isə talassemiyalı uşaqlara dəstək məqsədilə keçirilən tədbirdə öz rəqslərin ifa edib.O,bu tədbirlərin hər birindən diplom,sertfikatla qayıtmışdır.Nuraya Xocalı soyqırımının 20-ci il dönümünə həsr edilmiş sərgidə iştirakına görə LN İncəsənt Mərkəzi tərəfindən diplomla təltif edilmişdir.İkinci diplom isə Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgidə iştirakına görə almışdır.Bundan sonra Əkbərli Nuray Xətai Sənət Mərkəzində keçirilən “Yaddaşlarda yaşayan Xocalı”sərgi-aksiyada iştirakına görə sertfikatla təltif olunmuşdur.20 Dekabr 2014-cü ildə isə Azərbaycan qan donorluğunun inkişafına dair rəsm müsabiqəsində 1-ci yerə layiq görüldüyünə görə sertfikat qazanmışdır.Bu,sertfikat və diplomlardan əlavə Nurayı sevindirən diplomu isə 29 mart 2015-ci il tarixində keçirilən “Bir Diləyim Var” adlı rəsm sərgisinə görə “İlin Balaca Rəssamı”adı ilə təltif olunması oldu.
Onun həyatında ən əlamətdar gün özünün ad günü olub.Nurayın ən uğurlu günü isə fərdi sərgisi keçirilən gündür.Az yaşı olmasına baxmayaraq,həyatında bir çox yaddaqalan hadisələr baş vermişdir.Ən maraqlı hadisə isə 7 yaşı olarkən, Kapital bankın Kempinskidə keçirilən “Talassemiyalı uşaqlara dəstək”məqsədilə keçirilən rəsm müsabiqəsində birinci yerə çıxması olub.Nuraya qalib olaraq notebook hədiyyə edilib.Nuray həyatında əldə etdiyi uğurlara görə özünü valideyinlərinə və müəllimlərinə borclu hesab edir.O, “Oyuq” uşaq teatrının rəhbəri Səidə müəlliməyə oxşamaq istəyir.Nurayın hədəflədiyi zirvə isə dərsləri ilə yaxşı məşğul olub,bütün işlərində uğurla irəliləməkdir.O,gələcəkdə psixoloq və rəssam olmaq fikrindədir.Onun ən böyük arzusu anasının psixoloq peşəsini davam etdirməkdir.Asudə vaxtlarında isə azərbaycan filmlərinə baxır,anasına ev işlərində kömək edir.Nuray 1 iyun uşaqların müdafiəsi günü münasibətilə keçirilən İTV, Lider, Az.tv kanallarında canlı yaymda rəqs etmişdir.
Nurayın fikrincə “hər bir işə istəklə və məsuliyyətlə yanaşmaq lazımdır.Qalanı isə allahın işidir”.

Cəbrayılova Nurcan Elnur qızı


Cəbrayılova Nurcan Elnur qızı 28 dekabr 2005-ci il tarixində Şabran şəhərində dünyaya göz açmışdır.Nurcan uşaqlıqda çox sakit bir uşaq olub.Həyatda olan hər şey ilə maraqlanıb.Onun körpəlikdən maraq dairəsi geniş olub.O, uşaq olduqu vaxtlar şəkil çəkməyi,müxtəlif şəkilləri rəngləməyi və oyunlar oynamağı çox xoşlayırdı.Nurcan məktəbə gedənə qədər yazıb-oxumaqı azacıq bilirdi.Bildiklərini isə ona bacısı Tünzalə öyrədib.Onun bir çox istedadı vardır.Körpəlikdən şeir söyləməyi,səhnəciklər qurmaqç ı sevib.Nurcan məktəbə ilk addımlarını 248 saylı tam orta məktəbə atıb.Hal-hazırda da təhsilini orada davam etdirir.Məktəbi hər il əla qiymətlərlə başa vurur.Nurcan bütün fənləri çox sevir.Amma ən çox sevdiyi fənlər isə Azərbaycan dili,Rus dili və Riyaziyyatdır.Nurcan məktəbin sevimli şagirdlərindən biri olaraq 248 saylı məktəbin bütün tədbirlərində iştirak edir.O,məktəbdə keçirilən “Payız”,”Xocalı” və “20 Yanvar”a aid tədbirlərdə iştirak edib.Nurcanın “Payız”adlı tədbirdə rolu Payız qızı olaraq iştirak etməsi idi.O,bu tədbirdə həm iştirakçı,həm də təşkilatçı kimi çıxış etmişdir.Nurcanı elə bu kimi xüsusiyyətləri başqa uşaqlardan fərqləndirir.Bizim qan yaddaşımız olan 20 Yanvar və Xocalı faciəsinə aid bu tədbirlərdə də fəal iştirak etmişdir.Nurcan bütün bu tədbirlərdən diplom,sertfikatla mükafatlandırılmışdır.O,ilk diplomunu son zəng tədbirində çıxış etdiyinə görə almışdır.Ona ikinci sertfikatı isə Təhsil Nazirliyi tərəfindən təqdim olunmuşdur.Nurcan bu yaşadək qazandıqı uğurlara görə ozünü birinci yerdə onu bu yaşına qədər çatdıran ailəsinə, sonra isə müəlliməsi olan Hörmət müəlliməyə borclu bilir.Nurcanın həyatında ən uğurlu iki günü olub.Birinci uğurlu günü birinci sinifə ilk addımlarını atdığı zaman müəlliməsi ilə tanış olduğu gündür.İkinci uğurlu günü isə Payız qızı olaraq,məktəb tərəfindən sevildiyi gündür.İllər keçsə də Nurcanın yaddaşından bu iki gün silinməyəcək.Bütün bu fəaliyyətlərindən dolayı nənələri olan Zöhrə və Zenfira nənələrinə və anasına oxşamaq istəyir.Nurcan asudə vaxtlarını isə musiqiyə qulaq asmaqla,dərsliklərindən əlavə kitab oxumaqla və müxtəlif testlər etməklə keçirir.Gördüyümüz kimi, o vaxtını boş keçirtmir hətta,sevdiyi məşğuliyyətlərindən biri olan rəsm çəkməklə də məşğul olur.Nurcanın nağıl,hekayə və təmsillərə maraqı yüksəkdir.O,bunları həm oxuyur,həm də bacardıqı qədər bu sahə ilə məşğul olur.Onun hədəflədiyi ən yüksək zirvə isə yüksək bal toplayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq və vətəninə layiq bir vətəndaş olmaqdır.Nurcan tarixin yaddaşında belə qalmaq istəyir: “Dərslərimi yaxşı oxuyaraq, yüksək təhsil almalı,gələcəkdə işimi sevməli və layiqli bir sənətin sahibi olmalıyam”

27 ноября 2015 г.

Aslanlı Zəhra Rüfət qızı

Aslanlı Zəhra Rüfət qızı 2006-cı il iyunun 9-da Bakı şəhərində dünyaya göz açmışdır.Zəhra uşaq vaxtı digər yaşıdlarından qeyri-adiliyi ilə seçilmirdi.Bütün uşaqlar kimi o da cizgi filimlərinə baxmaqı çox sevirdi.Uşaqlar üçün ictimai əyləncə mərkəzlərində vaxt keçirtməyi çox xoşlayırdı.Zəhra hər bir şeyə diqqətlə yanaşır,müşahidə edir və sərbəst nəticə çıxartmaqı bacarırdı.Üç yaşından bağçaya getməyə başlayan Zəhra orada saymaqı və oxumaqı öyrəndi.Evdə isə Zəhra hər dəfə valideyinlərindən nəyin şəklini çəkməyi soruşurdu.Onun valideyinləri isə Zəhranı razı salmaq üçün evdə olan əşyalardan məsələn fincan,müxtəlif meyvə və tərəvəzlər,ev bitkiləri,güldan,çaydan və.s qarşısına qoyurdular.Zəhra isə bütün bunların şəklin bacardıqı qədər çəkirdi.Zəhranın anası onun istedadı ilə bağlı belə bir fikirlər ifadə etmişdir “bir gün Zəhranın iş masasını səliqəyə salanda çəkdiyi şəkillərə nəzər saldım və bu yaşda uşağın əşyaları dəqiqliklə kağız üzərinə köçürməsi məni Zəhranı peşəkar rəssama aparmaqa səbəb oldu.Bu rəssam hal-hazırda Zəhranın müəlliməsi Humay xanım Axundovadır.Humay xanım Zəhranın fırçanı tutmasından artıq onu bəyəndi və Zəhra ilə məşğul olmaqa başladı. Zəhranın diqqətli bir uşaq olması onu incəsənətə apardı.Çünki,fikrimcə,incəsənətdə diqqətlə müşahidə etməyi və sonra nəticəni istər rəsm,istər musiqi,istərsə də memarlıq əsərində əks etdirməyi bacarmalısan”.
Zəhra ilk təhsilini Bakı Britaniya məktəbində almışdır.Hal-hazırda isə təhsilini Bakı Fransız liseyində davam etdirir.O,bütün fənləri çox sevərək,dərslərini çox yaxşı oxuyur.Ən çox sevdiyi fənlər isə Tarix və Təbiətşünaslıqdır. Zəhra yüksək təhsil alaraq ingilis,fransız və rus dillərinə malikdir.O, bağça və məktəblərdə keçirilən bayram tədbirlərində, müxtəlif şənliklərdə iştirak etmişdir.Onun bu tədbirlərdə rolu şeir demək,rəqs etmək və nağıllar əsasında qoyulan tamaşalarda qəhrəmanların rolunda çıxış etmək olmuşdur.Eyni zamanda ,ölkədə və ölkədən kənarda keçirilmiş bir çox rəsm sərgilərində iştirak edib.Zəhra bütün bu tədbirlərdə iştirakına görə diplom,sertfikat,tərifnamələr əldə etmişdir.Zəhra 2012-ci ildə ilk fərdi sərgisi ilə baqlı LN incəsənət mərkəzi tərəfindən diplomla təltif olunmuşdur.26 Aprel 2013-cü ildə isə Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirakına görə diplomla mükafatlandırılmışdır.Ona ”Bayrağımız qürur mənbəyimizdir!”adlı rəsm müsabiqəsinin qalibi olduquna görə isə 2013 cü il 9 Noyabr tarixində diplom verilmişdir.Aslanlı Zəhra Hollandiya Krallığının Kralının doğum günü münasibətilə təşkil olunan “İncəsənət Müsabiqəsində”iştirak edib və “Əl işi” Azərbaycanda yerləşən “İncəsənət Qalereyasında” nümayiş etdirilib.Sonra “1 iyun-Uşaqların Beynəlxalq müdafiə günü”nə həsr olunmuş “Vergi uşaqların gözü ilə”tədbirində iştirakına görə 30 may 2014-cü il tarixində sertfikat əldə etmişdir.T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayı tərəfindən təsviri-tətbiqi sənətdə qazandıqı uğurlara və ümumi sərgidə iştirak etdiyinə görə bir çox diplomlarla təltif olunmuşdur.Zəhra əldə etdiyi bütün bu nailiyyətlərinə görə özünü atasına və anasına sonra isə rəsm müəlliməsi olan Humay xanıma borclu bilir.Bütün bu fəaliyyətindən dolayı isə Humay xanıma oxşamaq istəyir.Zəhranın hədəflədiyi ən yüksək zirvə isə dünyada məşhur bir insan olmağa qədər yüksəlməkdir.Gələcəkdə isə hansı sənətin sahibi olacağını qərara gəlməyib.Zəhra asudə vaxtlarını boş keçirtmir.Bunun əvəzində isə sevdiyi sənətlə yəni şəkil çəkməklə məşğul olur.O,çəkdiyi şəkillərdə ən çox təbiət mövzusuna üstünlük verir.Gələcək planlar barədə isə Zəhra belə fikirdədir “yay istirahəti zamanı ağlıma gələn bəzi yeni idealarımı rəsmlərimdə əks etdirməyi planlaşdırıram”. Zəhra çox istedadlı olduqu üçün, onun istedadı və bacarıqı ilə bağlı 2012-ci il 2-3 may tarixlərində Xəzər TV-də “Xəbərlərdə” sonra isə Mədəniyyət kanalından “Mədəniyyət xəbərlərində”məlumat verilmişdir.Zəhra tarixin yaddaşında isə hələki, çoxlu çalışıb yüksək nailiyyətlər əldə etməklə qalmaq istəyir.