elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 января 2014 г.

Çinarə Çinğiz qızı Əliyeva

Çinarənin adını atası Çingiz müəllim qoyub. Bu ad həm az rast gəlinməsi, həm də əzəmətli səslənməsi onu cəlb edib. Hər bir valideyn kimi o da övladının nadir şəxsiyyətlərdən olmasını, əzəmətli zirvələrə ucalmasını arzulayaraq seçib bu adı. Zaman keçdikcə Çinarə də adını doğrultmağa çalışıb.
Məktəbəqədər dövrdə onun ən xoşladığı məşğuliyyət şəkil çəkmək və bilgisayar oyunları oynamaq idi. Elə o dövrlərdə təhsilə olan marağı və anasının sayəsində yazıb-oxumağı öyrənmişdi.
Çinarə Çingiz qızı Əliyeva 22 fevral 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə 143 nömrəli məktəbin I sinifinə daxil olub. V sinifdən X sinifə qədər Texniki-Humanitar liseydə təhsil alıb. 2008-ci ildə 143 saylı məktəbin XI sinifini bitirib. Həmin il Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub və 2012-ci ildə həmin fakültəni bitirib. 2012-ci ildə Odlar Yurdu Universitetinin dövlət sifarişi əsasında biologiya müəllimliyi fakültəsinin magistr pilləsinə daxil olub. Universitetin ictimai həyatında fəal iştirak edir, “İrəli” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının üzvüdür. Azərbaycan, rus və ingilis dillərini bilir.
Çinarə: “ - Orta məktəbdə yaxşı oxumuşam. Sevimli fənnlərim: biologiya, fizika, riyaziyyat və rus dili. Orta məktəbdə IV sinifdə tərifnamə ilə təltif olunmuşam.
İxtisasımla bağlı maraq məndə orta məktəbdən yaranıb, elə ona görə də bu ixtisası seçmişəm. Bu marağı məndə anam oyadıb.
Magistr pilləsində oxuduğum müddətdə Tələbə Elmi Cəmiyyətinin xəttilə iki dəfə elmi konfranslarda elmi məqalələrlə çıxış etmişəm: Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Azərbaycan-2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq elmi praktiki konfransı - "Qan qruplarının insan həyatına təsiri". Bu konfransda fərqləndiyimə görə sertifikatla təltif olunmuşam, Doktorantların və Gənc Tədqiqatçıların XVIII respublika elmi konfransı "Təhsil və təlim prosesində əyani vəsaitlərin rolu". Hər iki məqalə Təhsil Nazirliyinin rəsmi jurnallarında dərc olunub. 2013-cü ildə YUNESKO və Goi Sülh Fondunun xətti ilə keçirilmiş "Daha yaxşı gələcəyin qurulmasında mədəniyyətin rolu" mövzusunda keçirilən beynəlxalq layihədə elmi məqalə ilə iştirak etmişəm və sertifikatla təltif olunmuşam.
 Həyatımda ən uğurlu günlər bakalavr və magistr pilləsinə qəbul olduğum günlərdir, çünki bu mənim həyatda açdığım ilk yollar idi.
 Seçdiyim ixtisasa yiyələnməkdə, qəbul imtahanlarda göstərdiyim nəticələrə görə özümü valideynlərimə və müəllimlərimə borclu bilirəm.
Ali məktəbi bitirdikdən sonra Milli Məclisdə deputatlığa qədər yüksəlməyi arzulayıram.
 Xoşbəxtliyi arzuladığım zirvəyə qaxmaqda görürəm.
 Asudə vaxtlarımda kitab oxumağı, ingilis dilini daha yaxşı öyrənməyi, ailəmizlə təbiətin qoynuna gəzməyə çıxmağı və maraqlı layihələrdə iştirak etməyi xoşlayıram.”

Xəzər rayon Texniki Yaradıcılıq Mərkəzinin sərgisi.

Ə. BAXİŞOV ADİNA 38 N-Lİ TEXNİKİ YARADİCİLİQ YARADICILIQ MƏRKƏZİ XƏZƏR RAYON İCRA HAKİMİYYƏTİNİN 12 DEKABR 1994-CÜ İL TARİXLİ 917 SAYLİ SƏRƏNCAMİLƏ YARADILIB VƏ TƏHSİL NAZİRLİYİNİN RAZILIĞI İLƏ FƏALİYYƏT GÖSTƏRİR. TYM-DƏ AŞAĞIDA ADLARI ÇƏKİLƏN DƏRNƏKLƏR FƏALİYYƏT GÖSTƏRİR.
1. İBTİDAİ TEXNİKAMODELLƏŞDİRMƏ
2. RADİOTEXNİKA
3. ƏYLƏNCƏLİ FİZİKA
4. İNFORMATİKA
5. RADİORABİTƏ
6. GƏNC DİZAYNER
7. GƏNC KONSTRUKROT
8. TEXNİKİ ESTETİKA
9. BACARİQLİ ƏLLƏR
10. RAKET MODELLƏŞDİRMƏ
11. TƏYYARƏ MODELÇİLİYİ
12. GƏMİ MODELÇİLİYİ
13. AVTOMODELÇİLİK
14. ELEKTRO TEXNİKA
15. RADİOELEKTRONİKA
TYM-İN DƏRNƏKLƏRİ XƏZƏR RAYONUNUN  QƏSƏBƏLƏRDƏ YERLƏŞƏN MƏKTƏBLƏRDƏ FƏALİYYƏT GÖSTƏRİR. MƏRKƏZİN ƏSAS MƏQSƏDİ İSTEDADLİ ŞAGİRDLƏRİ ÜZƏ ÇİXARTMAQ VƏ ŞAGİRDLƏRİN ASUDƏ VAXTINI SƏMƏRƏLİ KEÇİRMƏSİNİ TƏMİN ETMƏKDİR.
TYM-İN ƏN SON SƏRGİSİ 14 YANVAR 2014-CÜ İL TARİXİNDƏ TOFİQ İSMAYİLOV ADİNA RƏS QALERİYASİNDA KEÇİRİLDİ. TYM -İN DİREKTORU AĞABALA AĞAYEV SƏRGİNİN AÇILIŞINDA ÇİXİŞ EDƏRƏK İŞTİRAKÇI YENİYETMƏLƏRƏ XALQIMIZIN GƏLƏCƏYİ OLDUQLARINI BİR DAHA XATİRLATDI. SAĞLAM GƏLƏCƏK NAMİNƏ BACARİQLARINI DAHA DA ARTİRMAQLARINI VƏ DƏRSLƏRİNDƏ ÇOX ÇALİŞMALARINI TÖVSİYƏ EDƏRƏK ONLARA UĞURLAR ARZULADI. DİREKTORUN ÇIXIŞINDAN SONRA SƏRGİ AÇIQ ELAN EDİLDİ.
SƏRGİNİN NƏTİCƏLƏRİNƏ GÖRƏ AŞAĞIDA ADLARI ÇƏKİLƏN ŞAGİRDLƏR I, II VƏ III YERLƏRƏ LAYİQ GÖRÜLDÜLƏR

I YERİN SAHİBLƏRİ

1. ƏHMƏDOVA NURLANƏ EMİN QIZI
2. ƏMƏDOVA NAZİLƏ EMİN QIZI
3. QULİYEVA NOQUL ƏLƏKBƏR QIZI
4. BABYEV ELMAR ELMAN OQLU
5. İMANLİ FİDAN RÜFƏT QIZI

II YERİN SAHİBLƏRİ

1. HÜSEYNOV NEMƏT
2. AGAYEVA GÜLSÜM ELŞAD
3. AGAYEVA AYNUR CƏLAL
4. AGAYEVA YASƏMƏN ELŞAD
5. KƏRİMLİ AYSU QURBAN
6. ƏZİZOVA LƏMAN YUSİF
7. ƏMƏDOV SƏYYAF İQBAL
8. RZAZADƏ SƏKİNƏ QOŞQAR

III YERİN SAHİBLƏRİ

1. İSRAFİLLİ İLDUZƏ ELŞƏN
2. ƏHMƏDOVA SULTAN AYDİN
3. HƏSƏNOVA ELVİRA MUSEYİB
4. QAFAROV İSLAM AQAMMƏD
5. HƏSƏNOVA AYŞƏN NAMİQ
6. HƏSƏNOVA ƏFSANƏ NAMİQ

10 января 2014 г.

BALACA AKTRİSA (Sadiq Humay Vüqar qızı)

Sadiq Humay Vüqar qızı 14 iyun 2005-ci ildə Amerika Bir­ləşmiş Ştatlarının Boston şəhərində dünyaya göz açıb. Hu­may körpəlikdə sakit uşaq olub. Musiqi eşidən kimi rəqs et­məyi çox sevirdi. Yuxuda belə sanki musiqini eşi­dir­di. Çox şən uşaq idi. Mək­təbə gedənə kimi oxu­mağı da, yazmağı da, maraqlı şəkil çəkməyi də bilirdi. Bütün bunları tərbiyə aldığı uşaq bağçasında və eyni zamanda böyük bacı­sından öyrənmişdi. 
Ailələri Dəməşq şəhə­rində yaşayanda Humay 3 yaşında idi. Orda uşaq bağçasına gedirdi. Bağ­çanın bütün tədbır­lərində iştirak edir, istənilən mu­siqiyə uyğun rəqs etməyi bacarırdı. Elə ilk teatr tamaşasında da Suriyada yaşadıqları müddətdə, Rusiya səfirliyində keçirilən tədbirdə oynayıb. 
Humay başqa uşaqlar kimi oyuncaqlarla oynamaz, mütləq onlardan yeni bir şey hazırlayardı. Təklikdə sanki balaca teatr aktrisası kimi özündən oyun fikirləşib oynayardı. Humaygilin ailəsində incəsənətlə məşğul olan olmayıb. Amma musiqi alət­lərində ifa etməyi bacarır və musiqini çox sevirlər bu ailədə. Pəri nənəsi isə ona xüsusi oynamağı öyrədirdi. 
Humay hər zaman başqa həmyaşıdlarından yaradıcı olmağı ilə seçilib. Hazırda üzvü olduğu “Günay” Uşaq Teatrında da arasında seçilir. Müəlliminin dediyinə görə çox maraqlı etüdlər hazırlayır. Maraqlı burasıdır ki, qəhrəmanımızın adının da incəsənətlə, aktyorluq sənəti ilə bir bağlılığı var. Belə ki, vali­deynləri ona ad seçərkən Azərbaycan kinosunun incilərindən olan “Yeddi oğul istərəm” filmindəki Humay obrazından təsir­lənərək bu qərara gəliblər. 
Humay orta məktəbə ilk qədəmlərini Bakının Yasamal rayo­nun­dakı T. Abbasov adına 225 saylı tam orta məktəbə atıb. Təh­silə başladığı ilk gündən seçilməyə başlayıb. Güclü hafizəyə və məntiqi təfəkkürə malik olan bu qız daim əlaçılar sırasında yer alıb. Həm əvvəl təhsil al­dı­ğı 225 saylı orta mək­təb­də, həm də hazırda təh­sil aldığı 132-134 saylı Beynəlxalq Təhsil Mər­kə­zində seçilən şagirdlərdən olub. Məktəbin bütün təd­bir­lərində iştirak edir. Müxtəlif tədbirlərdə hind rəqsi, milli “Uzundərə” rəqsini məharətlə ifa edib. 
Humay: “ - Həyatımın ən maraqlı və uğurlu günü 8 mart 2013-cü ildə R. Behbudov adına Mah­nı Teatrının səhnəsində “Dəniz qızı” nağılında “Dəniz ulduzu” rolum idi. Uşaq bağça­sın­da, mək­təbdə, bir çox muzey təd­birlərinin açılışlarında müxtəlif rollarda oynamışam, amma bu böyük səhnədə ilk ifam idi. Çox həyəcanlı idim, amma rəqs edən kimi tamaşaçıları da, həyəcanı da unutdum.
Gələcəkdə uşaq həkimi olmaq istəyirəm. Uşaqları çox se­vi­rəm, sağlam görmək istəyirəm. Nənəm də həkim­dir, insan­lara çox kömək edır və mən də onun kimi hamıya kö­mək etmək istə­yirəm. Teatrda böyük uğur qa­zan­sam həkimliklə yanaşı incə­sə­nətlə də məşğul olaram. 
Bu il Almaniyada dünya uşaq teatr festivalı keçiriləcək. Ən böyük arzum orda iştirak etməkdir. Yay tətili günlərində Sankt-Peterburq şəhərində tədbir keçiriləcək. Mən ora dəvət almışam. Gələcəkdə maraqlı rollar, rəqs nömrələri hazırlamaq arzu­sun­dayam. Hazırda Şelkunçik tamaşasını hazılayırıq.
Asudə vaxtlarımda şəkil çəkməyi, nağıl oxumağı sevirəm.”

9 января 2014 г.

Məmmədova Ülkər Ehtiram qızı

Məmmədova Ülkər Ehtiram qızı 2002-ci il iyunun 17-də Bakı şəhərində anadan olmuşdur. Ülkər körpəlikdə gözəl hafizəsi və qeyri-adi bacarığı digərlərindən fərqlərirdi. Hələ 2 yaşı olarkən rəsm çəkməyə marağı olduğunu hiss etdirmiş, bitki və həşəratları, cizgi film qəhrəmanlarını özünəməxsus şəkildə təsvir etmişdir. 3-4 yaşlarında onlarla şeiri əzbərləmək və hafizəsində saxlamaq qabiliyyətinə malik idi. Uşaqlara həsr edilmiş müxtəlif verilişlərdən öyrəndiyi əşyaları düzəldir, ev şəraitində nağıl qəhramanları hazırlayır və tamaşalar keçirirdi. O, hələ məktəbə getməmişdən əvvəl yazmağı, oxumağı və saymağı sərbəst bacarırdı. Bu işdə ona ixtisasca müəllim olan anası kömək edirdi. Məktəbdə də bacarıqları ilə şagirdlərdən seçilirdi. Məktəb səviyyəsində keçirilən tədbirlərdə fəal iştirak edirdi.
Ülkərin musiqiyə də marağı vardı. Bu səbəbdən ona sinezator aldılar. Musiqi duyumu nəticəsində bir neçə saata sevdiyi  mahnını ifa etməyi öyrənə bilir.
Ülkər: “ - Dərslərimi əla oxuyuram. Bütün fənnləri çox sevirəm. Məktəbdə keçirilən bir çox tədbirlərdə fəal iştirak etmişəm. Məsələn: Bayraq günü, Yeni li şənliyi, “ Müəllim günü, 20 Yanvar gününə, Xocalı faciəsinə, Respublika gününə həsr olunmuş tədbirlər, Novruz şənliyi və s. Tədbirlərdə əsasən aparıcı kimi, yaxud şeir parçaları ifadə edərək iştirak etmişəm.
Həyatımda ən uğurlu və maraqlı gün 17 may 2013-cü ildə Tarix muzeyində keçirilən müssabiqədə “Görkəmli xeyriyyəçi - Hacı Zeynalabdin Tağıyev” nominasiyası üzrə II yerə layiq görüldüyüm gündür. Elə həmin il Müəllimlərin Təkmilləşdirmə İnsititunda keçirilən sərgidə iştirak etmişəm və təsviri incəsənət sahəsi üzrə baxış sərgilərdə göstərdiyim nailiyyətlərə görə 31 may 2013-cü ildə 108 saylı məktəb tərəfindən təltif olunmuşam.
Bu sahədə uğur qazanmağımda valideynlərimin rolu böyükdür. Bu sahəni inkişaf etdirib çəkdiyim şəkilləri sərgiləsəm və daha geniş kütlə arasında tanınsam özümü xoşbəxt hiss edərəm.
Gələcəkdə həkim olub, insanlara şəfa vermək niyyətindəyəm. Köməyə ehtiyacı olan insanlara yardım etmək, onları sağlamlığına qovuşdurmaq ən böyük arzularımdan biridir. Tibbə maraq məndə 7-8 yaşlarımda oyanıb.
Asudə vaxtlarımda kitab oxuyur, şəkil çəkir, televizora baxıram. Kompüterdə “Point” proqramında şəkil çəkməyi də xoşlayıram. “Microsoft Power Point” proqramında müxtəlif mövzularda slaydlar hazırlamaq mənə xüsusi zövq verir. Musiqi ilə də məşğul oluram, yeni mahnılar öyrənirəm.
Tarixin yaddaşında qalmaq üçün çox çalışıb, işləmək lazımdır. Savadlı olub, dünyagörüşümü artırıb, vətənə layiqli övlad kimi böyüyəcəyəm. Daha dəyərli şəkillər çəkib yaddaşlarda qalmaq mümkündür. İnsan bir şeyi qəlbdən istəyirsə, qarşısına məqsəd qoyursa hər bir zaman uğur onunla olur.”

Əliyev Mətin İlham oğlu

 Mətin İlham oğlu Əliyev 2 avqust 2003-cü ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Körpəlikdə çox sakit uşaq olan Mətin televizora, şəkilli kitablara çox maraq göstərib. Uşaqlar üçün nəzərdə tutulan intellektual verilişləri davamlı sürətlə izləyərdi. Elə bunun nəticəsidir ki, erkən çağlardan təhsilə maraq göstərməyə başlayıb. Mətin balamız 6 yaşından I sinfə gedib. Onu da qeyd edək ki, Mətin məktəbə çox sevinə-sevinə gedib. Sevincinin həddi-hüdudu olmayıb.
Ona görə də məktəbə gedənə qədər yazıb-oxumağı valideynləri öyrətmişdi. Mətinin təhsilə necə böyük maraq göstərdiyini görüb, ona çoxlu rəngli qələmlər, rəngli kitablar, məktəbəqədər hazırlıq kitabları alırdılar.
Onun babaları çox savadlı insanlar olub. Onların arzuları nəvələri Mətinə qarşı sonsuz olub. Onlar Mətini həyatda mətin olmağı, oxuyub savadlı, xalqın layiqli övladı olmağı arzulamışlar.
Hazırda Bakının Xətai rayonundakı Humanitar Fənlər Təmayüllü Məktəb-liseyin V sinif şagirdi olan Mətin dərs əlaçısıdır. Sevimli fənləri riyaziyyat, ana dili, rus dili və ingilis dilidir. Məktəb-liseyin direktoru Nəzakət Əsgərova şagirdlərin hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradılmasına çalışır.
Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. “Dilimizi sevək, sevdirək” tədbirində aparıcı olub, milli qəhrəman Mübariz İbrahimova aid şeirlər söyləyib. Daha bir tədbirdə “Sehrli xalat” səhnəciyində Rəşid rolunu oynayıb. Bir neçə dəfə “Tumurcuq” qəzetində məktəb-liseyə həsr olunmuş reportajda nümunəvi şagirdlərdən biri kimi onun da şəkli dərc olunub.
Mətin: “ - Həyata baxışlarım və dərslərdəki müvəffəqiyyətimə görə ilk müəllimim Cəmilə xanıma, valideynlərimə borcluyam. Müəllimlərimin və valideynlərimin əziyyətini bada verməməyə çalışıram. Məsuliyyətlə bu uğuru davam etdirəcəyəm.
Mən babalarıma oxşamaq istəyirəm. Babalarım məni savadlı, güclü bir insan kimi görmək istəyirdilər. Mən çox çalışıb, çox oxuyub onların arzularını həyata keçirəcəyəm.
Hər dəfə tərifnamə ilə təltif olunanda müəllimlərimin, ailəmin alqışları məni qol-qanad verir. Məsuliyyətim birə-beş artır.
Gələcəkdə gözəl insan olmaq istəyirəm. Özümü dərk edəndən biznesmen olmaq fikrinə düşmüşəm. Maddi imkanlarım geniş olarsa kimsəsiz uşaqlara, qocalara yardım edə bilərəm. Arxası, dayağı olmayan uşaqlar oxumalı, xalqımıza gərəkli övladlar olmalıdırlar.
Asudə vaxllarımda ailəlikcə gəzməyə çıxırıq. Çoxlu kitablar oxuyuram. Şahmat oynayıram. Futbol oynamağı da çox sevirəm.
Bu gün üçün əsas məqsədim məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq, hərbi xidməti çəkib vətənə sədaqətlə qulluq etməkdir.”