Əkbərli Nuray Siyavuş qızı 2004-cü il noyabr ayının
24-də Bakı şəhərində dünyaya göz açmışdır.O, körpəlikdə çox sakit ,sözəbaxan
uşaq olub.Valideyinlərinin daim sevimli övladları olub.Nuray digər
yaşıdlarından fərqlənərək 6 yaşı olarkən Təhsil Nazirliyinin xüsusi
komissiyasından keçərək məktəb həyatına ilk addımlarını atıb.Onun ilk təhsil
ocaqı 20 nömrəli məktəb-lisey olub.Hal-hazırda da həmin məktəb-liseydə distant
təhsil alır.Nuray bütün fənləri çox sevir.Yalnız ən çox xoşladıqı fənlər Ana
dili,Ədəbiyyat,Həyat bilgisi və Coğrafiya fənnidir.Hər il məktəbi əla qiymətlərlə
başa vurur.Nurayın yaşı az olduquna baxmayaraq,bir çox xüsusi istedada
malikdir.O,T.İsmayılov adına uşaq gənclər yaradıcılıq sarayında rəsmlə məşqul
olur.Onun çox gözəl əl qabiliyyəti vardır.Bu istedad onda uşaq yaşlarından
özünü göstərmişdir.Nuray çox gözəl şəkillər çəkir.29 mart 2015-ci il tarixində
Nurayın “Bir diləyim var” adlı fərdi sərgisi keçirilmişdir.O, çəkdiyi şəkillərdə
ən çox təbiət mənzərəsinə üstünlük verir.Nurayın rəsm çəkmək qabiliyyətindən
başqa xüsusi bir istedadı da var.O,”Cücələrim”rəqs ansamblında çıxış
edir.Nurayın çox gözəl rəqs etmək qabiliyyəti də var.Hətta, Nuray Kukla
teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” uşaq teatrının da üzvüdur.Bütün bu
istedadlara malik olduquna görə Nuray çox sevinməlidir.Əkbərli Nuray bu
istedadları olduquna görə dəfələrlə bir çox şənliklərdə,tədbirlərdə iştirak
edib.O, hər il “Hesabat”adlı sərgidə iştirak edir.Sonra Vergilər Nazirliyinin təşkil
etdiyi “vergilər uşaqların gözü” ilə rəsm müsabiqəsində dəfələrlə iştirak
edib.20 Yanvar və Xocalı soyqırmı haqqında keçirilən rəsm sərgisində öz əl işlərini
nümayiş etdirib.Onun nailiyyətləri günü-gündən artaraq 2 dəfə rəsm müsabiqəsində
birinci yeri əldə edib.Saray 2 nömrəli uşaq evində isə talassemiyalı uşaqlara dəstək
məqsədilə keçirilən tədbirdə öz rəqslərin ifa edib.O,bu tədbirlərin hər birindən
diplom,sertfikatla qayıtmışdır.Nuraya Xocalı soyqırımının 20-ci il dönümünə həsr
edilmiş sərgidə iştirakına görə LN İncəsənt Mərkəzi tərəfindən diplomla təltif
edilmişdir.İkinci diplom isə Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan
uşaqlarının gözü ilə” adlı sərgidə iştirakına görə almışdır.Bundan sonra Əkbərli
Nuray Xətai Sənət Mərkəzində keçirilən “Yaddaşlarda yaşayan Xocalı”sərgi-aksiyada
iştirakına görə sertfikatla təltif olunmuşdur.20 Dekabr 2014-cü ildə isə Azərbaycan
qan donorluğunun inkişafına dair rəsm müsabiqəsində 1-ci yerə layiq görüldüyünə
görə sertfikat qazanmışdır.Bu,sertfikat və diplomlardan əlavə Nurayı sevindirən
diplomu isə 29 mart 2015-ci il tarixində keçirilən “Bir Diləyim Var” adlı rəsm
sərgisinə görə “İlin Balaca Rəssamı”adı ilə təltif olunması oldu.
Onun həyatında ən əlamətdar gün özünün ad günü
olub.Nurayın ən uğurlu günü isə fərdi sərgisi keçirilən gündür.Az yaşı olmasına
baxmayaraq,həyatında bir çox yaddaqalan hadisələr baş vermişdir.Ən maraqlı
hadisə isə 7 yaşı olarkən, Kapital bankın Kempinskidə keçirilən “Talassemiyalı
uşaqlara dəstək”məqsədilə keçirilən rəsm müsabiqəsində birinci yerə çıxması
olub.Nuraya qalib olaraq notebook hədiyyə edilib.Nuray həyatında əldə etdiyi
uğurlara görə özünü valideyinlərinə və müəllimlərinə borclu hesab edir.O,
“Oyuq” uşaq teatrının rəhbəri Səidə müəlliməyə oxşamaq istəyir.Nurayın hədəflədiyi
zirvə isə dərsləri ilə yaxşı məşğul olub,bütün işlərində uğurla irəliləməkdir.O,gələcəkdə
psixoloq və rəssam olmaq fikrindədir.Onun ən böyük arzusu anasının psixoloq peşəsini
davam etdirməkdir.Asudə vaxtlarında isə azərbaycan filmlərinə baxır,anasına ev
işlərində kömək edir.Nuray 1 iyun uşaqların müdafiəsi günü münasibətilə keçirilən
İTV, Lider, Az.tv kanallarında canlı yaymda rəqs etmişdir.
Nurayın fikrincə “hər bir işə istəklə və məsuliyyətlə
yanaşmaq lazımdır.Qalanı isə allahın işidir”.