elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2016 г.

İsmayılova Elvira Məhəmməd qızı

İsmayılova Elvira Məhəmməd qızı 2002-ci ildə Rusiya Federasiyasının Murmansk vilayətində dünyaya göz açmışdır. Körpəlikdə çox sakit və olduqca şirin bir qız olan Elvira 3 yaşından 6 yaşınadək Murmanskda yerləşən rəqs məktəbinə getmişdir. Orada yaşadığı müddətdə rus dilində yazıb oxumağı bacarmış, Azərbaycana gəldikdən sonra isə Azərbaycan dilini öyrənmək üçün xüsusi müəllim tərəfindən hazırlaşdırılmışdır. Uşqalıqdan incəsənətə böyük həvəs göstərmiş, rəqslə məşğul olmuş, bir-birindən rəngarəng rəsmlər çəkmişdir. Bundan əlavə o, mahnı oxumağı da çox sevirdi. Belə çoxtərəfli həvəskarlığına səbəb isə Murmanskda getdiyi bağçada həm musiqi, həm rəqs, həm də rəsm dərnəklərinin olması idi. 2009-cu ildə Bakı şəhərində Nərimanov rayon 193 saylı orta məktəbdə ilk təhsilini almağa başlamışdır. Hazırda da həmin məktəbin 7-ci sinif şagirdidir. Oxuduğu sinifdə əlaçı olması ilə seçilir. Dərslərində əla qiymətlər alması ilə yanaşı Elvira həm də məktəbin bütün tədbirlərində fəal iştirak edir, xor və şeir dərnəklərinin, eləcə də “Riyaziyyat akademiyası”nın üzvüdür. Məktəbdə təşkil olunan sərgilərdə çəkdiyi rəsmlərlə iştirak edir. Həyatının uğurlu günlərindən biri kimi o, məktəbdə öz fərdi sərgisinin keçirildiyi günü xüsusi vurğulayır. Çünki bu onun özünə aid bir sərgi idi, başqa heç kimin. Elvira əldə etdiyi nailiyyətlərə görə özünü ilk növbədə valideynlərinə və müəllimlərinə borclu sayır. Amma onun fikrincə, insan həyatda hər şeyə özü nail olmalıdır. Kiminsə, yaxud kimlərinsə hesabına yox. Hər bir insanın öz imzası və tərzi olmalıdır. Elvira da məhz öz bacarığı ilə artıq müəyyən kütlə içərisində öz layiqli yerini tutub. O təkcə kağız üzərində şəkillər çəkməklə yetinmir, kətan üzərində yağlı boyalarla da rəsmlər çəkir. Rəssamlığa başladığı ilk vaxtlarda vərəq üzərində pastel tonlarla, rəngli qələmlərlə sadə rəsmlər çəkirdi. Hazırda onun vərəq üzərində 50-yə yaxın şəkli var. Bundan başqa, iki ilə yaxın bir müddətdir ki, Elviranın kətan üzərində yağlı boyalarla rəsmləri var. Xüsusi əl işləri sahəsində isə onun müxtəlif materiallardan, ipək parçalardan, gildən, kağızlardan əl işləri vardır. Elviranın sözlərinə görə, o, rəsmlə məşğul olarkən daxilindəki bütün mənfi enerjini atır, pis auradan uzaqlaşır. Rəssamlığın bu xüsusiyyəti Elviraya bu sahəni sevdirmişdir. Elviranın fəaliyyəti mediada da işıq üzü görmüşdür. “Savalan” qəzetinin 26-31 may 2015-ci il buraxılışında “Rəngləri dost bilən qız” başlığı ilə məqalə yerləşdirilmişdir. Bu məqalədə həm də Elviranın 21 apreldə keçirdiyi sərgisi, onun rəssamlıq fəaliyyəti haqqında söhbət açılmışdır. Lider Tv-də də onun bu sərgisi haqqında video çarx yayımlanmışdır. Bütün bunlar onun yaşının az olmasına baxmayaraq tanınmasına gətirib çıxarmışdır. Elviranın əsil məqsədi də gələcəkdə öz bacarığı və fəaliyyəti ilə məşhur olmaq, sərgiləri ilə dünya ölkələrini gəzməkdir. Nümunəvi bir insan olmaq, tarixin yaddaşında qalmağı arzulayan Elvira yaxşı bilir ki, bunun üçün məqsədlər üzərində daim çalışmaq lazımdır.

23 февраля 2016 г.

Həsənov Məhəmməd Vidadi oğlu


Həsənov Məhəmməd Vidadi oğlu 31 oktyabr 2002-ci ildə anadan olmuşdu.  İlk  təhsilini 24 saylı tam orta məktəbdə alıb və hazırda təhsilini orda davam etdirir. Sakit,söz dinləyən,tərbiyəli və ürəyəyatan uşaq olub. Hazırcavablığı ilə həmyaşıdlarından secilirdi. Məktəbə gedənədək artıq yazmağı və oxumağı müəyyən qədər bilirdi. Bunu bağça müəllimi öyrətmişdi. Valideyinlərinin sözlərinə görə Məhəmməd öz məntiqi ilə yaşıdlarından həmişə seçilirdi. Bu  bacarıq onda məktəb dərslərinə yiyələndikdən sonar daha da  inkişaf edib.Məktəbdə  dərslərini əla oxuyur. Ən sevimli fənni isə  riyaziyyatdır. Məktəblərinin bayram  tədbirlərində mütəmadi iştirak edir. ”BERBAS”Computing Challenge 2015-də qalib olub. Tədbirlərdə mahni oxuyub. Həyatındaki hər günu ən maraqli,uğurlu gün hesab edir. Əldə etdiyi uğur və nailiyyətlərə  görə özünü ailəsinə borclu sayır. Ən ali zirvəyə qədər yüksəməyi planlaşdırır. Gələçəkdə dövrün tələbatını ödəyən sahələrdə çalışmağı düşünür. Fəaliyyətləri ilə bağlı bibisi qızı Kəmaləyə  oxşamaq istərdi. Bütün  bunlardan başqa  idmanla məşqul olmaqı da xoşlayır və vaxt ayırır. Bununla bərabər üstünlüyü musiqiyə də verir.Hələ uşaq olmağına baxmayaraq hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişir. Xalqa böyük faydalar  verən şəxs olaraq tarixin  yaddaşında yaşamaq istərdi. Başa düşür ki, bunun üçün ilk növbədə təhsilini  irəli aparmalıdır. Məhəmmədi cəmiyyətə tanıtmaq ilk dəfə bizə  nəsib oldu.

Məmmədov Polad Təbriz oğlu

 
Məmmədov Polad Təbriz oğlu 2006 – cı il mayın 12-də Bakı şəhərində anadan olub.  Polad uşaqlıqda dəcəl olub. O, hər şeyə maraq göstərib. Polad 3-4 yaşlarından saymağı, şer söyləməyi bacarır, məktəbə gedənə qədər yazıb – oxumağı bilirdi. Polad bunları baxçaya getdiyi zaman müəllimləri tərəfindən öyrənib.  Polad beş yaşında “Mən böyümüşəm” verlişinə baxarkən, özü ilə yaşıd uşaqları polis formasında görməsi onda yol – hərəkəti qaydalarına maraq göstərməsinə səbəb olub.  Bu marağın reallaşmasının səbəbkarı Süleymanova Fəridə xanım olub. Poladın ən yaxın dostlarından biri də qardaşı Elşəndir. O, qardaşı ilə birlikdə Sabunçu rayonu İlqar Əliyev adına 96 nömrəli orta məktəbində təhsil alırlar. Polad 4 –cü sinifdə, Elşən isə 3 – cü sinifdə oxuyur. Dərslərini bir yerdə hazırlayır və birlikdə məktəbə gedib-gəlirlər. Hər iki qardaşın polislik peşəsinə böyük həvəsi var. Onlar bu həvəsləri ilə  hətta yoldaşlarında  da polis peşəsinə maraq yaradıblar. Polad və Elşən dərslərini yaxşı oxuyurlar. Onların ən sevdiyi fənnləri Azərbaycan dili,  riyaziyyat, həyat bilgisi və musiqi fənnidir. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirlər. Onlar televiziya kanallarından bir çoxunda iştirak edib. Bacarıqlarına, savadlarına görə bir çox tərifnamələrə və diplomlara layiq görülüblər. Üzvü olduqları Bakı şəhəri 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində də keçirilən tədbirlərdə də fəal iştirak ediblər. Əldə etdikləri uğur və nəailiyyətlərə görə valideynlərinə və ibtidai sinif müəllimləri Gülnara və Fəridə xanıma təşəkkürlərini bildirirlər. Polad gələcəkdə Polis Akademiyasına daxil olmaq, təhsilini başa vurduqdan sonraysa isə işinin peşəkarı olmaq istəyir. Polad asudə vaxtlarinda qardaşı Elşənlə birlikdə şəkil çəkməyi, maraqlı kitablar oxumağı çox sevir. Polad və Elşən Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından belə keçməyə hazırdılar. Onlar millətə, vətənə layiqli övlad olmağa çalışırlar.

Mahmudova Nərgiz Zaur qızı


Mahmudova Nərgiz Zaur qızı 12 yanvar 2006 cı ildə Moskva şəhərində anadan olmuşdur.
Uşaq vaxtından çox aktiv və fəal bir qiz olub.
Nərgizin anası müəllimdir və məhz elə bu səbəbdəndir ki, onun ilk oyuncaqları elə dəftər-kitab olub. O, məktəbə getməmişdən yazmağı, oxumağı bilirdi. Rəsmə, heyvanlara və şeir demeyə maragı kiçik yaşlarından yaranıb və bir çox şeir müsabiqələrinin Moskva şəhərində qalibi olub.
İlk təhsilini Moskva şəhərində 549 nömrəli riyaziyyat təmayüllü məktəbdə alıb.
Hazırda 132-134 saylı Təhsil Kompleksinin IV sinfinin əlaçı şagirdidir.  O, dərslərini həvəslə oxuyur, çalışır ki, bütün fənləri eyni dərəcədə öyrənsin. Buna baxmayaraq azerbaycan, rus və ingilis dillərini daha çox sevir. 
Məktəb  tədbirlərində, bayramlarda fəal iştirak edib. Bir sıra diplom , tərifnamələr və fəxri fərmanlarla təltif olunub.
Nərgizin əsas zirvəsi odur ki, seçdiyi hər hansı bir sənətdə yüksək peşəkar mütəxəssis olmaq. Onun maraq dairəsi çox geniş olduğuna görə  hələ ki, gələcəkdə hansı peşənin sahibi olacağına dair qəti qərar verməyib. Gözəl nitq qabiliyyəti olduguna görə jurnalist olmaq istəyir , valdeynləri isə , onun insanlara daima kömək eləmək, qaygısına qalmaq arzusunu görəndə həkim olmağını  istəyirlər.
 Gələcək planları dərslərini yaxşı oxumaq, məktəb həyatında fəal iştirak etmək və gələcək peşəsiylə bağlı seçimini dəqiqləşdirmək və müəyyən olunmuş məqsəd istiqamətində uğurla hərəkət etməkdir.

20 февраля 2016 г.

Əliyeva Aysel Vəliət qızı

  
Əliyeva Aysel Vəliət qızı 2004-cü il mayın 25-də Sumqayıt şəhərində dünyaya göz açıb. Hələ kiçik yaşlarında öyrənməyə meylli olan Aysel çoxlu sual verir və bu suallarada cavab almaq istəyirdi. Təbiəti seyr etməyi xoşlayır və təbiət qoynunda olmaqdan xüsusi zövq alırdı.
Öyrənməyə  marağı onu məktəbə gedənə qədər sərbəst oxuyub-yazmağa sövq edib. Məktəbəqədr hazırlıq müəllimi Sevinc xanımın sayəsində xeyli bilgi əldə etmişdi. Məhz bu səbəbdən məktəbə qədəm qoyanda artıq tam hazırlıqlı idi.
Aysel ilkin təhsilini Sumqayıt şəhərindəki F. Piriyev adına 18 saylı orta məktəbdə alıb. Hazırda Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alır. Əlaçıdır, bütün fənləri eyni dərəcədə sevir.
Gəlin məktəbdəki fəaliyyəti ilə bağlı Ayselin öz fikirləri ilə tanış olaq: “ - Məktəb tədbirlərində iştrak edirəm. Hər tədris ili üçün məktəb tərəfindən fəxri fərmanlarım var. “Bilik” Tədris Mərkəzinin təşkil etmiş olduğu sınaq imtahanında yüksək nətikcə göstərdiyimə görə fəxri fərman almışam. 2012-2013 Heydər Əliyevin 90 illiyinə həsr olunmuş riyaziyyat fənni üzrə keçirilən IX olimpiada, 2013-2014 Heydər Əliyevin 91 illiyinə həsr olunmuş riyaziyyat fənni üzrə keçirilən X olimpiada, 2015-2015 Heydər Əliyevin 92 illiyinə həsr olunmuş riyaziyyat fənni üzrə keçirilən XI olimpiadada I yeri tutduğuma görə təltif olunmuşam. 
Təhsildə və həyatda qazandığım uğurlara görə başda ibtidai sinif müəllimi İradə Mehdiyeva olmaqla bütün müəllimlərimə və valideynlərimə borclu olduğumu düşünürəm. 
Əlaçı olub bütün fənləri mükəmməl öyrənib savadlı həkim olmaq istəyirəm. Kiçik yaşlarımdan bu fikrə düşmüşəm, məni sevənləri, sevdiklərimi vətənimin hər bir övladımı sağlam görmək istərdim.
Asudə vaxtlarımda adətən riyaziyyat və məntiqlə məşğul olmağı, kiçik təmsilləri, nağılları ingilis dilinə çevirməyi sevirəm. Bir azərbaycanlı olaraq vətənimi dünyada tanıtmaq layiqli şəkildə təmsil etmək istərəm.”

18 февраля 2016 г.

Nəzərli İsmayıl Nəsimi oğlu

 
Nəzərli İsmayıl Nəsimi oğlu 10 yanvar 2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. O,  uşaq vaxtlarında çox sakit bir övlad olmuşdur. İsmayıl uşaqlıq illərində musiqi ilə maraqlanıb.Musiqiyə xüsusi sevgi göstərərək,onun incəliklərinə yiyələnmişdir.İsmayıl təkcə musiqi  ilə maraqlanmamış, idmana da xüsusi həvəs göstərmişdir.Biz belə bir qənatə gəlirik ki, İsmayıl uşaq olduqu müddətdə maraq dairəsi geniş olmuşdur. O, məktəbə ilk addımlarını atdıqı müddətdə oxuyub-yazmaqı bacarırdı.Bütün bunları isə ona anası öyrətmişdir.Amma onun bildiklərində təkcə anasının deyil, hətta qardaşının da əməyi olmuşdur.Qardaşı İsmayıla dərslərində kömək etmiş onunla bəzi vaxtlarda xüsusi məşğul olmuşdur.İsmayıl Binəqədi rayonu 248 nömrəli tam orta məktəbdə təhsil alır.O,dərslərini əla oxuyur.Ən çox sevdiyi fənn isə Riyaziyyat fənnidir.Dərslərini yaxşı oxuyaraq, xüsusi istedadı ilə də məşğul olur.Onun 5 yaşından etibarən istedadı biruzə vermişdir.Hal-hazırda da musiqi və idman sahəsi ilə fəaliyyətini genişləndirir.İsmayılın hətta rəqs etmək qabiliyyəti də var.O və onun valideyinləri çalışır ki, İsmayılın xüsusi istedadları fəaliyyətini aşağı salmasın.İsmayıl 248 saylı məktəbin ən fəal şagirdlərindən biridir.Məktəbdə keçirilən bir çox tədbirlərdə iştirak etmişdir.İsmayıl məktəbdə keçirilən “Qızıl Payız” adlı tədbirdə çox fəal iştirak etmişdir.Sonra məktəbin növbəti “20 Yanvar” faciəsinə həsr olunmuş mərasim tədbirində isə şəhidlərimizə yazılmış təsirli şeirlərlə öz çıxışını bildirmişdir.İsmayıl Riyaziyyat fənnini çox sevdiyinə görə, siniflərində keçirilən riyaziyyat yarışmasında yaşıdlarından fərqlənərək I yerə layiq görülmüşdür.İsmayıl bu tədbirlərdən müxtəlif diplom, sertfikatlar əldə etmişdir. ”Qızıl Payız” tədbirində iştirakına görə diplomla təltif olunmuşdur.Riyaziyyat yarışmasında isə I yerə layiq görüldüyü üçün təşəkkürnamə ilə bir daha təltif edilmişdir.İsmayıl bütün bu fəaliyyətindən dolayı ilk öncə allaha sonra anasına və Hörmət müəlliməyə təşəkkürünü bildirir.Onun ən böyük arzusu nümunəvi şagird olub,istədiyi universitetə daxil olmaqdır. İsmayıl gələcəkdə Polis Akademiyasına qəbul olmaq istəyir.O, 2 il bundan öncə bu fikrə düşüb.İsmayılın dayısı polis olduquna görə onda bu həvəs yaranıb.Bu sənəti sevməkdə dayısı rolu olmuşdur.İsmayıl həyatda valideyinlərinə yaxşı övlad,savadlı şəxs və cəmiyyətdə öz yerini tutmaq istəyir.O, incəsənət sahəsini çox sevir.Hətta asudə vaxtlarında belə teatr tamaşalarına baxmaqla vaxtını keçirir.İsmayıl haqqında Kütləvi İnformasiya Vasitələrində də məlumat verilmişdir.AZTV kanalında keçirilən Bayram şənliklərində İsmayıl fəal iştirak etmişdir.
Tarixin yaddaşında isə o belə qalmaq istəyir: “işinin mütəxəssisi olan bir şəxs,xeyriyyəçiliklə məşqul olan bir insan və həyatda yaxşı izlər qoyan bir ziyalı”.

15 февраля 2016 г.

Cəbrayılov Şükran Nadir oğlu

Cəbrayılov Şükran Nadir oğlu 19 avqust 2004-cü ildə Qobustan rayonu, Təklə kəndində doğulub. Hal-hazırda H. Hüseynov adına 83 saylı lisey məktəbdə təhsil alır.
Şükran körpəlikdə ətrafda baş verənlərə böyük maraq göstərirdi. Musiqi səsi eşidən kimi sakit dayanib dinləyərdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Hətta toplama-çıxma da bilirdi. Bunu ona atası öyrətmişdi.
1-ci sinifdə oxuyanda onda Azərbaycan tarixinə həddsiz bir maraq oyanmışdı. Hər gün buna aid suallar veridiyini hətta, bəzən valideynləri onun suallarından yorulduğunu deyirlə. Elə bunun nəticəsidir ki, tarix dərsini sinifdə hamidan yaxşı oxuyur.
Əla oxuyuram, sevimli fənnlərim: tarix, riyaziyyat və ədəbiyyat.
Məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. Aparıcılıq qabiliyyəti var. Şəhərimizdə müəyyən kurslar tərəfindən keçirilən sınaq imtahanlarında iştirak edib və yüksək nəticələr əldə etmişdir
Əldə etdiyi ugur və nailyyətlərə görə hər zaman valideynlərinə və müəllimlərimə borclu olduğunu deyir. Atasına oxşamaq istəyir.
Yüksək zirvələr fəth etmək arzusundadır. Vətəninə, millətinə layiqli ovlad olmaq istəyir.
4-cü sinifdə oxuyarkən tarixə olan marağı nəticəsində tarixçi olmaq qərarına gəlib.
Asudə vaxtlarımda şahmat oynamağı sevir.
Rəssamlıq kursuna gedir və rəsm çəkməyi xoşlayır.
Hələ ki, dərslərimi əla oxumaqdan başqa böyük planı yoxdur.
Tarixçi alim olub, bu sahədə əsərlər yazmaqla tarixin yaddaşında yaşamaq istəyir.