elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 ноября 2018 г.

GÖZƏL ŞEİRLƏR SÖYLƏYİR



Əsədov Ağacəbrayıl Əhmədağa oğlu 6 oktyabr 2008-ci ildə Kür­dəmir şəhərində anadan olub. Ağacəbrayıl körpəlikdən ağıllı, təmkinli, qavrama qabiliyyəti yüksək olan uşaq olub. Onun ən sevimli məş­ğu­liyyəti yeni şeir­lər öyrənib, əzbər­lə­məkdir. Maşın və hər­bi texnikaya böyük  marağı var. Məktəbə gedənə qədər yazmağı, oxu­mağı, hesab­la­mağı bacarıb. Bu işdə ona Arzu müəllim böyük kö­mək­lik edib.
Ağacəbrayıl Bakı şəhəri Nərimanov rayonunda yer­lə­şən 73 saylı tam orta mək­tə­bin IV sinif şagirdidir. Dərs­lərini əla qiymətlərlə oxu­­yur. Azərbaycan dili, ingilis dili və riyaziyyat onun ən sevimli fənləridir. O, mək­təblərində keçirilən bü­tün tədbirlərin fəal işti­rak­çısıdır. Bir-birindən gözəl şeirlər söyləyərək tədbir iştirak­çılarının rəğbətini qazanıb. Ağacəb­rayılın həyatında ən maraqlı gün məktəbə qədəm qoyduğu ilk gündür. Eyni zamanda atasının Məşhəd, Kərbəla və Həcc ziya­rət­lə­rinə getməsidir.  O, bu günə qədər əldə etdiyi uğur və nailiyyət­lə­rinə görə valideynlərinə, müəllimlərinə borclu olduğunu bildirir. Ağa­cəbrayıl milli qəh­rə­manımız Mübariz İbrahimova oxşamaq istəyir.
Onun gələcək planları dərslərini sonadək əla oxuyub, yüksək balla ali məktəbə qəbul olmaqdır. Ağacəbrayıl savadlı, işinin peşəkarı olan həkim olub, xəstələrə şafa vermək istəyir. Uşaqlıqda səhhəti ilə bağlı yaşadığı problemlərdən dolayı həkim olmağı qərarlaşdırıb.
Asudə vaxtlarında nağıl kitabları oxumağı, şəkil çəkməyi, ka­ğızdan və plastilindən maraqlı əşyalar hazırlamağı xoşlayır.
Vətən, şəhidlik mövzusunda biri-birindən əsrarəngiz əsərlər ya­z­maq istəyir qəhrəmanımız.  Ağacəbrayıl Vətəninə, millətinə bilik, ba­­ca­rıqları ilə yüksək səviyyədə xidmət edən vətəndaş kimi ye­tişmək istəyir.

27 ноября 2018 г.

Cəlalzadə Nəzrin Cəlal qızı


Cəlalzadə Nəzrin Cəlal qızı 7 Yanvar 2011-ci ildə Şirvan şəhərində anadan olub. Nəzrin körpəlikdən ağıllı, aktiv və yüksək qavrama qabiliyyətinə malik bir uşaq olub. Yaşını çox az olmasına baxmayaraq hərəkət və davranışlarında özünü hər zaman böyük uşaq kimi aparıb. Onun ən sevimli məşğuliyyətləri şəkil çəkmək, nağıl kitabları oxumaq, plastilindən müxtəlif növ heyvan, meyvə və boşqab fiqurları düzəltmək olub.  Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı sinif rəhbəri olan Vüsalə müəllimədən öyrənib. Nərzinin Vüsalə müəlliməsinə qarşı xüsusi simpatiyası var. O, hətta dərslərini müəlliməsinə olan sevgisindən əla oxumağa çalışır. Cəlalzadə Nəzrin Xırdalan şəhəri 7 saylı tam orta məktəbdə təhsil alır. Sinifin ən aktiv və əlaçı şagirdlərindən biridir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, həyat bilgisi, texnologiya, musiqi, riyaziyyat və təsviri incəsənətdir. Məktəblərində təşkil olunan bütün tədbir və bayram şənliklərinin ən aktiv iştirakçısıdır. Beləki o, “Müəllimlər günü”nə həsr olunmuş tədbirdə, “Əlifba bayramı”nda, “Yeni il şənliyi”ndə öz məharətini göstərərək , şeirlər söyləyib və rəqs edib. Onun çox gözəl qiraəti var. Nərzin ən son olaraq “İfritələr bayramı”nda iştirak edib və burada İngilis dilində şeir söyləyib. Onun həyatında maraqlı və yadda qalan günləri çox olub. Onlardan ən özəli qardaşının dünyaya gəldiyi gündür. Daha sonra isə doğum gününü qeyd etməyi və əsasəndə tort şarlarını üfürməyi çox sevir. Asudə vaxtlarında kitab oxumağa və məntiqi testlər həll etməyə üstünlük verir.  Nəzrin bu günə kimi bir çox bilik yarışlarında birincilik əldə edərək diplom və təşəkkürnamələrə layiq görülüb. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Gələcək hədəflərindən biridə həkim olmaqdır. O, peşəsi vicdanla, şərəflə yerinə yetirən və xəstələrə şəfa verən tibb işçisi olacağına ənimdir. Nəzrin biliklərini daha da təkminləşdirib, Vətəninə, millətinə xeyirli işlər görən, yararlı vətəndaş olaraq formalaşmaq istəyir.

Mürsəlzadə Ömər Arzuman oğlu



Mürsəlzadə Ömər Arzuman oğlu 19 may 2009-cu ildə Bakı şəhərində anadan olub. Ömər körpəlikdən ağıllı, sakit və təmkinli bir uşaq olub.Reklamlara, cizgi filimlərinə baxmağı  və rəsm çəkməyi çox sevib. Onun elmə, təhsilə qarşı böyük marağı var. Beləki o, 2 yaşından etibarən çox düzgün şəkildə qələm tuta bilirdi. Bunu özü-özlüyündən  etməyi bacarıb. O, 4 yaşından etibarən 77 saylı körpələr evinə gedib. Elə o vaxtdan bütün plakatların üstünü oxumağı bacarırdı. Hərfləri isə kompüterdə cizgi filmlərinə baxa-baxa  öyrənib.
Məktəbə gedənə qədər artıq o, yazır və oxuyurdu. O, ən çox şahmat oynamağı sevir. 1-ci sinifdə bir ay şahmat üzrə hazırlıq keçib. Qısa bir müddət hazırlığa getdikdən sonra özü şahmatla məşğul olmağa başlayıb və kiçik qardaşınada öyrədib. Mürsəlzadə Ömər ilk təhsilini  Yasamal rayonu 158 saylı tam orta məktəbdə alıb. Hal-hazırda isə  Yasamal  rayonu 53  saylı məktəbdə oxuyur.      Onun ilk müəllimi Cəfərova Rənadır. 3 il həmin məktəbdə oxuyub .Dərs əlaçısıdır.Bütün fənləri çox sevir.Buna baxmayaraq hər bir məktəbli kimi onunda xüsusi olaraq sevdiyi fənləri var.Bunlar riyaziyyat,ana-dili və ingilis-dilidir.Məktəbdə getdiyi hər gün Ömər  üçün uğurlu gündür.Çünki hər dəfə 5 qiyməti aldığında valideynlərini çox sevindirir.Onların sevinci Ömər üçün böyük uğurdur. O, bir çox  tərifnamə və fəxri fərmanlara layiq görülüb. Əldə etdiyi uğurlara görə sinif rəhbəri Rəna müəllimə və anasına borclu olduğunu bildirir.Fəaliyyətlərindən dolayı mərhum prezidentimiz Heydər Əliyevə oxşamaq istəyir. Ömər gələcəkdə həkim olmaq arzusundadır. O,  körpəlikdə tez-tez xəstələnərdi.Elə həmin vaxtdan da  həkim olmaq xəyalına düşüb . Ömər asudə vaxtlarında rəsm çəkməyi, şahmat oynamağı və  riyaziyyatdan testlər həll etməyi  sevir. Eyni zamanda da dini kitablarda oxuyur . Ömər gələcəkdə Vətəninə,xalqına və ailəsinə layiqli övlad olmaq istəyir. Onun ən böyük arzusu  Azərbaycan bayrağını dünyanın hər yerində dalğalandırmaq və himnimizi səsləndirməkdir. Ömər  yüksək bal toplayıb ali məktəbə daxil olmaq və həmişə birinci olmaq arzusundayam.Bunun üçün də dərslərini hər zaman  əla oxumağı qarşısına məqsəd seçib. O, tarixin yaddaşında bir alim kimi,xeyirxah  insan kimi qalmaq niyyətindədir.

26 ноября 2018 г.

Əliyev Elvin Yusif oğlu

 
Əliyev Elvin Yusif oğlu 26.02.2006-cı ildə Bakı şəhərində anadan olub. Elvin körpəlikdə  hər şey ilə maraqlanan,  ətraf mühitdə tanış olduğu hər bir şey barəsində çoxlu suallar verən bir uşaq olub.  Onun ən çox verdiyi suallar: bağlı hər hansı bir şeyin içində nə var? Mən nə zaman böyüyəcəm və s.  O, 3 yaşından etibarən bağçaya gedib. Səhər lap sühbtən qalxar, hamıdan tez bağçaya çatmaq istəyərdi. Elvin bağçada rus bölmündə təhsil alıb. Oxumağı və yazmağı bağça müəllimlərinin köməkliyi ilə öyrənib. Elvin rəsm və rəqs dərnəklərinə gedib. Onun əsas marağı şahmata qarşı olub. Şahmatı evdə kompyuter vasitəsi ilə özü-özündən öyrənib.Əliyev Elvin ilk təhsilini Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Hal-hazırda da həmin məktəbin 7 c sinif şagirdidir.  Sevdiyi fənlər riyaziyyat, İngilis dili və Fransız dilidir. 2013-2016 ci i ibtidai sinifdə təhsil aldığı illərdə  əla oxuduğuna  və nümunəvi davranışına görə fəxri fərmanlarla təltif olunub. Məktəblərində keçirilən bir çox tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır.  Beləki Xanımana müəllimin rəhbərliyi ilə İngilis dilində təşkil olunan “Müəllimlər Günü”nə həsr olunmuş səhnəciklərin hazırlanmasında yaxından köməklik edib. 2017-2018 ci tədris ili ərzində İngilis dili dərslərində fəal iştirak etdiyinə görə diploma layiq görülüb. O, sinif rəhbəri Kəmalə müəllimənin təşkil etdiyi Yeni il bayramında, Novruz bayramında,Xocalı Soyqırımında, 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlərdə şeir söyləyib. Riyaziyyatdan məktəblərarası fənn olimpiadasında iştirak edib. Elvinin həyatında yaşadığı  ən maraqlı gün 2016- cı ildə şahmatdakı ilk yarışması olub. Onu anası bir ay olardı ki, Elfim şahmat akademiyasına profisional şahmat dərslərinə yazdırmışdı. O, elə ilk yarışdan 4-cü dərəcəni alıb, diplom, medal və kubokla təltif olunub.  Anasının  təəccüblü baxışı  Elvinin özünə olan inamının artması böyük təkan olub. Həmin gündən etibarən  anası bu işdə onun ən böyük dəstəkcisi  olacagına dair  söz verib. 2017- ci ildə 9 oyundan 7 xalla 3-cü dərəcəni qazanıb. Ardından 2- ci dəcəni alıb və  medal, kubok əldə edib. 2017 ci ildə Zəfər kurslarının təşkil etdiyi bilik yarışmasında 400 bal toplayıb. 2018 ci ildə Qusarda keçirilən şahmat üzrə olimpiadada 6.5 xal yığaraq beynəlxalq reytinqinin açılmasına nail olub. Cudo güləşi üzrə Balaxanı İdman Mərkəzinin açıq Birinciliyində 46 çəki dərəcəsində 3-cü yerə layiq görülüb. Əldə etdiyi uğur və nailiyyətlərə görə nənəsinə borclu olduğunu bildirir. Nənəsi Əliyeva Şəfiqə Elvinin təhsil aldığı məktəbdə Azərbaycan dili müəllimi olaraq çalışır. Elvinin dərsləri ilə hər zaman o, məşğul olub. O, şahmatda qroysstmeystr olmaq istəyir.Şahmat akademiyası açmaq və məktəblərdə şahmat yarışları təşkil etmək arzusundadır.  Gələcəkdə Polis Akademiyasına və ya hüquq fakültəsinə qəbul olmaq niyyətindədir. O, insanların ədalətli bir cəmiyyətdə yaşamağını istəyir. Güclü olanın yox haqlı olananın  qazanmağının tərəfdarıdır.  Onun atası hərbiçidir. Elvin fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. O, bilik və bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə faydalı bir şəxsiyyət olmağı hədəfləyir.