elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 июня 2018 г.

Əzizov Eşqin Samiq oğlu


Əzizov Eşqin Samiq oğlu 26 iyun  2000-ci ildə  Bakı şəhəri Binəqədi rayonunda  dünyaya gözlərini açıb.. Eşqin kiçik yaşlarından sakit, ağıllı, mehriban və mərhəmətli uşaq olub. Rəsm çəkməyə və futbola böyük marağı olub. Bu marağı valideynnləri Eşqində hələ uşaq vaxtlarından hiss etmişdilər.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Valideyinlərindən anası tərəfindən öyrədilmişdi.
İstedadıyla bağlı maraq hələ uşaq vaxtlarından yəni 3 yaşı olanda rəsm çəkməyə marağı olduğunu biruzə verirdi. Evdə ən çox çəkdiyi rəsm isə maşın rəsmləri idi.
 İlk təhsilini Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən 143 saylı tam orta məktəbdə alıb. Hal-hazırda Abşeron rayonu Fatmayı kəndi D.Bünyadzadə adına tam orta məktəbdə təhsil alır.
Dərslərini əla oxuyur, çox çalışqan şagirddir. Ən sevdiyi fənn isə Azərbaycan dili fənnidir.
Həyatında ən uğurlu günü, ən çox xoşladığı Barselona klubunun çempion olmasıdır.
Əlde etdiyi uğurlara göre özünü valideyin və müəllimlərinə borclu hiss edir. Hər zaman ona dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. Tanınmış rəssamlardan biri olmaq  arzusundadır.
Gələcəkdə ixtisas seçimi olaraq modelyer-dizayner olmaq istəyir.
Asudə vaxtlarını futbol oynamaqla və televizorda Barselonanın oyunlarına baxmaqla keçirir.
Bəzi fiqurlar, natirmot və əsasəndə geyimlərlə bağlı rəsimlər çəkir.
Gələcəkdə rəssamlıq sənətinin sirlərini daha da dərindən yiyələnmək , modelyer dizayner sənəti ilə bağlı uğurlar əldə etmək  istəyir. Yaddaşlarda qalmaq üçün sənətdə yeniliklər etmək lazımdır. Bunun üçün əlindən gələni edecəyini bildirir. Biz də öz növbəmizdə istedadlı müsahibimizə hər zaman valideynlərinin fəxri ol deyirik.Yolun daim uğurlu və işıqlı olsun. Səsin hər zaman zirvələrdən gəlsin!

Şirinova Aysun Əlvan qızı


Şirinova  Aysun Əlvan qızı 1 fevral 2005-ci ildə  Ağcabədi rayonu  Hindarc kəndində dünyaya gözlərini açıb. Aysun körpəlikdə çox hərəkətli və dəcəl uşaq olmuşdur. Uşaqlıqdan  sual verməyi və rəsm çəkməyi sevir. Balacalıqdan təbiətə bağlı uşaqdır .  Heyvanlardan qorxmasına baxmayaraq onları çox sevirdi. Bəzən təbiətə aid verdiyi suallar valideynlərini təəccübləndirirdi.  Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bilirdi. Ona bunun üçün qardaşı kömək olmuşdu. İstedadı ilə bağlı maraq onda 3 yaşından sonra yaranıb. Təhsilə ilk dəfə  249 saylı tam orta məktəbdə başlamışdır.  Hal-hazırda isə 260 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Aysun dərslərini əla oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevdiyi fənlər fizika, kimya, biologiyadır. Məktəblərində  keçirilən tədbirlərdə fəal iştirak edib. Müxtəlif rollarda çıxış etmiş və aparıcı olmuşdur.  İki sertifikat və diplom almışdır. Məntiq yarışmalarında yüksək nəticələr göstərmişdir. I sertifikatını 6 dekabr 2016-ci ildə, II sertifikatını isə 6 mart 2018-ci ildə almışdır. Son günlərdə məktədə keçirilən “Vətənim Azərbaycan” adlı inşa  müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olunmuşdur. Əldə etdiyi uğur, nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Fəaliyyəti ilə bağlı ən yüksək zirvəni hədəfləyib. Gələcəkdə hüqüqşünas olmaq istəyir. Balacalıqdan o bu fikrə  düşüb. Asudə  vaxtarında rəsm çəkməyi və rəqs etməyi sevir. Gələcəkdə hüqüqşünas olaraq uşaqların hüqüqlarını qorumaq istəyir.   Gələcəyin savadlı və peşəkar  hüqüqşünaslarından biri olmaq istəyir. 13 mart 2017-ci ildə çəkdiyi rəsm Savalan qəzətində dərc olunub.  5 may 2016-ci ildə əlaçı və fərqlənən şagird olaraq adı məktəb qəzetinə düşmüşdür. Biz də öz növbəmizdə istedadlı müsahibimiz olan Aysuna yolun açıq olsun, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

25 июня 2018 г.

Fəhruzov Emil Mübariz oğlu


Fəhruzov Emil Mübariz oğlu 31 mart 2009-cu ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Fəhruzovlar ailəsinin ilk övladı olan Emil dünyaya gəlişi ilə ailəsinə sevinc bəxş etmişdir. Kiçik yaşlarından sakit, mehriban, gülərüz və ünsiyyətcil uşaq olub. 3-4 yaşlarında  saymağı və vurma cədvəlini artıq bilirdi. Babası ona riyazi biliklər aşılayırdı. Emilin şahmata qarşı böyük marağı var. 4 yaşından atası və dayısının köməyilə şahmat oynamağı öyrənmişdi. Məktəbə gedənə qədər hazırlıq mərhələsi keçmişdi. Yaşıdları ilə müqayisədə hazırcavablığı  və riyazi bilikləri ilə seçilirdi. 5 yaşı olanda riyaziyyat və şahmata olan marağı, istedadı valideynlərinin  diqqətini cəlb etdi. Bu səbəblə biliklərinin inkişaf  etdirmək üçün onu  dərnəklərə apardılar.  Şahmat və riyaziyyata olan marağı babası tərəfindən oyadılmışdır. Təhsilə 254 saylı tam orta məktdə başlamışdır. Dərslərini əla oxuyur. Ən sevimli fənləri əlbəttədə ki, riyyaziyyat və informatkadır. Məktəblər arasında keçirilən şahmat yarışında I yerin sahibi olmuşdur. Təhsil Nazirliyinin keçirdiyi müxtəlif yarışlarda ilkin olaraq IV dərəcə, sonra III, daha sonra isə II dərəcə almışdır. Həyatda ən maraqlı və uğurlu günü şahmat yarışında ilk dəfə IV dərəcə aldığı gündür. Həmin gün çox sevinmişdi. Əldə etdiyi uğur,  nailiyyətlərə görə valideynlərinə   və müəllimlərinə öz minnətdarlığını bildirir. Gələcəkdə bacardığı qədər yüksək pillələrə qalxmaq istəyir. Şahmata gəldikdə isə FİDE master dərəcəsinə yüksəlmək istəyir. Həmçinin gələcəkdə neft sahəsində işləyən mütəxəssis olmaq istəyir. Çünki atası neftçidir. Ona görədə o da bu fikrə düşüb. Asudə vaxtlarında futbol oynamğı sevir. Məktəbi əla qiymətlərlə bitirərək ali təhsili xarici  ölkədə davam etdirmək fikrindədir. Tarixin yaddaşında isə peşəkar şahmatçı kimi qalmaq istəyir.  Biz isə istedadlı müsahibimizə uğurların bol, yolun daim işıqlı olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

20 июня 2018 г.

Əsgərli Müjdə Nur Arzuman qızı

Gələcəyin diplomatı Əsgərli Müjdə Nur Arzuman qızı 07.06.1996-cı ildə Bakı şəhərində anadan olub. Təhsilinə 246 nömrəli məktəbdə başlayıb, sonralar İntellekt özəl təhsil müəssisəsində, Western Junior məktəbində və 83 nömrəli məktəb-liseyində təhsilini başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin ikinci kurs tələbəsidir. Müjdə Nur Azərbaycan, rus və ingilis dilini əla bilir fransız dilini isə öyrənir. Aktiv və məsuliyyətli  tələbə olduğu kimi eyni zamanda  savadlı tələbə olması ilə də fərqlənir və əlaçı təqaüdü alır. Sevimli fənni ingilis dilidir. 2011-2012-ci illərdə Binəqədi rayonunda ingilis dili üzrə fənn olimpiadalarında I yerin qalibi olduğu üçün diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Dövlət İqtisad Universitetində “Nə? Harada? Nə zaman?” həftəlik yarışlarında iştirak edir. Hazırda iştirak etdiyi komanda yarışlarının lideri olan Müjdə Nur hər zaman öz komandasına uğur qazandırır və onun komandası bu yarışların qalibi olmuşdur.
Formula-1 yarışlarında könüllü kimi iştirak edib, bununla da öz aktivliyini isbat etmişdir.Gənc diplamat əldə etdiyi uğurlara görə ADA Universitetində Akademik və Peşəkar Məqsədlər üzrə ingilis dili proqramında müəllim işləyən xalası Səbinə Hüseynovaya özünü borclu bilir və gələcəkdə əməksevərliyinə görə ona oxşamaq istəyir. Gələcəkdə Azərbaycanı Birləşmiş Millətlər Təşkilatında təmsil etmək məqsədi var.
Diplomat olmaq arzusu isə məktəb illərindən Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uğurlu ictimai-siyasi fəaliyyətini izləməsindən irəli gəlmişdir.
Müjdə Nur boş zamanlarını dünya ədəbiyyatını oxumaqla və psixologiya ilə araşdırmalarla keçirir.Gələcək planlari təhsilini tam başa vurmaq və Heydər Əliyev Fondunda və ya Xarici İşlər nazirliyində əmək fəaliyyətinə başlamaq üçün müsabiqələrdə iştirak etməkdir. Vailieynlərinin sözlərinə görə körpə yaşlarından SSRİ dövründə çəkilmiş cizgi filimlərinə baxmağa hədsiz maraq göstərib.
Ailədə Azərbaycan dilində danışılmasına baxmayaraq atasının aldığı rus dilində cizgi filimləri disklərinə baxmaqla beş yaşına qədər rus dilini tam öyrənmiş, ləhcəsiz danışmışdır.
Biz də gələcəyin diplomatına məqsədlərinə çatmagı arzu edirik.

Əkbərli İnci Müşviq qızı

Qızmar yay günləri yaşanırdı. 2011-ci ilin avqust ayında Ələkbərovlar ailəsində sevincli bir gün yaşandı. Ailənin ilk övladı adı kimi İnci bir qız dünyaya gözlərini açdı. 
Əkbərli İnci Müşviq qızı 1 avqust 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. İnci körpəlikdə topbuş, şirin, mehriban və ünsiyyətcil uşaq olub. O ailənin sevimli övladıdır. Özünü hamıya sevdirməyi bacarır, lakin dəcəlliyi ilə də təəccübləndirir. İnci təbiət və ətraf aləm haqqında yeni məlumatlar əldə etməyi sevir. Şəkil çəkməyi, rəqs etməyi və ailəsi ilə birgə oyunlar oynamağı xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunun üçün ona anası kömək olmuşdur. O hər zaman öz yaşıdlarından fərqlənirdi. İlk təhsilinə 86 saylı tam orta məktəbdə Fidan müəllimin rəhbərliyində başlamışdır.  Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənlər ingilis dili və riyaziyyatdır. İnci məktəbdə keçirilən bayram və tədbirlərdə yaxından iştirak edir. “Yeni il” şənliyi, “Novruz” bayramı, “20 Yanvar” tədbirində iştirak etmi, şeirlər söyləmiş və müxtəlif rollarda çıxış etmişdir. İnci hər zaman ona dəstək olduqları üçün valideynlərinə öz minnətdarlığını bildirir. Böyüyəndə o anasına bəzəmək istəyir.  Onun kimi gözəl, səliqəli və savadlı bir xanım olmaq istəyir. Gələcəkdə istedadlı və bilikli həkim olmaq arzusundadır.  Asudə vaxtlarında şəkil çəkməyi, mütaliə etməyi və ailəsi ilə  birgə zaman keçirməyi çox sevir. Yaxın gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq və təhsil sahəsində uğur qazanmaq istəyir. Biz də öz növbəmizdə gələcəyin həkiminə yolun daim işıqlı və aydın olsun deyirik. Səsin daim zirvələrdən gəlsin!

19 июня 2018 г.

Nəbiyev Bayram Atəş oğlu

Nəbiyev Bayram Atəş oğlu 29 noyabr 2011-ci ildə Bakı şəhərində dünyaya gözlərini açmışdır.  Bayram körpəlikdə çox sakit, mehriban, ağıllı uşaq olub. Pazl yığmağı çox xoşlayırdı. Hətta 3 yaşında 65-75 parçalı pazlları sərbəst yığırdı. Teatrlarda nağıl səhnəciklərinə baxmağı çox xoşlayırdı, bağçadakı səhnəciklərdə müxtəlif rollarda  həvəslə iştirak edirdi. Heyvanlara qarşı xüsusi marağı var.
5 yaşında fərdi hazırlığa getmişdir. Məktəbə getdiyi zaman artıq yazıb-oxumağı, 100 dairəsində hesablamaya qədər sərbəst bacarırdı.
Riyaziyyatla bağlı istedadı var. Çox güclü  yaddaşa malikdir. Kiçik yaşlarından cizgi filimlərinə baxa-baxa ingilis, rus dilində sözləri, rəngləri, sayları müstəqil olaraq heç kimin köməyi olmadan mənimsəmişdir.
Zaur Məmmədov adına 171 saylı tam  orta məktəbdə təhsilə başlamışdır.  Hal-hazırda məktəbin II sinif şagirdidir. Dərslərindən əla qiymətlər alır. Sinfin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənn əlbəttə ki, riyaziyyatdır.
Məktəbəqədər dövrü 315 saylı bağçada keçirmişdir. Orda olan tədbirlərdə yaxından iştirak etmiş,  müxtəlif rollarda çıxış etmiş, reqs edib, şeir söyləmişdir. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı keçirilən bilik yarışında fərqlənmə diploma  almışdır.
Bayram hər zaman ona dəstək olan valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara öz minnətdarlığını bildirir. Həmçinin o, atasına oxşamaq istəyir. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirərək,  xaricdə ali təhsil almağı hədəfləmişdir. Bayramın ən böyük istəyi beyin cərrahı olmaqdır. Anasının arzusunu həyata keçirmək üçün bu fikrə düşüb. Asudə vaxtlarında futbol oynamaqla məşğul olur. Bayramın yaxın gələcəklə bağlı planları ibtidai sinifi bitirdikdən sonra "Dəyanət" liseynə qəbul olmağı hədəfləyir. Ali təhsili isə yuxarıda qeyd etdiyimiz kimi  xaricdə oxumaq istəyir. Bundan başqa o idmanla məşğul olmağı (aykido), ingilis dilini mükəmməl öyrənmək  qarşısına qoyduğu məqsədlərdəndir.  Bizdə öz növbəmizdə müsahibimizə yolun daim açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

15 июня 2018 г.

Novruzov Zeynəlabidin Elşad oğlu

Novruzov Zeynəlabidin Elşad oğlu 17.04.2011-ci ildə Bakı şəhərində anadan olub. Zeynəlabidin körpəlikdə ağıllı, hərəkətli, söz eşidən, az-az hallarda tərslik edən uşaq olub. Onun ən sevimli məşğuliyyətləri konstruksiya oyuncaqlarıyla (kubik) , kitablarla, dəftər-qələmlə saatlarla oynamaq olub. Hələ hərfləri öyrənməmiş, yəni oxumağı bacarmamış şeirləri əzbərlemeyi və nağıllara qulaq asmağı xoşlayırdı. Şeiri, nağılı yorulmadan dinləyər, səlist şəkildə söyləməyi bacarırdı. Üstəlik həmin şeir və nağıllar haqda qəribə fikirlər bildirərdi. Dörd yaşında hərfləri artıq tanıyırdı, yavaş-yavaş kiçik hecalı sözləri  oxuyurdu. Hərfləri tanıdıqca onları çap hərfləriylə yazırdı. Bəzən uşaq jurnallarındakı başlıqları çap hərfləriylə kağıza köçürərdi. Hərfləri, rəqəmləri, yəni yazıb-oxumağı və saymağı ona xalası öyrədib. Valideynləri onun istedadlı bir uşaq olmasını körpəlikdən hiss etmişdilər. Novruzov Zeynəlabidin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 258 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənn isə həyat bilgisidir. Adından görüldüyü kimi ətraf aləm haqqında hər şeyi bizə öyrədən bir elm olduğuna görə buna görə bu fənni Zeynəlabidin çox sevir. Bağçada və məktəblərində keçirilən bütün tədbirlərdə, anın mərasimlərində, bayram şənliklərində fəal iştirak edib. O, burada müxtəlif rollarda çıxış edib və şeirlər söyləyib. Əldə etdiyi uğur və nailiyyətlərdə ona daim dəstək olan valideynlərinə sonsuzadək borclu olduğunu bildirir.  İnsanların çətinliklərini aradan qaldırmaq, gələcəkdə böyük, hörmətli bir insan olmaq onun əsas hədəfidir.  Gələcəkdə beyin cərrahı olmaq istəyir.Hələ bağçada oxuyandan bu fikrə düşüb. Hər şey beynimizdə həll olur, bunun üçün də heç kimin beynində problem olmamağını istəyir. Buna görə bu peşənin sahibi olmaq onun ən böyük arzusudur.  Boş vaxtlarında əlavə dərs kitablarını  oxumağa üstünlük verir. Anası ona riyaziyyat, Azərbaycan dili, məntiq kitabları alıb və onlardan tapşırıqlar işləməyi çox sevir. Həmin tapşırıqları işlədikcə hiss edir ki, beyni daha da  güclənir. Yorulanda ya nağıl kitabı, ya da uşaq ensklopediyası oxuyur. Zeynəlabidin üzgüçülük və basketbolla məşğul olur. İdman bədənini gücləndirir. O, maraqlı şəkillər çəkməyi xoşlayır. Bu həvəs ona xalasından keçib. Vətənpərvərlik, ailə, dostluq və s. mövzularda şəkillər çəkir və hamı tərəfindən bəyənilir. 
Novruzov Zeynəlabidinin Elşad oğlu 2021-ci ildə 4-cü sinfi bitirib S. C. Pişəvari adına humanitar fənlər gimnaziyasının 5ç sinfinə daxil olub. Orada oxuyarkən STEM beynəlxalq olimpiadasında iştirak edərək finalist oldu. Daha sonra gimnaziyanın nəzdində yaradılmış Kiçik Akademiyaya üzv olub və yazdığı dissertasiyanı müdafiə edib. 
Gələcəkdə heç kimin bilmədiyi elmi  ixtiralar edib,insanları beyin xəstəliklərindən qurtarmaq istəyir.Yaxşı beyin cərrahı olub, bu günə qədər heç bir həkimin eldə edə bilmədiyini edib, insanlara kömək etmək və həmişə yaddaşlarda qalmaq arzusundadır.