elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 сентября 2012 г.

Osmanlı Zabil Əhməd oğlu


Yüksək potensiala, mükəmməl savada, geniş dünyagörüşünə malik gənclərdən biri də Zabildir. O, 30 noyabr 1989-cu ildə Bakı şəhərində dünyaya göz açıb.  Zabil uşaqlıqda çox sakit, heç kimi incitməyən bir uşaq olub. 7 yaşına qədər Gürcüstanda yaşayan nənəsi Şərqiyyə xanımın və babası Vilayət müəllimin himayəsi altında böyüyüb. 5 yaşında bir çox riyazi əməlləri aparmağı bilir, hərflərin isə hamısını tanıyır və yazmağı bacarırdı. Həmçinin qəzet və jurnalları oxumağı bilirdi.
1996-cı ildə Bakı şəhər Nərimanov rayonundakı 45 saylı orta məktəbə gedib. İbtidai sinif müəllimi Telnaz xanım Zabilin çox məsuliyyətli, güclü yaddaşa, iti qavrama qabiliyyətinə və dərin zəkaya malik olduğunu söyləyir. Başqa həmyaşıdlarından fərqləndirən cəhət məntiqi fikir yürütmək bacarığı və məsələlərin həllində müxtəlif üsullar tətbiq edə bilməsidir. Ən çox sevdiyi fənlər kimya, riyaziyyat, fizika, ingilis dili, olmuşdur. Digər fənləri də sevərək öyrənmişdi. Uşaqlıqdan futbola böyük həvəsi olan Zabil 2 il “Neftçi” və “Şəfa” futbol klublarının heyətində oynamışdır. Həmçinin Əli İsmayılovun rəhbərliyi ilə boksla məşğul olmuşdu. Amma IX sinifdə Zabil futboldan ayrılmalı oldu. Çünki dərs proqramları getdikcə çətinləşirdi. Buna baxmayaraq o, dərslərini müvəfəqiyyətlə davam etdirirdi. Zabil məktəbdə oxuduğu müddətdə tədris olunan hər bir fənnə ciddi hazırlaşırdı . Dəqiq elmləri daha çox sevirdi. Məktəbdə keçirilən bayram şənliklərində, tədbirlərdə, yarışlarda fəal iştirak edirdi. Bacısı Çinarənin dərsləri ilə də maraqlanırdı. Bacısının çətinlik çəkdiyi riyaziyyat, fizika, kimya fənləri üzrə ona kömək edərdi. IX sinifdən başlayaraq ali məktəbə qəbul olmaq üçün ciddi hazırlaşmaq tələb olunurdu. Bu andan başlayaraq Zabil 2 il əlavə müəllimlərlə məşğul olmağa başlamışdı. Kimya müəllimi Sevda Allahverdiyeva, fizika müəllimi Azər Allahverdiyev, riyaziyyat üzrə Məhiyəddin müəllimə ona elmin incəliklərini öyrətdikləri üçün minnətdarlığını bildirir.
Atası Əhməd bəyin dediklərindən: “ - Zabil uşaqlıqdan dəftər-kitaba böyük maraq göstərirdi. Məktəbə getdikdən sonra da dərslərinə böyük həvəslə yanaşmağa başladı. Dərslərini əla oxuyur, qazandığı uğurlarla bizi sevindirirdi. Mən bir ata kimi həm oğlum Zabilə, həm də bütün Azərbaycan övladlarına cansağlığı, uğurlar arzulayıram. Qoy onlar vətənimiz Azərbaycanı şərəflə qorusunlar.
2007-ci ildə orta təhsilini başa vuran Zabil Azərbaycan Dövlət Neft Akademiyasının faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı fakültəsinə qəbul olub. 2011-ci ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin geologiya fakültəsinin magistr pilləsinə daxil olub.
Ali təhsil illərində də Zabil müsbət keyfiyyətlərinə görə tələbə yoldaşları və müəllim kollektivi arasında hörmətə, ehtirama layiq görüldü.
Boş vaxtlarında intellektual yarışmalara baxır, futbolla məşğul olur, musiqiyə qulaq asır. İngilis, fransız dilində bilir. Bilgisayar proqramlarını əla bilir. Tətilini Gürcüstanda keçirir. Hazırda “N” saylı hərbi hissədə xidmət edir. Gəldikdən sonra təhsilini davam etdirəcək. Gələcəkdə məqsədi elmin sirlərinə yiyələnib, potensialını neft-kimya sənayesinin inkişafına sərf etmək niyyətindədir.
e-mail: zabil_187@mail.ru

27 сентября 2012 г.

Nuriyev Novruz Ağagül oğlu

Ağagül bəy atasının adını yaşatmaq məqsədilə yeni dünyaya gələn oğluna Novruz adını qoyur. Novruz babasının adını daşımaqla bərabər, gənc yaşında vəzifə borcunu yerinə yetirərkən həlak olmuş atasının adını öz həyat tarixinə yazmaq üçün ona şeir həsr edir. Bu Novruzun yazdığı ilk şeir idi. İlk şeirini yazanda Novruzun cəmi 5 yaşı vardı.
Nuriyev Novruz Ağagül oğlu 9 iyul 1990-cı ildə Bakı şəhərində hərbiçi ailəsində dünyaya göz açmışdır. 1996-cı ildə Yasamal rayonundakı milli qəhrəman M. İbrahimov adına 153 saylı orta məktəbin I sinfinə gedən Novruz məktəbə getməzdən əvvəl kiril və latın qrafikaları ilə sərbəst şəkildə oxuya bilirdi. Yaşına uyğun olaraq əsasən nağıl kitabları oxusa da, evlərindəki digər bədii əsərlərin adlarını və müəlliflərini əzbər bilirdi. Orta məktəbdə bütün fənləri həvəslə oxusa da, tarix onun sevimli fənninə çevrilir. Hələ ibtidai siniflərdə oxuyanda məktəbin bir sıra tədbirlərində iştirak edirdi. Bu tədbirlər arasında məktəbdə keçirilən bayram şənlikləri, şairlərin, yazıçıların xatirə günlərini qeyd etmək olar.
2007-ci ildə 153 saylı orta məktəbi əla və yaxşı qiymətlərlə başa vuran Novruz elə həmin il yüksək balla (591) Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinə daxil olur. Fakültə üzrə ən yüksək bal topladığından tələbə biletini universitetin rektoru Abel Məhərrəmov şəxsən təqdim edir. Tələbəlik illərində daha çox yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olur. Universitetin “Bakı universiteti” qəzetində məqalələr və şeirləri çap olunur. Fafültə Tələbə Gənclər Təşkilatının sədr müavini, Universitet Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü olur. Bu təşkilatlardakı fəaliyyəti çərçivəsində həm fakültədaxili, həm də universitetdaxili “Nə? Harada? Nə vaxt?” bilik yarışmasının bir neçə mövsüm təşkilatçılarından biri olmuşdur. Fakültə divar qəzetinin ideya müəllifi və həmtəsisçilərindən biri olub.
2009/2010-cu tədris ilində III kursda oxuyarkən “Universitet daxilində tədris olunan xarici dillər üzrə tələbələrin qarşılıqlı bilik mübadiləsinin təşkili” mövzusunda layihəsinə görə universitetdaxili “50+50” qrant proqramının qalibi olur.
2009-cu ildə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən “İlin ən yaxşı tələbəsi” fəxri adı ilə təltif edilmişdir.
23-24 iyun 2010-cu il tarixində Bakı şəhərində keçirilmiş İslam İnkişaf  Bankının Müdirlər Şurasının 35-ci illik Toplantısında İslam İnkişaf Bankı müdirinin müşaiyətçisi qismində iştirak etmişdir. Bu toplantıdakı iştirakı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş xasiyyətnamə və qiymətli hədiyyələrlə, həmçinin,  İslam İnkişaf Bankının Biznes Forumu tərəfindən təşəkkür məktubu ilə qiymətləndirilmişdir.
2012-ci ildə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin tam kursunu (magistr dərəcəsi) fərqlənmə diplomu ilə bitirmişdir. Bu münasibətlə və oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə Bakı Dövlət Universitetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Novruz hazırda Azərbaycan Silahlı Qüvvəllərinin “N” saylı hərbi hissəsində hərbi xidmət keçir.
Novruzu dinləyək: “ - Orta məktəbi və universiteti əla qiymətlərlə başa vurmuşam. Məncə həyatımın ən uğurlu günü instituta qəbul olunduğum gün olub. Bütün nailiyyətlərimdə ilk növbədə anama və müəllimlərimə borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Fikirləşirəm ki, insan sağlamdırsa, sevdiklərinin və doğmalarının əhatəsindədirsə demək xoşbəxtdir.”


GƏNCLİK İLLƏRİ

GÖR NECƏ DƏ GÖZƏLDİR, ÖMRÜN GƏNCLİK İLLƏRİ.
ÖMÜR XATİRƏSİNİN HEÇ SOLMAYAN GÜLLƏRİ.
HƏYATA QANAD VERİR, HƏR HADİSƏ, HƏR BİR AN.
GƏLƏCƏYƏ UZANAR, ZAMANIN GƏNC ƏLLƏRİ.

BİR KİMSƏ HƏMİN DÖVRÜ ƏSL ŞƏXSİYYƏT OLUR.
KİMİSİ O İLLƏRİ MƏNASIZ BAŞA VURUR.
KİMLƏRSƏ, ZƏHMƏTİNİN UĞURUNU QAZANIR.
KİMLƏRSƏ DƏ TƏLƏBƏ ADINA LAYİQ OLUR.

ƏGƏR GƏNCLİK DÖVRÜNDƏ KİM OLUBSA TƏLƏBƏ.
BİR GÜN ONUN ÜÇÜN DƏ SƏSLƏNƏCƏK BU NƏĞMƏ.
"SIZLAR, YADA DÜŞƏNDƏ ÜRƏYİMİN TELLƏRİ,
O MEHRİBAN, O ƏZİZ TƏLƏBƏLİK İLLƏRİ." 

BİR SÖZLƏ, ÖMRÜMÜZÜN ŞİRİN GƏNCLİK ÇAĞINDAN.
BİR FƏRD KİMİ HƏYATA HAZIR ATILARIQ BİZ.
İLLƏR KEÇİB ÖMÜRDƏN, ARTIQ YAŞA DOLANDA,
MƏNALI BİR HƏYATIN BƏHRƏSİN DADARIQ BİZ.


İnsan ömrü başdan-başa sevgi üstə qurulmuş,
Allah, Ana, Vətən, Millət bir də həyat sevgisi.
Allah sevgisi insana aləmdə bir tac olmuş
Digər sevgilər də onu bəzəyən qəlb incisi.
Mənə böyük bir lütf ilə qismət olan vergini –
Şeir yazmaq nemətini bəxş etmişsə Yaradan,
Niyə əziz dəyərimi şeirlə vəsf etməyim?
O əziz nemətim sənsən, ey ulu Azərbaycan!

Böyük Hüseyn Cavidin təxəllüsünü daşıyır (Seyidova Gülçin Firudin qızı)


Gülçin Firudin qızı Seyidova 1982-ci il iyulun 2-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Anası dahi Hüseyn Cavidə böyük məhəbbət bəsləyir. Elə buna görə də dahi yazarın təxəllüsünü övladına qoyub.
Körpəlikdə olduqca sakit uşaq olan Gülçin həmişə ətrafdakıların sevimlisi olub. Davranışı, nizam-intizamı, ədası, nazı ilə uşaq bağçasındakı yaşıdlarından seçilirdi.
Hətta bağçada keçirilən müsabiqədə “Gözəllər gözəli” tituluna layiq görülmüşdü. Dostlarının əksəriyyəti oğlanlar olurdu, onlarla söz-söhbəti necə deyərlər, yaxşı tuturdu.
Gülçin yazıb-oxumağı bağçada öyrənmişdi.
1989-99-cu illərdə 207 saylı orta məktəbdə təhsil alan Gülçin bütün fənlərə eyni həvəslə yanaşırdı. Axrıncı siniflərdə təhsil aldığı illərdə riyaziyyatçı olmaq istəyirdi. Valideynləri isə onun ingilis dilində danışması ilə fəxr edirdilər. Məhz bu səbəbdən Gülçin ingilis dili üzrə tərcüməçi peşəsini seçib.
Gülçin 1999-cu ildə Azərbaycan Dillər Universitetinin dilşünaslıq-sinxron tərcümə fakültəsinə qəbul olub, bakalavr və magistr dərəcələrini də bu universitetdə alıb. Gülçin universitet həyatını son dərəcə maraqlı və unudulmaz hesab edir. Ən sevimli müəllimlərindən biri ingilis dilinin qrammatikasını tədris edən Mənsurə xanımla da burada tanış olub. Universitet illərində qrup yoldaşları və digər dostları ilə birgə kiçik təşkilat yaratmaq qərarına gəlirlər. Təşkilatın ümumi məqsədi Azərbaycan üçün nə isə etmək idi.
Universitetin magistratura pilləsində oxuduğu illərdə “İnternyus Network” Azərbaycan nümayəndəliyində məşq əlaqələndiricisi vəzifəsində çalışmağa başlayıb. ADU-də təhsilini başa vurduğu il ABŞ universitetinə qəbul olunub. Eyni zamanda universitetdə ona müəllim kimi işləmək də təklif olunur. O, müxtəlif kurs tələbələrinə ünsiyyətin başlanğıcı fənnindən dərs deyir, özü isə peşəkar ünsiyyət sahəsində magistraturada oxuyurdu. Qayıdan kimi “İnternyus Azərbaycan İctimai Birliyi ona Məşq və İctimai Əlaqələr Departamentinin direktoru vəzifəsini təklif etdi. Gülçin bu təklifi sevə-sevə qəbul etdi. 9 ay həmin təşkilatda çalışdıqdan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında ictimai iəsələlər üzrə məsləhətçi vəzifəsində fəaliyyət göstərməyə başladı. Hazırda həmin vəzifənin öhdəsindən məharətlə gəlir.
Riyaziyyat müəllimi Fərman Qasımovun sevimli və unudulmaz şagirdi Gülçin haqqında düşüncələri: “ - Gülçin bütün fənləri çalışqanlıqla oxuyurdu. O, sinifdə hamı tərəfindən sevilən, seçilən, hörmət edilən lider şagird idi. Gülçin onun barəsində olan yüksək fikirlərimizin dəyişməsinə əsla yol vermədi. İstedadlı və zəhmətkeş olduğu üçün mən onun parlaq gələcəyinə inanırdım və belə də oldu. Ali təhsilini başa vurduqdan sonra istedadlı gənc kimi xaricə göndərildi və orada işləyə-işləyə təhsilini davam etdirdi. Gülçin xanım bizim hamımızın, Azərbaycanımızın fəxr edə biləcəyi gənclərdən biridir. Əminəm ki, unudulmaz şagirdim Gülçin hələ bundan sonra da öz sözünü deyəcək, elmin və həyatın çətin yollarında zirvələr fəth edəcək. Uğurlar olsun!”

Əliyev Oruc Allahyar oğlu


Oruc Allahyar oğlu Əliyev 2000-ci il yanvarın 8-də Bakı şəhərində dünyaya göz açıb. Həmin gün Ramazan bayramı olduğuna görə valideynləri dünyaya gələn övladlarına məhz bu müqəddəs bayramla bağlı bir ad qoymağı qərara alırlar. Ailəvi yaxın dostları Yusif bəy və Fatimə xanımla məsləhətləşərək əkizlərə Ramazan və Bayram, yaxud Oruc və Amin adlarını qoymaq nəticəsinə gəldilər. Sonucda isə ikinci cütlük seçildi və birinə Oruc adı verildi.
Amin və Oruc əkiz olsalar da xasiyyət və maraqları lap kiçik vaxtlardan tam fərqli idi. Hətta uşaq qidaları da fərqli idi. Körpə ikən Orucun ağzına yemək, şirniyyat hətta əmzik belə qoyanda o mütləq öz körpə əlləri ilə çıxarıb yuxarı qaldırar, yalnız dıqqətlə baxdıqdan sonra sanki onu öyrənərək sonra ağzına qoyardı. Radioda musiqi səsi gələndə isə üzünü radioya çevirib ona diqqətlə qulaq asardı.
Oruc sakitliyi sevir, boş vaxtlarında Discovery, National Geographic kimi TV kanalları izləyər ya da kitab oxumağı, şəkil çəkməyi xoşlayır.
Oruc yazıb-oxumağı 4 yaşında Zabitlər Evində Roza müəllimin sayəsində öyrətmişdi. Məktəbə gedənə qədər vurma cədvəlini bilirdi. Digər bilikləri də demək olar ki III sinif səviyyəsində idi .
5 yaşlında Bakı İslam Universitetində dərs deyən Əbülfət müəllim ona Qurani-Kərimi ərəb dilində oxumağı və namaz qılmağı öyrətdi. Həmşinin ingilis və rus dillərini bilir. “Fərasət” İdman-Sağlamlıq Mərkəzində Vüqar muəllimin rəhbərliyi altında taekvondo məşqlərinə qatılır. Artıq I dan qara kəmər sahibidir.
Oruc hazırda H. Əliyev adına liseydə VI sinifdə  oxuyur. Dərslərini əla qiymətlərlə oxuyur. Riyaziyyat, ingilis dili, rus dili fənlərini
Məktəbdə keçirilən ictimai işlərdə də fəaldır. Dəfələrlə rəsm səgilərində çəkdiyi əl işləri nümayiş olunub. “Əlifba bayramı”nda düzənlənən səhnəcikdə “Ata” rolu oynamaq da ona həvalə olunmuşdu. Orucun əldə etdiyi uğurlarla sizi də tanış etmək istəyirik.
25 mart 2006-cı ildə dzyü-do üzrə Bakı şəhər birinciliyində 6 yaşlı Oruc 24 kq çəki dərəcəsində II yeri tutduğuna görə şəhadətnamə ilə, 9 dekabr 2006-cı ildə Kyokşin Karate Federasiyası tərəfindən keçirilən imtahanda X kyu (ağ kəmər) diplomu ilə təltif olunub.
10 may 2008-ci ildə Gül bayramında fəal iştirak etdiyinə görə Bakı şəhər Təhsil İdarəsi tərəfindən diploma layiq görülüb.
5 dekabr 2008-ci ildə Beynəlxalq Taekvondo Federasiyası tərəfindən I dan qara kəmərə layiq görülüb. Federasiya prezidentini imzası ilə sertifikat alıb.
28 fevral 2009-cu ildə Xətai rayon Mədəniyyət Mərkəzi tərəfindən keçirilən sərgidə fəal iştirak etdiyinə görə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərmana layiq görülüb.
1 aprel 2012-cu ildə “Zəfər” kurslarının keçirdiyi sınaq imtahanında I yeri tutduğuna görə təltifnamə qazanıb. Bu uğuru onun həyatında xüsusi iz buraxıb.
Orucun fikrincə bu günə kimi əldə etdiyi uğurları müəllim və valideynlərinin sayəsində qazanıb. Oruc 10 yaşından kosmonavt, alim olmaq niyyətinə düşüb.
Asudə vaxtlarını kitab oxumaq, bilgisayarla, internet vasitəsilə məlumat toplamaqla keçirir.
Bu gün Orucun ən böyük arzusu orta təhsili uğurla başa vurub Avropa ölkələrinin birində ali təhsil almaqdır.
Yaşının az olmasına baxmayaraq xeyirxah bir qəlbə sahibdir. Bunu onun təhsil ocaqları tikdirmək arzusu bariz şəkildə sübut edir. Bizə isə uğur diləmək düşər.

Əliyev Amin Allahyar oğlu

Amin əkiz qardaşı Orucla birgə 2000-ci il yanvar 8-də, müqəddəs Ramazan bayramı günündə dünyaya gəlmişdir. Valideynləri inanclı insanlar olduğundan, eyni zamanda belə bir müqəddəs gündə dünyaya gəlməsini nəzərə alıb adını Amin qoymağa qərar verdilər. Necə deyərlər adını onlar verdi, bəxtini Uca Rəbbimiz versin.
Amin körpəlikdə musiqiyə qulaq asmağı xoşlayır, böyüklərin söhbətlərini dinləyib nəsə öyrənməyi, hər şeydə birinci olmağı xoşlayırdı.
Amin də qardaşı kimi yazıb-oxumağı 4 yaşında Zabitlər Evində Roza müəllimin sayəsində öyrənmişdi. Məktəbə gedənə qədər vurma cədvəlini bilirdi. Digər bilikləri də demək olar ki III sinif səviyyəsində idi .
5 yaşlında Bakı İslam Universitetində dərs deyən Əbülfət müəllim ona Qurani-Kərimi ərəb dilində oxumağı və namaz qılmağı öyrətdi. Həmşinin ingilis və rus dillərini bilir. “Fərasət” İdman-Sağlamlıq Mərkəzində Vüqar muəllimin rəhbərliyi altında taekvondo məşqlərinə qatılır. Artıq I dan qara kəmər sahibidir.
Amin hazırda H. Əliyev adına liseydə VI sinifdə  oxuyur. Dərslərini əla qiymətlərlə oxuyur. Riyaziyyat, ingilis dili və Azərbaycan dili fənlərini daha çox sevir.
“Əlifba bayramı”nda “Vətənpərvər”, işğal olunmuş ərazilərini azad etmək istəyən bir gənc rolunda iştirak edib. Tədbirdə istəklərimi meyxana vasitəsi ilə ifadə edib. Həyatında ən maraqlı gün Yardımlı şəlaləsini gördüyü gündür. Ən uğurlu hadisə isə “Zəfər” kurslarının sınaq imtahanında III yeri tutaraq saat qazanmağı olub.
25 mart 2006-cı ildə dzyü-do üzrə Bakı şəhər birinciliyində 24 kq çəki dərəcəsində I yeri tutduğuma görə Bakı şəhər Gənclər, İdman və Turizm İdarəsi tərəfindən şəhadətnamə ilə mükafatlandırılıb.
5 iyul 2008-ci ildə qara kəmər aldığına görə Koreyadan göndərilmiş diplom və sertifikatla təltif olunub.
11 may 2011-ci ildə klublararası yarışda fəxri kürsünün III pilləsinə yüksəldiyinə görə bürünc medalla mükafatlandırılıb.
Amin də qardaşı kimi əldə etdiyi müvəffəqiyyətləri müəllimləri və valideynlərinin sayəsində əldə etdiyi fikrindədir. O da gələcəkdə kosmonavt yaxud ixtiraçı olmaq niyyətindədir. Ən böyük arzusu isə cəmiyyətə və bəşəriyyətə töhfələr verə biləcək ixtiralar etməkdir.
Amin asudə vaxtlarını televizorda intellektual verilişləri izləmək, şəkil çəkmək keçirir.

26 сентября 2012 г.

Babayeva Naibə Vaqif qızı


Qəhrəmanımızın anasının adı Nailədir. Elə bu səbəbdəndir ki, nənəsinin arzusu ilə ona Naibə adı verilib. Naibə körpəlikdə hər şeylə maraqlanır, hər şeydə birinci olmaq istəyirdi. Uşaqlıqda onun toxumaq, tikmək, şəkil çəkmək, şahmat oynamaq, fortepianoda çalmaq, rəqs, üzgüçülük, kitab oxumaq kimi çoxlu məşğuliyyəti var idi.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi.
Naibə Vaqif qızı Babayeva 1988-ci ildə oktyabrın 7-də Bakı şəhərində anadan olub. Məktəbə kimi uşaq bağçasına gedib. Həmçinin Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Cücələrim” rəqs ansamblının üzvü olub.
1995-ci ildə Yasamal rayonundakı A. Ələkbərov adına olan Respublika İncəsənət Gimnaziyasına gedib. Fortepiano şöbəsində IX sinfə qədər oxuyub. Sonra təhsilini Nizami rayonundakı 289 saylı “Zəngi” liseyində davam etdirib. 6 yaşdan indiyə kimi üzgüçülüklə məşğul olur. XI sinifdə ingilis dilində konfransda III yer tutdum. 2006-cı ildə məktəbi bitirib Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi əlaqələr və menecment fakültəsinə daxil olub. Universitet illərində konfranslarda və respublika olimpiadasında iştirak edib.
Orta məktəbdə bütün dərslərini maraqla və sevə-sevə oxuyurdu. Sevimli fənləri riyaziyyat, fizika, ingilis dili, tarix, informatika olub. Musiqi ilə məşğul olan illərdə fortepianodan konsertlərdə iştirak edib. IX sinifdə bu sahədə diplomla mükafatlandırılıb, ingilis dilində tamaşada əsas rolda çıxış edib. XI sinifdə ingilis dilindən konfransda elmi-yaradıcı işinə görə III yerə layiq görülüb.
Proqramlaşdırma üzrə ilk müəllimi İradə Həsənzadənin sayəsində ixtisasına marağı daha da artdı. III kursda elmi konfransda, riyaziyyatdan respublika olimpiadasında iştirak edib və həvəsləndirici mükafata layiq görülüb. IV kursda yenidən elmi konfransda iştirak edib IV yeri tutub. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Ali məktəb illərində sevimli fənləri informatika, proqramlaşdırma dilləri, differensial tənliklər, iqitsadiyyat, əməliyyatlar sistemi və proqramlaşdırma dilləri, ehtimal nəzəriyəsi, neftqazçıxarma proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırma üsulları olub.
Həyatında ən uğurlu, maraqlı və çox həyacanlı gün ali məktəb müəssəsinə daxil olmaq barəsində çıxan imtahan nəticələri olan gündür. Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə ilk növbədə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.
Ali məktəbi bitirdikdən sonra proqramlaşdırma sahəsində işləmək arzusundadır.
Asudə vaxtlarında musiqiyə qulaq asmağı, kitab oxumağı xoşlayır.
e-mail: naiba88@mail.ru