elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 июля 2014 г.

Mustafayeva Aygün Biləndər qızı

 
Biləndər bəy xalq şairi Səməd Vurğunun yaradacılığını çox sevir və “Aygün” poemasını dəfələrlə oxumuşdu. Ona görə də qızı dünyaya gələndə tərəddüd etmədən ona Aygün adı vermək istədiyini açıqladı. Təklif ailənin digər üzvləri tərəfindən də isti qarşılandı. Və beləcə dünyaya gələn uşağın adı Aygün oldu.
Aygün də məktəbəqədər dövrdə bütün həmyaşıdları kimi gəlincikləri oynayar, xüsusi bacarıq və qabiliyyəti ilə onlardan seçilməzdi. Lakin illər-illərə calandıqca bu qızın təhsilə xüsusi marağı üzə çıxmağa başladı. Əsas səbəblərdən biri də onun ziyalı, təhsilə xüsusi önəm verən bir ailədə boya-başa çatması idi. Aygünün anası ixtisasca müəllimdir.
Aygün Biləndər qızı Mustafayeva 9 aprel 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 1995-ci ildə Səməd Vurğun adına 16 saylı orta məktəbə I sinifə gedib və 2006-cı ildə həmin məktəbi bitirərərək yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 2012-ci ildə ATU-nu bitirərək terapiya ixtisası üzrə rezidenturaya qəbul olub. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezident-terapevt kimi çalışır.
Aygün hələ uşaqlıqdan həkim olmaq həvəsində olub. Həmdə valideynlərinin arzusu idi onun həkim olması.
Aygün orta məktəbdə həmişə dərslərini əla qiymətlərlə oxuyub. Sevdiyim fənlər başda riyaziyyat olmaqla, ədəbiyyat və biologiya olmuşdur.
Ali məktəbdə daim müvəffəqiyyətlə oxumağa çalışıb qəhrəmanımız. İxtisas fənləri olan biokimya və daxili xəstəlikləri isə xüsusi maraq və həvəslə mənimsəyib.
Aygün: “ - Həyatimda ən uğurlu günlərim universitetə və rezidenturaya daxil olduğum günlər olub.
Seçdiyim ixtisasa yiyələnməkdə universitet müəllimlərimə, qəbul imtahanında göstərdiyim nəticəyə görə biologiya müəllimim və anam Tamella xanıma, fizika müəllimim Gülşən xanıma, kimya müəllimim Səkinə xanıma dərin təşəkkürümü edirəm.
Tibb sahəsində ixtisas üzrə kuratorum dosent Əli İbrahimova oxşamaq istərdim.
Rezidenturanı bitirdikdən sonra doğma şəhərim Mingəçevirdə işləmək istəyirəm.
İnsanların sağlamlığının keşiyində dayanmaq, onlara yaşamaq ümidi bəxş etmək mənimçün ən böyük xoşbəxtlikdir. İxtisasım üzrə hədəfim elmlər namizədi, daha sonra isə Allah qismət edərsə elmlər doktoru olmaqdır.

Asudə vaxtlarımda tibbi kitablarla yanaşı bədii ədəbiyyat da oxuyuram. Dedektiv kitablar daha cox diqqətimi cəlb edir. Müasir dövrün yazıçılarından Elxan Elatlının oxuyucularındanam.”

10 июля 2014 г.

Ağayeva Rəna İlham qızı

 
Ağayeva Rəna İlham qızı 9 dekabr 2003-cu il tarixində Bakı şəhərində dünyaya göz açmışdır. Körpəlikdən aktiv uşaq olan Rəna hər bir məlumatla maraqlanan, güclü yaddaşa malik, saysız- hesabsız suallar verən uşaq olmuşdur. Üç yaşından müxtəlif dərnəklərə getməyə başlamışdı. Məktəbəqədərki dövrdə  artıq bütün hərfləri və rəqəmləri bilib, sərbəst yazıb-oxumağı bacarırdı. Artıq 2009-cu ildə Bakıda yerləşən Ankara məktəb-liseyinə getməyə başlayan Rəna kiçik olmasına baxmayaraq yaşıdlarından güclü yaddaşı, hazırcavablığı, çalışqanlığı ilə seçilirdi. Dərslərində olduqca çox çalışqan, gündəlik tam hazır olan şagird məktəbin fəallarından biri olmağı da bacarmışdır. Hər il sinifdən sinfə keçərkən tərifnamələrlə təltif olunur. Dərslərinə olduqca çox zaman ayıran Rəna ən çox da riyaziyyat və xarici dillərinə maraq göstərir. Gələcəkdə ingilis, alman, rus dillərini mükəmməl bilmək arzusundadır. Məktəb onun həyatında mühüm rol oynayır. Hətta məktəbdə keçirilən bütün tədbir və bayramlarda fəal iştirak edir. Çox zaman tədbirlərdə aparıcı kimi çıxış edir. Dərslərdən əlavə rəsmə xüsusi marağı vardır. Babası rəssam-memar, nənəsi memar olan qabiliyyətli Rəna da onlar kimi incəsənətin rəssamlıq sahəsinə meyl edir. Bu sahəyə çox  həvəsli olan gənc yeniyetmə öz rəsmlərində sülh, gözəl təbiətimizin tərənnümünə daha çox üstünlük verir.
Asudə vaxtlarında məhz rəsm çəkməyi, bədii qiraətlə məşğul olmağı, intellektual verlişləri izləməyi xoşlayır. Həyatında maraqlı, uğurlu hadisələr çox yaşayan Rəna ən uğurlu və yaddaqalan anlarını məktəb həyatı ilə əlaqələndirir. “Bir dəfə IV sinifdə oxuyarkən çox çətin yoxlama işi yazırdıq. Bu yoxlama işinin qiymətini çox vacib idi. Sinifdə yalnız mən bu yoxlama işindən “əla” qiyməti almışdım. Həmin gün mən çox xoşbəxt idim” –deyən istedadlımız bu hadisəni unutmayacağını da bildirib.
Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və ona  elmi öyrədən müəllimlərinə borclu olduğunu hesab edir. Seçəcəyi peşədən asılı olmayaraq həmin peşəyə mükəmməl yiyələnmək, həmin peşənin mütəxəssisi olmaq istəyir.Gələcəkdə iqtisadçı olmaq arzusunda olan Rəna bu ixtisasa həvəsi atasının yaratdığınıda bildirmişdir. Onun gələcək ilə bağlı planlarına orta təhsilini əla qiymətlər ilə bitirmək, ali məktəbə daxil olmaq, arzuladığı ixtisasa mükəmməl yiyələnib dövlətimiz üçün dəyərli kadr  kimi yetişməkdir.

9 июля 2014 г.

GÖRÜNMƏYƏNLƏRİ GÖRƏN QIZ

  


 
 
Ayna Sənan qızı Ələsgərоva 24 aprеl 1999-cu ildə Bakı şə­hərində dünyaya gəlib. Ayna məşhur fotoqraf-rəssam Sənan Ələsgərovun qızı, karikaturaçı rəssam Arif Ələsgərovun nəvəsidir. Hələ kiçik yaşlarından məm­nuniyyətlə kitab və jurnalları vərəq­lə­yər, şəkil və fotolara diq­qətlə ba­xardı. Ona oxunan nağıl və şeirləri maraqla dinləyərdi. Saatlarla Mot­sartın, Şo­penin musiqilərini yorul­ma­dan dinləyərdi. Da­nış­mağa və oxumağa çox er­kən başladı. Hər gün yüz­lərlə sual verər və vəcdə gə­lircəsinə cavabları dinlə­yər­di.Rəsm çəkmək də onun sevimli və əsas məşğuliy­yət­lərindən idi. Atası ona fırça tutmağı öyrətdi və molbert bağışladı. Ayna fırça, quaş, akvarel, rəngli qələm və  rəsm çəkmək mümkün olan hər şeylə çəkirdi. Onun rəsmləri fantaziyası və rəng bolluğu ilə diqqət çəkirdi. Özünün dü­zəlt­diyi gəlinciklərlə tamaşalar qurmağı sevirdi.
Ayna artıq 4 yaşında yazıb oxumağı öyrənmişdi. Oxumağı çox sevirdi, hətta gəzinti zamanı belə kitablar onun ayrılmaz dostu idi. Gə­zinti zamanı atası ilə Aynanın gələcək rəsmlərinin süjet xəttini müzakirə etməyi xoşlayırdı. Atasının incəsənət barədə söhbətlərini çox sevirdi Ayna.
Ayna hazırda 160 saylı Klassik Gimnaziyanın şagirdidir. Dərs­lə­rini əla oxuyur. Xüsusilə xarici dil, biologiya və kimyanı sevir. I sinif­dən məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Tədbirlərlə bağlı səhnələşdirilən tamaşallarda baş rolları oynamağı çox sevir. Eyni za­manda bilik yarışlarında da fəallıq göstərir. Fənn olimpiadalarının məktəb və rayon turlarında xarici dil üzrə iştirak edir. Aynanın şeir və hekayələr yazmaq bacarığı da var. Bundan əlavə fotoqrafiya ilə də maraqlanır. 
2007 və 2008-ci ildə “Hewlett Packard”-ın Makkabidə keçirdiyi Uşaqlar arasında Beynəlxalq Şahmat Turnirində iştirak edib. 2008-ci ildə şeiri kitabda dərc edilib, “Kiçik hekayələr” müsabiqəsində II, qiraətçilərin “Qızıl Payız” müsabiqəsində isə III yerləri tutub. 2009-cu ildə “Puşkinin əsərlərinin ən yaxşı bilicisi” fəxri fərmanı və “Elmi məlumatların ən yaxşı tər­tib­çisi” diplomu ilə təltif olunub. 2010, 2011 və 2012-ci illərdə dalbadal rus dili və ədəbiyyatı olimpiadasının məktəb turunda III yer tu­tub. 2012-ci ildə eyni za­man­da ingilis dili olimpia­dasında I yer tutub. 2013-cü ildə H. Əliyevin 90 illik yu­bileyi ilə əlaqədar respub­lika müsabiqəsində fəxri fərmanla təltif olunub.
O eyni zamanda C. Ha­cı­yev adına 3 saylı Uşaq Musiqi Məktəbinin forte­pi­a­no ixtisası üzrə VII sinif şagirdidir. 
Burda da əlaçıdır. Eyni zamanda məktəbin ansam­b­lının və xor kollektivinin də üzvüdür. Məktəbdə keçirilən konsert proqramlarında fəal iştirak edir. İlk dəfə səhnəyə çıxdığı konserti isə heç zaman unutmayacağını deyir. Musiqi sahəsində də uğurları var. 2012-ci ildə müsabiqədə I yer tutub.
Onun əldə etdiyi nailiyyətlərdə valideynlərinin, müəllim­lərin­dən Rəşadət Badalоva, Fəridə Şеyхоva, İnna Şaşkоva, Svеtlana Abra­mоva və Sеvda Əmrahovanın xüsusi zəhməti var. İncəsənət sa­hə­sin­dəki nəzərəçarpacaq istedadına baxmayaraq Ayna diplomat olmaq niyyətindədir. Lakin musiqinin onun hə­ya­tında daim yer alacağını bildirir. Hətta gə­lə­cək­də musiqi bəstələməyi belə düşünür.
Ayna asudə vaxtlarını kitab oxumaq, musiqi dinləməklə keçirir. Fotoqrafiya onun həyatında xüsusi yer tutur. Atasının sayəsində o başqalarının görə bilmədiyi nüansları görməyi öyrənib. Atası ilə sə­yahət etməyi, təbiət gözəlliklərini fotolara köçürməyi xoşlayır. Ümu­miyyətlə atasının ona böyük təsiri var. Klassik musiqi, opera və teatr isə həyatına sevinc qatan əsas ünsürlərdir.

3 июля 2014 г.

UĞURLARI ÇOXDUR

 

Soltanın adı ata babasının adı olaraq nənəsi tərəfindən seçilmişdir. Körpəlikdə istiqanlı, hazırcavab olması, şahmat oyunlarına marağı ilə seçilmişdir. Məktəbə gedənə qədər kiril və latın qrafikaları ilə yazıb-oxumağı vali­deynlərindən öyrənmişdi. 
Soltan Sabit oğlu Əzi­mov 1 mart 1995-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Xətai adına 64 saylı məktəbin I sinfinə daxil olub, hazırda Xətai rayonu 138 nömrəli mək­təbdə təhsilini davam et­dirir, şahmat və üzgü­çü­lüklə məşğul olur. Dərs əlaçısıdır. Tarix, Azərbay­can dili və riyaziyyat fən­lərini çox sevir. Məktəb­daxili ictimai tədbirlərdə, dövlət müstəqilliyinə həsr olunmuş bayram tədbir­lə­rində, H. Əliyevin yubile­yinə həsr edilmiş beynəlxalq yarışlarda da iştirak edib. Həya­tında ən uğurlu gün I sinfə həvəslə getməyi, müxtəlif olimpiada və yarışlarda I yeri tutmasıdır. Uğur qazanmağında valideyn­lərinin, məktəbdə isə müəllimlərinin rolu böyük olmuşdur. 
Gələcəkdə diplomat olmağı qarşısına məqsəd qoyub. Azər­baycanın beynəlxalq hüquqlarının müdafiəsində yaxından işti­rak etməyi özünə borc sayır. 
Asudə vaxtlarında idmanın müxtəlif növləri ilə məşğul olmağı, bədii ədəbiyyat mütailə etməyi xoşlayır. ATV kanalında yayımlanan LG “Bilik akademiyası” müsabiqəsində 2009 və 2010-cu ildə 2 dəfə fəxri yer tutaraq mükafata layiq görül­müş­dür. İctimai Televiziyada “Virtual rinq” yarışmasında iştirak etmişdir. 2011-ci ilin fevral ayında Azərbaycan radiosunda “Bu bizik” hərbi-vətənpərvərlik verilişində çıxış etmişdir. 2007-ci və 2008-ci ildə “Planet” və “Şəkər villası” qəzetlərində keçirilən yarışmaların qalibidir. 
Şeir deməyi xoşlayır, ədəbi-bədii gecələrdə, müsabiqələrdə iştirak edir. Şahmat üzrə ilk dərəcə yarışında qalib gələrək ya­şıdları arasında Azərbaycanda göstərdiyi rekord nəticə onu bi­rinci etmişdir. 
Yüksək təhsil alaraq ixtisaslı kadr kimi özünü göstərmək istəyir. Tarixdə xeyirxah və dövlət mənafeyini qoruyan insan kimi qalmaq istərdi.
Soltanın müxtəlif illərdə idmanda və təhsildə əldə etdiyi nai­liyyətlərlə tanış olaq. 19 may 2003-cü ildə Nəsimi rayon Uşaq Gənclər Şahmat Mək­təbinin keçirdiyi IV dərəcə uğrunda ya­rışda I, 10 iyul 2004-cü ildə I dərəcə uğrunda respublika təsnifat turnirində II, 4 yanvar 2006-cı ildə dərəcə yarışlarında I, 18 noyabr 2006-cı ildə Respublika Şahmat-Dama Klubunun açıq birinciliyində I, 2006-cı il dekabrın 5-də Xətai rayon mək­təb­lilərinin XIX sparta­kia­dasının proqramına daxil olan şahmat yarışlarında III, 20 dekabr 2007-ci ildə Xətai rayon məktəb­lilərin XX spartakia­dasında I, spartakiadanın şəhər turunda isə III, 2008-ci ildə Həmkarlar İttifaqı Konfederasiyası Şahmat-Dama Klubunun açıq birinciliyində I, həmən il dekabrın 12-də 138 saylı məktəb komandasının tərkibində Xətai rayonu üzrə şahmat yarışında I, 2009-cu il oktyabrın 17-də Xətai rayonu üzrə dama yarışında I, həmən ildə ümumtəhsil məktəblərinin XXII spartakiadasının şahmat yarışlarında rayon və şəhər turlarında I, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar təşkil etdiyi turnirdə komanda birinciliyində I, 2010-cu ildə də spartakiadanın rayon turunda şahmat üzrə I yerlərə çıxıb. 
29 may 2003-cü ildə 138 saylı məktəbdə əla müvəffəqiyyət və nümunəvi davranışa görə tarifnamə, Xətai rayon Gənclər və İd­man İdarəsinin və məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə diplomla təltif olunub. 25 yanvar 2011-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yer tutub. 2011-ci ilin aprelində Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən layihədə serti­fikat­la təltif olunub.