elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 октября 2017 г.

MEHDİYEVA AYDAN MƏNSUR QIZI

Bu dəfə ki, müsahibimiz Mehdiyevlər ailəsinin ilk övladı olan Mehdiyeva Aydan Mənsur qızıdır. Aydan aprel ayının 6-sı 2008 – ci ildə Bakı şəhəri Abşeron rayonu Xırdalan  şəhərində anadan olub. Aydan  sevimli, gülərüz, ünsiyyətcil və nümunəvi bir övlad olub. Dostları və ailənin kiçik qızı olan bacısı Rəhimə  ilə hər zaman mehriban münasibətdə olur.  Müsahibimizin kiçik yaşlarından nağıl və hekayələrə böyük marağı olub. Maraqlı kitablar oxumağı, yeni məlumatlar əldə etməyi çox sevir. Məktəbəqədər yaş dövründən  etibarən Aydanın yazıb – oxumağa marağı olmuşdur. Valideyinlərinin köməyi ilə məktəbə getməmişdən qabaq artıq yazıb – oxumağı və hesab əməllərini öyrənmişdir.
Təhsilə ilk addımlarını isə Xırdalan şəhəri 1 N-li tam orta məktəbdə başlamışdır. Hal – hazırda 1 N-li məktəbin 3 Ə  sinfində təhsilini davam etdirir. Bacısı Rəhimə ilə eyni sinifdə oxuyur. Bir–birilərinə hər zaman dəstək olurlar. Hər ikisi sinfin əlaçı şagirdlərindəndir. Aydan müəlliməsinin də sevimli şagirdidir. Ən sevimli fənni isə ingilis dilidir. Aydanın arzusu gələcəkdə sinif rəhbəri Sara Bəylərova kimi işini sevən, gələcək nəsilləri bilikləndirən bir müəllimə olmaqdır.  Valideyinləri Kəmalə xanım və Mənsur bəy  də övladlarının yaxşı təhsil və tərbiyə alıb , vətənimizə və cəmiyyətimizə layiqli vətəndaşlar olması üçün əllərindən gələni edirlər.
Vaxtını heç vaxt boş keçirmək tərəfdarı deyil. Asudə vaxtlarını hər zaman səmərəli keçirməyə çalışır. Kitab oxumağı və musiqi dinləməyi çox sevir. Görkəmli bəstəkarların həyat və fəaliyyəti haqıında maraqlanır. Ən sevdiyi musiqi isə Rəşid Behbudovun  ifasında “Uzun Gecələr” mahnısının vurğunudur.

Aydana gələcək həyatında uğurlar arzu edirik, uğurlu fəaliyyətinin davamlı olmağını arzulayırıq. Yolun açıq olsun, səsin zirvədən gəlsin !