elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 апреля 2016 г.

Babayev Rəfail Rövşən oğlu

 
Rəfail körpəlikdən sakit və ağıllı uşaq olub və  uşaqlıqdan şəkil çəkməyi xoşlayıb. İlk şəklini 2 yaşında çəkib. İkinci xoşladığı məşğuliyyəti isə konsturukturlar olub xırda leqolardan maraqlı fiqurlar, robotlar, maşınlar düzəldirdi. Ümumiyyətlə atası ona həmişə düşündürücü oyuncaqlar alırdı. Məsələn: xırda leqolar, maqnitlərlə olan konstrukturlar. Ən sevdiyi oyunlardan biri isə şahmat, dama, damino, kart oyunları idi. Nənə və babası boş olanda onlarla ya şahmat, ya da damino oynayır. Ümumiyyətlə Rəfail çox maraqlı uşaq olub. Sanki böyük bir adam idi, əvvəl fikirləşir sonra hərəkət edirdi.
İki yaşında hərfləri və rəqəmləri yazmağa başlayıb. Birinci uşaq olduğu üçün anası istəyirdi ki, hər şeyi öyrənsin. Buna görə də, ona yazmağı öyrətmişdi. İlk yazdığı söz isə öz adı və baba sözü olub, onu da babasıgilin qonaq otağının divarına yazıb üç yaşında. Biz valideyinlərindən çox babası Natiqi və nənəsi Sevili çox istəyib. Babası evdə olmasa yatmazdı. Rəfail qeyri-adi suallar verib həmişə bizə. Bunlar hər biri öz daxilindən gələn suallar olub. Hamıya çox təccüblü gəlirdi ki, bu yaşda uşaq şəkil çəkir, yazı yazır, şahmat kimi oyunlar oynamağı bacarır. Hətta kiçik qardaşı da onun kimi istedadlıdır. Said də Rəfailə baxıb hər şeyi tez öyrənib. Ancaq o deyir ki, mən qardaşım kimi istedadlı ola bilmərəm.
Babayev Rəfail Rövşən oğlu 12 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsil aldığı və hazırda təhsil aldığı məktəb Ə. Mahmudov adına 220 saylı məktəb-liseydir.
Rəfael: Dərslərimi əla oxuyuram. V sinifin əlaçısıyam. Ən sevdiyim fənnlər riyaziyyat, rəsm, həyat bilgisi və ingilis dilidir. Yeni il bayraında sinifimiizn tədbirində iştirak etmişəm və komandanın kopitanı olmuşam. Ən uğurlu günüm 2015-ci ilin mart ayında cüdo üzrə I yerə çıxdığım gün olub. Sevincimin həddi-hüdudu yox idi. Mən 2012-ci ildən cüdo ilə məşğul oluram. 2013-cü ildə III yerə, 2015-ci ildə isə I yerə çıxmışam. Eyni zamanda diplom və medallarla təltif olundum bu uğurlarıma görə.
Uğurlarıma görə atam Rövşənə, naliyyətimə görə isə Tərlan Həsənova borcluyam. Atam Rövşən, əmim Asif və dayım Babək ən çox oxşamaq istədiyim insanlardır. Dünya çempionu olmaq istəyirəm. Rəfailin ən böyük arzusu beyin cərrahı olmaq bütün xəstələrə kömək etməkdir. Bu fikirə o II sinifdə oxuyan zaman gəlib.

Asudə vaxtlarında şəkil çəkmək, kompüterdə oyunlar oynamaq və kiçik hekayələri mütailə etməyi xoşlayır. Gələcək planları isə yaxşı oxumaq universitetə qəbul olmaq, həm idmanda olan istedadını dünyaya tanıtmaq və eyni zamanda yaxşı cərrah olmaqdır. Hətta əsas maraq dairəsi olan rəssalığıda inkişaf etdirmək istəyir böyük sərgilərdə iştirak etmək tarixə ya rıssam kimi yada idmançı kimi düşmək istəyir. Və hər şey zamanla olacaq deyir. Hər şey uca Allahın əlindədir bildirir.

20 апреля 2016 г.

Hacıyeva Xuraman Aqil qızı

Hacıyeva Xuraman Aqil qızı Bakı şəhəri Ə. Vahid adına 293 saylı tam orta məktəbin VI sinif şagirdidir. Xuraman uşaqlıqda dəcəl olub. Dəcəlliyi ilə bərabər həm də iti zəkalı bir uşaq kimi tanınmışdır. Qonşular tərəfindən hər zaman sevilən bir uşaq olmaqla, hər kəsin rəğbətini qazana bilmişdir.
Xuraman məktəbə qədər xeyli sayda uşaq seir və nağılları öyrənmişdi. Yaddaşı iti olduğundan valideynlərinin onun üçün oxuduqları seirləri və nağılları yadda saxlamağı yaxşı bacarırdı.  Seirləri ona daha çox anası öyrətmişdi.
Yaxşı seir demək bacarığı Xuramanda I sinifdən hiss edilməyə başalamışdı. Qiraət bacarığını ona atası aşılamışdı.
Xuraman: Dərslərimi yaxşı qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənləridir. Məktəbimizdə təşkil edilən bütün tədbirlərdə hər zaman fəal iştirak etmişəm, seirlər söyləmişəm. Bu xüsusiyyətimə görə ədəbiyyat müəllimimin ən sevimli şagirdlərindənəm. Həyatımda ən uğurlu günlərim dərslərimdən əla qiymət aldığım günlərdir. Ən  xoş və uğurlu günlərimdən biri isə Fidan bacımın dünyaya gəlməsi olmuşdur. 
Əldə etdiyim uğur və nailiyyətlərə görə atama, anama və müəllimlərimə borcluyam. Fəaliyyətimlə hər zaman atama bənzəmək istəmişəm. Dərslərimi daha da yaxşı mənimsəyib gələcəkdə vətənim və ölkəm üçün layiqli övlad, vətəndaş olmaq istəyirəm. Hədəfim bu baxımdan ən yüksək uğurlara çatmaqdır. Oxuyub gələcəkdə dil-ədəbiyyat üzrə yüksək biliklərə malik müəllim olmaqdır. Bu fikrə hələ ilk sinif illərindən düşmüşəm. Bu fikrə düşməyim ilk növbədə ibtidai sinif müəllimim Kübra xanım, ədəbiyyat müəllimim Şövkət müəllimə olan dərin sevgi və hörmətdən irəli gəlir. Gələcək planım dərslərimi əla qiymətlərlə oxuyub orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə daxil olmaqdır.
Asudə vaxtlarımı sinifdən xaric oxu üçün olan hekayələri və şeir parçalarını oxumaqla, həmçinin musiqiyə qulaq asmaqla keçirirəm.
Tarixin yaddaşında yaşamaq hər bir insanın amalı və arzusu olmalıdır. Bunun üçün təbii ki, üzərimizə düşən bütün işləri layiqincə yerinə yetirmək, dürüst, ədalətli və azad düşüncəli olmaq lazımdır.

14 апреля 2016 г.

Şükürlü Sübhan Rahib oğlu



 
Sübhan körpəlikdən həmişə maraqlı uşaq olub onun maraqları isə həmişə üstün olub. Həmişə fərqlənməyi, öndə olmağı, yaxşı geyinm, yaxşı yemək, çalışqanlığı ilə etrafı özünə çəkib. Sübhan məktəbə getməmişdən yazıb-oxumağı bilirdi. Çünki ,maraq həm özündə var idi, həm də bu həvəsi əmisi Rahil onda yaratmışdır.Ona görə də həmişə əmisinə oxşamağa çalışıb.Onun kimi gəzməyi, onun kimi geyinməyi, və onun kimi dövlət işində işləməyi qarşısına məqsəd qoyub.Sübhan bu vaxta kimi bütün yaş dövürlərində hazırcavablığı və fərqli düşünməyi  ilə digər yaşıdlarından fərqlənib. Dəqiq yaş dövrünü demək çətin olsada gözəl gələcəyi olacağını demək heç də çətin deyil.Çünki onun idialı əmisidir.
Şükürlü Sübhan Rahib oğlu 16.12.2004-cü il Azərbaycanın gözəl guşəsi olan Qəbələ rayonunun Bunud kəndin də anadan olmuşdur.Binəqədi rayonu E.Sultanov adına 217 saylı məktəbin şagirdidir.Etiraf edirəm ki, dərslərimi əla oxumuram.Yaxşı demək olar, amma istəyirəm ki, əla oxuyam.Bunun üçün öz üzərimdə çalışıram.Ən sevimli fənnim humanitar fınnlırdir ana dili, tarix və s.Məktəbimizdə keçirilən tədbirlərin demək olar hamısında istirak etmişəm .Tədbirlərdə hər hansı bir rol, şeir və bir sıra təşkilati işlərdə iştirak edirəm.Bunlardan əlavə respublika tədbirlərində də iştirak etmişəm . Əmim tərəfindən bizə xüsusi dəvvətnamələr gəlir.Qardaşım Səbuhi və valideyinlərimlə birgə bu tədbirlərdə iştirak edirik.Bu tədbirlər mənim üçün çox maraqlı və yadda qalan olur.Bunlara misal olaraq hər il “Əl oyunları “sarayında keçirilən “Yeni il” və “Novruz “şənliklərini göstərmək olar.Məktəb tərəfindən keçirilən tədbirlərdə də fəal iştirakıma görə də fəxri diplomla təltif olunmuşam.Əldə etdiyim bütün nəaliyyətlərimə və uğurlarıma görə Allahıma, valideyinlərimə, əmimə müəllimlərimə bir sözlə mənim ətrafımda mənə dəstək olan  hər kəsə şox sağolun deyirəm. Mənim böyuk hədəflərim var.Dövlətim üçün layiqli bir vətəndaş olmağa çalışacam.Gələcəkdə hansı peşəni seçəcəyimi hələ müəyyən etməmişəm. Qarşıma yaxşı oxumağı məqsəd qoymuşam.Peşə seçimimi isə sonra müəyyən edecəm.Asudə vaxtlarımda Milli kinolarımıza baxmağı xoşlayıram və  həyətdə dostlarıla oynayıram.Bədii qiraət,  şeir demək , çıxış etmək aparıcılıq etmək və s.Gələcəkdə ali məktəbə qəbul olmaq,mükəmməl təhsil almaq, xarici dil biliklərinə yiyələnmək və dövlət işində çalışmaq.Tarixin yaddaşına hər bir həs hər bir peşə sahibi düşə bilər.Əgər sən laiqli, vicdanlı və öz peşəni və vəzifə borcunu yetirərək dövlətinə xidmət edirsənsəbununlada sən adını tarixə yaza bilərsən. Səmimi etiraf edim ki, mən özümü Azərbaycan tarixinə düşmək və yazmaq üçün işğal altında olan torpaqlarımıza ilk üç rəngli Azərbaycan bayrağını dalğalandıran əsgər mən olmaq istəyirəm ....Bu mənim ən böyük arzumdur. İnşallah tezliklə də bu arzuma çataram. Bizdə tariximizi sevən gəncimizə arzusuna tezliklə çatmağı və Vətəninin əsil vətəndaşı olmasını arzu edirik Bu arzun ilə bütün Azərbaycanımızı  arzusuna çatdırmış olarsan sənə bütün məqsədlərində uğurlar ....

7 апреля 2016 г.

Səttarzadə Aydan Ağa qızı

Aydan uşaqlıqdan rəsm çəkməyə maraq göstərib. Məktəbə getməzdən öncə bağçaya gedib. Uşaq vaxtdan istedadlı şagird olduğunu müəllimləri deyirdi. Daha sonra isə hazılığa gedib orda da fəal uşaq olub. Səttarzadə Aydan Ağa qızı 16.11.2006-cı ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Hazırda Suraxanı rayonunda Hovsan qəsəbəsində 281 saylı tam orta məktəbin III sinifində təhsil alır.Dərslərini yaxşı oxuyur, ən sevimli fənnləri riyaziyyat və təsviri incəsənətdir.Aydan rəsm sərgisində olub və orda fəal iştirak edib.Həyatında rəsm sərgisi onun üçün ən önəmli gün olub və orada III yer tutub, diplom alıb.
Asudə vaxtlarında gəzməyə gedir və şəkil çəkir. Aydan  müəllim və şagird dostlarının rəğbətini qazanmışdır. Və qazandığı uğurlara görə ailəsinə borclu olduğunu bildirir.