elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 октября 2012 г.

Nuriyeva İlahə Əfsər qızı


Elə bir əməl yoxdur ki, gec-tez qiymətləndirilməsin. (Balzak)
İlahə Əfsər qızı Nuriyeva 8 yanvar 1985-ci ildə Biləsuvar rayonunda anadan olub. 2002-ci ildə Biləsuvar rayonu Ş. Qurbanov adına 2 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirərək 671 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 2006-cı ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-2008-ci illərdə həmin universitetdə informatika ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Magistraturanı da fərqlənmə diplomu ilə bitirib.
Hazırda “Çaşıoğlu” MMC şirkətində proqramçı vəzifəsində çalışır. 2 elmi məqaləsi çapdan çıxıb.
Bu ixtisasa marağı hələ orta məktəb yaşlarından başlamışdı. İnformasiya texnologiyalarının sürətli inkişafı onu özünə cəlb edirdi. Riyaziyyata olan marağı isə proqramlaşdırmaya olan marağımı reallaşdırmağa şərait yaratdı. Orta məktəbdə həmişə əlaçı olub.
İlk müəllimləri valideynləri olub. Hələ 5 yaşında anası ona oxumaq, yazmaq, saymaq, çoxlu şeirlər öyrətmişdi. Orta məktəbdə bütün fənləri oxuyub. Lakin sevimli fənni riyaziyyat idi. Cəbrdən çətinliyi artırılmış məsələləri həll etmək onunçün  xüsusilə maraqlı idi. 2000-ci ildə məktəblilərin respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə IV yerə layiq görülüb. Əldə etdiyi bütün uğurlara görə valideynlərinə minnətdardır.
Ali məktəbdə prezident təqaüdçüsü idi. Məsuliyyəti daim hiss edir, etimadı doğrultmağa çalışırdı. Dərslərini əla qiymətlərlə oxuyurdu. Ehtimal nəzəriyyəsi, informasiyanın təhlükəsizliyinin qorunması kimi fənlər daha çox diqqətini cəlb edirdi.
İlahənin dedikləri: “ - Həyatımda ən yaddaqalan gün 30 avqust 2002-ci ildi. Həmin gün mərhum prezident H. Əliyev ən yuksək bal toplamış 25 tələbə ilə görüşdü. Bizi təbrik etdi, hədiyyələri təqdim etdi. Məktəbi təzəcə bitirmiş bir gənc üçün bu görüçün nə demək olduğunu sözlə ifadə etmək çox çətindi.
Ali məktəbə qəbul olana qədər TQDK-nın keçirdiyi sınaq imtahanlarında dəfələrlə iştirak etmişdim və nəticələr qəbul olunacağımdan xəbər verirdi. Lakin bu nəticələrlə kifayətlənmirdim və daha yüksək nəticələr göstərməyə çalışırdım. Burada müəllimlərimin də əməyi danılmazdır.
Məncə xoşbəxtlik tamamilə nisbi bir anlayışdır. Bəzən həyatımızda elə anlar olur ki, özümüzü dünyanın ən xoşbəxt insanı hesab edirik. Bəzən isə tamamilə əksinə olur. Amma ümumilikdə götürsək əgər insan sevdiyi insanların əhatəsindədirsə, sevdiyi işlə məşğuldursa onda xoşbəxtdir.
Asudə vaxtlarımda şahmat oynamağı, kinoya baxmağı, kitab oxumağı xoşlayıram. Kriptoqrafik bellestristikaya üstünlük verirəm. Ən çox sevdiyim müəllif Den Braun, Həsən Seyidbəylidir.
Məktəbdə oxuyarkən Uşaq İncəsənət Məktəbinə tar sinfinə gedirdim. Rayonumuzda “İstedadlar axtarışında” adlı müsabiqə keçirilirdi. Mən də müsabiqəyə qoşuldum və bütün mərhələləri uğurla keçib qaliblərin qala konsertində iştirak etdim. Həmin gün həyatımda ilk uğurum kimi yaddaşıma həkk olundu.
Hazırda proqramçı kimi fəaliyyət göstərirəm. İşimi çox sevirəm. İxtisasımın ən yüksək zirvəsinə qədər qalxmağı, elmi fəaliyyətlə məşğul olmağı arzulayıram. Elm sahəsində olmaq nə qədər çətin olsa da, bir o qədər şərəflidir.
Azərbaycan elminin inkişafında özünəməxsus yer tutmaq və onu beynəlxalq konfranslarda, simpoziumlarda layiqincə təmsil etmək qarşıya qoyduğum məqsədlərdəndir”.

Hüseynzadə Emil Rafael oğlu


Emil musiqi sədaları altında yatırdı, sahmat və futbol oynamağı xoşlayırdı, maşında gəzməyi sevirdi, atalar sozu əzbərləməyə meylli idi, tapmaca deməyi xoşlayırdı. Məktəbə gedənə qədər şəkillərlə oxumağı bacarırdı. 
Emil Rafael oğlu Hüseynzadə 22 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mehdiabad qısıbı 1 saylı orta məktəbində I sinfə gedib. 1998-ci ildə imtahan yolu ilə Sumqayıt Özəl Türk Liseyinə qəbul olub və VII sinifdən etibarən orda oxumağa başlayıb. 2003-cü ildə liseyi müvəffəqiyyətlə bitirərək 610 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisasına daxil olub. 2007-ci ildə akademiyanın bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Türkiyə Respublikası Üniversitetlərində dövlət hesabına təhsil almaq üçün keçirilən qəbul imtahanında yüksək bal toplayaraq Marmara Üniversiteti iqtisadi və idarəetmə elmləri fakültəsinin tədris dili ingiliscə olan menecment ixtisasının magistratura pilləsinə daxil olub. 2007-2008-ci illər ərzində Ankarada türk dili və ədəbiyyatını tədris edən hazırlıq kursu keçmiş və tədris ilinin sonunda imtahanı uğurla verib kursu başa vurmuşdur. Rus, türk və ingilis dillərində də səlist danışa və yaza bilir.
Emilin həyatına öz dilindən nəzər salaq: “ - Ailəmdə həkimlərin üstünlük təşkil etməsinə baxmayaraq ixtisas seçimi ilə bağlı üzərimdə heç vaxt təzyiq olmayıb. Valideynlərim sadəcə gələcək həyatımla bağlı istiqamətlər verərək son seçimi mənə həvalə eləyib. Menecment (idarəetmə) ixtisasına maraq isə liseydəykən oyanıb. Bu ixtisası seçməyimdə əsas rolu şəxsi keyfiyyətlərim və xarakterim oynayıb. Fikrimcə, insan öz həyat yolunu, eləcə də gələcək ixtisasını seçməmişdən əvvəl özünü kəşf etməli, öyrənməlidir. Bundan sonra ixtisas seçimi də çox rahat olur.
Orta məktəbdə hər zaman əlaçı olmuşam. Ən çox sevdiyim fənlər riyaziyyat, coğrafiya və ingilis dili olmuşdur. Əsas sosial-ictimai fəaliyyətim lisey illəri ilə bağlıdır. Belə ki, bu illərdə bir çox liseydaxili tədbirlərin təşkilatçısı olmaqla yanaşı, sosial-ictimai yarışlarda da aktiv sürətdə iştirak etmişəm. Liseydə təhsil aldığım 5 il ərzində sinif nümayəndəsi olmuşam. Liseydə tədris aldığım dövrdə ildə 2 dəfə fərqlənən tələbələrə verilən tərifnamə kolleksiyam var. Riyaziyyat fənni üzrə Sumqayıt şəhər olimpiadasında liseyi təmsil etmişəm və 2000-ci ildə III yerə layiq görülmüşəm. 2003-cü ildə liseylər tərəfindən ingilis dili, türk dili və informatika üzrə səviyyə təsbit etmə imtahanında yüksək bal əldə etdiyimə görə müvafiq sertifikatlarla təltif olunmuşam. Ali məktəblərə qəbul imtahanında yüksək bal topladığıma görə 2003-cü ildə Sumqayıt şəhər Təhsil İdarəsi tərəfindən xüsusi diplomla təltif olunmuşam.
2003-cü ildə daxil olduğum Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə başa vurdum. Qiymət ortalamam “5” üzərindən “4.8” idi. Akademiyada sosial fəaliyyət sahəsində də fəal iştirak etmişəm. 2005-ci ildə akademiya tarixində baş tutan ilk futbol çempionatının təşkilatçısı olmuşam. Akademiyanın ilk Gənclər Təşkilatının təftiş komissiyasının üzvü, Akademiya Tələbə Elmi Cəmiyyətinin üzvü və qrup üzrə sədri olmuşam.
Hazırda magistratura pilləsində ingilis dilində təhsil aldığım Marmara Üniversitetində dərslərimi bitirmiş, dissertatsiyamı yazmaqdayam. Dərslərdəki qiymət ortalamam “4” üzərindən “3.57” dir ki, bu da çox yüksək göstərici hesab edilir.
Ali məktəbi bitirdikdən sonra transmilli korporasiyada çalışmaq istəyərdim. Seçdiyim idarəetmə ixtisasına kitab oxumaqla, universitet bitirməklə yiyələnmək olmur. Belə ki, bu sahədə həqiqi mütəxəsis olmaq üçün təcrübə çox zəruridir. Transmilli korporasiyanın verəcəyi təcrübə isə əvəzedilməzdir. Təbii ki, yığılan təcrübə və əldə edilən prestijlə bu etapdan sonra öz kompaniyamı yaratmaq istəyərdim.
İdmana çox böyük həvəsim var. Bir çox idman növlərini izləməyi sevirəm. Xüsusilə futbol oyunlarını izləməyi və təbii ki, oynamağı çox xoşlayıram. Həm lisey, həm də universitet yığma komandalarında yer almışam. Asudə vaxtlarımda üzgüçülüyə və ya kartingə gedirəm. Musiqiyə qulaq asmağı çox sevirəm, hansı janr musiqini dinləyəcəyim isə əhvalıma bağlı olur. İstanbulda olduğumdan axşam vaxtı boğaz mənzərəsini də seyr etməyi çox sevirəm”.  

Məmmədova Günel Fail qızı


Günel çox aktiv uşaq olub. Erkən yaşlarında cizgi filmlərinə baxmağı sevirdi. Hətta rus dilində baxdığı cizgi filimləri və verilişlər sayəsində məktəbə qədər dövrdə fikirlərini rus dilində ifadə etməyi bacarırdı. Məşğulliyyətlərindən biri də gəlinciklərə müxtəlif paltarlar tikmək idi.
Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bilirdi. Böyük bacısı dərslərilə məşğul olarkən ona baxaraq sərbəst şəkildə öyrənmişdi. Çox inadkar, tutduğunu buraxmayan uşaq idi.
Günel Fail qızı Məmmədova 1985-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Nərimanov rayonu 66 saylı orta məktəbin I sinfinə qəbul olub və 2004-cü ildə həmin məktəbi bitirib. Elə həmin ildə də Azərbaycan Tibb Univetsitetinin pediatiriya fakültəsinə qəbul olub. 2010-cu ildə həmin universiteti bitirib.
Həkimliyə marağı uşaq vaxtından yaranıb. Hələ məktəbə getməmişdən əvvəl böyüyəndə həkim olacağını deyərdi. Təbii ki 5-6 yaşlı uşağın seçimi məntiqə əsaslanmır. O vaxt sadəcə olaraq düşünmüşdü ki, həkimlik ən uca, əlçatmaz ixtisasdır və belə demək mümkündürsə həkim adı onu həvəsləndirirdi. Ətrafdakı böyüklərin təsiri də danılmazdır. Xüsusən də anası həkim olmağını çox arzulayırdı. Yaşa dolduqca seçimindən dönmədi, əksinə daha qətiyyətlə həkim olacağına qərar verdi. Bu dəfə ki, seçiminin məntiqi əsasları var idi. İnsanlara yardım etmək ən real üsuldur. Bir çoxlarının soyuq silah kimi istifadə etdiyi bıçaq həkimin əlində öz təyinatını tamamilə əksinə dəyişir. Onun fikrincə, sağaltdığı insanın üzündə görəcəyi minnətdarlıq təbəssümünə görə həkim olmağa dəyər.
Orta məktəbdə dərslərini əla oxuyub. Hətta ona gülməli gəlsə də 4 alanda ağladığı vaxtlarda olub. Aşağı siniflərdə riyaziyyatı çox sevirdi. Orta məktəbdə fəal şagirdlərdən biri olub. Riyaziyyat və kimya fənni üzrə olimpiadalarda iştirak edib. Məktəbin keçirdiyi tədbirlərdə aparıcı kimi çıxış edib. Hətta aktyorluq bacarığını sınayaraq S. Vurğununu “Vaqif” dramındakı “Xuraman” obrazını da yaratmışdı.
Məktəbdə bir çox rəsm müsabiqələrində iştirak edib. 2004-cü ildə 22 Aprel Ümumdünya Yer Gününə həsr edilmiş “Bizim Xəzər” ekoloji müsabiqəsində sertifikata layiq görülüb. Elə həmin ildə məktəb tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbdə elmi və ictimai fəaliyyətində əlavə, həm də şagirdlərin hüquqlarının müdafiəsi üçün keçirilən müsahibələrdə iştirak edib. Məsələn dərsə hazırlıqsız gələn şagirdin qiymətlə deyil, müxtəlif şəxsiyyəti alçaldan cəza üsulları ilə cəzalandılırmasına qarşı çıxaraq müəllimlərin işdən kənarlaşdırılmasına da çalışıb. Yaşından asılı olmayaraq insanın şəxsiyyətinin təhqir olunması yolverilməz sayılır.
Həkimlik sənətini seçməyində, ali məktəbə qəbul olmağında və göstərdiyi nəticəyə görə kimya fənnini tədris edən, eyni zamanda sinif rəhbəri Ruqiyyə xanıma minnətdardır. Ümumiyyətlə, abituriyent olarkən demək olar ki, repititor yanına getməyib, yalnız kimyadan hazırlaşıb. Topladığı bal (532 bal) hazırlıqsız da yüksək nəticə göstərməyin mümkünlüyünü sübut etdi.
Ali məktəbə qəbul olduğunu eşidəndə çox sevinmişdi. Həyatında ən maraqlı və uğurlu günü də məhz bu gündür. 6 avqust 2004-cü il.
Universitetdə dərslərini yaxşı oxuyur. Sevdiyi fənlər uşaq xəstəlikləri, psixiatriya, məhkəmə təbabəti olub. Tibb universitetində ona dərs deyən bir çox savadlı müəllimlər olub ki, onların hər birinin müəyyən cəhətlərini özündə yaratmaq istərdi. Amma bütövlükdə hər hansı bir insana pərəstiş etməyin tərəfdarı deyil. Hər bir mütəxəssis öz yolunu cızmalıdır.
Universiteti bitirdikdən sonra Bakı şəhərindəki xəstəxanaların birində həkim pediatr kimi çalışmaq istəryir.
Asudə vaxtlarını müxtəlif bəddi kitablar oxumağa, rəsm çəkməyə sərf edir. İndiyə kimi oxuduğu əsərlər içində ən çox sevdiyi Den Braunun “Da Vinçi kodu” və E. L. Voyniçin “Ovod” əsərləri olub. Müasir yazıçılardan Paolo Koelyonu daha çox bəyənir və əsərlərini böyük maraqla oxuyur.
Rəsm çəkməyə isə 5-6 yaşlarından başlayıb. Heç bir dərnəyə getməyib. Bu sahədə təhsili də yoxdur. Amma çox böyük həvəsi var və bu sahədə işlədikcə bacarığını inkişaf etdirə bilib. Əsasəndə abstrak məzmunlu rəsmlər işləyir. Bəzi rəsmlərin də sürrrealizmə yaxın təsvirlər var. Bu da Salvador Dalini yaradıcılığına olan böyük sevgisindən irəli gəlir. 

Salahova İradə Yunis qızı

 

İradə ailənin son beşiyidir. Uşaqlıqdan rəsm çəkməyi çox sevərdi. Harda kağız-qələm görsə, nəsə cızmaqara edərdi. Cizgi filmlərinə baxmağı sevərdi. O vaxtlar cizgi filmlərinin əksəriyyəti rus dilində idi. Başa düşməsə də heç birini qaçırmazdı. Amma çox vaxt keçmədi ki, artıq tək başına rus dilini öyrənmişdi. Bu hamını çox heyrətləndirirdi. Məktəbdə müəllimləri onun bu istedadına heyran idilər. Hələ məktəbə getməmişdən əvvəl bütün hərfləri tanıyırdı.
İradə Yunis qızı Salahova 28 fevral 1985-ci ildə anadan olub. 1992-ci ildə Gəncə şəhəri Müşviq adına 14 saylı məktəbin I sinfini gedib. 2003-cü ildə orta təhsilini başa vurub 538 balla Bakı Dövlət Universitetinin mexaniki riyaziyyat ixtisasına daxil olub. İmtahanda əldə etdyi nəticə ilə məktəb üzrə II, qızlar üzrə isə I yerə çıxıb. 2007-ci ildə universitetin bakalavr pilləsini bitirib ixtisası üzrə magistraturaya daxil olub. İşlədiyi üçün qiyabi oxuyub.
Məktəbdə sinif əlaçılarından biri idi. Bütün fənləri oxusa da ən çox riyaziyyatı sevərdi. Orta məktəb, şəhər olimpiadalarında yüksək nəticələr əldə edib. Qəbul imrtahanında əldə etdiyi nəticələrə görə özünü bütün müəllimlərinə borclu bilir. Bilirdi ki atası da, müəllimləri də ona güvənirlər. Onların inamını boşa çıxarmaq istəmədi. Artıq universiteti bitirib və 3 ildir Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır. İşini çox sevir.

Qələndərov Ramin İsgəndər oğlu


Ramin körpəlikdə sakit təbiətli idi, ətraf aləmlə çox maraqlanırdı. Təbiət hadisələri haqqında çoxlu suallar verirdi. Xoşladığı məşğuliyyət mexaniki oyuncaqlarla oynamaq idi. Böyüklərin söhbətlərinə diqqətlə qulaq asırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi.
5 yaşı olan zaman, avqust ayında ailəvi istirahətə çıxmışdılar. Univermağın qabağından keçən zaman o, birdən univermaq sözünü oxudu. Onun hərfləri öyrənməsindən heç kimin xəbəri yox idi. Evə gələndə ona bir neçə qəzet verdilər. O, qəzetlərin başlıqlarının oxudu. Qərara gəldilər ki, onu I sinfə qoysunlar. Lakin məktəb müdiriyyəti yaşı çatmadığı üçün onun sənədlərini götürmədi. Həmin il anasıda I sinfə uşaq qəbul edirdi. Ramin anası ilə yanvaradək məktəbə gedirdi. Yanvar ayında onlar məktəb müdiriyyətinə sənəd verərək oğlunun məktəbə getməsini tələb etdilər. Beləkliklə məktəb tərəfindən ayrılmış komisiya tərəfindən I sinfə qəbil edildi.
Ramin İsgəndər oğlu Qələndərov 1985-ci il yanvarın 26-da Göygöl şəhərində anadan olmuşdur. Göygöl şəhər S. Vurğun adına orta məktəbdə təhsil almışdır. Həmin məktəbi 2001-ci ildə fərqlənmə diplomu ilə bitirib 657 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşdur. 2004-cü ildə təhsilini Türkiyə Respublikasında davam etdirmək istəyən tələbələr üçün keçirilən müsabiqədə 200 tələbə içərisindən seçilən 24 nəfərdən biri kimi İstanbul Universitetinin tibb fakültəsində oxumağa göndərmişdilər. 2007-ci ildə Türkiyə üzrə III yeri tutaraq uzmanlığa qəbul olunmuşdur. Hazırda tibb universtetinin uzmanıdır. Dərs deyir və elmi işlərlə məşğul olur.
O, istər təhsildə, istərsə də işində yüksək nəticələr əldə edərək universitet kollektivinin hörmətini qazanmışdır.
1993-cü ildə Göygöl şəhər Uşaq Musiqi Məktəbinin tar sinfinə qəbul olunmuş və 2001-ci ildə müvəffəqiyyətlə musiqi təhsilini başa vurmuşdur. Həkimliyə maraq onda X sinifdə oxuyan zaman yaranmışdır. Bacısı Vüsalə xanım Tibb Universtetinə daxil olduqdan sonra bu sənətə sevgi daha da artmışdır.
Orta məktəbi əla qiymətlərlə bitirib. Bütün fənlərə eyni dərəcədə hazırlaşırdı. Orta məktəbdə oxuyan zaman olimpiadalarda iştirak edib. Hətta fizika fənni üzrə olimpiadada respublika üzrə III yerə çıxıb. Məktəb müdiriyyəti tərəfindən tərifnamələrə layiq görülüb.
Azərbaycanda işləmək, xalqına xidmət etmək arzusundadır.
Hər gün 5-6 cərrahi əməliyyat etməsindən dolayı asudə vaxtları az olsa da belə zamanlarda basketbol oynamağı xoşlayır.

9 октября 2012 г.

Əsgərov Əli Cəlil oğlu


Əli Cəlil oğlu Əsgərov 1985-ci il fevralın 9-da Babək rayonunun Nehrəm kəndində anadan olub. 1991-ci ildə Nehrəm kənd Elşad Əliyev adına 2 saylı orta məktəbin I sinfinə gedib. 2002-ci ildə həmin məktəbin XI sinfini bitirib. Orta məktəbdə oxuduğu müddətdə dərslərə həmişə hazırlıqlı gedib, xüsusən humanitar fənlərə marağı güclü olub. Orta məktəbdə keçirilən viktorinalarda, olimpiadalarda həvəslə iştirak edib.
Muxtar respublika məktəbləri arasında keçirilən viktorinalarda Azərbaycan dili və ədəbiyyat olimpiadasında I dərəcəli diploma layiq görülüb. Azərbaycan respublikasında keçirilən olimpiadada isə qalib olub. Orta təhsil illərində məktəbdaxili, məktəbdənkənar idman tədbirlərində yaxından iştirak edib. Çoxnövçülük idman yarışlarında dəfələrlə qalib olub.
2002-ci ildə Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin alman dili ixtisasına daxil olub. 2006-cı ildə NDU-nu alman dili ixtisası üzrə bitirib. Alman dili müəllimi ixtisasını alıb.
İstər orta məktəb illərində istərsə də ali məktəbdə idmanla məşğul olub. Sambo, dzyü-do üzrə keçirilən yarışlarda mükafata layiq yerlər tutub. Universitet illərində, pouerliftinq idman növünə böyük maraq göstərib. Muxtar respublika üzrə keçirilən yarışlarda dəfələrlə çempion olub. Respublika üzrə keçirilən yarışlarda mükafata layiq yerlər tutub. 2005-ci ildə Azərbaycan çempionu olub, Almaniyada keçirilən dünya çempionatına vəsiqə əldə edib. 2005-ci il oktyabrın 18-də Almaniyada keçirilən dünya çempionatında II yerə layiq görülüb və gümüş medalla mükafatlanıb. 4-6 sentyabr 2009-cu ildə pouerliftinq üzrə keçirilən Azərbaycan çempionatında I yerə layiq görülüb və qızıl medalla mükafatlanıb.
3-6 may 2010-cu ildə Azərbaycan birinciliyində III yerə layiq görülüb və idman ustası normativini yerinə yetirib.
Xarici dillərə maraq (ingilis, alman, fransız) orta məktəbdə oxuduğu illərdə yaranıb. Həm idmançı kimi beynəlxalq yarışlarda iştirak etmək həvəsi, həm də baxmaq marağı onda bu dilləri öyrənməyə böyük maraq yaradıb.
Həyatında ən maraqlı gün universitetə daxil olmasıdır. Çünki həmin gün valideynləri, qohumları, dostları hədsiz sevinc hissi yaşamışlar. Ali məktəbi bitirdikdən sonra dövlət idarəetmə orqanlarında işləməyi arzulayır.
Universitet illərindən sonra armestlinq üzrə NMR çempionu olub.
O asudə vaxtlarını bilgisayar arxasında və idman məşqlərində keçirməyi xoşlayır.
NDT-da idmandakı uğurları ilə bağlı veriliş hazırlanmış, “Nuh yurdu” qəzetində geniş məqalə dərc olunub.