elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 апреля 2019 г.

Məsimli İnci Vüsal qızı

Məsimli İnci Vüsal qızı 27 fevral 2009-cu ildə Bakı şəhərində anadan olub. İnci körpəlikdə çox mehriban, ağıllı, təmkinli və olduqca həssan bir uşaq olub. Ailəsi ilə birgə səyahətlərə çıxmağı, tez-tez gəzintilərdə olmağı çox sevir. Onun ən sevimli məşğuliyyətləri gəlinciklərinə müxtəlif dizaynda geyimlər tikmək və özündən müxtəlif cür oyuncaqlar hazırlamaqdır. Məktəbə gedənə qədər yazıb-oxumağı bağçada müəllimləri tərəfindən öyrənib. İncinin rəsmə olan marağı lap kiçik yaşlarından rəngli vərəqlərə, karandaşlara olan meylindən artıq bəlli idi. Onun bu istedadı ailəsi tərəfindən aşkarlanıb və bu işdə ona böyük dəstək olunub. Məsimli İnci Bakı şəhəri 70 saylı məktəb-liseydə təhsil alır. Tədris olunan bütün dərsləri  əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, ingilis dili, riyaziyyat və təsviri incəsənətdir. İnci məktəblərində və üzvü olduğu dərnəkdə keçirilən bütün tədbir, bayram şənliklərin və festivallarında uğurlu çıxışlar edib.  Onun həyatında ən maraqlı, yadda qalan gün çəkmiş olduğu  rəsm əsərinin Azərbaycanım sərgisində uğur əldə edərək onu Respublika 2-si edib.  Bu günə qədər əldə etdiyi uğurlara görə Leyla müəllinə borclu olduğunu bildirir. İncinin ən böyük arzusu öz dəsti xətti ilə dünyada seçilən əl işlərinə sahib dizayner olmaqdır. Asudə vaxtlarını rəsm çəkməklə keçirir. O, daha çox rəsm əsərlərində təbiət mövzusuna üstünlük verir.  İnci haqqında milli mətbuatımızda respublika 2-si olduğu zaman reportaj gedib. O, tarixin yaddaşında milli ornamentlərimizi, naxışlarımızı özünə məxsus şəkildə icra edərək dünyada tanıtmaq istəyir.

4 апреля 2019 г.

Nəzərli Aysu İntiqam qızı


Nəzərli Aysu İntiqam qızı 20 aprel 2003-cu il də Füzuli rayonunda dünyaya göz açıb. Sakit, mehriban, ağıllı, rəngli şəkillər ilə vaxt keçirməyi xoşlayan uşaq olub. Maraq dairəsi hər zaman çox böyük idi. 5 yaşında Füzuli rayon Böyük Bəhmənli kəndində uşaq bağçasına gedib, bağça müəllimləri tərəfindən yazıb-oxumağı öyrənmişdir. Uşaq bağçasına gedərkən orada gördüyü rəngli şəkillər ona rəsmə qarşı maraq yaradıb və evə gəldiyində isə rəsm çəkməyə başlayıb. İbtidai sinifə Biləcəri qəsəbəsində yerləşən 300 saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda isə Abşeron rayon Xırdalan şəhərində yerləşən 6 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı şagirdlərindən biridir. Sevimli fənləri Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat və ingilis dilidir. Məktəbin ictimai işlərinin də  fəal iştirakçısıdır.  Məktəbdə keçirilən ulu öndər “Heydər Əliyevin anım günü”,  “Xocalı faciəsi”, “Ədəbiyyat gecəsi” tədbirində, “Bahar” şənliyi və digər tədbirlərdə iştirak etmişdir. Bu tədbirlərdə şeir söyləmiş, müxtəlif rollarda çıxış etmişdir. Hazırda məktəbin IX sinif şagirdidir və sinif nümayəndəsidir. Əldə etdiyi uğurlara görə valideynlərinə və özünün əziyyətlərinə borculudur. O hər zaman çalışıb ona göstərilən etimadı doğrultmağa çalışaçağını və təhsilin ən yüksək pilləsinə nail olmaq üçün əlindən gələni edəcəyini bildirir.  Aysunun sonsuz hədəfləri var. Fəaliyyətilə bağlı isə hazırki müəllimlərinə oxşamaq istəyir. Gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirib universitetə qəbul olmaq arzusundadır. Azərbaycan dili və ədəbiyyat müəllimi olan Qəhrəmanova Sevinc xanım onlara dərs deməyə başlayandan o bu fikrə düşub, onun kimi savadlı və mehriban müəllim olmaq arzusundadır. Həmçinin müəllimi Sevinc xanımda Aysunun sinifdə aktivliyi, mehribanlığı və səmimiliyi ilə hər zaman seçildiyini bildirir.  O bütün sinfin sevimlisi, müəllimlərin göz bəbəyidir. Müəllimləri və valideynləri ona böyük ümidlər bəsləyirlər. Aysunun nizam, intizamından, onlara qarşı olan hörmətindən müəllimləri çox razıdır. Eyni zamanda yüksək insani keyfiyyətləri, ürəyiyumşaqlığı,  sinif mənafeyi naminə hər çətinliyə dözən, çalışqan, savadlı şagird kimi hər zaman müəllimlərin diqqətini çəkir. Asudə vaxtlarında rəsm çəkməklə məşğul olur. 2016-ci ildə Zirvə kurslarında rəsm müəllimi Günel xanımın rəhbərliyində, 2018-ci ildə isə Süsən Heydərovanın yanında rəsm kurslarında iştirak etmişdir. Biz də öz növbəmizdə istedadlı müsahibimiz Aysuya yolun daim açıq, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

2 апреля 2019 г.

Baxışzadə Malik Rəhman oğlu


Yaz aylarının gözəl günlərindən biri yaşanırdı. Baxışovlar ailəsində sevincli bir gün yaşandı.  Baxışzadə Malik Rəhman oğlu 3 may 2011-ci ildə Bakı şəhərində dünyaya gözlərini açdı.  Körpəlikdə çox sakit və mehriban  uşaq olub. Heç bir zaman valideynlerini incitməyib. Sakit şəkildə oyunlar oynayar, yoldaşları ilə mehriban davranardı. "Can", "Kayu", "Pepe", "Tomas və dostları" adlı cizgi filmlərinə baxmağı, rəqs etməyi, plastilindən əşyalar, heyvanlar düzəltməyi çox sevirdi.
 Məktəbə gedənə qədər artıq saymağı, toplama-çıxmanı, bir çox şeir və nağılları əzbər bilirdi. Bunları ona evdə anası Şahnaz xanım, bağçada isə müəllimləri öyrətmişdi. Bağçadakı müəllimləri də hər zaman ondan razılıqlrını bildirirdilər və onu çox sevirdilər. Təhsilə ilk addımlarını Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə atmışdır. Hazırda məktəbin 2c sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı şagirdlərindən biridir.  Azərbaycan dili, riyaziyyat və informatika fənnlərini daha çox sevir. Aktiv bir şagird olan Malik bağçada və məktəbdə olan tədbirlərdə yaxından iştirak edir.  Bütün tədbirlərdə, bayramlarda rol almışdır. Gələcəkdə qırıcı pilotu olmaq istəyir. Azərbaycan torpaqlarını ermənidən azad etmək üçün əsgər olamaq və qırıcı təyyərə pilotu olmaq onun ən böyük arzularından biridir.  Həmçinin  cüdo idman növü ilə məşğul olur. Eyni zamanda rəqslə məşğul olub. Gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirib yüksək balla Milli Aviasiya Akademiyasına daxil olmaq fikrindədir. Biz də öz növbəmizdə Malikə uğurların bol və daim olsun deyirik. Yolun hər zaman aydınlıq olsun. Səsin hər daim zirvələrdən gəlsin!

Məmmədli Aylin Rəşad qızı


 
Məmmədli Aylin Rəşad qızı 25 yanvar 2010-cu ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Aylin körpəlikdə çox aktiv, intellektual səviyyəsi yüksək və ətraf mühitdə baş verən bütün hadisələ qarşı reaksiyalı bir uşaq olub. Onun ən sevdiyi məşğuliyyətləri rəsm çəkmək, hovuzda üzmək və sevimli heyvanları ilə əylənərək səmərəli zaman keçirməkdir. Məktəbə gedənə qədər yazıb-oxumağı evdə anasının, kursda isə müəlliminin köməkliyi ilə öyrənib. O, bağçada təhsil aldığı müddətdə öz nümunəvi davranışı, savadı və bacarığı ilə müəllimlərinin sevimlisinə çevrilməyi bacarmışdır. Burada təşkil olunan bütün bayram və şənliklər də aktiv iştirak edib. Belə ki, o “Ağca”, “Bahar qız”, “Qar qız” və Şəhzadə obrazlarının öhtəsindən böyük məharətlə gələrək, tədbir iştirakçılarının diqqətini öz üzərinə çəkməyi bacarmışdır.  Aylində  3 yaşından rəsmə, 6 yaşından isə musiqiyə qarşı həvəs yaranıb. Yaşının çox az olmasına baxmayaraq çox şaxəli istedada sahib olması anasının müşahidələri nəticəsində aşkarlanıb.  O, ailə üzvlərinin, müəllimlərinin  özəl günlərində, kiçik əlləri, böyük ürəyi ilə xüsusi zövq və orjinallığı ilə seçilən hazırlamış olduğu zərfləri, rəsm işlərini hədiyyə edir. O, bunları müxtəlif kağızlarla, rəngli boyalarla və muncuqlarla hazırlayır. Məmmədli Aylin Binəqədi rayonu 276 saylı tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri rus dili, ingilis dili, təsviri incəsənət, ədəbiyyat və həyat bilgisidir. Aylin tədris ilini müvəffəqiyyətlə yekunlaşdırdığı üçün diplomla təltif olunub.  O, Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramın da  hərbi forma geyinərək şeir söyləyib.  5 oktyabr müəllimlər gününə həsr olunmuş, qocalar evində keçirilən tədbirdə müəllim qismində çıxış edib.   Onun həyatında ən yadda qalan, maraqlı  anlar ailəsi ilə birgə Antalya şəhərini səyahət etdiyi günlərdir. O, burada hovuzda delfinlə üzüb, yüksək hündürlükdən paraşütlə tullanıb, müxtəlif atraksiyonlardan istifadə edib və  olduqca maraqlı, ekstrim  anlar yaşayıb. 
Aylin eyni zamanda Rastrapoviçlər adına 21 sayll Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə II sinif sagirdidir
Aylin bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Amma onun xüsusi təşəkkürləri onun üzərində əməyi danılmaz anası  Aliyə xanımadır. Qeyri adi fikirlərə, xüsusiyyətlərə  malik olan Aylin  gələcək fəaliyyətindən dolayı kiməsə oxşamaq istəmir. O, öz dəsti xətti ilə seçilən, gördüyü işlər ilə dünyaya səs salmağı bacaran dizayner olmaq arzusundadır. Aylin heyvanları çox sevir. Hətta bu sevgi onun evində balıqlar saxlamağına  qədər gətirib, çıxarıb. Eyni zamanda Aylinin kirpisi və dovşanı da olub. O, heyvanlar aləmindən daha çox itləri və xamyakları sevir.  Az öncə qeyd etdiyimiz kimi qeyri-adi, rəngarəng uşaq olan Aylin xarici və zövqlü  pop musiqiləri dinləməyi çox sevir.  Belə ki, o, Koreya qrupu  BTS-ni, Rusiyadan Eldjey Eqor Kridi, Meloni Martinezi və Kitay dram tamaşasını izləməyi çox sevir.  Aylinin gələcək hədəfləri musiqi məktəbini uğurla başa vurmaq və ADA universitetinə qəbul olmaqdır. Magistr təhsilini isə dizayn sahəsində uğurlu nəticələr əldə etmiş  İtalyanın nüfuzlu universitetlərinin birində almaq istəyir. Asudə vaxtlarında piano çalmağı, kitab oxumağı, rəsm çəkməyi və özündən nələrisə kəşf etməyi xoşlayır. O, hətta bir dəfə müxtəlif məhlulları qarışdıraraq kiçik vulkan əldə etmişdir. Eyni zamanda atasına da kömək etməyi sevir. Belə ki,  atsının iş fəaliyyətinə zəruri hesab etdiyi video materialları taparaq  ona göndərir. Rəngləri, dəbi, orijinallığı sevən Aylin Vətəninə, millətinə və ailəsinə faydalı işlər görən şəxsiyyət olaraq formalaşmağı özünə başlıca məqsəd seçib.

1 апреля 2019 г.

İbrahimov Sahib Mahir oğlu


 
İbrahimov Sahib Mahir oğlu 4 dekabr 2008-ci ildə Bakı şəhərində anadan olub. Sahib körpəlikdə ağıllı, təmkinli, ətraf mühitdə baş verən hadisələrə qarşı maraqlı bir uşaq olub. İdman onun həyatının ayrılmaz bir parçasıdır.  O, lap kiçik yaşlarından idmana qarşı böyük maraq göstərib. Sahibi yaşıdlarından fəqləndirən başlıca cəhət onun oyuncaqlara deyildə idman alətlərinə, boks əlçəklərinə meyilli olmasıdır.  Məktəbə gedənə qədər yazmağı, oxumağı hesablamağı evdə anasının köməkliyi ilə öyrənib.  İbrahimov Sahib Bakı şəhəri Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə təhsil alır.  Sinif əlaçısıdır. Tədris olunan bütün fənlərə daim hazırlıqlı olur. Onun ən sevimli fənləri məntiq, riyaziyyat və Azərbaycan dilidir. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. Belə ki, Əlifba və Yeni il bayramına həsr olunmuş tədbirdə şeir söyləyib, Novruz şənliyin də isə  “Kosa” obrazını böyük məharətlə canlandırıb.  Sahib elm sahəsində olduğu kimi idman sahəsində də bir çox uğurlara imza atıb. Vətənimizi bir çox (İran, Türkiyə) ölkələrdə layiqli olaraq təmsil edib. Onun həyatında yaşadığı ən uğurlu, sevinci gün İranda Cudo üzrə keçirilən görüşdə 2-ci yeri qazanması olub.  Fəaliyyətindən dolayı bu günə kimi çoxlu diplom və medallara layiq görülüb. Məktəbdə tədris olunan bütün fənlər üzrə göstərdiyi uğurlu nəticələrə görə diplomla təltif olunub. İdman sahəsi üzrə isə 24 diplom və medala sahibdir. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu söyləyir. Sahib gələcək fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Onun atası Vətənimizin igid oğlullarından olan qazimizdir. Atası kimi mərd, cəsarətli, qorxmaz  və lazım gələrsə torpaqlarımızın hər bir qarışı  uğrunda canından belə keçməyə hazır olan Vətəninə  yayarlı şəxsiyyət olmaq istəyir. Sahibin gələcək planlarından biri də ən şərəfli peşələrdən sayılan həkim olmaqdır. Televizor proqramları vasitəsi ilə tibb işçilərinin fəaliyyətiylə yaxından tanış olub və bu onda bu peşəyə qarşı həvəs yaradıb. O, işini vicdanla, şərəflə yerinə yetirib xəstələrə şəfa vermək arzusundadır. Eyni zamanda da idman sahəsi üzrə bayrağımızı  xarici ölkəklərdə dalğalandırıb, himnimizi səsləndirmək niyyətindədir. Asudə vaxtlarında şəkil çəkməyi xoşlayır.  Təsvirini rəsmlərində əks etdirdiyi canlılar daha çox heyvanlardır. Bu səbəbsiz yerə belə deyil. Sahib heyvanları çox sevir. Xüsusiylədə itlər və atları. Onların sadiq heyvan olması Sahibin daha çox xoşuna gəlir.  Uğurlu fəaliyyətindən dolayı onun haqqında məlumat məktəblərinin saytında dərc olunub. Sahibin ən böyük arzusu Vətən torpaqlarını azad görmək, xeyirli vətəndaş olaraq ailəsinin başını daim uca etməkdir.