elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 апреля 2017 г.

Babazadə Nihad İkram oğlu

 
 
Babazadə Nihad İkram oğlu 21 avqust 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Valideynləri Nihadın çox fəal, hiperaktiv uşaq olduğunu deyirlər. Xaliq Quliyev adına 62 №-li lisey- məktəbdə təhsil alır. Dərslərini əla oxuyur, sinif nümayəndəsidir. Sevimli fənləri tarix və riyaziyyatdır. Tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərdən ən yaddaqalanı Xocalı faciəsinə həsr olunmuş səhnəcikdə əsgər rolu ifa etməsi olub. Fəxri fərmanları, sertifikatı var. X. Quliyev adına 62 №-li lisey-məktəbdə məktəbəqədər hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduğuna görə serifikat alıb. 2016-cı il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş turnirdə diplomla təltif olunub. 2016-cı il “Elfim” Şahmat Akademiyası tərəfindən diplomla təltif olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Respublikası İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbi tərəfindən diplomla təltif olunub. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəlliminə borclu olduğunu deyir. Atasına oxşamaq istəyir. Təhsildə ən yüksək pilləyə qalxmaq fikrindədir. Gələcəkdə Azərbaycanda tanınmış iş adamı, şirkət sahibi olmaq istəyir. Bunun üçün çoxlu çalışıb qazanmaq və ehtiyacı olanlara kömək etmək lazım olduğunu deyir.
Asudə vaxtlarında rəsm çəkməyə üstünlük verir. Biz də Nihada uğurlar arzu edirik. 

Əsədova Günəş Anar qızı

Əsədova Günəş Anar qızı 26 may 2010-cu il tarixində Bakı şəhərində anadan olmuşdur.
Günəş körpəlikdən təbiətcə sakit, düşünən, gülərüz və mehriban uşaqdır. Həmişə valideynlərinin məsləhətlərinə qulaq asır. Davranışı və mehribanlığı ilə həmişə seçilir. Şəkillər və rəsm çəkmək, şeir demək qabiliyyəti vardır. Məktəbə gedənədək yazıb-oxumağı bacarırdı. Yazıb-oxumağı ona hazırda ibtidai müəllimi olan Saray Aslanova öyrətmişdir.
İstedadı ilə bağlı maraq onda ilk yaşlarından yaranmağa başlamışdır. Öyrəndiyi böyük həcmli şeirləri qavramaqla yadda saxlamaq bacarığı vardır. Müstəqil şəkildə rus və ingilis dillərini öyrənməyə səy göstərərək yaş səviyyəsinə uyğun olaraq həmin dilləri qavrayır.
Tibb və hüquq sahəsinə böyük maraq göstərir. İndidən həkim olmaq arzusunda olduğunu bildirməklə yanaşı, evdə  hüquq sahəsinə dair kitabları müstəqil şəkildə oxuyur və qavradığı məsələyə dair izah verməyə təşəbbüs göstərir. Dərslərinə çox ciddi yanaşır.
Hazırda Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 1b sinif şagirdidir. Dərslərini yaxşı oxuyur, riyaziyyat, ana dili və ingilis dili fənlərini çox xoşlayır.
Məktəbdə keçirilən “Xocalı” soyqırımı faciəsi ilə əlaqədar tədbirdə iştirak etmiş və  “İgid əsgər” mahnısını ifa etmişdir
Məktəb tərəfindən 2016-2017-ci tədris ilində xüsusi istedadı, bilik və bacarığı ilə fərqlənən şagirdlər üçün nəzərdə tutulan diplomla və yaradıcı istedadı ilə fərqlənən şagirdlər üçün təşəkkürnamə ilə təltif olunmuşdur. Həmçinin “BroutHausla inkişaf edək” layihəsi üzrə diplomla təltif olunmuşdur.
Asudə vaxtlarında əsasən nağıl kitabları oxuyur, rəsmlər çəkir, cizgi filmləri baxmağı və rəqs etməyi xoşlayır.
“Mədəniyyət TV” televiziya kanalında iki dəfə üzrə ayrı-ayrı vaxtlarda yayımlanan “Təhsil və tərəqqi” verlişində şeirlər ifa etmişdir.

Həmin televiziya verlişlərinin linkləri: www.youtube.com/watch?v=hwvCAdQbVkk  www.youtube.com/watch?v=ZhvCdHOfUGo

14 апреля 2017 г.

Mustafayev Osman Rövşən oğlu


 
Mustafayev Osman Rövşən oğlu 2 aprel 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb.
Körpəlikdə çox sakit uşaq olub. 2-5 yaşında 266 №-li bağçaya gedib. Orada çoxlu şeir və mahnılar öyrənib. Bağçada “Dilbərim” rəqs qrupunun ən fəal üzvlərindən biri idi, çox gözəl rəqs edirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı nənəsi Zeynəb xanım öyrədib. Onu da qeyd edək ki, Zeynəb müəllimə 35 ildir ki, 5 №-li orta məktəbdə ibtidai sinif müəllimidir.
Osman kiçik yaşlarından idmana böyük həvəs göstərib. 6 yaşından boksla məşğul olmağa başlayıb. Hal-hazırda Milli Qəhrəman Ramil Həsənov adına Cənub idman klubunda məşq edir. Müəllimi klubun baş məşqçisi, çempion Samir Həsənovdur.
4 dekabr 2016-cı ildi Hövsan İdman kompleksində keçirilən JUİ-Boxsing üzrə dünya kubokunda II yer qazanıb. Hazırda respublika yarışlarına hazırlaşır.
267 №-li məktəbin şagirdidir. Bütün fənləri sevir. Sevilmi müəllimi sinif rəhbəri Afa Əliyevadır. Uşaqlar onu çox sevirlər. Osman deyir ki, Afa müəllimə nəinki müəllimə, həm də uşaqlara ana və ən yaxın dostdur.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimi məşqçisi Samir Həsənova borcludur.
Osman dünyada məşhur olan idmançılara oxşamaq istəyir. Gələcəkdə polis olmaq arzusundadır.
Həyatındakı ideal insan babası Lətif babadır.
Asudə vaxtlarında şəkil çəkir, böyük qardaşı Cavanşirlə kompüter oyunları oynayır. Qardaşı Cavanşir də Osmanla birlikdə boksla məşğul olur. O da hazırda qardaşı ilə respublika yarışlarına hazırlaşır.

28 dekabr 2016-cı ildə Cənub idman klubunun baş məşqçisi Samir Həsənov ilin yekunu adlı tədbir keçirdi. Tədbirdə Milli Qəhrəman Ramil Həsənov gənc çempionları təbrik etdi və onlara diplom təqdim etdi. Bu tədbirdə Ramil Səfərov Osmanın atası Rövşən Mustafayevə də gənclərə dəstək olmasına görə diplom təqdim etmişdir. Onu da qeyd edək ki, 06 yanvar 2017-ci ildə Lider televiziyasının “Çıxış yolu” proqramında bu təqdimat nümayiş edildi. Tədbirdə fəxrimiz Ramil Səfərov Osmana diplom təqdim edib təbrik etdi. 

11 апреля 2017 г.

Amanova Asiya Zaur qızı

Amanova Asiya Zaur qızı 28 oktyabr 2007-ci ildə Masallı rayonunda anadan olub. Uşaqlıqdan sakit, gülərüz və ünsiyyətcil qız olub. Məktəbəqədər yaş dövrünü  16 N-li körpələr evi uşaq bağçasında keçirib. Uşaq bağçasında olan zaman yazıb-oxumağı öyrənmişdir.
Orta məktəbə Namiq Məmmədov adına 9 N-li məktəbdə başlayıb. Hazıda  Rəfiqə Məmmədovanın rəhbəri olduğu 4b sinfində təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. Riyaziyyat fənninə qarşı xüsusi maraq göstərir.
Asiya fəal şagirdlərindən olduğu üçün məktəbin tədbirlərində də yaxından iştirak edir. Axırıncı dəfə payız fəslinə aid tədbirdə böyük rolu olub. Aparıcı olaraq tədbirin əvvəlindən  sonuna qədər iştirak  edib.
Asiya məktəbini və müəllimini çox sevir. Müəlliminə oxşamağa çalışır. Tətildən sonar məktəbin açılmasını böyük istəklə gözləyir. Gələcəkdə təhsilini davam etdirərək tələbə adını qazanmaq istəyir.
Asiyanın  usaqlıqdan arzusu və gələcək hədəfi jurnalist olmaqdır. Bu onun ən sevdiyi ixtisasdır.
Müsahibimiz mütaliə etməyi, hekayələr, nağıllar, şeirlər oxumağı çox sevir.
Asiyanın gözəl rəqqaslıq qabiliyyəti də var. “Cücələrim” rəqs ansambılında oynayıb. Bu istedadı onda anası Aygül xanım kəşf edib.
Valideynləri  qızları Asiyanın vətənimizə və dövlətimizə layiqli bir şəxsiyyət olmaları üçün çalışırlar.

Balaca müsahibimizə hər zaman bu cür nümunəvi şagird olmağı və uğurlu gələcək arzu edirik!