elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 августа 2015 г.

Mövsümzadə Məryəm Qurban qızı

 
Mövsümzadə Məryəm Qurban qızı 29 iyul 2007-ci ildə Bakı şəhərində anadan olub. Məryəm ailədə ilk övlad və ilk nəvə olub. Buna görə də hamının sevimlisi idi. Ərköyün böyüyüb, amma heç dəcəl olmayıb. Çox şən, ürəyitəmiz, paylaşmağı bacaran, sevgi dolu bir qız olub. Heç vaxt ətrafındakı uşaqlara qarşı paxıl olmayıb. Körpəlikdə ən sevimli məşğuliyyəti mahnı oxumaq olub. Eyni zamanda gözəl geyinməyi, bəzənməyi çox sevirdi. Bəzən də rəsm  çəkirdi. 5 yaşı olanda Məryəm artıq yazmağı və oxumağı bacarırdı.  İbtidai sinif müəllimi olan Zenfira xanımın və anasının köməkliyi ilə yazmağı və oxumağı öyrənib.
267 saylı orta məktəbdə 1-ci sinfə addım atıb. Hal-hazırda da həmin məktəbin ibtidai sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Bütün fənlərə eyni məsuliyyətlə yanaşsa da daha çox Azərbaycan dili və ingilis dili fənlərinə maraq göstərir. Tədbirlərdə də iştirak edir, aktiv qızdır. Məryəm balaca olanda məktəbəqədər təhsil müəssisəsində keçirilən tədbirlərdə iştirak edib. Novruz bayramlarında “Bahar qızı” obrazında , Gül bayramında və s. keçirilən tədbirlərdə iştirak edib. Məktəbdə “Əlifba” bayramında təşkil edilən tədbirdə də müxtəlif obrazlarda çıxış edib. Məryəm üçün ən maraqlı hadisə ilk dəfə 1-ci sinfə qədəm qoymasıdır.
Dərslərində əldə etdiyi uğur və nailiyyətlərdən dolayı Məryəm ilk növbədə ailə üzvlərinə, xüsusilə anasına və təbii olaraq sinif rəhbəri olan Zenfira xanıma borclu olduğunu bildirir. Məryəm gələcəkdə də elə  anasına oxşamaq istəyir: həm ağıllı, həm gözəl, həm də savadlı.
Bacardığı qədər yaxşı oxuyub daha böyük uğurlar, nailiyyətlər  əldə etmək istəyir. Ən böyük arzusu  məktəbi müvəffəqiyyətlə başa vurub, ali məktəbə qəbul olmaqdır.  Məryəmin hədəfi həkim olmaqdır. Gələcəyin savadlı və təcrübəli həkimlərindən biri olmaq istəyir. Çünki bəzi səhlənkar və təcrübəsiz həkimlərə görə insanlar həyatını itirir. Məryəm istəyir ki, yaxşı oxuyub, yaxşı həkim olub insanlara kömək etsin. Babası xəstə olanda, ailə üzvləri həkimə müraciət ediblər, Məryəm də belə qərara gəlib ki, gələcəkdə özü həkim olsun, ailə üzvlərinin həkimə ehtiyacı olarsa, onlara özü kömək etsin.
Asudə vaxtlarında rəsm çəkir, əlavə kitablar oxuyur, əlavə test tapşırıqları həll edir.
Məryəm bildirir ki, əgər o, hər hansı bir bədii yaradıcılıq sahəsi ilə məşğul olsaydı, xeyirxahlıq, yaxşılıq mövsuzuna daha çox üstünlük verərdi, özünün yaratdığı əsərlərdə, yaxşılığı, dürüstlüyü, xeyirxahlığı, köməyi əks etdirərdi.
Gələcəklə bağlı planları ailənin tərbiyəli, ağıllı, vətənpərvər  Məryəmi kimi yadda qalmaq, məktəbi əla qiymətlərlə başa vurub, həkim olmaq, haqqın və sülhün tərəfdarı kimi,  vətəninə və ailəsinə xeyirli övlad kimi yetişməkdir.
Daha öncə Məryəmin  haqqında heç bir kütləvi informasiya vasitəsində məlumat verilməyib. Ümid edirik ki, növbəti illər ərzində Məryəmin fəaliyyətindəki uğurların sayı çoxalacaq və biz onun adını tez-tez eşidəcəyik.
Bütün gözəlliklərdən sənin də nəsibinə pay düşsün, Məryəm ! 

27 августа 2015 г.

Bağırzadə Fuad Ziyafət oğlu

Bağırzadə Fuad Ziyafət oğlu 29 may 2007-ci ildə Salyan rayonunda anadan olmuşdur. Fuad balacalıqda çox aktiv uşaq olub. Hər zaman yaşıdları içində savadlı və maraqlı suallar ilə seçilib. Yeni gördüyü şeylər haq­qında məlumat toplamağı xoşlayırdı.
İlk təhsilini Bakı şəhəri 313 saylı tam orta mək­təb­də alıb. Hazırda hə­min məktəbdə oxuyur. Dərs­lərini əla oxuyur, ən sevdiyi fənlər Riyaziyyat və ingilis dilidir. Məktəbə gedənə qədər yazıb-oxu­mağı bağçada öyrənmişdir.
Fuadın istedadı özünü bir çox sahələrdə xüsusi ilə dəqiq elmlərdə göstərir. Riyazi əməlləri özünə xas üsullarla yerinə yetirməyi xoşlayır.
O bağça və məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edib. Həyatında ən maraqlı və unuda bilmədiyi gün Buta Palace də silah sərgisinə atasının apardığı gündür. Həmin gün dövlətimizin öz istehsal etdiyi silahlar nümayiş olunurdu.
Boş vaxtlarında kitab oxumağı, maraqlı məlumatlar əldə etməyi, musiqiyə qulaq asmağı və kompüter oyunları oynamağı xoşlayır.
Gələcəkdə Fuad məktəbi uğurla bitirib ali təhsil almaq və vətənimizə layiqincə xidmət etdikdən sonra tanınmış həkim olmaq istəyir. Çünki, insanların sağlamlığı hər şeydən öndədir deyə o düşünür. Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və Sevda müəlliməyə borclu bilir.
Tarixin yaddaşında köməyə ehtiyacı olan insanlara yardım etməklə qalmaq istəyir.

23 августа 2015 г.

ÇƏLƏBİYEV NURLAN YUSİF OĞLU

Çələbiyev Nurlan Yusif oğlu 28 yanvar 2006-cı ildə Ağdaş rayonunda anadan olub. Uşaqlıqda  sakit,  ağıllı  olub.  Oyuncaq maşınları  ilə  oynamağı , kompüterdə  oynamağı  çox sevirdi.
Yazıb-oxumağı , saymağı məktəbə getməmişdən əvvəl artıq bacarırdı, bunu  bacısı Nəzrinin sayəsində öyrənmişdi .  Elmə olan həvəsi əvvəlcə anası Sevda xanım tərəfindən , məktəbə gedəndən sonra isə ilk müəllimi olan Güllü Əliquliyeva tərəfindən oyadılıb.
Hal-hazırda Xırdalan şəhərində, B.Y.Cəfərov adına 3saylı orta məktəbdə təhsil alır.   Sinifdə seçilməyi bacarıb.  Dərslərini yaxşı  oxuyur, amma ən çox riyaziyyat, Azərbaycan dili fənlərini sevir. Məktəbdə keçirilən şənliklərdə, təşkil edilən səhnəciklərdə hər hansı rolda çıxışı olmayıb. Bayram şənliklərində əsasən  tamaşaçı  qismində  iştirak edib.
Həyatında ən maraqlı , uğurlu gün  ilk dəfə 1-ci sinfə  qədəm qoyduğu  gün olub.
Nurlan əldə etdiyi uğur və nailiyyətlərinə  görə ibtidai sinif müəllimi Güllü xanıma  borcludur.
Fəaliyyətində həmişə atasına oxşamaq  istəyib, atasından nümunə götürüb.
Gələcəkdə bacardığı  qədər  yüksək  zirvələrə  doğru irəliləmək  arzusundadır.
Məktəbə  başladıqdan bir müddət  sonra,  Nurlan hakim olmaq qərarına gəlib. Atasının dostu hakim olduğundan , Nurlan da onun kimi olmaq istəyib.
Asudə vaxtlarında velosiped sürməyi , futbol oynamağı , şəkil çəkməyi xoşlayır . Maşına həvəsi  böyükdür , xüsusilə  də atası  ilə birlikdə  maşın  sürməyi  xoşlayır.  Təsviri incəsənətə meyllidir.
Dərslərini yaxşı oxuyub,  gələcəkdə hər bir arzusunu reallaşdıra biləcək gücə sahib olmaq istəyir.
Xalqına , vətəninə layiqli bir övlad olmaqla tarixdə qalmaq istəyir.

22 августа 2015 г.

BABAŞOV RAHİB XƏQANİ OĞLU

Azərbaycan tarix boyunca öz torpaqları uğrunda mübarizə aparmışdır. Dəfələrlə düşmən hücumuna məruz qalmış,  torpaqları əlindən alınmış, ərazisi kiçildilmiş, qəhrəman övladlarını torpaq uğrunda şəhid etmişdir. Bu gün də Azərbaycan torpaqlarının 20 % - i düşmən tapdağı altındadır. Tarixini və keçmişini unutmayan Azərbaycan , gənc nəslə düşmənə nifrəti , torpağa məhəbbəti aşılamaqdadır. Buna görədir ki, azyaşlı oğul və qızlarımız da bu gün düşməni məhv etmək, torpaqlarımızı azad etmək haqqında düşünürlər. 
Cəbrayıl rayonu da işğalda olan ərazilərimizdəndir. 25 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Bu dəfə haqqında söz açmaq istədiyimiz dostumuz, əslən Cəbrayıl rayonundandır. Uşaqlığından valideynləri tərəfindən düşmənə nifrət hissi ilə böyüyüb, buna görə də gələcəkdə ən böyük arzusu valideynlərinin böyüyüb, boya-başa çatdığı Cəbrayıl rayonunu düşmən tapdağından xilas etməkdir. Sizi dostumuz Rahiblə yaxından tanış edək.
Babaşov Rahib Xəqani oğlu 29 iyun 2005-ci ildə Mingəçevir şəhərində anadan olub.  Rahib körpəlikdən  dəcəl, amma istiqanlı, mehriban bir uşaq olub. Sevimli məşğuliyyəti şəkil çəkmək, Azərbaycan xalq nağıllarını dinləmək, yaşıdları ilə oyunlar oynamaq olub. Məktəbə getməmişdən əvvəl Rahib artıq hərfləri tanıyırdı, 1-ci sinif kitablarını sərbəst şəkildə oxuya bilirdi. Bunu valideynlərinin sayəsində öyrənmişdi. Atasının təhsilə qarşı diqqətcil olmağı və anasının ibtidai sinif müəllimi olması Rahibdə  təhsilə qarşı bir az da həvəs yaradıb.  Çox diqqətcil və hazırcavab uşaq olub.
İlk dəfə 310 saylı orta məktəbdə 1-ci sinfə addımlayıb. Hal-hazırda da həmin məktəbin əlaçı şagirdlərindən biridir. Dərslərindən əla qiymətlər alır, amma riyaziyyat fənnini digərlərinə nisbətən daha çox sevir.
Məktəbdə keçirilən müxtəlif tədbirlərdə də iştirak edib. İlk dəfə 1-ci sinifdə oxuyanda “Əlifba” bayramında təşkil edilən səhnəcikdə Rahib “canavar” rolunda çıxış edib.
Rahib , müəllimi və sinif yoldaşları ilə birlikdə bir neçə dəfə ekskursiyaya gedib, həmin günləri həyatının ən maraqlı günləri hesab edir.  2015-ci ilin may ayında ibtidai təhsili əla qiymətlərlə başa vurduğu günü ən uğurlu günü kimi  qiymətləndirir, həmin gün sevimli müəllimi Nailə xanım, əldə etdiyi uğurlara görə ona diplom təqdim edib.  Rahib qazandığı uğurlardan dolayı valideynlərinə və müəlliminə təşəkkür edir. Gələcək fəaliyyətində atası kimi olmaq istəyir. 
Gələcəkdə ən savadlı insanlardan biri olmaq, alim  olmaq arzusundadır. Uşaqlığından astrologiya elminə qarşı həvəskar olduğundan gələcəkdə də özünü astroloq kimi görür. Əsas hədəfi məktəbi qızıl medalla başa vurub, ali məktəbə daxil olmaqdır, xarici dövlətlərin birində ali təhsil alıb, yeni nailiyyətlər əldə edib, savadlı bir şəxsiyyət kimi öz dövlətinə qayıdıb, burada layiqincə vətəninə xidmət etmək istəyir.
Asudə vaxtlarında şahmat oynamağı, çətin misallar və məsələlər həll etməyi, kitab oxumağı xoşlayır.

Tarixin yaddaşında yaşamaq üçün öncə işğal altında olan torpaqlarımızı azad edib, Milli Qəhrəman olmaq istəyir. Eyni zamanda gələcəkdə elm sahəsində əldə etdiyi nailiyyətlərlə də tarixin yaddaşında yaşamaq arzusundadır.