elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2017 г.

Həsənzadə Zara Zamiq qızı

Həsənzadə Zara Zamiq qızı 2 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə çox həssas, sakit uşaq olub. Hələ kiçik yaşlarından yazıya, rəsmə, şeirə marağı böyük olub. Məktəb illərindən öncə gözəl rəsmlər çəkib, anasının ona oxuduğu nağılları sevib. Sakit təbiətli, təkbaşına oynamağı sevən Zara cizgi filmi izləməyi çox xoşlayıb. Balacalıqdan heyvanlara xüsusi qayğı ilə yanaşıb. Məktəb yaşına qədər yazıb-oxumağı bacarıb. I sinfə gedəndə dərs proqramını tam bilib.
I sinfə 91 №-li orta məktəbdə gedib. Hazırda təhdilini 43 saylı məktəbdə davam etdirir. Riyaziyyat, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili sevimli fənləridir. Zara yaxşı təhsil almasında ibtidai sinif müəllimi Məsmayə Rəhimovaya hər zaman minnətdar olacağını bildirdi. Evdə də ata-anası tərəfindən ciddi olaraq dərslərinə hazırlaşdırılan Zara davamlı olaraq əlaçı olur. Təhsildə əldə etdiyi uğurlara, eyni zamanda məktəbdə keçirilən təsbirlərdə fəal iştirakına görə 2014, 2015 və 2016-cı ildə dalbadal 3 dəfə tərifnamə ilə təltif olunub.
Zara “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının qaliblərindən olub. Onun gözəl və mənalı inşa yazmaq qabiliyyəti var. İstənilən mövzuda çox gözəl inşalar yazır. Bu istedad ona anasından, riyaziyyat sahəsinə maraq isə atasından keçib. III sinifdən həkim olmaq qərarına gəlib.
Asudə vaxtında kitab oxuyur. Azərbaycanın tarixi, musiqisi, incəsənəti ilə maraqlanır. Məktəbin bütün tədbirlərində yaxından iştirak edən Zara müxtəlif tədbirlərdə şeirlər söyləyib, açıq dərslərdə fəal iştirak ilə müəllimlərin tərifini qazanmışdır.
Zara bütün müəllimlərini sevir, əldə etdiyi hər nailiyyətə görə onlara minnətdardır. Valideynlərinin əziyyətini isə ömür boyu unutmayacağını deyir. Bu gün üçün əsas məqsədinin ali məktəbə qəbul olmaq, savadı və məharətiylə seçilən həkim olmaq olan balaca qəhrəmanımız Az.TV-nin “Dərsdən sonra”, Mədəniyyət telekanalının “Təhsil və tərəqqi” verilişlərində də çıxış edib.
Vətəni, milləti üçün xeyirli işlər görmək istəyir. Ən böyük arzusu ali təhsil alıb, vətəni üçün layiqli vətəndaş olmaqdır.

Uğurlar sənə!

12 ноября 2017 г.

Əlizadə Səbuhi İlham oğlu

Əlizadə Səbuhi İlham oğlu 22 sentyabr 2007-ci ildə Füzuli rayonu Horadiz qəsəbəsində dünyaya gözlərini açıb. Əliyevlər ailəsinin ikinci övladıdır. Uşaqlıqda sakit və gülərüz birisi olan Səbuhi, qardaşı və dostları ilə hər zaman yaxşı münasibətdə olub.  Oyuncaq və əşyaların detalları ilə oynamağı, onları təmir etməyi, söküb yenidən yığmayı çox sevirdi. Məktəbəqədər dövrdən başlayaraq anası Kəmalə xanımın köməyi ilə oxumağı və yazmağı öyrənmişdir. Təhsilə başladığı ilk məktəb  Bakı şəhəri  N.Fərəczadə adına 100 N-li tam orta məktəbdir. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevdiyi fənn riyaziyyatdır. Hal-hazırda ibtidai təhsili uğurla başa vurmaq üçün çalışır. Sinfin fəal şagirdlərindən olan Səbuhi tədbirlərdə yaxından iştirak edir. “Yeni il” və “Novruz” şənliklərində rol almışdır. Ən  yadda qalan günlərdən birisi isə bilik yarışmasında təltifnamə almasıdır.  Səbuhi həyatda və təhsildəki uğurlarına görə ailəsinə və sevimli müəlliməsi Rahimə müəlliməyə borclu olduğunu bildirir. Övladlarının gələcəyi, vətənimizə və dövlətimizə layiqli şəxsiyyətlər olması üçün İlham bəy və Kəmalə xanım əllərindən gələni əsirgəmirlər. Böyük qardaş olan Nəbi tərbiyəsi və zəkası ilə   Səbuhi üçün hər zaman ən gözəl nümunədir. Artıq təhsilini Türkiyə Cümhuriyyətində davam etdirəcək olan Nəbi qardaşına nümunə olmağa davam edir. Gənc istedadımızın  gələcəkdəki hədəfi məktəbi əla qiymətlərlə bitirmək və həkim ixtisasına yiyələnməkdir. 9 yaşında olandan artıq o bu fikrə düşüb. Səbəbi isə insanlara yardım edə bilməkdir. Asudə vaxtlarında  ailəsi ilə birgə zaman keçirməyi, kitab oxumağı və futbol oynamağı çox sevir. Musiqi dinləməyi, bəstəkarlar və görkəmli sənətkarların həyat və yaradıcılığı ilə maraqlanır.  Səbuhinin  gələcəkdəki hədəfi  isə Tibb Universitetini müvəffəqiyyətlə bitirib həkim kimi fəaliyyət göstərməkdir.  Müsahibimizə yolun hər zaman açıq olsun deyirik. Səsin zirvələrdən gəlsin!

25 октября 2017 г.

MEHDİYEVA AYDAN MƏNSUR QIZI

Bu dəfə ki, müsahibimiz Mehdiyevlər ailəsinin ilk övladı olan Mehdiyeva Aydan Mənsur qızıdır. Aydan aprel ayının 6-sı 2008 – ci ildə Bakı şəhəri Abşeron rayonu Xırdalan  şəhərində anadan olub. Aydan  sevimli, gülərüz, ünsiyyətcil və nümunəvi bir övlad olub. Dostları və ailənin kiçik qızı olan bacısı Rəhimə  ilə hər zaman mehriban münasibətdə olur.  Müsahibimizin kiçik yaşlarından nağıl və hekayələrə böyük marağı olub. Maraqlı kitablar oxumağı, yeni məlumatlar əldə etməyi çox sevir. Məktəbəqədər yaş dövründən  etibarən Aydanın yazıb – oxumağa marağı olmuşdur. Valideyinlərinin köməyi ilə məktəbə getməmişdən qabaq artıq yazıb – oxumağı və hesab əməllərini öyrənmişdir.
Təhsilə ilk addımlarını isə Xırdalan şəhəri 1 N-li tam orta məktəbdə başlamışdır. Hal – hazırda 1 N-li məktəbin 3 Ə  sinfində təhsilini davam etdirir. Bacısı Rəhimə ilə eyni sinifdə oxuyur. Bir–birilərinə hər zaman dəstək olurlar. Hər ikisi sinfin əlaçı şagirdlərindəndir. Aydan müəlliməsinin də sevimli şagirdidir. Ən sevimli fənni isə ingilis dilidir. Aydanın arzusu gələcəkdə sinif rəhbəri Sara Bəylərova kimi işini sevən, gələcək nəsilləri bilikləndirən bir müəllimə olmaqdır.  Valideyinləri Kəmalə xanım və Mənsur bəy  də övladlarının yaxşı təhsil və tərbiyə alıb , vətənimizə və cəmiyyətimizə layiqli vətəndaşlar olması üçün əllərindən gələni edirlər.
Vaxtını heç vaxt boş keçirmək tərəfdarı deyil. Asudə vaxtlarını hər zaman səmərəli keçirməyə çalışır. Kitab oxumağı və musiqi dinləməyi çox sevir. Görkəmli bəstəkarların həyat və fəaliyyəti haqıında maraqlanır. Ən sevdiyi musiqi isə Rəşid Behbudovun  ifasında “Uzun Gecələr” mahnısının vurğunudur.

Aydana gələcək həyatında uğurlar arzu edirik, uğurlu fəaliyyətinin davamlı olmağını arzulayırıq. Yolun açıq olsun, səsin zirvədən gəlsin !

21 июля 2017 г.

Hüseynov Murad Talıb oğlu

 
Hüseynov Murad Talıb oğlu 24 iyun 2005-ci ildə Bakı şəhərində doğulub. Binəqədi rayonundakı H. Hüseynov adına 83 saylı məktəb-liseydə təhsil alıb. 2015/16 dərs ilindən isə təhsilini Bakı Anadolu Türk liseyində davam etdirir. Təhsil aldığı müddətdə bir neçə dəfə fəxri fərmanla təltif edilib.
Murad sakit, səliqəli və ətrafdakı uşaqlara qarşı çox diqqətli, səmimi, mehriban bir uşaqdır. Şəkilli kitablar, albomlar, sulu boyalar, rəngli karandaşlar Muradın sevimli əşyaları olub. Çünki şəkil çəkib, rəngləməyi çox sevib. 4 yaşı olarkən məşğələyə gedib. Hərfləri və rəqəmləri məşğələdə Xanım müəllimədən öyrənib. Lap kiçik yaşlarından albomlar, şəkillər, nağıllar kitabı ilə maraqlanıb. O, gözəl fikirli və istedalı bir övladdır. Valideynləri Muradın maraq dairəsinin geniş və hərtərəfli olması üçün hər bir şərait yaradırlar.
Murad dərslərini sevə-sevə oxuyur və hazırlayır. Ən sevdiyi fənlər riyaziyyat və həyat bilgisidir. Murad bir çox şənlik və bayramlarda iştirak edib, haqqında televiziyada məlumat yayımlanıb. Məktəbdə təşkil olunan tədbirlərdə də fəal iştirak edir. Onun ən yaddaqalan günü məktəbdə qeyd olunan bayraq bayramında iştirakı olmuşdur. Murad asudə vaxtlarında nağıl kitabları oxumağı çox sevir.
Əldə etdiyi uğurlarına görə hər zaman valideynlərinə və müəllimlərinə minnətdar olduğunu deyir.

Muradın ən böyük istəyi və gələcək planlarından biri valideynləri üçün xeyirli övlad olmaq, valideynlərinin və sevdiklərinin qayğısına qalmaq, xeyriyyə işləri ilə məşğul olmaqdır. Dayısı kimi hərbçi olmaq onun ən böyük arzusudur. Bu peşəyə olan məhəbbətin böyüklüyü dayısını Muradın ən böyük ideal kimi görməsidir. Murad hərbçi olaraq sevdiyi sənətə sahib olub, vətənin keşiyində durmağı qarşısına məqsəd qoyub. 

11 июля 2017 г.

Quliyeva Fatimə Elnur qızı

Quliyeva Fatimə Elnur qızı 26 may 2007-ci ildə Rusiya Federasi­ya­sının Orenburq şəhərində anadan olub. Uşaqlıqdan sakit, ünsiy­yətcil, gülərüz biri olub. Fatimə kitab oxumağı və musiqiyə qulaq asmağı çox sevir. Məktəbə­qədər dövrdə artıq yazıb-oxumağı öyrənmişdir. Bu işdə ona anası kömək etmiş­dir. 
Təhsilə ilk addımlarını Sa­birabad şəhər M. Ə. Sabir adına tam orta məktəbdə atıb. Hazırda isə Bakı şəhər 286 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. 
Ən sevdiyi fənn riyaziy­yat­dır. Həmçinin Fatimə uğurlu fəaliyyətinə görə bir neçə  diplom və fəxri fərmanlada təltif olunmuşdur. I sinifi bitirəndə bütün materiallari tam mənimsədiyi və əlaçı şagird olduğu üçün  fəxri fərmanla təltif olunmuşdur. III sinifdə oxuyarkən yenə də  yaşıdları arasında fərqləndiyinə, dərslərini əla qiymətlərlə oxudu­ğuna görə fəxri fərmanla təltif olunmuşdur. 
Fatimə məktəbdəki təhsillə kifayətlənmir, eyni zaman tədris kursla­rına da gedir. “Zəfər” kurslarında keçirilən bilik yarışma­sın­da da yüksək nəticə əldə etdiyi üçün  təltifnamə ilə təltif olunmuşdur. Məktəbin fəal şagirdlərindən olduğu üçün ictimai tədbirlərdə aparıcılıq edir və şeir söyləyir. 
Əldə etdiyi uğurlara görə valideyinləri və müəlimlərinə borclu olduğunu bildirir. Atası Elnur bəy və anası Xalidə xanım  Fatimənin vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər. Fatimə gələcəkdə təhsilini davam etdirib ali təhsil almaq istəyir. Riyaziyyat fənnini çox sevdiyi üçün riyaziy­yat müəllimi olmaq arzusundadır. 
Müsahibimizə gələcək həyatında uğurlar arzu edirik. Yolun hər zaman açıq olsun!

30 июня 2017 г.

Məhərrəmli Amin Nizami oğlu

Məhərrəmli Amin Nizami oğlu 2008-ci il aprel ayının 8-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gözlərini açıb. Amin balaca vaxtı çox sakit, mülayim bir uşaq olub. Getdiyi, gəzdiyi yerlərdə müşahidə aparmağı çox xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, valideyinləri hər gün 30 dəqiqə Aminin təlimi üçün vaxt ayırırdı. Müsahibimizin istedadlı uşaq olduğunu valideyinləri birinci sinifdə oxuyarkən hiss etdilər. Valideyinləri bunun üçün Dilarə müəlliməyə təşəkkür etdiklərini bildirdilər. 
Təhsilə Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Həsənova Mətanət müəllimənin sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur, sinfin əlaçı şagirdlərindəndir. Sevdiyi fənlər arasında riyaziyyat və ingilis dili var. Amin uğurlu fəaliyyəti və təhsildə göstərdiyi müvəffəqiyyətləri üçün bir neçə dəfə diplomla təltif olunmuşdur. Sinif daxili tədbirlərdə fəal şəkildə iştirak etmişdir. Dərslərində əldə etdiyi uğurlara görə anası Nuranə xanıma borcu olduğunu bildirdi. Həmçinin atası Nizami bəyi özünə nümunə götürmüş və ona oxşamaq istədiyini söyləyir. Ən çox texniki fənlərə maraq göstərir, əsasəndə kimya fənninə. Hələ ki, bu fənni keçməsədə gələcəkdə kimyani dərindən öyrənərək, bu istiqamətdə yeni ixtiralar edib, alimlik dərəcəsinə yüksəlmək istəyir. Aminin bu fikrə düşməsinin bir səbəbi var. O, təsadüfən babasının kimya haqqında olan söhbətini eşitməsi onda kimya fənninə maraq oyadıb.  
Asudə vaxtlarında musiqi ilə məşğul olur, heyvanlar haqqında kitab oxumağı xoşlayır, üzgüçülük və idmanın başqa sahələri ilə məşğul olur. Həmçinin şeir və nağıl yazmağı, eyni zamanda mütaliə etməyi sevir. 
Gələcək hədəfi isə ilk olaraq təhsilini başa vurub, vətənə layiqincə xidmət etmək və  arzularının  arxasınca  getmək istəyir. Amin tarixin yaddaşında bir kimyaçı kimi qalmaq istəyir. 
Aminə müvəffəqiyyətlərinin davamlı olması üçün uğurlar arzu edirik. Yolun açıq olsun, səsisin hər zaman zirvədən gəlsin!

14 июня 2017 г.

Mahmudzadə Cahid Elşad oğlu

 
Mahmudzadə Cahid Elşad oğlu 21 iyun 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Cahid uşaqlıqdan gülərüz, ünsiyyətcil, dostcanlı biri olub. 3 yaşından anası Samirə xanımla birlikdə elmi seminarlarda, iclaslarda və.s məclislərdə iştirak edirdi. O çox kiçik olmasına baxmayaraq , Allahın bir hikməti kimi həmişə sakit durar, lakin elmi söhbət qurtaranda isə ağlamağa başlayardı. Körpəlikdən nağıl və hekayələri dinləməyi çox sevirdi. Bir-iki dəfə qulaq asdığı nağıl və ya hekayəni növbəti dəfə artıq özü sözbəsöz danışardı. Məktəbəqədər yaşlarında oxumağı və yazmağı elə körpələr evi uşaq bağçasında öyrənmişdir. Hafizəsinin güclü olması səbəbi ilə uşaq bağçasında keçirilən tədbirlərdə yaxından iştirak edər, səhnəciklərdə rol alardı. Cahid orta məkəbə Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda bu məktəbdə Babayeva Pərvanə müəllimənin  sinfində III sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri arasında riyaziyyat, ana dili və həyat bilgisi var. Sevdiyi məşğuliyyətlər arasında şahmat, karate və döyüş oyunları var. Şahmat üzrə 4 – cü yeri qazanmışdır. Karate üzrə isə sarı kəməri var.   Kiçik yaşlarında anası Samirə xanım hər zaman yatmazdan  əvvəl bir nağıl və ya ibrətamiz hekayə oxuyardı. O zamanlardan anası Cahidin elmə, oxumağa və öyrənməyə olan həddindən artıq marağının olduğunun şahidi olurdu. Eyni zamanda 5-6 yaşlarındaikən ərəb əlifbasını öyrənmiş, “Qurani-Kərim”də olan kiçik sürələri öyrənməyə həvəs göstərmişdir. Qulaq asdığı və oxuduğu sürələri tez bir zamanda əzbərləyirdi. Hal-hazırda 30 sürəni əzbər bilir. Asudə vaxtlarında gəzməyi, yoldaşları  ilə birgə vaxt keçirməyi, yeni dostluqlar  qurmağı çox sevir. Həmçinin heyvanlara qayğı göstərməyi onlarla birgə zaman keçirməkdən xoşu gəlir.
Gələcək həyatı üçün isə elmi dərəcə almaq və elm adamı olmağı hədəfləyib. Müsahibimiz olan Cahidə hədəflərinə çatmağı arzulayırıq. Yolun açıq olsun!

13 июня 2017 г.

Hüseynli Murad Rafiq oğlu

Hüseynli Murad Rafiq oğlu 1 oktyabr 2008-ci ildə Bakı şəhərində anadan olub. Murad körpəlikdə aktiv, dəcəl və gülərüz bir uşaq olub. Məktəbəqədər dövrdə Murad artıq yazmağı və oxumağı, həmçinin riyazi hesablamaları bilirdi. Bunlar ona valideyinləri tərəfindən öyrədilmişdi. Murad uşaqlıqdan özünün fəallığı və istedadı ilə həmyaşıdlarından seçilirdi. Orta məktəbə Binəqədi rayon 182 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda Haqverdiyeva Ofeliya müəllimənin  sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənni riyaziyyat fənidir. Birinci sinfi uğurla başa vurduğu üçün sertifikat təqdim olunmuşdur. Murad fəal şagirdlərdən olduğu üçün məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edir. “20 yanvar” faciəsi ilə bağlı tədbirdə, həmçinin “Novruz bayramı” şənliyində rolları olub. Müsahibimiz uğurlu fəaliyyəti üçün müəlliməsinə və valideyinlərinə borclu olduğunu bildirdi. Murad gələcəkdə polis olmaq arzusundadır. Ona görə ki, dövlətimizi və vətandaşlarımızı pis insanlardan qorumaqdır. Asudə vaxtlarında futbol oynamağı çox sevir. Uşaqlıqda rəsmlə məşğul olurdu. Təbiət mənzərələri canlandırmağı sevirdi. Muradın valideyinləri Aysel xanım və Rafiq bəy övladlarını  vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olaraq böyüdürlər. Muradın da ən böyük istəyi gələcəkdə ali təhsil almaq, atasına və anasına layiqli övlad olmaqdır. Əziz müsahibimiz Murad sənə gələcək həyatında uğurlar arzu edirik, yolun açıq olsun, hər zaman ata və ananın fəxri ol. Səsin zirvədən gəlsin!

12 июня 2017 г.

Rəhimov Qubeis Tariel oğlu














Rəhimov Qubeis Tariel oğlu 1 dekabr 2006-ci ildə Bakı şəhəri Qaradağ rayonunda  dünyaya gözlərini açıb. Qubeis gülərüz, ünsiyyətcil, səmimi və hər kəsin sevimlisi olan bir uşaqdır. Kiçik yaşlarından etibarən hər zaman yaşıdlarından öz bacarıqları ilə fərqlənirdi. O, həm musiqiyə, həm də idmana maraq göstərirdi. Məktəbəqədər yaş dövründə Qubeis yazmağı və oxumağı  bacarırdı. Bu işdə ona uşaq bağçasında olan tərbiyəçisi və bacısı Arzu kömək etmişdir. Onun istedadını, yəni gözəl səsinin olduğunu valideyinləri məktəbəqədər yaş dövründə kəşf ediblər. Getdiyi körpələr evi uşaq bağçasında keçirilən bütün tədbirlərdə həvəslə və fəal şəkildə iştirak edirdi. Bu işdə tərbiyəçilərinin rolu çox böyük olub. Qubeis orta məktəbə ilk addımlarını Cəmil Niftəliyev adına 233 N-li tam orta məktəbdə atıb. Hal-hazırda Ağayeva Gülbağça müəllimənin sinfində IV sinif şagirdidir. Dərslərini yaxşı oxuyur və bütün fənləri sevir. Sinfin əlaçı şagirdlərindəndir. Qubeis eyni zamanda Cabbar Qaryağdıoğlu adına 9 N-li  uşaq musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alır. Məktəbin fəal şagirdi olduğu üçün musiqi məktəbində keçirilən tədbirlərdə  yaxından iştirak edir.  Onun ən yadda qalan günlərindən biri musiqi məktəbində keçirilən “Şərq Musiqisinin İncisi” adlı muğam konsertində olan çıxışıdır. O, muğam sahəsində olan nailiyyətlərinə görə Əhməd müəllim və Fədail müəllimə borclu olduğunu bildirir. Gələcək hədəflərindən  biridə “Muğam” müsabiqəsinin qalibi olmaqdır.
Onun gələcəkdə ki, ixtisas seçimi isə vətənimizə və dövlətimizə layiqli polis işcisi olmaqdır. 
Asudə vaxtlarında sambo idman növü ilə məşğul olur.
Qubeis çox çalışaraq arzularını həyata keçirəcəyini  bildirdi.
Müsahibimiz olan Rəhimov Qubeisə yolun açıq olsun, arzularına çatasan deyirik.

Səsin hər zaman zirvədən gəlsin!