elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 апреля 2018 г.

Qəni Ayşən Şakir qızı

Qəni Ayşən Şakir qızı 11 yanvar 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqda çox sakit, ağıllı uşaq olub.  Rəqsə qarşı marağı 3 yaşından yaranıb. Bu marağın yaranmasında dayısının böyük təşəbbüsü olmuşdur. Ayşənin bu marağını görən valideynləri onun bu sahədə uğur əldə edə bilməsi üçün peşəkar rəqs dərslərinə başlamağına şərait yaratdılar.
Kitablara olan marağı onu gözəçarpacaq dərəcədə başqa uşaqlardan fərqləndirirdi. 5 yaşından məktəbə getməyə can atırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, qardaşı Mirzəxan öyrətmişdi. Müsahibimiz kiçik yaşlarından qardaşının bütün sahələrdə dəstəyini hiss edirdi.
Ayşən ilk  təhsilini Nəsimi rayonu 14 saylı tam orta məktəbdə almağa başlayır. Hal-hazırda həmin məktəbin Təranə müəllimə rəhbərlik etdiyi 3-b sinif şagirdidir. O, dərslərini əla oxuyur. Müəllimləri Ayşənin dərslərə hazırlıqlı olduğunu, bütün dərslərdə fəal iştirakını, dərslərdə ən yaxşı tələbələrdən biri kimi verilən sualları məntiqli və çevik cavablandırdığını qeyd edirlər. Müsahibimiz bütün fənlərə eyni dərəcədə münasibət bəsləsə də, daha çox Azərbaycan dili, riyaziyyat, həyat bilgisi fənlərini sevir. Əlaçılar lövhəsində rəsmi öz yerini alıb. Ayşən məktəbdə keçirilən tədbirlərdə elə 1-ci sinifdən etibarən iştirak etməyə başlayıb. Əlifba bayramıında keçirilən tədbirdə fəal iştirak edir: qarışqa obrazınını canlandırır, həmçinin solo rəqs nümayiş etdirir. Bu zaman ona fəaliyyət həyatının ilk tərifnaməsi verilir. 5 yanvar 2018-ci ilə ibtidai siniflərdə riyaziyyat fənni üzrə keçirilən olimpiadada 2-ci yerə layiq görülür və diplomla təltif olunur.
Ayşənin fəaliyyəti bununla yekunlaşmır, o, məktəbdənkənar tədbirlərə də öz məharətini nümayiş etdirir. Beynəlxalq qadın gününə həsr olunmuş incəsənət və rəqs festivalında fəal iştirak edir, çıxışı diplomla rəsmiləşdirilir. “Dəcəl qızlar”qrupunun tərkibində nümayiş etdirdiyi “Qara qız rəqsi”, “Naxçıvan rəqsi” ilə 1-ci yerə, “Arı maya” rəqsi ilə isə 2-ci yerə layiq gürülərək diplomla təltif olunur. Azərbaycan televiziyasında yayımlanan “Pillə” verlişində öz rəqs qrupu ilə birgə çıxış edir. 
Həyatında ən uğurlu gün rəqs müəllimi Cəmilə Bayramovanın 60 illik yubileyi günü idi. Bu gecədə Ayşən baş rolda çıxış edirdi. Bu günə qədər olan çıxışları arasında ən uğurlu çıxış bu gecədəki çıxışı idi.
Asudə vaxtlarında rəsm çəkməyi çox sevir. Balaca qəhrəmanımız bu günkü uğurlarının yaradıcısı kimi valideynləri və müəllimlərini görür . Fəaliyyətindən dolayı rəqs müəllimi xalq artisti Cəmilə Bayramovaya bənzəmək istəyir.
Ayşənin arzusu ali təhsil alıb vətənə layiq övlad olmaqdır. O, həkim olmaq, xəstələrə şəfa vermək üçün çalışmaq istəyir. Rəqslə bağlı hədəfi rəqs müəllimi kimi xalq artisti fəxri adına qədər yüksəlməkdir. Müsahibimizə bütün sahələrdə uğurlar arzu edirik!

27 апреля 2018 г.

Cavid Əli Rəsul oğlu

Cavid Əli Rəsul oğlu 27.06.2004-cü ildə Bakı şəhərində anadan olub. Cavid körpəlikdənhər şeylə maraqlanan uşaq olub. O, dörd yaşında valideynlərindən "Şahmat" oyunu haqqında maraqlanıb,öyrətmələrini  istəyib. ”Puzzle” yığmaq da onun sevimli məşğuliyyəti olub.Məktəbə qədər Rus və Azərbaycan dilində oxumağı və yazmağı valideynlərinin köməkliyi ilə öyrənib.   Cavidi daha çox riyaziyyat elmi cəlb edib. O, çox tez bir zamanda sayıb-hesablamağı  öyrənib. Yaşının az olmağına baxmayaraq vurma cədvəlinidə əzbər bilirdi.
O, 10 yaşında musiqiyə olan marağını ailəsinə bildirib.  Valideynləri musiqi müəllimigilə qonaq olan zaman Cavid orada ki,  fortepiano alətini görüb və musiqiyə olan marağı buradan yaranıb. Cavid ilk təhsilsilini Qazax rayonu II Şıxlı kəndində alıb. Hazırdaimtahan üsulu ilə qəbu olduğu Fizika,Riyaziyyat və İnformatika təmayüllü liseydə oxuyur. Atası  hərbiçi olduğundan o, bir neçə mktəb dəyişməli olub. Cavid dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər fizika və biologiyadır.Cavid  ilk dəfə səhnəyə musiqi məktəbində öz konsertində çıxış edib. Daha sonra Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmaüllü liseydəolan sinif rəhbəri Cəfərov Çingiz müəllim, hər bir əlamətdar günə aid tədbirhazırlayarkən o, bu tədbirlərdə yaradıcı olub,texniki təzcihatı təşkil edib.Onun ən uğurlu günləri  FRİTL-a qəbul olduğu və Golden Byte-Beynəlxalq İT Çempionatın turlarını keçməsi olub. Cavid bir çox sertifaktlar və diplomlara layiq görülüb.
Belə ki :
1)Birinci sinfi yüksək davranışa və əla qiymətlərə görə
2)Altıncı sinifdə Coğrafiya fənnindən göstərdiyi yüksək təlim göstəricilərinə və
yarışmalarda iştirakına görə
3) Rus dili və Ədəbiyyatın Respublika üzrə keçirilən fənn olimpiyadasında fəal
iştirakına görə
4)Bilik yarışında 7-ci siniflər arasında yüksək nəticə göstərdiyinə görə
5)7-ci sinifdə şagird özünü idarəetmə təşkilatının sədri vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə görə
6)Yeddinci sinifdə İngilis dilindən il ərzində verilən sertifikatlar və fəxri fərmalara layiq görülüb. Cavid qazandığı nailiyyət və uğurlarına görə özünü ona  dəstək olan valideyinlərinə və müəllimlərinə borclu bilir. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Cavid İT sahədə çalışmağı üzrə çalışmağı  planlaşdırıb.
Bu fikrə StepİT Kompyuter Akademiyasına daxil olduqdan sonra düşüb.
Asudə vaxtlarında  musiqi, üzgüçülük, proqramlaşdırma, saytların və oyunların
yaradılması və kitab oxumağa sərf edir.Bu günə kimi  Cavid müxtəlif janrlara
məxsus olan 50-dən çox kitablar oxuyub. O, daha çox elmi fantastik janra üstünlük
verir.O, StepİT Akademiyasında oxuyaraq Golden Byte Beynəlxalq İT Çempionatın üzvü olub. Burada 8 kateqoriyadan o, Qısametrajlı filmi seçib.Çəkdiyi
həmin bu filmlə o, regional onlayn seçim və yarımfinal turunu uğurla
keçib,yaxında onu final gözləyir. Bu filmin mövzusu “Create The New World”dür.
Burada o, indiki yeniyetmələrin çətin bir sualın qarşısında necə bir seçim etməyindən və aləmin 3 əsasının ona verdiyi dərsdən bəhs olunur.
Cavidin gələcək planları biliklərə və yeni uğurlara nail olmaqdır. Asudə vaxtlarında  ailəsi və yaxınları ilə  vaxt keçirməyə üstünlük verir.
Cavidin fikrinə görə tarixə iki yolla düşmək olar, yaxşı və ya pis. O, cəmiyyətdə xeyirli əməlləri ilə tanınmaq istəyir.

Yarışova Nuray Nazim qızı

Yarışova  Nuray  Nazim   qızı  12.12.2008 – ci ildə Bakı  şəhərində anadan olub. Sakit təbiətli uşaq  olub. Televizora  baxmağı  çox  xoşlayıb. Əsasən    cizgi  filmlərinə  marağı olub. Şer deməyi çox  xoşlayıb.Nuray  məktəbə  tez  gedib. O, 6  yaşı  tamam  olmadığı  üçün  BBTİ – nin  keçirdiyi  imtahanı  uğurla  verib 1 – ci  sinifə  qəbul  olub.Məktəbə  gedənə qədər  yazıb – oxumağı  bacarıb.  Bağçaya  getdiyi  zaman  müəllimi  Afaq  xanım  tərəfindən öyrənib. Valideynlərinin  onu  məktəbə  tez  qoymağımın  əsas  səbəbi onun  oxumağa ,  yazmağa  olan böyük marağı olub. Riyaziyyat  fənnini  çox  gözəl  qavrayır.Uşaqlıqdan  çöplərlə  saymağı , toplayıb – çıxmağı  həvəsli olub.  Onda  bu  marağı  qardaşı  Nihad  oyadıb, çünki  o  riyaziyyat  fənnini  çox  sevir.Yarışova  Nuray  Binəqədi  rayonu   182  saylı  tam  orta  məktəbdə təhsil alır. Onun ən sevdiyi fənlər riyaziyyat, Azərbaycan  dili    İngilis  dilidir.Məktəblərində  keçirilən  bir  çox  tədbirlərdə  iştirak  edib.  Heydər  Əliyev  Fondunun  həyətində  möhtəşəm    Rənglərin  Sevinci”  tədbirində  göy  qurşağının  narıncı  rəngini  Nuray təmsil  edib . Sonra  “Bahar  qızı” obrazını  canlandırıb.  Həyatında  maraqlı, uğurlu   günləri  çox  olub, ən  yadda  qalanı  ilk  dəfə  məktəbə  getdiyi  gündür.  Nurayın bu günə qədər əldə etdiyi Fəxri  fərmanlarım  bunlardır :  “Əlifba  təlimini  uğurla  bitirdiyi  üçün ” , “ Yurdumuza  Bahar  gəlir ”adlı  rəsm  müsabiqəsində  fərqləndiyi  üçün , “ Ən  yaxşı  oxucu ” , “ Ən  sürətli  oxucu ” , “Məni  oxu ”  layihəsində  fəal  iştirakına  görə , “Oxuyub – anlama ” fəaliyyətində  fərqləndiyinə  görə , “ 2014/2015 – ci tədris  ilində ”  göstərdiyi  yüksək  təlim    tərbiyə  fəaliyyətinə  görə , “ Mənim  səliqəli  dəftərim ”, “ İlin  nəzakətli  şagirdi ” , “Qrup  işi  fəaliyyətinə  görə “ təltif olunub.Əldə  etdiyi  uğurlarına  görə  ilk  növbədə  müəllimi  Aygün  Kərimovaya , anasına və  qardaşına  borcludur .O, anasını həyatının  qəhrəmanı   hesab  edir.  Hər  bir  xüsusiyyətinə görə anasına  oxşamaq  istəyir.Nurayın gələcək hədəfləri ilk  növbədə  ali  təhsil  almaq, sonra  magistraturaya  daxil  olmaq, öz  fəaliyyətini  daha da  yüksək  pilləyə  qədər  yüksəltməkdir. Müəllim  peşəsini  çox  sevir . Təlim – tərbiyə  işlərinə  marağı  çoxdur .Bu  fikrə  məktəbə  gedəndən  sonra  düşüb .   Müəlliminin  işinə  həvəslə  yanaşmağı , dürüst, mehriban , alicənab  olmağı  onun da bu  sənətə olan  marağını  artırıb. Mütaliə  etməyi  çox  sevir. Özünün  şəxsi  kitabxanası var.  Onun evdə  yazı lövhəsi belə  var.  Orada  işləməyi  çox  xoşlayır . Dünyadakı  muzeylərlə  maraqlanır. ( internet  vasitəsi ilə ). Şahmata da böyük  həvəsi  var .  Bu yaxınlarda   məktəblər  arası  keçirilən  şahmat  oynunda  5 – ci  yeri  qazanıb.Nuray  bədii  kitabları oxumağı çox  sevir . Eyni zamanda  milli  adət -ənənələrimizə , milli  geyimlərimizə  böyük marağı var.Nuray orta  məktəbi  uğurla  başa  vurub , ali  məktəbə  daxil  olub , magistraturanı  bitirdikdən  sonra  öz  sənəti  üzrə  işləməyi , xalqıma , dövlətimə  layiqincə  qulluq  etməyi  planlaşdırıb.  Həyatda  yeganə  məqsədi hər  bir  işində  uğur  qazanıb  anasının  ümidlərini  doğrultmaqdır .Onun    hekayə  yazmağa  marağı  böyükdür . Balaca  da  olsa  hekayələri  var .  Tarixin  yaddaşında  yaşamaq  üçün  hekayələrdən  ibarət  kitablarını  çap  etdirmək   istəyir .