elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 сентября 2016 г.

Kərimli Taleh

Kərimli Taleh 28 yanvar 2007-ci ildə Göyçay şəhərində anadan olub. 189-190 nomreli məktəbin şagirdidir əlaçı olsada özündən razı deyil düşünür ki, daha da yaxşı oxuya bilər ən sevimli fənnləri ingilis dili, musiqi və azərbaycan dilidir.Məktəb nəzdində keçirilən bütün tədbirlərdə fəal iştirak edən Taleh uğuralarına görə fəxri fərmanlarla təltif edilib.Tədbirlərdəki fəaliyyəti isə şeir demək,  rəqs etmək və mahnı ifa etmək olub.Həyatının uğurlu günləri çox olub onun üçün valideyinləri bu günləri daha da şən etmək üçün şən klounları dəvvət ediblər onun üçün.Talehin uğurları bununlada bitmir 2 Nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyyatları uşaq gənclər şahmat idman məktəbində ümümilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş tədbirdə 2-ci dərəcə yarışında ikinci yer qazandığına görə diplomla təltif edilib. Talehin ən böyük arzusu anasına oxşamaqdır çünki onun üçün anası əsil Azərbaycan qadını obrazıdır Taleh uğurlarına görə nənəsinə, anasına və müəlliməsi Səyyarə xanıma minnətdardır. Daxili İşlər Nazirliyində işləmək istəyən Taleh vətənimizə layiqli vətəndaş olmaq istəyir.Boş vaxtlarında şahmat oynamağı və başqa oyunlar oynamağı çox sevir, eyni zamanda mahnı oxumağı da çox sevir.Taleh vətənpərvər olduğunu şərəfli əsgər hətta Komandir olmaq işlərində uğur qazanmaq və anasının bütün arzularını həyata keçirmək.Ulu öndərimiz kimi müdrik insan olmaq və xalqın yaddaşında əbədi yaşamaqdır.İstedadı ilə heç bir mənbədə məlumat getməsədə ilk olaraq istedadlar redaksiyasında məlumat verilib, ancaq telekanalların birində moda verlişində qonaq olub.Taleh haqqında valideyinləri onun çox maraqlı uşaq olduğunu eyni zamanda sakit sözəbaxan , məntiqli uşaq olduğunu deyirlər.Məktəbə getmədən bağçada öyrənib. Taleh məntiqli, istedadlı uşaq olsada o, məktəbə gedəndə müəlliməsi Səyyarə xanım onun istedadını kəşf etdi və onun Talehin bugünki uğurlarında çox böyük əməyi var.Bizdə vətənpərvər istedadımıza gələcək həyatında uğurlar arzu edirik.

Həsənzadə Cəmilə Erkin qızı

Həsənzadə Cəmilə Erkin qızı 11 noyabr 2005-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. O, ailənin ilk övladıdır. Hələ uşaq vaxtından çox aktiv uşaq olan Cəmilə artıq on aylıq olanda yeriməyə başlayıb və ətrafa reaksiya verərək danışmağa çalışıb. Şən və hazırcavab olan balaca qız öz yaşıdlarından hər zaman seçilib və bir az da dəcəl olub.
8 yaşından rəqslə məşğul olur. Artıq 5 ildir ki, rəqslə məşğuldur və rəqs qrupundakı qızlarla birgə böyük uğurlar əldə etmişdir. Üzvü olduğu “Nejnost” rəqs qrupu Rusiyanın “Mir” telekanalında çəkilişdə olub. Bundan əlavə H. Z. Tağıyevin ev muzeyində, R. Behbudov adına Mahnı Teatrında, M. Maqamayev adına sarayda və S. Vurğun adına Rus Dram Teatrında keçirilən müxtəlif tədbir və proqramlarda rəqs çıxışları olub. Tədbrilərdə iştirakına görə fəxri fərman, diplomlarla təltif olunmuşdur.
Cəmilə asudə vaxtlarında kitab oxumağı xoşlayır. Ən çox rus dilində nağıllar oxuyur. Ümumiyyətlə, ədəbiyyati çox sevir, evdəki zəngin kitabxana ilə tanışdır və uşaq ədəbiyyatını xüsusi həvəslə oxuyur.
Valideynləri çalışırlar ki, Cəmilə vətənə, ailəsinə layiqli, xeyirxah bir insan kimi böyüsün.
258 №-li tam orta məktəbdə təhsil alır. Məktəbə getdikdən sonra dərslərinə böyük maraqla və səylə yanaşır. Cəmilə dərslərini yaxşı oxuyur. İbtidai sinif müəllimi Mahmudova Münəvvər xanımı çox sevir. Çünki Cəmiləyə həm məktəbi, həm dərslərini çox sevdirib. Ən sevdiyi fənlər riyyaziyyat, rus dili, ədəbiyyat və tarix olsa da, tədris olunan hər bir fənni yaxşı oxuyur. Dərslərini yaxşı oxuması ilə fərqləndiyi kimi, məktəb tədbirlərində də fəal iştirakı ilə seçilir. Müxtəlif tədbirlərdə mövzuya uyğun şeirlər söyləyib. Cəmilə əldə etdiyi uğurlara görə özünü müəllimlərinə, valideynlərinə və nənəsi Zərəngiz xanıma borclu bilir. Cəmilə müsahibə zamanı qeyd etdi ki, onun vətənpərvər ruhda böyüməsində məhz nənəsinin rolu böyükdür.

Gələcəkdə uşaq həkimi olmaq arzusunda olan Cəmilənin hədəfi seçəcəyi sahəni ən mükkəməl şəkildə mənimsəyib, cəmiyyətin lazımlı bir fərdi olmaqdır. O, tarixin yaddaşına vətəninə, millətimə faydalı olan bir insan kimi düşmək istəyir. 

27 сентября 2016 г.

Həsənov Murad Elşən oğlu

 
Həsənov Murad Elşən oğlu 16 fevral 2005-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri deyirlər ki, Murad körpəlikdən ağıllı uşaq olub. Elmə, yeni icadlara çox marağı olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarmırdı. Murad ilk müəllimi Bella xanıma xüsusi sevgi bəsləyir. Müəlliminin əziyyətini itirməmək və onu mütəəssir etməmək üçün dərslərinə həmişə hazırlıqlı gedib. Murada ilk dəfə rus dilini, yazıb-oxumağı Bella xanım öyrədib.
Bakı şəhəri Tahir Həsənov adına 23 №-li məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat və informatikadır. Onun gözəl şeir yazmaq qabiliyyəti də var.
Məktəbdə təşkil edilən tədbirlərdə fəal iştirak edir. Asudə vaxtalarında kompüterdə yeni layihələr qurur. Üzgüçülüyü, musiqi dinləməyi çox sevir. Murad vurğulayır ki, əldə etdiyi uğurları valideynlərinin, müəllimlərinin və ona dəstək olan insanların inamı sayəsində qazanıb. O, tarixin yaddaşında əbədi yaşamaq istəyir. Vətənə, millətə layiqli övlad olmaq arzusundadır. Gələcəklə bağlı planları böyükdür. Həm diplomat, həm də akademik olmaq istəyir. Bunun üçün çalışır ki, dərslərini əla qiymətlərlə oxusun və ən yüksək balla ali məktəbə qəbul olsun.

Biz də Murada uğurlar arzu edirik. 

Ayla İosif qızı Yevdayeva

Ayla İosif qızı Yevdayeva 2002-ci il mayın 9-da Bakı şəhərində anadan olub. Ayla körpəlikdə ağıllı, sakit olub. Rəqs etməyi, şəkil çəkməyi, mahnı oxumağı xoşlayırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bacısı Miriam kimi Ayla da dərnəklərə gedib.
23 №-li məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox ədəbiyyat riyaziyyat fənlərini sevir. 9 May Qələbə bayramı münasibəti ilə təşkil olunmuş tədbirdə fəal iştirak edib. Digər tədbirlərdədə fəal iştirak etdiyinə görə müxtəlif illərdə diplomlar alıb. 2009-ci ildə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim qədim şəhərim” rəsm və heykəltəraşlıq, dekorativ, tətbiqi sənət nümunələri sərgi müsabiqəsinin iştirakçısı olub. Hər dərs ilini əla qiymətlərlə başa vurduğuna görə diplomla təltif olunub. 2012-ci ildə “Payız blyuzun” idman və bal rəqsləri müsabiqəsində III yer tutuğu üçün diplom alıb. 2016-cı ildə məktəbdə “Elmi - texniki tərəqqi” həftəsində fəal iştirakına görə diplomla təltif olunub. Əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə və müəllimələrinə borclu olduğunu deyir. Ayla ağlı və bacarığı sayəsində layiq olduğu zirvəyə yüksəlmək istəyir. Gələcəkdə memar olmaq arzusundadır. O, özündəki yaradıcılıq qabiliyyətini bu sahəyə yönəltmək istəyir. Düşünür ki, bu sənətdə özünü göstərə bilər.
Asudə vaxtalarında yemək hazırlamağı, idmanla məşğul olmağı, kitab oxumağı xoşlayır. Ayla şeir yazır, şəkil çəkir, pianoda çalır. O, peyzaj, natürmot çəkməyi sevir. Ən böyük istəyi xaricdə ali təhsil almaqdır. Tarixin yaddaşında öz əməyi ilə əldə etdiyi nailiyyətlərlə qalmaq, vətənə layiqli övlad olmaq istəyir.

Biz də redaksiyamız adından ona nailiyyətlər, yüksək zirvələrə çatmasını arzu edirik. Uğurların bol olsun, Ayla.