elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 июля 2015 г.

Məmmədov Mehdi Elgiz oğlu

Uşaqlıqda öyrənilən elm – daş üstündə yazıya bənzər. (Məhəmməd peyğəmbər)
Məmmədov Mehdi Elgiz oğlu 31 mart 2007-ci ildə Bakı şəhərində anadan olub.  Mehdi körpəlikdə çox sakit , tez ünsiyyət qura bilən uşaq olub.  
O, böyüklər kimi  danışar, böyüklər kimi hərəkət edərdi – düşüncəli . İndi də elədir. Demək olar ki,onun  uşaqlara aid olan xüsusiyyətləri az olub .  
Su ilə oynamağı çox sevib.
Balaca olanda o da valideynlərinə  baxıb namaz qılmaq istəyib, amma balaca olduğuna görə bir az çətinlik çəkib.  İndi isə özü tək namazını qıla bilir.
Mehdi təmkinli, ədalətli uşaqdır.
Məktəbə getməmişdən qabaq oxuyub yazmağı bacarırdı.
Bir dəfə  - Mehdi  hələ körpə olanda,  atası qəzeti onun yanında qoyub, o qəzeti götürüb, iki əli ilə üzünə tərəf tutub , orda yazılanları oxuduğunu zənn edib.  
Mehdi hal-hazırda  A.Qambayzadə adına 148 saylı orta məktəbin  ibtidai sinif şagirdidir. Əlaçıdır. Dərslərini yaxşı oxumaqla müəlliməsinin zəhmətlərini hədər etməmək üçün  çalışır. Bütün fənləri xoşlayır, amma   texnologiya və təsviri incəsənəti digərlərinə nisbətən daha çox bəyənir.
Şeir səsləndirmək Mehdinin çox xoşuna gəlir. Bir dəfə məktəbin Son Zəng tədbirində də şeirlə çıxış edib.
Tədbirlərə qatılmır , amma dayısı xanəndə olduğundan , onu dinləmək üçün tamaşaçı qismində müəyyən konsertlərdə iştirak edib.
İlk dəfə məktəbə getdiyi günü və bacısı Əminənin dünyaya gəldiyi günü həyatının uğurlu günləri kimi qiymətləndirir.
Fəaliyyətində qazandığı uğurlara görə öncə Allaha, sonra valideynlərinə və müəlliməsi Könül xanıma borcludur.
Orta məktəbi əla qiymətlərlə bitirib, orduya daxil olmaq arzusu var. Hətta 5-ci sinifdən orduya – hərbi xidmətə getmək istəyir. Mehdinin valideynləri Qarabağlıdır, orada dünyaya gəlib, böyüyüblər. Mehdi də həmin yerləri görmək istəyir, deyir ki, başqa insanlar  da öz yurdlarına həsrət qalmasınlar deyə Vətənin keşiyində duracaq. General olmaq istəyir.
Asudə vaxtlarında şahmat oynamağı və velosiped sürməyi xoşlayır. Tarda ifa etməkdən də xoşu gəlir.
Mehdi istəyir ki, gələcəkdə əxlaqı, imanı, elmi ilə,  mərhəmətli və ədalətli olmağı ilə , başqa insanlara örnək olub yaşasın.

Mehdi deyir : “İnsan tarixdə iz qoymaq istəyirsə, addımı da özü atmalıdır.”

30 июля 2015 г.

Vəliyeva Züleyxa Xəlifəqulu qızı

İstedadlarımızdan biri də Vəliyeva Züleyxa Xəlifəqulu qızıdır.O Bakı şəhərində anadan olmuşdur.Körpəlikdə musiqiyə,rəsm çəkməyə çox həvəsi vardı.Harada olurdusa musiqi eşidən kimi rəqs edirdi.
İlk təhsilini A.Şaiq adına 54 saylı tam orta məktəbdə almışdır. Hal-hazırda həmin məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur.Riyyaziyyat ən sevimli fənnlərindəndir.Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı.”Kruqozor” təhsil mərkəzinə gedib.Sonrada təhsil aldığı məktəbdə öz müəlliməsinin yanında hazırlaşıb.
Züleyxa bir çox bayram şənliklərindən və tədbirlərdə fəal iştirak edib.Gül bayramı , uşaqlar günü,Novruz bayramı və “Sehirli Dünya” tədbirində iştirak edib.Ən uğurlu günlərindən biridə “Şərəf Lövhəsinə”şəkil asıldığı gün olub.İstedadıyla bağlı maraq 2-3 yaşından yaranıb.
Əldə etdiyi uğurlara görə anasına və müəllimlərinə özünü borclu bilir.Gələcəkdə anası kimi həkim olmaq istəyir.Asudə vaxtlarında daha çox kitab oxumağı və rəsm çəkməylə məşğul olur. Züleyxanın istedadıyla ilə bağlı O.Zülfüqarovun “Oxuyur Aysel”kitabında və sehrli dünya jurnalında haqqında məlumatlar verilib.

29 июля 2015 г.

Məmmədzadə Günay Habil qızı

Məmmədzadə Günay Habil qızı 6 aprel 1999-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 
Günay uşaqlıqda çox sakit olub. Lap kiçik yaşlarından rəsmə xüsusi maraq göstərib. Məktəbə gedərkən artıq yazıb oxumağı bilirdi. Atasının köməkliyi ilə öyrənmişdi. 
Günay 232 saylı orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur. Rəsmxət, kimya və fizika sevimli fənləridir. 
Günay böyüyəndə rəssam olmaq istəyir. Kiməsə oxşamaq arzusunda deyil. Öz qabiliyyəti ilə rəssamlıqda öz tərzini yaratmaq, bu yolda irəliləmək niyyətindədir. 
Boş vaxtlarını həmişə səmərəli keçirməyə çalışan Günay əsasən rəsm çəkirşmmuncuqla boşqabda işləmələr hazırlayır. 
Əldə etdiyi uğurlara görə valideynlərinə minnətdardır. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq, ev dizayneri peşəsinə yiyələnmək istəyir. 
Biz də Günaya uğurlar arzu edir, müvəffəqiyyətlərinin davamını diləyirik.

28 июля 2015 г.

Pənahov Nihad Natiq oğlu


Pənahov Nihad Natiq oğlu  9 iyul 2003-cü ildə Bakı şəhərində dünyaya göz açıb.O, uşaqlıqda çox sakit və sözə qulaqasan bir uşaq olub. İdman oyunlarını, kitab oxumağı, tətildə səyahətə çıxmağı çox xoşlayır.O, hələ məktəbə getməmiş yazı yzamağı, oxumağı, şeir deməyi bilirdi. Bütün bunları o, böyük bacısından öyrənmişdi.Məktəbə getdikdən sonra isə Nihad özü şeirlər, hekayələr yazmağa böyük həvəs göstərmişdir. Hal-hazırda “ Cek və Cekson qardaşları” adlı hekayə üzərində işləyir. Gələcəkdə kitab çıxartmaq arzusundadır. 18-21 noyabr 2011-ci ildə  “Savalan”   qəzetində “Qırmızıpapaq “ adlı rəsmi  dərc olunub.
Nihad təhsilə ilk qədəmlərini Bakı şəhəri 287 saylı “Zəkalar” liseyində atıb və hal-hazırda da orada təhsilini davam etdirir. Dərslərindən “əla” qiymətlər alır. Ən şox sevdiyi fənlər isə Azərbaycan dili, riyaziyyat , tarix və ingilis dilidir.
Məktəb tədbirlərində fəal iştirak etmişdir. Yeri gəldikcə rəqs üzrə və yeri gəldikcə isə şeir deməklə öz istedadını nümayiş etdirmişdir. Məktəb üzrə keçirilən sınaq imtahanlarında “ Fəxri Fərman”-a layiq görülmüşdür. Həmçinin Kaspi təhsil məktəbində kursu uğurla tamamladığına görə ingilis dili sertifikatı almışdır.
Nihad əldə etdiyi uğur və nailiyyətlərinə görə ilk növbədə valideynlərinə , sonra isə müəllimlərinə borclu olduğunu deyir və onlara təşkkür edir.
Nihad: “ – Böyüyəndə biznesmen olmaq istəyirəm.Gələcəkdə bu işin öhdəsindən gələcəyimə çox inanıram.Mənim hədəfim ən yüksək zirvədir. Mən elə düşünürəm ki, tarixin yaddaşında qalmaq istəyən adam gərək Hacı Zeynalabidin Tağıyev kimi xeyirxah,əliaçıq,mərd bir şəxsiyyət olsun.Mən fəaliyyətimdə ona oxşamaq istərdim.
Asudə vaxtlarımda kitab oxumağı, komyuterdə oyunlar oynamağı , fantastik filmlərə baxmağı  və uşaqlarla futbol oynamağı xoşlayıram. ”
Ana dilim
Ana dilim Azərbaycan
Doğma dilim Azəbaycan,
Doğma dilin unudan kəs
Bu torpaqda böyümüşəm.
O şəxsiyyət deyildir məhz
Azəriyəm fəxr edirəm
Nə qədər ki yaşayacam
Hara getsəm mənimləsən
Səni hər an ucaldacam
Hərkim səndən vaz keçərsə,
Doğma dilim Azərbaycan
Öz-özünə olar düşmən
Ana dilim Azərbaycan!

Nihadın vətəninə , dilinə , xalqına bağlılığı onun incəruhlu şeirlərində də öz əksini tapmışdır.

27 июля 2015 г.

Həsənova Mədinə İlqar qızı

Həsənova Mədinə İlqar qızı 10 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub.  Körpəlikdə ağıllı uşaq olub. Yazıb-oxumağı sevib. Öz gəlinciklərinə dərs keçirmiş balaca müəllim. Yazıb- oxumağı ona əmisi qızı öyrədib. Çoxlu şeirlər əzbərləyib, söyləyərdi.  10 yaşı olarkən özü də şeirlər yazmağa başladı.
Birinci sinfə 104 saylı məktəbdə gedib. Hal-hazırda Suraxanı rayonunda yerləşən 104 saylı məktəbin şagirdidir. Məktəbə getdiyi gündən müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilib. Dərslərini əla oxuyur.  Ən çox ədəbiyyat , riyaziyyat və biologiya fənnlərini  sevir.
Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib, bir çox tədbirlərdə hazırlanan səhnəciklərdə roller ifa edib. Şeirlərindən səsləndirib.
Mədinə ilk dəfə məktəbə gedib, şagird adı aldığı günü daima xoş xatirələrlə xatırlayır.
İkinci sinifdə Fəxri Fərmanla, məktəb üzrə keçirilən şeir müsabiqəsində birinci yerə layiq görülərək, Diplomla mükafatlandırılıb.
Gənclər evində keçirilən müsabiqədə öz yazdığı şeiri deyərək, Diploma layiq görülüb.
Mədinə qazandığı uğurlara görə öncə Allahına, sonra da valideynlərinə və müəllimlərinə borclu hesab edir. O, yalnız özü olmaq istəyir.
Gələcəklə bağlı xəyalları çoxdu Mədinənin, o ən uca zirvəyə yüksəlmək arzusundadı. Lap uşaqlıqdan həkim olmaq arzusundadı. Çalışır ki, bu arzusunu gerçəkləşdirsin. Bunun üçün dərslərini yaxşı oxuyur, əlindən gələni etməyə çalışır.
Bədii kitablar oxuyur, Allaha  tez-tez dualar  edir. Məkkəyə getmək arzusu ilə yaşayır. Mədinə tarixin yaddaşına əbədi həkk olunmaq istəyir.
Mədinənin şeir yazmaq istedadıyla bağlı məktəbin bakıməktəbləri.edu.az internet saytında, Youtubeda videolar var.
Uğurların daha çox olsun Mədinə!