elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 сентября 2018 г.

Əliyev Mərdan Rəşad oğlu

Əliyev Mərdan Rəşad oğlu 11.01.2010-cu ildə Bakı şəhərində anadan olub. Mərdan körpəlikdən ağıllı, dəcəl, olduqca fərqli xüsusiyyətləri özündə cəmləşdirən və daim ətraf mühitdə baş verən hadisələr ilə maraqlanan uşaq olub. Onun ən sevimli məşğuliyyətləri futbol oynamaq, üzgüçülük ilə məşğul olmaq, ailəsiylə birgə gəzintilərə çıxmaq və həmyaşıdları ilə zaman keçirməkdir. Məktəbə gedənə qədər yazmağı, oxumağı və hesablamağı anası tərəfindən, 5 yaşından etibarən öyrənmişdir. Mərdan bağçada oxuduğu zamanda öz fəqliliyi ilə həmyaşıdlarından daim olaraq seçilib. Beləki o, bağçalarında təşkil olunmuş bütün tədbirlərin, bayram şənliklərinin ən aktiv üzvü olub. Mədəniyyət evində və İcra Hakimiyyətində keçirilən tədbirdə məharəti ilə tədbir iştirakçılarının diqqətini özünə cəlb etməyi bacarıb. O, burada Cırtdan, Canavar, Şah və Əsgər obrazlarını yüksək səviyyədə nümayiş etdirib. Əliyev Mərdan Xırdalan şəhəri 4 saylı tam orta məktəbdə təhsil alır. O, sinif əlaçısıdır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. Mərdan məktəblərində də keçirilən Əlifba, bayarm şənlikləri və Xocalıya həsr olunmuş tədbirdə uğurlu çıxışlar edib. O, Alfa kurslarında təşkil olunan bilik yarışmasında üstünlük əldə edərək, təltifnamə ilə təltif olunub. Onun həyatında uğurlu günləri çox olub. Bunlardan ən yadda qalan və maraqlısı məktəbə ilk qədəm qoyduğu gündür. Mərdan fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. O, doğum günlərini çox sevir. Mərdanın doğum günündə aldığı ən gözəl və maraqlı hədiyyə pultlu robot olub. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Mərdan gələcəkdə vicdanlı, işinin peşəkları olan polis işçisi olmaq niyyətindədir. Asudə vaxtlarında kitab oxumağa, test tapşırıqları həll etməyə və ailəsi ilə birlikdə zaman keçirməyə üstünlük verir. Onun çox gözəl, səlis nitq qabiliyyəti və qiraəti var. Mərdan savadlı, xeyirli bir vətəndaş olub, Vətəninə, millətinə və ailəsinə yararlı şəxsiyyət olaraq formalaşmağa qərar verib.


Səmədova Aysu Əhməd qızı


Səmədova Aysu Əhməd qızı 27 aprel 2010-cu ildə Bakı şəhərində ziyalı bir ailədə anadan olub. Aysu ailənin ilk nəvəsi və ilk övladıdır. Bu səbəbdən olduqca şıltaq və ərköyün böyüyən Aysu diqqət mərkəzində olmağı çox sevir. O, ailəsinin sevimlisidir. Xüsusilə atası ona qarşı çox həssasdır. Onun sevimli məşğuliyyətləri gəlincikləri ilə oynamaq, onları öz zövqünə uyğun bəzəmək, müxtəlif  materiallardan gəlincikləri üçün maraqlı paltarlar hazırlamaq, gimnastika ilə məşğul olmaq, şeir kitabları oxumaq, rəqs etmək və velosiped  sürməkdir. Daim diqqət mərkəzində olmağı sevən Aysu ətrafına, eyni zamanda da əşyalarına qarşı çox səliqəli və diqqətcildir.
Məktəbə gedənə qədər yazmağı, oxumağı və hesabmağı Mehparə müəllimin sayəsində öyrənmişdir. Güclü zəkaya və hafizəyə malik olan Aysu 3 yaşından babasının şeirlərini əzbər söyləməyi bacarırdı. Aysu Xırdalan şəhəri 4 saylı tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili və  informatikadır.
Əlifba, Cumhuriyyətin yüz illiyi, Novruz bayramı və Yeni il şənliyində uğurlu çıxışlar edib. Belə ki o, burada mahnı oxuyub, şeir söyləyərək öz məharətini tədbir iştirakçılarına nümayiş etdirib. Əlifba bayramında “Əsgər” obrazını canlandıraraq, "Cənab leytenant" və anasının yazdığı “Vətən” şeirini səsləndirib. Tədbirlərin birində sinif yoldaşı Əli ilə “Naz eləmə” rəqsini oynayıb.
Aysunun həyatında maraqlı, yaddaqalan günlər çox olub. Bunlardan ən maraqlısı məktəbə qədəm qoyduğu ilk gün, qardaşının dünyaya gəldiyi gün və öz doğum günüdür.
Bugünə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Onun daim əziyyətini çəkən, qayğısına qalan nənəsinə oxşamaq istəyir.
Aysu gələcəkdə nənəsi kimi peşəkar, mehriban, qayğıkeş və savadlı gələcək yetişdirə bilən müəllim olmaq istəyir. O, asudə vaxtlarında kitab oxumağı, məntiqi testlər həll etməyi və uşaq ədəbiyyatında xüsusi dəsti xətti ilə seçilən babası Qəşəm Nəcəfzadənin şeirlərini  oxumağı xoşlayır. Çoxşaxəli istedada malik olan Aysu rəsm çəkəyi də çox sevir və bu onda çox uğurlu alınır. O, əsasən gəlinciklərinin şəklini çəkməyə üstünlük verir. Onun çox gözəl və qeyri-adi zövqü var. Aysu Xəzər TV-də  babası haqqında yayımlanan  verilişdə çəkilib və burada şeir deyib.
Aysu bilik və bacarıqlarını daha da təkmilləşdirib Vətəninə, ailəsinə layiqli bir şəxsiyyət olaraq formalaşmaq niyyətindədir.

Mehmanov Əli Fuad oğlu

Mehmanov Əli Fuad oğlu 25 dekabr 2009-cu ildə Sumqayıt şəhərində anadan olub. Əli ailənin ikinci övladıdır. O, körpəlikdə dəcəl, şirin, mehriban, diqqətcil, daim ətraf mühit ilə maraqlanan bir uşaq olub. Onun ən sevimli məşğuliyyəti oyuncaq maşınları ilə oynamaq olub. Əli istifadə etdiyi hər bir şeyə qarşı diqqət və səliqə ilə yanaşır. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə anası, Hədəf kursların da isə müəllimləri tərəfindən öyrənib. Əlinin istedadlı bir uşaq olmasını 3 yaşından bağça müəllimləri aşkar etmişdir. O, bağça nəzdində təşkil olunan bayram şənliklərinin və tədbirlərin ən aktiv üzvü idi. Mehmanov Əli Xırdalan 4 saylı tam orta məktəbdə təhsil alır.  Dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri riyaziyyat  və fiziki tərbiyədir. Məntiqi məsələləri həll etməyi çox xoşlayır. İdman onun ən sevimli məşğuliyyətidir. Əli məktəblərində keçirilən bütün bayram şənliklərində və tədbirlərdə fəal iştirak edib. Beləki, Əlifba, Cumhuriyyətin 100 illiyini və Novruz bayramına həsr olunmuş tədbirlərdə uğurlu çıxışlar edib. O, burada şeir söyləyib, rəqs edib və mahnı oxuyub. Əli bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Ədaləti bərpa edən, işini viclanla yerinə yetirən polis əməkdaşı olmaq onun ən böyük arzusudur. Asudə vaxtlarında dostları ilə oynamağı,  məntiqi testlər həll etməyi, şahmat oynamağı və qardaşı ilə zaman keçirməyi çox sevir. Əli əgər incəsənətin hər hansı bir qolu ilə məşğul olmağı düşünsə, bu dram aktyorluğu olar. Onun qarşısına qoyduğu ən vacib məqsədlərdən biri də 700 bal toplamaq, hərbi xidməti ən yüksək səviyyədə başa vurmaq və özünə uğurlu karyera qurmadır.  Əli sosial şəbəkələrdə məşhur olan bloger  Mahmud Səfərovun Cumhuriyyətimizin 100 illiyinə həsr olunmuş video rolikində,  nitq qüsurlu şəxslərə Vətənimizin keçdiyi çətin keçmişi və günəşli sabahı haqqında məlumat verib.  O, bilik və bacarıqlarını daha da təkminləşdirib Vətəninə ən nümunəvi şəxsiyyət olaraq formalaşmaq istəyir.

Yusifov Fəqan İlqar oğlu


Yusifov Fəqan İlqar oğlu 09.04.2009-cu ildə Bakı şəhərində anadan olub. Fəqan körpəlikdən dəcəl, çox aktiv, ətraf mühit ilə daim maraqlanan bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəqs etmək və müxtəlif  idman hərəkətləri etməkdir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bağçada müəllimləri tərəfindən öyrənmişdir. Fəqanın elmə olan marağı 4 yaşından ailəsi tərəfindən aşkar olunub. O, yaşının çox az olmasına baxmayaraq 200-ə qədər saymağı bacarırdı.  Güclü hafizəyə malik olan Fəqan tez bir zamanda asanlıqla şeirlər əzbərləməyi bacarırdı. Yusifov Fəqan Xırdalan 4 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri riyaziyyat və fiziki tərbiyədir.  Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. Fəqan “Qırmızı papaq” nağılında Canavar, Novruz bayramında isə  “Kosa”  obrazını böyük məharət ilə tədbir iştirakçılarına nümayiş etdirib. Həyatında ən maraqlı günü “Doğum Günü”nü hesab edir. Bunun səbəbi isə çoxlu hədiyyələr almağı və dostları ilə zaman keçirməsidir. O, siniflərində keçirilən “Dünya ilə Yarışırıq” adlı bilik yarışmasında 3-cü yerə layiq görülüb. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə nənəsinə və müəllimlərinə borclu olduğunu bildirir. Fəqan böyüyəndə savadlı, işinin peşəkarı olan diş həkimi olmaq arzusundadır. O, ali məktəbi fərqlənmə ilə bitirib, bilik və bacarıqlarını daha da təkminləşdirib xəstələrə düzgün şəkildə şəfa vermək istəyir. Fəqan bu fikrə 6 yaşı olan zaman, ilk diş həkimi ilə qarşılaşdıqdan sonra qərar verib. Asudə vaxtlarında ailəsi ilə zaman keçirməyi, dostları ilə oynamağı və kitab oxumağı sevir. Əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı komedik aktyorluq fakültəsini seçərdi. Fəqan savadı bacarığı ilə valideynlərinə və Vətəninə xeyirli şəxsiyyət olaraq yetişmək niyyətindədir.