elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 мая 2018 г.

Mürşüdlü Yunus Cavid oğlu

Mürşüdlü Yunus Cavid oğlu 27 iyun 2010-cu ildə Bakı şəhərində anadan olub. Yunus körpəlikdə ağlağan və dəcəl uşaq olub. Onun ən sevimli məşğuliyyəti rəsm çəkməkdir. Rus dilənə qarşı böyük marağı var. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı hazırlıq müəllimi olan Sevda xanım tərəfindən öyrənib. Yunusun rəsmə olan marağı 3 yaşından, televiziyada Hərbi verilişlərə baxdıqdan sonra yaranıb. O, baxdığı bu verilişlərdə nümayiş olunan hərbi texnikaların şəkillərini çəkməyi xoşlayır. Mürşüdlü Yunus Bakı şəhəri Arif Vəliyev adına 258 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 2-ci sinif şagirdidir. Tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, şahmat və təsviri incəsənətdir. Məktəblərində keçirilən bütün tədbirlərin, bayram şənliklərinin fəal iştirakçısıdır. Yunus Yeni il bayramına həsr olunmuş tədbirdə şeir söyləyib. Onun həyatında yadda qalan ən maraqlı gün məktəbə ilk qədəm qoyduğu gündür. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə anasına və Xatirə müəllimə borclu olduğunu bildirir. Gələcəkdə fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Onun ən böyük hədəfi hərbici olmaqdır. Bu sahəyə olan marağı televiziya vasitəsi ilə Hərbi verilişlərə baxdıqdan sonra yaranıb. Asudə vaxtlarında rəsm çəkməyə və Rus dilinə aid kitablar oxumağa üstünlük verir. O, idmanla da məşğul olmağı düşünür. Yunus işini vicdanla yerinə yetirən, nümunəvi hərbici olub, Vətəninin adını daim yüksəklərə qaldırmağı qarşısına məqsəd qoyub

22 мая 2018 г.

Bayramlı Məryəm Roman qızı


Bayramlı Məryəm Roman qızı 15.08.2008-ci ildə Bakı şəhərində anadan olub. Məryəm körpəlikdə dəcəl uşaq olub. Onun ən sevimli məşğuliyyətləri velosiped sürmək, uşaqlarla oyun oynamaq və  şəkilli rəsmləri boyamaq olub.  Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anası tərəfindən öyrənib. Bayramlı Məryəm  Nərimanov rayonu A.Vəliyev adına 258 N-li tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 4-cü sinif  şagirdidir. O, tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur.  Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və İngilis dilidir. Məktəblərində keçirilən bütün tədbirlərin, bayram şənliklərinin fəal iştirakçısıdır. Ona tədbirlərin birində aparıcılıq etmək həvalə olunub. Məryəmin həyatında ən uğurlu günləri tədris ilini hər il əlaçı olaraq başa vurmasıdır.  Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərinə görə müəllimlərinə, valideynlərinə borcludur. Məryəm  fəaliyyətindən dolayı ən yüksək pillələri fəth etmək niyyətindədir. O, gələcəkdə polis peşəsinə sahib olmaq istəyir. Vicdanlı, ədalətli, işinin peşəkarı olan polis olmaq arzusundadır.  Asudə vaxtlarında kitab oxumağı sevir.  Rəsm çəkmək və kağızdan fiqurlar düzəltmək onun sevimli məşğuliyyətlərindəndir. O, şeir yazmağı da bacarır. Məryəm bilik və bacarıqları ilə Vətəninə layiqli şəxsiyyət olaraq formalaşmağı qarşısına məqsəd qoyub.
Veten 

Veten insan üçün yurddur,yuvadır
Veten insan üçün doğma anadır
Veten menim üçün ürekdir, candır
Veten üçün canımı feda ederem
Veten üçün canımı qurban ederem
Veten üçün canımdan , qanımdanda keçerem
Teki veten sağ olsun !
Teki veten sağ olsun !
Bir gün qürbet ele düşsende bil bunu
Senin yanında olan vetendir veten
Bir gün özge ele düşsende bil bunu
Senin yanında olan vetendir veten.

Aile
Ailedir hemişe yanında olan
Ailedir hemişe direyin olan
Bu dünyada ailenin qedrini bilsen
Senden xoşbext adam yıxdur dünyada
Atadır hemişe dayağın olan
Anadır hemişe eziyyetin çeken
Qardaşdı, bacıdır kömeyin olan
Bu dünyada ailenin qedrini bilsen
Senden xoşbext adam yoxdur dünyada

18 мая 2018 г.

İsmayılova Ayla Anar qızı



 
 

İsmayılova Ayla Anar qızı 17.07.2009-cu ildə Bakı şəhərində anadan olub. Ayla körpəlikdən ağıllı, təmkinli, yüksək zəkaya malik və güclü musiqi duyumu olan uşaq olub. Onun ən sevimli məşğuliyyəti musiqi dinləməkdir. O, yaşının çox az olmasına baxmayaraq eşitdiyi  musiqini sərbəst və səhvsiz bir şəkildə təkrar etməyi bacarıb. Ayla pianoda ifa etməkdən xüsusi olaraq zövq alır. Onun musiqiyə olan sevgisi anasının onun ilə  musiqi haqqında etdiyi söhbətlərdən sonra yaranıb. O, məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. İsmayılova Ayla Bakı şəhəri Nərimanov rayonu 258 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 2-ci sinif şagirdidir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. Ayla eyni zamanda Bakı şəhəri 23 saylı 11 illik musiqi məktəbinin də şagirdidir. O, orta məktəb və musiqi məktəbində keçirilən bütün tədbirlərin, bayram şənliklərinin fəal iştirakçısıdır. Ayla fortepianoda müxtəlif əsərləri böyük məharətlə ifa etməyi bacarır. O, 7 may 2018-ci ildə R.Behbutov adına mahnı teatrında ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsertdə Q.Qarayev adına Simfonik orkestrlə bərabər, respublikamızın xalq artisti hörmətli dirijorumuz Teymur Göhçayevin rəhbərliyi altında fortepianoda ifa edib. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə musiqi məktəbində ixtisas müəllimi olan peşəkar pedaqoq, ən gözəl insani keyfiyyətləri özündə toplayan  Sevil Lazimovaya borclu olduğunu bildirir. Onun  gələcək planları  bəstələdiyi əsərlərinin dünyaya səs salacağı görkəmli, tanınmış bəstəkar olmaqdır. İştirak etdiyi müxtəlif konsertlərdən olan çıxışları internet şəbəkələri vasitəsi ilə yayımlanıb. Ayla bilik və bacarıqları ilə Vətəninə layiqli, ziyalı şəxsiyyət olaraq formalaşmaq niyyətindədir.
           

17 мая 2018 г.

Zeyniyev Bəhruzər Bəhruz oğlu

Zeyniyev Bəhruzər Bəhruz oğlu 9 may 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Bəhruzər ailənin ilk övladıdır. O, körpəlikdən sakit, yüksək zəkalı, hər şeyə maraq göstərən uşaq olub. Maşınlara qarşı çox böyük marağı idi. Toğrul güclü hafizəyə malikdir. Az yaşlı olanda belə yanında səslənən şeir və ya nağıl parçalarını tez bir zamanda qavrayaraq sərbəst şəkildə fikirlərini ifadə etməyi bacarırdı. Məktəbəqədər dövrdə  artıq yazıb-oxumağı bacarırdı. Təhsilə Bakı şəhəri Xətai rayonu Zakir Yusifov adına 194 saylı orta məktəbdə başlayıb. Dərslərini əla oxuyur. Bütün fənlərdən əla qiymətlər alır. Tez bir zamanda müəllimlərin sevimlisinə çevrilə bilmişdir. Ən  sevimli fənni riyaziyyatdır. Bəhruzər təmizliyə, səliqə səhmana önəm verir. Saxladığı fənn kitablarının səliqəsinə görə digər uşaqların kitablarından daim fərqlənib. Sağlamlığına diqqət yetirən Bəhruzər idmanla məşğul olur. II sinifdən idmana qarşı maraq yaranıb. Bu marağı onda valideynləri oyadıb. Hətta idmanda bir sira uğurlar qaznmış və diplomla təltif olunmuşdur.
Demək olar ki, onun üçün hər bir gün maraqlı və uğurludur, lakin həyatında ən maraqlı xoşbəxt gün hesab etdiyim 2 gün var. Birincisi, bacısının dünyaya gəldiyi gündür. O gün həqiqətən çox sevinmişdi. İkincisi isə  I sinifə başladığı gündür. Bundan başqa məktəbdə təşkil olunan bir çox tədbirlərdə və mərasimlərdə  müxtəlif rollarda iştirak etmişdir. “Yeni il” də Şaxta baba, “Novruz” bayramında  kosa, “20 Yanvar” faciəsinə həsr olumuş tədbirdə əsgər rolunda çıxış etmişdir.
Əldə etdiyi uğurlara görə öncə ailəsinə sonra isə müəllimlərinə minnətdarlığını bildirir. Çünki həmişə onun arxasında  duran onu ruhlandıran onlar idi və bu hələ də belədir. Fəaliyyətindən dolayı isə heç kimə oxşamaq istəmir. O öz yolunu çızmaq istəyir.
Gələcəkdə isə komandir olmaq istəyir. II sinifdən bu fikrə düşmüşdür. Hərbiçi olaraq  vətənimizin keşiyində dayanmaq istəyir.  Gələcəkdəki planı isə məktəbi müvəffəqiyyətlə bitirmək və idman da uğurlar qazanmaqdır. Həmçinin İtalyaya səyahət etmək arzusundadır. 
Asudə vaxtlarımda təmiz havada gəzməyi, ailəsi və dostları ilə birgə  zaman keçirməyi xoşlayıram
Biz də öz növbəmizdə istedadlı müsahibimizə yolun daim işıqlı və açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

15 мая 2018 г.

Məmmədəliyeva Zəhra Hacı qızı

Məmmədəliyeva Zəhra Hacı qızı 8 iyun 2010-cu ildə Bakı şəhərində anadan olub. Zəhra körpəlikdə çox sakit, təmkinli və ağıllı uşaq olub. Onun hərəkətləri, davranışları yaşından çox böyük insan xarakterinə bənzəyirdi. Zəhranın ən sevimli məşğuliyyəti rəqs etmək olub. Yaşının az olmasına baxmayaraq o, çoxlu şeirlər bilirdi. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anası tərəfindən öyrənib. Məmmədəliyeva Zəhra Bakı şəhəri Nərimanov rayonunda yerləşən 258 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 2-ci sinifində oxuyur. Dərslərini əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri riyaziyyat, texnologiya, təsviri incəsənət, musiqi və Azərbaycan dilidir. Məktəblərində keçirilən bütün tədbirlərin, bayram şənliklərinin fəal iştirakçısıdır. Zəhra tədris aldığı 1-ci sinifin yekunlaşması münasibəti ilə təşkil olunmuş “Əlifba” bayramında uğurlu çıxışlar edib. Həyatında ən uğurlu günü məktəbə ilk qədəm qoyduğu gündür. O, bilik və bacarıqlarına görə tərifnamələrə layiq görülüb. Zəhra Zəfər kurslarının təşkil etdiyi bilik yarışmasında 455 bal toplayaraq təltifnamə əldə edib. Eyni zamanda  Nömrə 1 kursunun imtahanında 385 bal toplayıb və təltifnaməyə layiq görülüb. Zəhra 1-ci sinfi uğurlu nəticələr ilə əlaçı olaraq bitirdiyi üçün Tərifnamə alıb. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. O, biliklərini daha da təkminləşdirib alimlik zirvəsinə qədər yüksəlmək istəyir. Zəhra gələcəkdə hansı peşənin sahibi olmasını tam olaraq qərarlaşdırmayıb. O, həm rəssam, həm də həkim olmaq istəyir. Hansı peşənin sahibi olmasından aslı olmayaraq işinin peşəkarı olacağına əmindir. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. O, rəqs dərsləri alıb və çox gözəl rəqs etməyi bacarır. Zəhra məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olub, Vətəninə xeyirli, ziyalı şəxsiyyət kimi formalaşmaq niyyətindədir.

Xəlilova Gülər Rəşad qızı

Xəlilova Gülər Rəşad qızı 08.10.2008-ci ildə Bakı  şəhərində anadan olub. Gülər körpəlikdə çox sakit, gülərüz və tez qaynayıb-qarışan uşaq olub. Onun ən sevimli məşğuliyyətləri şəkil çəkmək, velosiped sürmək və idman etməkdir. İdmana olan böyük sevgisinin nəticəsi olaraq valideynləri onu gimnastikanın tamblinq növünə yazdırıb . O, dəfələrlə öz yaşıdları arasında 1-ci yeri qazanıb və çoxlu sayda medallara, diplomlara layiq görülüb. Məktəbə gedənə qədər yazıb oxumağı, şeir söyləməyi ve nağıllar danışmağı bacarıb. Buları ona evdə nənələri Nuridə və Solmaz xanım və valideynləri, bağçada isə müəllimləri öyrədib.  İdmana olan marağı ona atasından keçib. Atası Reşad da idmançı olub və Güləri də idman sahəsinə o yönəldib.  O, 4 yaşından etibarən bir çox gimnastik hərəkətləri sərbəst şəkildə icra etməyi bacarıb.  Xəlilova Gülər Rəşad qızı 08.10.2008-ci ildə Bakı  şəhərində anadan olub. Gülər Arif Vəliyev adına 258 saylı məktəbdə təhsil alır. Hal-hazırda  həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. O, bilik və bacarıqları ilə müəllimlərinin sevimli şagirdi olmağı bacarıb. Gülərin ən sevdiyi  fənlər Azərbaycan dili, riyaziyyat və İngilis dilidir. Məktəblərində keçirilən “Əlifba”bayramında, “Xocalı” və “Şuşa”nın işğalına aid tədbirlərdə aparıcı qismində uğurlu çıxışlar edib. Eyni zamanda “20 Yanvar” hadisələrinə həsr olunmuş  tamaşada “Şəhid Anası” obrazını böyük məharətlə tədbir iştirakçılarına nümayiş etdirib. Gülər gimnastika yarışlarında dəfələrlə 1ci, 2-ci və 3-cü yerləri qazanıb. Medal və diplomlarla təltif olunub.  Gülərin həyatında ən uğurlu günü 26 dekabr 2016- cı ildə ilk qızıl medalını əldə etdiyi gündür. O, bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimlərinə və məşqçilərinə borcludur. Onun ən böyük hədəfi dünya çempionatında və olimpiya oyunlarında Azərbaycanı layiqli şəkildə təmsil etməkdir.  O, gələcəkdə  peşəkar idmançı və eyni zamanda da  həkim olmaq arzusundadır.  Asudə vaxtlarında  məşq etməyə, velosiped sürməyə və ev tapşırıqlarını həll etməyə üstünlük verir. Onun ən böyük arzusu  olimpiya çempionu olaraq yaddaşlarda qalmaqdır. Gülərin gələcək hədəfləri ali məktəbə daxil olmaq, gimnastika yarışlarında Vətənini ən yüksək səviyyədə təmsil etməkdir.