elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 марта 2014 г.

Gövhər Əli qızı Muxtarova

Gövhər Əli qızı Muxtarova 1 yanvar 2004-cü ildə Hacıqabul rayonu, Navahi kəndində anadan olub. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindəki Elman Rzayev adına 127 saylı orta məktəbdə oxuyur. 
Gövhər nənəsinin adını daşıyır. Deyirlər insanın adı onun xasiyyətinə və taleyinə təsir edir. Gövhər hələ uşaq yaşlarında nəinki öz yaşıdlarından, hətta özündən 2-3 yaş böyüklərdən fikirləri, rəftarı və davranışları ilə fərqlənirdi. Gövhər 4 yaşında oxumağı, 5 yaşında isə yazmağı qardaşı Zəbulladan öyrənmışdir. O, kitabı əks tərəfdən oxumağı xoşlayırdı. 
Məktəbə getdiyi gündən ibtidai sinif müəllimi Yeganə Əsgərovanın nümunəvi pedaqoqlardan olması Gövhərdə oxumağa və yazmağa həvəsi daha da artırdı. Onun bu həvəsi yeni uğurlara yol açırdı, dərsində və imtahanlardakı nailiyyətləri nəinki ibtidai sinif müəllimləri, hətta məktəbin əsas fənn müəllimləri arasında təqdirə layiq görülür və tərifnamələrlə qiymətləndirilirdi. Buna baxmayaraq Gövhərin təvazökarlığı müəllimlərinə onu daha da sevdirirdi. Sinif müəllimi nümunəvi davranışına görə Gövhəri, sinfin gövhəri adlandırırdı. Gövhər Azərbaycan dili və riyaziyyat fənninə xüsusi diqqət ayırır. BDU-nun  tətbiqi riyaziyyat fakültəsinə daxil olub, dövlətimizin inkişafında zəhmətinin olmasını istəyir.

20 марта 2014 г.

Lalə Şirəli qızı Rəsulova

Lalə Şirəli qızı Rəsulova 2006-cı il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. O, yaşıdlarından ağlı, şirin ləhcəsi, gözəl hərəkətləri ilə fərqlənib. Gəlinciklərlə oynamağı, onlara ad qoyub çağırmağı xoşlayırdı. Təxminən 5 yaşından kiçik pazllar yığmağa başlayıb. Ən çox xoşladığı məşğuliyyət boş vaxtlarında çoxlu məsələ və misal həll etməkdir. Məktəbə gedəndə o, artıq yazıb-oxumağı, saymağı və şeir deməyi öyrənmişdi. Lalə 5 yaşından rəsmlər çəkməyə başlamışdı və buna çox həvəsi var.
Lalə hazırda Binəqədi rayonundakı 144 saylı orta məktəbin III sinif şagirdidir. Dərslərinə çox həvəslə yanaşır. İki ildir ki, əlaçıdır. Bütün fənlərə çox marağı var. Amma riyaziyyat, Azər­bay­can dili fənləri ən sevimli fənləridir. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir və rolum həmişə aparıcı olub. Ən maraqlı günü “Əlifba bayram” keçirilən gün olub.
Lalə: “ - Bu gün yaxşı oxumağıma, yaşıdlarım arasındakı fəallığıma görə valideynlərimə və müəllimim Leyla Şirinovaya borcluyam. Gələcəkdə həkim olmaq istəyirəm.
Boş vaxtlarımda kitab oxumağı çox xoşlayıram. Gələcəkdə indiki kimi dərs əlaçısı olub, hər yerdə birincilik əldə etmək istəyirəm. Vətənə layiqli övlad olub, tarixin yaddaşında vətənpərvər insan kimi qalmaq istəyirəm. Ən çox sevdiyim və rəhbər tutduğum “Elmsiz insan barsız ağac kimidir” atalar sözüdür.”

19 марта 2014 г.

Ağabəyli Zeynəb Ramin qızı

Ağabəyli Zeynəb Ramin qızı 2006-ci il avqustun 21-də Bakı şəhərində dünyaya göz açib. Nənələri, babaları, əmi və xalaları onu ağıllı uşaq kimi sevir. Zeynəb Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı tam orta məktəbin II sinif şagirdidir.
Zeynəb uşaqlıqda çox ağıllı və sakit olub. Hələ 6 aylıq olanda danişmağa başlayib. Zeynəb şahmat fiqurlari ilə oynamağı xoşlayırdı, indi də əla şahmat oynayir. Şeir əzbərləməyi, maragli nağil kitablari oxumaği xoşlayir. Sərbəst danişmağa başlayan kimi “Qurani Kərim”-dən surələr, namazın bütün hərəkət və sözlərini əzbərləyib.
Həşərat və bitkilərlə çox maraqlanır. İnsan bədənindəki bütün orqanlarin adını və funksiyalarını əzbər bilir. İngilis dilinə hədsiz marağı var və çox gözəl aksent ilə danışır.
Məktəbəqədər müddətdə azyaşlı qardaşı ilə oynayırdı və ona böyük bacı kimi qayğı göstərməyi xoşlayırdı. Buna görə də mərhəmət, qayğıkeşlik, ədalətlilik hissi formalaşib. Məktəbə qədər Zeynəb hərfləri tanıyır və yazır rəqəmləri demək olar ki, toplamağı və çıxmağı bacarırdı. Ümimiyyətlə Zeynəb riyaziyyat fənnini çox sevir, bu ona irsən keçib. Gəzməyə gedəndə Zeynəb yolda ağacları, maşınları, insanları saymaği xoşlayırdı.
Zeynəbin ilk müəllimi və tərbiyəçisi anası olub. O analıq məzuniyyətində olduğu üçün övladı ilə hərtərəfli məsğul olurdu. Ona yazmağı, oxumağı, milli adət-ənənələrimizi, “Quran-i Kərim”-i, namazı, Allahı dərk edəcəyi dərəcədə öyrədirdi. Bunun üçün Zeynəb indi çox savadli və xeyirxah övlad kimi böyüyür. İnşallah Azərbaycan xalqına layiqli övlad olacaq.
Zeynəb: “ - Dərslərimi əla oxuyuram. Ən sevimli fənnlərim ana dili, riyaziyyat, ingilis dilidir. Məktəb tədbirlərində fəal iştirak etmişəm. Yeni il şənliyində Qar qız, Novruz bayramında Bahar qızı olmuşam. Uzun hörüklərim olduğuna görə tədbirlərdə nənə rollarını ifa etmişəm. Həyatımın ən maraqlı günü ilk dərs günümdür. Çünki məktəbə hamıdan tez getmişdim.
Nailiyyətlərimə görə valideynlərimə və çox sevimli ilk müəllimimə borcluyam. Fəaliyyətimdən dolayı anama oxşamaq istəyirəm. Gələcəkdə hədəfim ali təhsil alıb savadli kadr kimi xalqıma xidmət göstərməkdir. Gələcəkdə hərbi həkim olmaq istəyirəm. Çünki anam hərbi həkim olmaq istəyib, lakin bəzi səbəblərdən arzusunu həyata keçirə bilməyib. Mən onun arzusunu gerçəkləşdirmək niyyətindəyəm. Anam Qarabağlıdır. O müharibədə əsgərlərin yaralandığını və həkimə necə ehtiyac olduğunu görüb.
Boş vaxtlarımı səmərəli keçirməyi xoşlayıram. Zehni və fikri qüvvətləndirən oyunlar, tapmacalar, atalar sözləri öyrənirəm. İnsan, bitkilər, həşəratlar haqqında məlumatları toplamağı xoşlayıram.
Bakımızı və dənizi çox sevirəm. Dəniz kənarında balıqqulağı yığmağı, qardaşımla oyunlar oynamağı xoşlayıram. Məscidə və ziyarətlərə tez-tez getməyi çox sevirəm, ruhən dincəlirəm və Allaha çoxlu şükürlər edirəm.

Məktəbi əla qiymətlərlə bitirib ali təhsilimi yüksək pillədə oxumağı arzulayıram. Buna görə əziz valideynlərimə və bütün müəllimlərimə təşəkkür edirəm."

Əzimli Məsumə Kənan qızı

 
Əzimli Məsumə Kənan qızı 25 oktyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilə Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbdə başlayıb. Hazırda həmin məktəbin ?? şagirdidir.
Məsumə körpəlikdə çox ağlağan bir uşaq olub. Ancaq bununla yanaşı həm də gülərüz bir uşaq olub. Ağladığı yerdə, bir də görürdün ki, gülür. Çox şıltaq, tərs, həm də ağıllı bir uşaq olub.
Məsumə cürbəcür xırda əşyalar, fiqurlar düzəltməyi və rəsm çəkməyi çox sevir. Həmişə oyun oynayanda maraqlı fantaziyalar quraşdırır. Gül-çiçək dərməyi çox sevir. Bir dəfə (bilmirəm haradasa görübmüş), kiçik güldana dərdiyi gülləri qoyub, güldanın aşağı hissəsinə də 1-2 limon qoyaraq natürmort üçün guşə düzəltmişdi. Məktəbə getməmişdən qabaq rus əlifbasının hərflərinin hamısını tanıyırdı, çoxlu şeirlər, nağıllar bilirdi. 2 yaşından 4 yaşına kimi uşaq bağçasına getmişdi. 
4 yaşından sonra məktəbəqədər kurslara gedibdir. Burada da yaşıdlarından iti qavrayışına, verilən materialları tez mənimsədiyinə görə həmişə fərqlənibdir. Məktəbdən əvvəl gimnastikaya da gedib, düz III sinfə qədər gimnastika və üzgüçülüklə də məşğul olub. Ancaq dərslərin yoğunluğundan və məktəbə qarşı məsuliyyətindən dolayı bu il gimnastikaya gedə bilməyibdir. Orada da plastikasına və müəlliminin dediklərinə diqqətlə yanaşdığına görə uşaqlardan fərqlənirdi. Rəqsə də gedib. Pianinoda hərdən özündən qəribə melodiyalar ifa edr. Musiqi məktəbinin skripka sinfində oxusa da bəzi problemlərdən dolayı musiqi dərslərində iştirak edə bilmir. 
Məsumə heyvanları, əsasən də kəpənəkləri çox sevir.
Məsumə: “ - Həyatda ən maraqlı günüm I sinfə getdiyim 15 sentyabr gündür. Həmin günü neçə illərdir çox səbirsizliklə gözləyirdim. Nəhayət həmin gün gəlib çatanda mən çox həyəcanlı və xoşbəxt idim. Artıq mən də məktəbli idim. Nə də olsa böyük bacımla danışmağa ümumi söhbətimiz var idi. Mən də özümü böyük hesab edirdim.
Dərslərimi əla oxuyuram, ən sevimli fənlərim rus və Azərbaycan dilidir.
Uğur və nailiyyətlərə görə özümü valideynlərimə borclu bilirəm. İstəyərdim ki, onlar kimi xeyirxahlıq, mərdlik, geniş dünyagörüşümlə fərqlənim.
İstəyərdim ki, gələcəkdə vətənim Azərbaycan üçün gözəl işlər görüm. Azərbaycanın adını bir vətəndaş kimi yüksəklərə qaldırmağa çalışam.
Çox istəyərdim ki, böyüyəndə savadlı bir həkim olum. İnsanlara təmənnasız xidmət edim. Ona görə həkim olmaq istəyirəm ki, ailəmizdə heç kimi xəstə görmək istəmirəm.
Anam tez-tez bizi Kukla Teatrına və Gənc Tamaşaçılar və Rus Dram Teatrlarına aparır. Bayramlarda (Novruz, Yeni il, uşaq günü) biz həmçinin müxtəlif saraylara getmişik. Orada çoxlu rəqs eləmişəm, şeir demişəm.
Boş vaxtlarımda şəkil çəkməyi və kompyüterdə oyun oynamağı çox xoşlayıram.

Mikayılova Ayan Əli qızı


Mikayılova Ayan Əli qızı 11 iyun 2002-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində dünyaya göz açıb. 2009-cu ildə 187 saylı orta məktəbə gedib. Hazırda 5ç sinfini əla qiymətlərlə bitirib. Maştağadakı 10 saylı Uşaq Musiqi Məktəbində for­tepiano təhsili alır. Yaxın günlərdə məktəb üzrə konsert verməyə hazırlaşır. Kiçik yaşlarından rəqslə məşğul olur. Bir çox televiziya kanallarında çıxışlar edib. Tanınmış müğənnilər arasında çoxlu dostları var. 
Hələ məktəbə qədər o, yazıb-oxumağı bacarırdı. Ayanın beş yaşı olarkən, ilk dəfə televiziyaya çəkilmişdi. O, məşhur bəstəkar Ağabacı Rzayevanın uşaqlığını canlandırmışdı.
Ayan: “ - Əla oxuyuram. Fənləri ayırmağı xoşlamı­ram, hamını çox sevirəm. Üç ildir ki, rəqslə məşğul olduğum üçün məktəbin, eləcə də rayonumuzun demək olar ki, bütün tədbirlərində yaxından iştirak edirəm. Ən yaddaqalan hadisələrdən biri, iyunun 2-də ilk dəfə fortepiano üzrə konsertimdir. Tamaşaçılarla dolu musiqi məktəbinin səhnəsində “Kiçik rondo” əsərini ifa etdim.
Bütün uğurlarıma görə valideynlərim və müəllimlərimə borcluyam. Atam televiziya sahəsində çalışdığından, bu sahəyə marağım böyükdür. Dəfələrlə uşaq verilişlərində iştirak etdiyim üçün gələcəkdə tele-aparıcı olmaq istəyirəm. 
Asudə vaxtlarımda valideynlərimlə Azərbaycanımızın rayon­larını gəzməyi xoşlayıram. Gözəl təbiətimizi öz kamerasıyla çəkərdi.
Az.TV-də “Mən də uşaq olmuşam” verilişində dəfələrlə çəki­lişlər olub. Mənim iştirak etdiyim verilişlərdə Ələmdar Qulu­zadə, Flora Xəlilova və Kərim Kərimov qonaq olmuşlar.”

Əliyev Rəşad Rövşən oğlu

Əliyev Rəşad Rövşən oğlu 28 iyun 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbin şagirdidir. Dərs əlaçısıdır.
Baba, nənə yanında boya-başa çatdığından çox ərköyün uşaq olan Rəşad parkda gəzməyi çox sevirdi. 
Bütün uşaqlar kimi oynamağı, əylənməyi sevsə də təhsilə də maraq göstərib. Məktəbə gedənə qədər bir çox həmya­şıdlarından fərqli olaraq həm yazmağı, həm də 10 dairəsində toplama-çıxmanı öyrənmişdi. Çünki anası 4 yaşından onunla ciddi məşğul olurdu. Elə bütün bu hazırlıqların nəticəsidir ki Rəşad məktəbin I sinfi əla qiymətlərlə başa vurdu. 
Rəşadın təhsil sahəsində əldə etdiyi nailiyyətlərdə, əlaçı şagird kimi formalaşmasında sinif rəhbərinin da­nıl­maz əməyi var. Sinif rəhbəri də öz növbəsində şagirdi barədə yük­sək fikirlər söylədi. Bu gedişlə Elçinin hələ çox nailiyyətlər əldə edə biləcəyindən söz açdı.
Rəşad riyazıyyat və Azərbaycan dili fənlərini çox sevir. Təhsildən əlavə ictimai işlərdə də fəallıq göstərir. Məktəbdə keçirilən Yeni il gecəsində nümunəvi şagird kimi şeir söyləməklə istirak edib. Gələcəkdə polis olmaq istəyən bu oğlan boş vaxtlarında ciz­gi filmlərinə baxmağı xoşlayır. Balaca yaşlarından ondan soruşanda “nə olacaqsan?”, həmişə deyirdi ki, polis olacağam.
Ən çox xoşladığı idman növü futboldur. Boş vaxtlarında test suallarını həll etməklə məşğul olur. 
Gələcək planları məktəbi əla qiymətlərlə başa vurub ali təhsil almaq, savadlı bir şəxs kimi yetişməkdən ibarətdir.

Aytən Vətən qızı Ağayeva



 
Aytən Vətən qızı Ağayeva 8 mart 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində dünyaya göz açıb. Bakı şəhərinin Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbin IX sinif şagirdidir.
Aytən körpəlikdə çox dəcəl uşaq olub. Onun böyüdükdə belə sakit olması valideynlərini və Aytənin uşaqlıq illərini müşahidə edən hər kəsi təəccübləndirir. 
Aytən körpəlikdə əlinə keçən hər hansı bir əşyanı mikrofon əvəzi istifadə etməklə güzgünün qabağında aparıcılıq etməyi xoşlayırdı. Bəzən o qədər şeir deyirdi ki, əlindəki əşyanı almaq üçün valideynləri ona yalvarırdı. Hətta başa düşməsə belə televiziyada bir aparıcı görəndə onu maraqla və sona kimi izləyirdi. Hələ uşaqlıq illərindən bəzən valideynlərinin belə cavab tapmaqda çətinlik çəkdiyi məntiqli suallar verərdi. 
Anası Aynurə xanım: “ - Məktəbdə getdiyi ilk gün çox həyəcanlı idi. Əlindən tutmuşdum və Aytənin əlinin ovucumun içində titrədiyini hiss edirdim. Amma hər dəfə üzümə baxanda gülümsəyirdi. Məktəbə tam hazır idi. Yazmağı və oxumağı bilirdi. Çətinliklə də olsa, hamısını öyrətmişdim. Ancaq savadlı və məntiqli olmasında müəllimlərinin də böyük rolu var.” 
Aytən: “ - Dərslərimi əla oxuyuram. Bütün fənlərdən əla qiymətlər alıram. Ən sevimli fənlərim isə fizika, riyaziyyat və ingilis dilidir. Məktəbimizdə keçirilən Bilik Günü, Beynəlxalq Ana Dili Günü, Xocalı faciəsi, “Narkomaniyaya yox deyək” , Novruz bayramı, Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbirlərin aparıcısı olmuşam. 
Fikirləşirəm ki, həyatımda ən maraqlı və uğurlu gün ilk dəfə məktəbə ayaq basdığım, ilk dəfə parta arxasında əyləşdiyim 15 sentyabr 2006-cı il tarixidir. İlk dəfə məktəb daxilində idman üzrə sual-cavab yarışmasında I yerə sahib olduğum üçün diplom əldə etmişəm. “Unikal” Təhsil Mərkəzində VIII siniflər arasında keçirilən bilik yarışında fərqləndiyimə görə ser­tifikatla təltif olunmuşam. Əldə etdiyim nailiyyətlə­rimə görə valideynlərimə və müəllimlərimə minnət­daram. Çünki onların dəstək və güvəni olmasaydı mən bu nailiyyətlərə sahib ola bilməzdim. 
Fəaliyyətimdən dolayı Yardımlı rayonu Təhsil Şöbəsində aparıcı inspektor işləmiş, işi və bacarığı ilə həmkarlarının, həm də bütün rayon camaatının hörmətini qazanmış Yoldaşxan babama oxşamaq istərdim. Onun kimi xeyirxah, səmimi, hər kəsə əl tutmağı bacaran, heç kəsin qəlbinə dəyməyən, incitməyən birisi olmaq istərdim. 
Gələcəkdə jurnalist və ya iqtisadçı olmaq istərdim. Bunlar mənim uşaqlıqdan bu yana nail olmaq istədiyim arzulardır. Jurnalist olmaq arzusu məndə məktəb tədbirlərində fəal iştirakım və aparıcılıq fəaliyyətimlə bağlıdır. Ümid edirəm ki, bu sənətlərdən birinə mütləq yiyələnəcəyəm. 
Şahmat oyununu bildiyim və oynamağı sevdiyim üçün asudə vaxtlarımda şahmat oynayıram. Bəzən də tarixi əsərlər oxumağa üstünlük verirəm. 
Gələcək planlarım çoxdur. Universteti bitirdikdən sonra əsl peşəkar olmaq istərdim. Tarixdə xeyirxah bir insan kimi qalmaq istərdim. Bunun üçün çarəsiz insanlara kömək etməyi, haqq-ədaləti qorumağı düşünürəm.”

Süleymanova Nəzrin Osman qızı

Süleymanova Nəzrin Osman qızı 9 iyul 2003-cü ildə Bakı şəhərində dünyaya göz açıb. I sinfə Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbə gedib.
Nəzrin körpəlikdə də indiki kimi sakit, sözəbaxan uşaq olub. Lakin sakitliyinə baxmayaraq fəal, dinamik, istedadlı, təhsilə meylli uşaq olub. Kitaba, dəftərə, qələmə həvəsi olan Nəzrin artıq 2-3 yaşlarından şəkil çəkə, yazı yaza bilirdi. Artıq məktəbə gedəndə də hərfləri, rəqəmləri yazmağı bacarırdı və elə bunun nəticəsi idi ki, Nəzrin hazırda sinfin nümunəvi əlaçı şagirdidir. Ailənin böyük övladı olan Nəzrinə bu yolda anası Çiçək xanım çox köməklik göstərmişdir. Xoşladığı məşğuliyyətləar arasında kitab oxumağı, rəqs etməyi, şəkil çəkməyi sadalamaq olar.
Nəzrin: “ - Mən hazırda V sinfi əla qiymətlərlə bitirdim və VI sinfə keçdim. Bütün fənləri sevir, maraqla oxuyuram. Lakin ən sevimli fənlərim Azərbaycan dili, riyaziyyat və ingilis dilidir. İngilis dili üzrə məktəbdə keçirilən olimpiadada I yerə layiq görülmüşəm. Məktəbimizdə keçirilən ictimai tədbirlərdə şeir demişəm, mahnı oxumuşam. Əldə etdiyim bütün uğurlarıma, nailiyyətlərimə görə müəllimlərimə borcluyam. Məktəbi bitirdikdən sonra Tibb Universtetinə daxil olmaq və vətənimə, xalqıma xidmət edən, şəfa verən həkim olmaq istəyirəm. Bu uşaqlıq arzumdur. İstəyirəm ki, bütün şəfaya ehtiyacı olan insanlara kömək edəm.
Asudə vaxtlarımı səmərəli keçirməyə çalışıram. III sinifdə oxuyan qardaşım Fəridə dərslərini hazırlamaqda kömək edirəm. Maraqlı kitablar oxuyuram, vətənimin tarixini öyrənməyə çalışıram. Bu istiqamətdə daha çox atam mənə köməklik göstərir.
Hər bir şagirdin arzusu məqsədinə çatmaq və ona doğru addımlamaqdır. Məqsədim məktəbi əla qiymətlərlə bitirib, ali təhsil almaqdır. Çalışacağam ki, vətənimə, xalqıma yararlı bir şəxsiyyət olum. Gələcək planlarımın içərisində ən başlıcası Azərbaycanı dünya səviyyəsində təmsil etmək, daim bayrağımızı ucaltmaqdır.
Tarixdə savadlı, dünya şöhrətli, şəfalı əlləri ilə tanınan dahi bir həkim kimi qalmaq istərdim.”

Validə Nail qızı Bayramlı

 
Validə Nail qızı Bayramlı 6 aprel 2006-cı ildə Bakı şəhərində anadan olub. Hələ 3 yaşında ikən şəkilli kitablara maraq göstərir, çoxlu suallar verirdi. 4 yaşında ikən Azərbaycan dili kitabındakı bütün şeir və hekayələri əzbər danışırdı. Yazıb-oxumağı bacarmadığı üçün valideynlərinin bir dəfə oxuduğu şeir və hekayələri dərhal əzbərləyirdi. 100-ə qədər saymağı bacarırdı. Toplama və çıxmaya aid məsələ və misalların həllini tez bir zamanda şifahi olaraq söyləyirdi. Validənin təhsilə həvəsini görən atası onunla fərdi məşğul olmağa başlayır. Artıq 5 yaşında yazmağı və oxumağı öyrəndi. Hazırda atası ona III sinif riyaziyyat dərsliyindəki materialları başa salır. Validə bütün bunları asanlıqla qavrayır. Bir sözlə, Validənin çox güclü hafizəsi var. 
Validə: “ - 2012-ci ildə Ələt qəsəbəsindəki E. Rzayev adına 127 nömrəli məktəbin I sinfinə qəbul olmuşam. Hazırda həmin məktəbin II sinfini əla qiymətlərlə bitirmişəm. Dərs əlaçısıyam. Bütün fənlərlə yanaşı riyaziyyat fənnini daha çox sevirəm. Eyni zamanda ingilis dili fənnini də çox sevirəm. Bu dildə danışmağı bacarıram. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edirəm. 20 Yanvar, Xocalı faciəsinin anım günü tədbirlərində iştirak etmişəm. Həkim qız rolunda yaralıların yarasını bağlamışam. Həyatımda ən yaddaqalan günüm I sinfə həvəslə getdiyim gün olub. Bu günü həmişə çox həvəslə gözləmişəm. Uşaq bağçasına gedən yol məktəbin qarşısından keçirdi. Məktəbə gedən uşaqları görəndə, məktəbə gedəcəyim günün tez gəlməsini arzulayırdım. 
Ən uğurlu günüm qalibiyyət qazandığım günlər olub. Həm məktəbdaxili, həm də Sahil qəsəbəsindəki “Yeni Şəfəq” Tədrisi Mərkəzi tərəfindən fəxri fərmanlar almışam. 31.05.2013-cü ildə I, 31.05.2014-cü ildə II sinfi əla qiymətlərlə bitirdiyimə görə oxuduğum məktəb, 16.03.2014 və 18.05.2014-cü ildə isə “Yeni Şəfəq” Tədris Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olunmuşam. 
Arzum böyüyəndə ya həkim, ya da müəllim ol­maqdır. Körpələri müalicə etmək mənim üçün ən sevimli peşədir. Televiziya kanallarında Xocalı qır­ğı­nında günahsız körpələrin vəhşi cəlladlar tərəfindən işgəncəli ilə öldürüldük­lə­rini gördükdə, düşünürəm ki, kaş həkim olaydım, o körpələrin harayına çataydım, onların yaralarını müalicə edib həyata qaytara biləydim. Həkimlik peşəsinə sevgi məndə o vaxtdan oyanıb. Asudə vaxtlarımda kiçik bacım Cəmilə ilə məşğul oluram. Ona hərfləri, saymağı öyrədirdəm. Mən müəllim, o da şagird olur. Müəllimlik peşəsini də çox sevirəm. Ona görə də bacımla tez-tez “müəllim-şagird” oyunu oynayıram. Bu iki peşəni çox sevirəm. Ona görə də hələ seçim edə bilmirəm. Yəqin ki, böyüdükcə fikirlərim formalaşar, bir nəticəyə gələrəm. 
Əgər həkim olsam, adlı-sanlı şərəflə öz həkimlik borcunu xəstələrə həsr etmiş, əsl Hippokrat adına layiq görülmüş həkimlərimizə, müəllim olsam həm atama, həm də öz müəllimim Ziyarət müəllimə oxşamaq istərdim. Bunun üçün çalışacağam ki, həmişə birinciliyi əldə saxlayım.”
Validə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə qəbul olmaq istəyir. Validə əldə etdiyim nailiyyətlərə görə həm müəllimlərinə, həm də valideynlərinə borclu olduğunu deyir.

Əliyev Ələkbər Namiq oğlu

 
Əliyev Ələkbər Namiq oğlu 2000-ci il avqustun 11-də Bakı şəhərində dünyaya gəlib.
Uşaqlıqda özünü yaşıdlarından daha böyük və ağıllı aparırdı. Ona uşaq kimi yanaşdıqda acığı gəlirdi. Ona verilən suallara fikirləşərək sakit səslə cavab verirdi. Təmkinli, həssas, ünsiyyətə gec qoşulan uşaq idi. Oyuncaqları söküb yenidən quraşdırmağı xoşlayırdı. Məktəbə gedənə qədər çoxlu şeir əzbərləmişdi. Kompyüter proqramlarını bilir və kompyüterlə bağlı problemləri həll edirdi.
Ələkbər orta təhilə 146 saylı orta məktəbdə başlayıb. I-II sinifləri burda oxuduqdan sonra III-VI siniflərdə təhsilini 141 saylı orta məktəbdə davam etdirib. VII sinifdən Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbdə oxuyur. Bütün təhsil boyunca əlaçı və seçilən şagirdlərdən olub. Ələkbər rus bölməsində oxuyur.
Ələkbər: “ Bu qədər fənni tez bir zamanda oxumağım valideynlərimi təəccübləndirir. Lakin müəllimlər bunu yaddaşımın möhkəmliyi və itiliyi kimi qiymətləndirirlər. Cəbr, həndəsə, kimya, fizika, biologiya və ingilis dili sevdiyim fənnlərdir.
Mənim üzərimdə haqqı olan hər bir insana, dərsdəki uğurlarıma görə müəllimlərimə, bir də əlbəttə ki, valideynlərimə minnətdaram. Gələcək fəaliyyətimdə Bill Geytsə oxşamaq istərdim. Hansı sənət sahibi olsam sıradan bir işçi olmaq istəmirəm. O sənətin mükəmməl bilicisi olmaq, onun zirvəsini fəth etmək istəyirəm.
Gələcəkdə uçuş mühəndisi, neft mühəndisi və ya kompyuter mühəndisi olmaq istərdim. Çünki göylər geniş, yerlər dərindir. Onların qatlarını kəşf etmək istəyirəm.
Asudə vaxtlarımda idmanla, kompyüterlə məşğul oluram.
Yüksək balla arzuladığım akademiyaların birinə daxil olmaq istəyirəm. Balımın çatdığı yerdə yox, arzuladığım yerdə təhsil almaq niyyətindəyəm. Tarixin yaddaşında ədalətli, xeyirxah və hansı bir kəşf etmiş insan kimi qalmaq istəyirəm. Bunun üçün indilik mənim vəzifəm yalnız və yalnız oxumaqdır.”

Qurbanzadə Niyaməddin Nurəddin oğlu

Qurbanzadə Niyaməddin Nurəddin oğlu 28 dekabr 2004-cü ildə Bakı şə­hə­rində dünyaya göz açıb. Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbin IV sinif şagirdidir. Körpəlikdə Niyaməddinin ən çox xoşladığı məş­ğu­liyyət silah və maşınlarla oynamaq olub. Ümumilikdə isə maraq dairəsi geniş idi. Konst­ruk­torla müxtəlif ti­kililər qur­maqla məşğul olub. Ana­sı da onunla çox məş­ğul olurdu. Riyazi və məntiqi tapşırıqları çox hə­vəslə həll edirdi. Niyaməddinin çox gözəl şəkil çək­mək ba­ca­rığı var. Kiçik yaşla­rın­dan şəkil çəkməyi sevir. İndi də çox maraqlı və fantaziyalı şəkillər çəkir.
I sinifdən dərs əlaçısıdır. Ən sevimli fənləri riyaziyyat, Azərbaycan dili və rəsmdir. Hər il məktəbdə keçirilən təd­bir­lərdə fəal iştirak edir. Əlifba bayramında, Yeni il tədbirində Şaxta Baba rolunda, Novruz bayramı ilə bağlı hazırlanan tədbirdə isə şeir söyləməklə iştirak edib. Rəsm müsabiqələrində, fənn olimpiada­larında fəal iş­ti­rak edib.
Uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və müəllim­lə­ri­nə borclu hesab edir. Müəlliminin onun üzə­rin­də böyük əməyi olduğunu həmişə qeyd edir.
Niyaməddin böyüyəndə məşhur həkim olmaq istəyir. Çünki insanları sağaltmağı, onları həyata qaytarmağı şərəf hesab edir. Atası həmişə ona maraqlı konstruktorlar alır və Niyaməddin çox çətin olanların da öhdəsindən gəlir.
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi, aşıq mahnılarına qulaq asmağı və at minməyi xoşlayıram.