elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 октября 2014 г.

Aysel Ədalət qızı Hüseynova

Ayselin adını bibisi Sevinc xanim qoyub. Körpəlikdə sakit və bacarıqlı uşaq olub Aysel. Güclü yaddaşı və özünəməxsus fikirlər ilə həmyaşıdlarından fərqlənib. Məktəbə gedənə kimi yazmağı, oxumağı anasının köməyi ilə öyrənib. Adətən qız uşaqlarının marağı gəlincik olduğu halda Aysel heyvanlarla oynamağı sevirdi.
Aysel Ədalət qızı Hüseynova 30 noyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.1998-ci ildə Naxçıvan şəhər Azər Tağıyev adına 17 saylı orta məktəbin I sinifinə gedib və 2009-cu ildə həmin məktəbi bitirərək yüksək balla Naxçıvan Dövlət Universitetinin Xarici dillər və beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. 2010-cu ildə bakalavr pilləsində təhsilini uğurla başa vuraraq Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.
Ayseli dinləyək: “ - Orta məktəbi və universiteti yaxşı və əla qiymətlərlə başa vurmuşam. Sevdiyim fənnlər xarici dil, Azərbaycan dili və riyaziyyat olub. Heydər Əliyev haqqında konfranslarda, konstitusiya yarışmalarında, qeyri-ixtisas fənnləri yarışmalarında I və II yerlərə layiq görülmüşəm. IX sinifi fərqlənmə ilə bitirmişəm. Həyatımın ən uğurlu günü ali məktəbə qəbul olduğum və ana olduğum gün olub.
Universitetdə oxuduğum müddətdə koreya, ingilis və rus dillərini öyrənmişəm.
Bütün nailiyyətlərimə görə valideynlərimə və müəllimlərimə borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Ən böyük arzularımdan biri isə Xarici İşlər Nazirliyində işləməkdir. Peşəkar həyatımda isə Heydər Əliyev mənimçün ideal diplomatdır.”

Xoşbəxtliyi saglamlıqda, ailədə və keyfiyyətli işdə görən Ayselin əsas arzularından biri də xarici ölkələrdə təkmilləşmək və Azərbaycanı xaricdə təmsil etməkdir.

23 октября 2014 г.

Nərmin Ağalar qızı Şahmarzadə

 
Günü-gündən gözəlləşən və daim inkişaf edən Azərbaycanın intellektli, yüksək erudisiyalı yeniyetmələrindən biri də Nərmin Ağalar qızı Şahmarzadədir. 31 yanvar 1999-cu ildə Bakı şəhərində dünyaya göz açan Nərminin valideynləri onun gəlişini səbirsizliklə gözləmiş, gələcəkdə uğur qazanacağına inanmışlar. Həyat məhz onların düşündüyü kimi oldu.
Nərmin doğulduğu andan hər kəsin sevimlisinə çevrildi. Valideynləri qeyd edir ki, Nərmin digər uşaqlardan fərqli olaraq həkimlərdən nəinki qorxur, onları sevdiyini söyləyir, gələcəkdə həkim olacağını deyirdi.
Çoxlu suallar verən və cavab almayınca sakitləşməyən Nərmin, məktəbdə öz fəallığı ilə seçilir, rəssamlıq, toxuculuq, bədii qiraətlə məşğul olur. Hələ məktəbə getməzdən əvvəl oxuyub yazmağı oyrənib, məktəbdə isə hər zaman öndərliyi ilə seçilmişdir. Nərmin çəkdiyi rəsmləri və toxuduğu bir-birindən gözəl əşyalardan şəxsi muzeyini yaratmış və bu günə qədər saxlamışdır. Nərminin bu qədər fəallığı və təhsilə həvəsli olmasında atasının da rolu az deyildir. Onu hər zaman irəlidə görmək arzusu ilə Ağalar müəllim daim övladına dəstək olmuş, bilmədiklərini öyrətməklə irəlidə olmağa həvəsləndirmişdir.
Orta təhsilə 64 saylı məktəbdə başlayan qəhrəmanımız hazırda təhsilini Maştağa qəsəbəsindəki Ə. Vahid adına 293 saylı məktəbdə davam etdirir. Nərmin uşaqlıq həvəsinin arxasınca gedir və həkim olmağa hazırlaşır. Məktəbdə bütün fənlərdən əla qiymətlər alan Nərminin sevimli fənləri fizika, ingilis dili, riyaziyyat, tarix və biologiyadır.
Nərmin məktəbdə keçirilən bütün tədbirlərdə səlis nitqilə aparıcı kimi iştirak edir. Eyni zamanda fənn olimpiadalarında I və II yerlərə layiq görülmüşdür.
Nərmində natiqlik qabiliyyətinin formalaşmasında oxuduğu əsərlərin də rolu az deyildir. Daha çox dedektiv əsərlərini sevsə də digər janrları da həvəslə oxuyur.
Nərmin gələcəkdə vətənini dünya miqyasında təmsil edərək adını tarixə qızıl hərflərlə yazdırmaq istəyir. Azərbaycanın ən görkəmli həkimlərindən biri olmaq, rus, ingilis, fransız, italyan, alman dillərini öyrənmək onun gələcək planlarına daxildir.

Biz də inanırıq ki, Nərmin gələcəkdə adını tarixə yazacaq şəxsiyyətlərdən biri olacaqdır...

21 октября 2014 г.

Yusif Vüqar oğlu Salikov

Yusif Vüqar oğlu Salikov 20 avqust 2001-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Kiçik yaşlarindan idmana böyük maraği olub. Elə indi də onun idmana həvəsi və bu sahədəki uğurları heç də az deyil. Yusif məktəbə getməmişdən əvvəl oxumaği və yazmaği cox yaxşı bacarırdı. Ona bütün bu keyfiyyətləri anası və babası öyrətmişdir.
O ilk təhsilini Ucar rayon Qazıqumlaq kənd 1 sayli orta məktəbdə almişdir. Hazırda həmin məktəbin VIII sinif şagirdidir və məktəbin qabaqcılları siyahısındadır. Yusif idmanla, incəsənətlə maraqlanir. İdmana marağı onu bu yaşlarinda yüksək zirvələrə qaldirmişdir. O məktəbdə keçirilən tədbirlərdə dəfələrlə iştirak etmişdir. Bu siyahiya Novruz şənlikləri, Yeni il tədbirləri, rəqs müsabiqələri, şeir musabiqələri və s. gözəl və bir-birindən maraqlı tədbirləri göstərmək olar.
Yusif ölkəmizdə keçirilən bir çox idman tədbirlərində iştirak etmiş və hər dəfəsində yüksək nəticələr əldə etmişdir.
O Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş dzyü-do üzrə yarışda II yerə layiq görulmüş və diplomla təltif olunmuşdur. Bundan başqa Əlbəyaxa Döyüş Federasiyasının kontakt-karate idman növü üzrə Çingiz Mustafayevin 53 illiyi münasibətilə keçirdiyi yarışda II yerə iayiq görülüb və diplomla mükafatlandırılıb. Onun uğurlarini saymaqla bitməz desək yanılmarıq.
Bütün bunlarla yanaşi o dərslərini də yaddan cıxarmir. Boş vaxtlarını rəsm çəkmək və mütaliə etməklə keçirir. 
Gələcəkdə qara kəmərə layiq gorülməyi qarşısına məqsəd qoymuşdur.

Qazandiği bütün uğurlarina görə isə anasına və daim yanında olan babasına borclu bilir özünü. Universitetə daxil olmaq, ali təhsil almaq onun əsas planlarından biridir. O gələcəkdə yol polisi işçisi olmaq istəyir. Bildirir ki qanunlari çox bəyənir və təhlükəsiz həyat üçün qanunlara əməl etmək lazımdır. Özünü daha da təkmilləşdirmək və uğurlarını artırmaqla tarixin yaddaşında qalmaq istəyir.

Almaz Ərrəhman qızı Əhmədova

Almaz Ərrəhman qızı Əhmədova 1 iyun 2002-ci ildə Ağdaş şəhərində doğulub. Ağdaşda S. Vurğun adına şəhər tam orta məktəbin VII sinfində təhsil alır. Almaz körpəlikdə çox sakit, maraqlı və eyni zamanda kök uşaq olub. Ən çox maraqlandığı məşğuliyyət barmaqlarını oynatması olub. Anası Dilşad xanım ali təhsilli olduğu üçün və eyni zamanda bacısı Şəlalə məktəbdə təhsil aldığı üçün Almaz məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Orta məktəbdə kimya, biologiya fənlərinə hədsiz marağının sayəsndə evdə kiçik təcrübələr aparmağı sevərdi. Təhsil aldığı S. Vurğun adına orta məktəbin direktoru Natella xanımın Almaz barədə dedikləri: “ - Almaz məktəbdə öz qabiliyyəti, savadı və tərbiyyəsi baxımında digər şagirdlərdən seçilir. Mən inanıram ki, Almaz tək məktəb həyatında deyil, eyni zamanda bütün həyatı boyunca bu xüsusiyyətlərinə hər zaman sahib çıxacaq.”
12 yaşlı Almaz eyni zamanda rayonda keçirilən "Novruz", "Yeni il" şənliklərində fəal iştirak edir. Almaz yaşına görə hələ az həyat yaşamasına baxmayaraq bu vaxta qədər həyatında ən çox sevdiyi hadisəni belə söylədi: “ - 15 sentyabr 2008-ci ildə ilk dəfə I sinifə getdim. Və həmin gün sinifdəki şagirdlər arasında ən çox səsi toplayaraq sinif nümayəndəsi seçildim.”
Almaz 2011-ci ildə "İlin şagirdi" və 2013-cü ildə fənnlər üzrə yarışın qalibi olub.
Uğurlarına  görə anası Dilşad xanıma borcludur. Fəaliyyətlərindən dolayı atası Rəhman bəyə oxşamaq istəyir. Rəhbər işlərdə işləmək məqsədi ilə idarəçilik akademiyasında oxuyub, akademiyanı yüksək nəticə ilə bitirərək  dövlət orqanlarında çalışmaq istəyən azyaşlı Almaz bu fikrə 2014-cü ilin yanvar ayından düşüb.
Asudə vaxtlarında kitab oxumağı və rəsm çəkməyi sevir. Ən böyük arzusu dövlət orqanlarında işləməkdir. Azyaşlı olmasına baxmayaraq Almaz şəxsiyyət kimi tarrixin yaddaşında xeyirxah əməlləri və fəaliyyətləri ilə qalmaq istəyir. Onu da qeyd edək ki, Almaz həm də rəsm çəkmək qabiliyyəti ilə seçilir. Onun rəsm əsərləri 4 oktyabr 2014-cü ildə "REGİON"TV-də nümayiş etdirilib.

16 октября 2014 г.

Manafov Aydın Babək oğlu

Bu gün ölkəmiz və xüsusilə də ölkə idmanı durmadan inkişaf edir. Ölkəmizin inkişafi Aydın kimi isdedadlı gənclərdən asılıdır. Aydın da ölkəmizin və öz gələcəyinin çiçəklənməsi naminə idmana marağı, istedadı sayəsində sözün yaxşı mənasında inkişafa can atır.
Manafov Aydın Babək oğlu 2002-ci ilin qızıl payiz ayı oktyabrın 4-də Ucar rayonunun Qazıqumlaq kəndində dunyaya göz açmişdir. O kiçik yaşlarinda xususi istedada malik olmuş, durmadan yeni oyunlar kəşf etmiş, rəsmlər çəkmişdir. Yazmağı və oxumağı anası ona oyrətmişdir.
Aydında idmana maraq elə uşaqlıq yaşlarında yaranmışdır. Aydin doyuş filmlərindəki kimi özünü hiss edirdi və məşhur aktyorların hərəkətlərini yerinə yetirməyə çalışırdı. Bu gün Aydın ölkəmizi istənilən beynəlxalq yarışda təmsil edə biləcək namizədlərdən biridir.
Aydının uğurlarını saymaqla bitirmək olmaz. O ölkəmizin bir çox şəhərlərində keçirilən respublika əhəmiyyətli, rayonlararası, zonalararasi yarışlarda və s. kimi əhəmiyyətli idman tədbirlərində iştirak etmişdir. Aydin daim iştirak etdiyi turnirlərdən doğma kəndi Qazıqumlağa muxtəlif medal, kubok, sertifikat, diplom və tərifnamələrlə qayıtmışdır. Gəncə, Bakı, Göyçay, Ucar, Yevlax, Mngəçevir, Şəki, Ağdaş və s. şəhərlərdə keçirilən bir çox idman yarışlarında iştirak etmişdir. Bunların nəticəsi olaraq o Qazıqumlaq kənd 1 saylı tam orta məktəbin və bütünlukdə rayonun fəxrinə çevrilmişdir.
Aydın - yaxşı idmançı olmaq üçün təkcə güc kifayət deyil - deyir. Bunun üçün həm də öz ana dilini və tarixini dərin bilmək lazım olduğunu bildirir. Elə buna gorə də Aydının ən sevimli fənni Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixidir.
Aydın həm də incəsənətlədə məşğul olur. İncəsənət və idman bir-birindən çox fərqlənsələr də daim yaradıcı olan insan ruhu bu fərqliliyi aradan qaldirir. Aydın musiqini çox sevir və boş vaxtlarında tar və nağara ilə məşğul olur. Eyni zamanda muxtəlif şeirlər, hekayələr oxumaği çox sevir.
Qəhramanımızın istəkləri durmadan böyüyür və gələcəyin vicdanlı polis işçisi olmaq üçün durmadan çalişir.

Aydın əldə etdiyi bütün nailiyyətlərə görə atasına və müəlliminə borclu oldugunu bildirir.

10 октября 2014 г.

Rüstəm Ədalət oğlu Hüseynov

Ailənin ilk övladı olan Rüstəmin adını atası qoyub. Bu ad tarixi bir qəhrəmanın adıdır. Elə adının mənası da igid, yenilməz deməkdir. Rüstəm məktəbə gedənə qədər hərfləri tanıyır, amma yazıb-oxumağı bilmirdi. Hələ 4-5 yaşında böyük həcmli şeirləri əzbərdən deyərdi.
Rüstəm Ədalət oğlu Hüseynov 18 avqust 1988-ci ildə Naxçıvan şəhərində anadan olub.1995-ci ildə Naxçıvan şəhərindəki Azər Tağıyev adına 17 saylı orta məktəbin I sinifinə gedib və 2006-cı ildə həmin məktəbi bitirərək yüksək balla Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsinə qəbul olub. Rüstəm hələ orta məktəbdə dərslərini əla oxumuş, sinif nümayəndəsi olmuşdur. Müxtəlif viktorinalarda iştrak etmiş, idman və fənn yarışmalarında I yerlərə layiq görülmüşdür. Sevimli fənnləri isə riyaziyyat və coğrafiya idi.
2010-cu ildə bakalavr təhsilini başa vuran Rüstəm Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.
Elə həmin il hərbi xidmətə gedib. Xidmətdə olduğu müddətdə bütün döyüş qaydalarını, bir çox silahlardan istifadə etməyi öyrənib. 2011-ci ildə nümunəvi xidmətinə görə təşəkkürnamə ilə xidməti başa vurur. Və magistr təhsilinə davam edir, son kursdadır. Hazırda UNİBANK-da kredit mütəxəssisi işləyir. İşindən əlavə idmanla da (futbol) məşğul olur.
Rüstəm ali məktəbdə oxuduğu dövrlərdə də bir çox uğurlara imza atıb. İctimai işlərdə fəallığı və uğurlarına görə bir neçə dəfə mükafatlandırılıbdır. 2009-cu ildə Rüstəm universitet tərəfindən Mədəniyyətlərarası Mübadilə Proqramı çərçivəsində iyun ayından oktyabr ayınadək Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Vaşinqton, Nyork, Virciniya, Çikaqo şəhərlərində olmuşdur.

Rüstəm: “ - İxtisasımı seçməkdə məqsədim Azərbaycanın dinamik inkişafıdır. Həyatımda heç kimə oxşamaq istəməmişəm. Arzum gələcəkdə iqtisadi inkişaf naziri olmaqdır.”