elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июня 2018 г.

Əsgərli Müjdə Nur Arzuman qızı

Gələcəyin diplomatı Əsgərli Müjdə Nur Arzuman qızı 07.06.1996-cı ildə Bakı şəhərində anadan olub. Təhsilinə 246 nömrəli məktəbdə başlayıb, sonralar İntellekt özəl təhsil müəssisəsində, Western Junior məktəbində və 83 nömrəli məktəb-liseyində təhsilini başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin ikinci kurs tələbəsidir. Müjdə Nur Azərbaycan, rus və ingilis dilini əla bilir fransız dilini isə öyrənir. Aktiv və məsuliyyətli  tələbə olduğu kimi eyni zamanda  savadlı tələbə olması ilə də fərqlənir və əlaçı təqaüdü alır. Sevimli fənni ingilis dilidir. 2011-2012-ci illərdə Binəqədi rayonunda ingilis dili üzrə fənn olimpiadalarında I yerin qalibi olduğu üçün diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Dövlət İqtisad Universitetində “Nə? Harada? Nə zaman?” həftəlik yarışlarında iştirak edir. Hazırda iştirak etdiyi komanda yarışlarının lideri olan Müjdə Nur hər zaman öz komandasına uğur qazandırır və onun komandası bu yarışların qalibi olmuşdur.
Formula-1 yarışlarında könüllü kimi iştirak edib, bununla da öz aktivliyini isbat etmişdir.Gənc diplamat əldə etdiyi uğurlara görə ADA Universitetində Akademik və Peşəkar Məqsədlər üzrə ingilis dili proqramında müəllim işləyən xalası Səbinə Hüseynovaya özünü borclu bilir və gələcəkdə əməksevərliyinə görə ona oxşamaq istəyir. Gələcəkdə Azərbaycanı Birləşmiş Millətlər Təşkilatında təmsil etmək məqsədi var.
Diplomat olmaq arzusu isə məktəb illərindən Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uğurlu ictimai-siyasi fəaliyyətini izləməsindən irəli gəlmişdir.
Müjdə Nur boş zamanlarını dünya ədəbiyyatını oxumaqla və psixologiya ilə araşdırmalarla keçirir.Gələcək planlari təhsilini tam başa vurmaq və Heydər Əliyev Fondunda və ya Xarici İşlər nazirliyində əmək fəaliyyətinə başlamaq üçün müsabiqələrdə iştirak etməkdir. Vailieynlərinin sözlərinə görə körpə yaşlarından SSRİ dövründə çəkilmiş cizgi filimlərinə baxmağa hədsiz maraq göstərib.
Ailədə Azərbaycan dilində danışılmasına baxmayaraq atasının aldığı rus dilində cizgi filimləri disklərinə baxmaqla beş yaşına qədər rus dilini tam öyrənmiş, ləhcəsiz danışmışdır.
Biz də gələcəyin diplomatına məqsədlərinə çatmagı arzu edirik.

Комментариев нет:

Отправить комментарий