elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 января 2018 г.

Şərifli Səkinəxanım Şamil qızı


Şərifli Səkinəxanım Şamil qızı 19.07.2008-ci ildə Bakı şəhərində anadan olub. Səkinəxanım körpəlikdə çox aktiv, əyləncəni sevən, hər zaman axtarışda olan uşaq olub. O, daha çox rəngli kitablara, jurnallara və cizgi filimlərinə maraq göstərib. Səkinəxanım həmişə televizorda, kitablarda gördüyü personajları  əsərlərində təsvir edib. Məktəbə gedənə qədər şəkillər əsasında hərfləri tanımağa başlayıb və az bir müddət ərzində tam sərbət şəkildə oxumağa başlayıb. İkinci sinifdə oxuyan zaman 1dəqiqə ərzində 124 söz oxuyub. Rəssamlığa həvəsi 3-4 yaşından başlayıb. Evin divarlarında rəsmlər çəkib. Atasının rəssamlığa olan həvəsi Səkinəxanımda da rəssamlığa maraq oyadıb. İlk rəsmlərini çəkərkən atası ona çox kömək edib. Şərifli Səkinəxanım Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbdə təhsil alır. Səkinəxanım sinif rəhbəri Mustafayeva Azadə müəllimdir. O, tez-tez Səkinəxanımın əl işlərini sinifdə nümayiş etdirir. Uşaqlarda rəsmə marağı daha da artırır. Dərslərini əla qiymətlərlə oxuyur. Bütün fənlərə çox məsuliyyətlə yanaşır. Səkinəxanımın ən sevimli fənləri başda riyaziyyat olmaqla, Azərbaycan dili, həyat bilgisi, İngilis dili, təsviri incəsənətdir. O, hal-hazırda İnci mədəniyyət evinin rəssamlıq kursunda rəssamlığın sirlərini öyrənir, bacarığını, istedadını daha da artırmağa çalışır. Səkinəxanım əldə etdiyi uğur və naliyyətlərə görə  ona rəsm çəkməyi öyrədən Aydan müəllimə və valideynlərinə borcludur. O, fəaliyyəti dolayı atasına və Aydan müəllimə oxşamaq istəyir. Gələcəkdə tanınmış rəssam olmaq arzusundadır. Səkinəxanımın ən böyük hədəfi Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır. O, rəsm əsərlərinin tanınmış sərgilərdə nümayiş olunmasını istəyir. Səkinəxanım peşəkar rəssam olduqdan sonra heykəltaraşlıqla məşğul olub, rəssam modelyer dizayner olmaq niyyətindədir. Artıq iki ildir ki, bu fikirə düşüb. O, asudə vaxtlarında rəsm çəkməyi, buz üstündə sürüşməyi, kitab oxumağı və xarici musiqilərə qulaq asmağı sevir. Səkinəxanım canlandırdığı rəsm əsərlərində daha çox mənzərələrə, təbiəti əks etdirən rəsmlərə üstünlük verir. Onun fikrincə peyzaj janrında çəkilən rəsmlər insana hüzur verir. Səkinəxanım ən çox boşqab və kətan üzərində işləməyi sevir. O, gələcəkdə biri-birindən möhtəşəm sənət əsərləri yaratmaq, tarixin yaddaşında tanınmış rəssam olaraq qalmaq istəyir. Səkinəxanım 2017-ci ilin fəvral ayının 19-da ARB günəş kanalında “Biz gələcəyik”verlişinin iştirakçısı olub. Çəkdiyi rəsmlər bu verliş vasitəsi ilə bütün Azərbaycana yayımlanıb.

25 января 2018 г.

Abışova Solmaz Murad qızı

Abışova Solmaz Murad qızı 26 dekabr 2006-ci ildə  İmişli şəhərində  anadan olmuşdur. Solmaz çox sakit uşaq olub, musiqini çox sevib, hər növ musiqiyə uyğun rəqs edirdi. 3 yaşında bir nəfəsə o qədər şeir deyirdiki hamı məətəl qalırdı. Bildiyi şeirlərin sayı hesabı yox idi. Məktəbə gedməmiş hərfləri tanıyırdı . Rəqs etməyi çox sevib, aktiv bir uşaq olub . Şəkil çəkməyi, nə isə kəsib düzəltməyi, aplikasiyanıçox sevirdi. Orta məktəbə Bakı şəhəri Xətai rayonu 55 saylı tam orta məktəbdə başlamışdır. Dərslərin yaxşı oxuyur. Müəlliməsinin sevimli şagirdidir. Ən sevdiyi fənn riyaziyyat fənnidir. Məktəbdə keçirilər hər bir tədbirdə iştirak edir. Şeir deyir, rəqs edir, mahnı oxuyur. Səhnəciklər qurur.İncəsənət muzeyində Novruz bayramına aid tədbirdə iştirak edib. Moda müsabiqəsində iştirak edib. Şeir müsabiqələrində, bilik yarışmalarında iştirak edib, bir necədiplomlara layiq görülüb.V sinifdə oxuyarkən məktəbdə keçirilən bilik yarışmasında diplomla təltif olunmuşdur.II sinifdə oxuyarkən ilin ən yaxşı şagirdi adına layiq görülmüşdür və s. bir çox  yarışlarda iştirak etmişdi.Əldə etdiyi uğurlara və onun üçün hər şəraitiyaratdıqları üçün valideynlərinə minnətdarlığını bildirir. Gəlcəkdə isə ali təhsil alaraq Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyir. Babası kimi cərrah olaraq, xəstə insanlara kömək olmaq istəyir. Böyüdükdə isə özünə məxsus klinika açmaq istəyirə Boş vaxtlarında isə rəqs etməyi və səhnəciklər qurmağı sevir. Bizdə öz növbəmizdə bu cür tərbiyəli, savadlı, dünyagörüşlü, vətənimizə, cəmiyyətimizə layiqli övlad  böyütdükləri üçün  Solmazın valideyinlərinə minnətdarlığımızı bildiririk. İstedadlı müsahibimizə uğurlar arzu edirik, yolun açıq olsun  deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

24 января 2018 г.

Məmmədov Rəvan Məmmədağa oğlu

Məmmədov Rəvan Məmmədağa oğlu 2008-ci il may ayının 26-sı Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. Kiçiklikdən etibarən Rəvan çox sakit, ağıllı, sözəbaxan, mehriban və səmimi bir uşaq olub. Uşaqlıqdan vaxtını ailəsi ilə birlikdə keçirməkdən xoşu gəlir.Ailədə daha çoxbabasına bağlı olan Rəvan onunlabirgə olmağı sevir. Birlikdə söhbətlər edir və kamera ilə çəkiliş aparırlar. Məktəbəqədər dövrdə dil qaydalarını və riyazi əməlləri bacarırdı. Bu işdə ona ailəsi və hazırlıq müəlliməsi kömək etmişdi. Müsahibimiz Qaradağ rayonunda yerləşən E. Rzayev adına127 saylı tam orta məktəbdə təhsil alır.İlk əvvəl Rəvan məktəbə getməkdən çəkinirdi, o dərslərin öhtəsindən gələ bilməyəcəyini düşünürdü. Lakin şagirdlərinə ana qayğısı, səbr vəmehribanlıqla yanaşan Yeganə müəllimə Rəvanın bu qorxusunu yox etmiş və ona hər zaman dəstək olmuşdur. Rəvanda hər zaman dərslərini yaxşı oxumuşdur. Hal-hazırda da sinfin əlaçı şagirdidir. Ən çox sevdiyi fənlər isə riyaziyyat və həyat bilgisi fənnidir. Kainat Tədris Mərkəzində keçirilən “Bilik yarışında” uğurlu çıxışına görə tərifnamə ilə təltif olunmuşdur. Eyni tədris ilində 127saylı məktəbdə müvəffəqiyyətinə və nümunəvi davranışına görə tərifnamə ilə təltif edilmişdir.İstedadlı müsahibimiz dərslərini yaxşı oxuyub bilik yarışmalarında iştirak etməklə yanaşı, idmanda da uğurlar qazanmışdır. Kempo idman növü ilə məşğul olur. İdmanı çox sevir. 28 may “Respublika günü” nə həsr olunmuş Kempo Full və Kempo Submişn Gi üzrə Respublika turnirində 6-7-8 yaşlılar arasında I yeri tutmuş və diplom qazanmışdır. Azərbaycan Kempo Federasiyası tərəfindən keçirilən yarışda II dəfə 9-10-11 yaslılar arasında III yeri qazanmış və sertifikat almışdır. III dəfə isə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Kempo Federasiyası Full versiyasında 9-11 yaş 25 kq çəki dərəcəsində I yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Rəvanahəyatında hər bir işinin rəvan getməsini arzu edirik. Gələcək yolun işıqlı və açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!

Zərbəli Yusuf İlham oğlu


Zərbəli Yusuf İlham oğlu 2 yanvar 2008-ci ildə Sabirabad rayonu Qaratəpə kəndində dünyaya gözlerini  açıb.Yusuf uşaqlığından etibarən çox sakit, mehriban,ağıllı və səliqəli uşaq olub. O, 1 yaşında danişmağa başlayib.Yaş yarımında isə o artıq şeirlər, nağıllar, hətta "Qurani Kərimdən"  surələri əzbər bilirdi. Anası İlahə xanım Yusuf ilk dəfə A-hərifini yazanda çox sevinmişdi. Bu zaman onun hələ üç yaşı var idi. Məktəbə getməmişdən əvvəl oxumağı və yazmağı bilirdi. Məktəbəqədər hazırlıqda indiki sinif rəhbəri Heyderova Zerife müəllimə məşğul olub. Orta məktəbə  gündən 25 saylı tam orta məktəbdə təhsil alır. Onun sinif yoldaşlari ilə mehriban olmagi, qızlara qarşı olan  münasibəti, onun sinifdə hər kəsdən fərqləndirir. Yusuf daim dərslərdə fəal iştirak  edir. Məktəbə gecikmeyi, aşağı qiymətlər almağı heç xoşlamır. Ən çox sevdiyi fənlər riyaziyyat, ingilis dili birdeki heyat bilgisidir. Tez - tez bilik yarışmalarında iştirak edir. Boş vaxtlarında  şaşqi oynamağı, məntiqi testler edərək dəyərləndirilir. Ən çox sevdiyi məşğuliyyət  ise atası  ilə futbol oyunlarını izləməkdir.Həyatının ən sevincli günləri ailəsi ilə  keçirdiyi istirahət günləridir.Çünki atasi İlham bəy  yay tətillərinidə  ailəsini  Azərbaycanın gözəl guşələrində gəzdirir. Qışda isə tez - tez kinoya, teatra eylence mərkəzlərinə aparır. Uğurlarında valideyinlərinə çox borcluyam.Valideyinləri  övladlarının təhsili, gələcəyi üçün çox əziyyət çəkirlər.Həmçinin müəllimələrinində  böyük rolu olduğunu qeyd etdi. Sinif rəhbəri Zərifə müəllimə və ingilis dili müəlliməsi Göyüşova Əminə  müəlliməyə ona hər zaman dəstək olduqları  üçün minnətdarlığını bildirdi.Həyatdakı idealı atasıdır. Yusuf atasına bənzəmək istəyir. O qeyd etdiki, atasına söz verib ki, oxuyub çox savadlı cərrah olacaq.Təhsilini xaricdə davam etdirmek istəyir. Gələcəklə bağlı çox böyük planları var. Xarici dilləri mükəmməl öyrənmək istəyir və xarici ölkələrin birində məhşər cərrah olmaq  istəyir.Eger tarixin yaddaşında qalacaqsa, Mübariz İbrahimov , Ramil Səfərov, Çingiz Mustafayev kimi  vətənpərvər oğul olmaq istəyir. Yusuf məhz onlar kimi tarixdə iz qoymaq istəyir.Bizdə istedadlı müsahibimizə uğurlar arzu edirik, yolun açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!