elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 июля 2017 г.

Hüseynov Murad Talıb oğlu

 
Hüseynov Murad Talıb oğlu 24 iyun 2005-ci ildə Bakı şəhərində doğulub. Binəqədi rayonundakı H. Hüseynov adına 83 saylı məktəb-liseydə təhsil alıb. 2015/16 dərs ilindən isə təhsilini Bakı Anadolu Türk liseyində davam etdirir. Təhsil aldığı müddətdə bir neçə dəfə fəxri fərmanla təltif edilib.
Murad sakit, səliqəli və ətrafdakı uşaqlara qarşı çox diqqətli, səmimi, mehriban bir uşaqdır. Şəkilli kitablar, albomlar, sulu boyalar, rəngli karandaşlar Muradın sevimli əşyaları olub. Çünki şəkil çəkib, rəngləməyi çox sevib. 4 yaşı olarkən məşğələyə gedib. Hərfləri və rəqəmləri məşğələdə Xanım müəllimədən öyrənib. Lap kiçik yaşlarından albomlar, şəkillər, nağıllar kitabı ilə maraqlanıb. O, gözəl fikirli və istedalı bir övladdır. Valideynləri Muradın maraq dairəsinin geniş və hərtərəfli olması üçün hər bir şərait yaradırlar.
Murad dərslərini sevə-sevə oxuyur və hazırlayır. Ən sevdiyi fənlər riyaziyyat və həyat bilgisidir. Murad bir çox şənlik və bayramlarda iştirak edib, haqqında televiziyada məlumat yayımlanıb. Məktəbdə təşkil olunan tədbirlərdə də fəal iştirak edir. Onun ən yaddaqalan günü məktəbdə qeyd olunan bayraq bayramında iştirakı olmuşdur. Murad asudə vaxtlarında nağıl kitabları oxumağı çox sevir.
Əldə etdiyi uğurlarına görə hər zaman valideynlərinə və müəllimlərinə minnətdar olduğunu deyir.

Muradın ən böyük istəyi və gələcək planlarından biri valideynləri üçün xeyirli övlad olmaq, valideynlərinin və sevdiklərinin qayğısına qalmaq, xeyriyyə işləri ilə məşğul olmaqdır. Dayısı kimi hərbçi olmaq onun ən böyük arzusudur. Bu peşəyə olan məhəbbətin böyüklüyü dayısını Muradın ən böyük ideal kimi görməsidir. Murad hərbçi olaraq sevdiyi sənətə sahib olub, vətənin keşiyində durmağı qarşısına məqsəd qoyub. 

11 июля 2017 г.

Quliyeva Fatimə Elnur qızı

Quliyeva Fatimə Elnur qızı 26 may 2007-ci ildə Rusiya Federasi­ya­sının Orenburq şəhərində anadan olub. Uşaqlıqdan sakit, ünsiy­yətcil, gülərüz biri olub. Fatimə kitab oxumağı və musiqiyə qulaq asmağı çox sevir. Məktəbə­qədər dövrdə artıq yazıb-oxumağı öyrənmişdir. Bu işdə ona anası kömək etmiş­dir. 
Təhsilə ilk addımlarını Sa­birabad şəhər M. Ə. Sabir adına tam orta məktəbdə atıb. Hazırda isə Bakı şəhər 286 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. 
Ən sevdiyi fənn riyaziy­yat­dır. Həmçinin Fatimə uğurlu fəaliyyətinə görə bir neçə  diplom və fəxri fərmanlada təltif olunmuşdur. I sinifi bitirəndə bütün materiallari tam mənimsədiyi və əlaçı şagird olduğu üçün  fəxri fərmanla təltif olunmuşdur. III sinifdə oxuyarkən yenə də  yaşıdları arasında fərqləndiyinə, dərslərini əla qiymətlərlə oxudu­ğuna görə fəxri fərmanla təltif olunmuşdur. 
Fatimə məktəbdəki təhsillə kifayətlənmir, eyni zaman tədris kursla­rına da gedir. “Zəfər” kurslarında keçirilən bilik yarışma­sın­da da yüksək nəticə əldə etdiyi üçün  təltifnamə ilə təltif olunmuşdur. Məktəbin fəal şagirdlərindən olduğu üçün ictimai tədbirlərdə aparıcılıq edir və şeir söyləyir. 
Əldə etdiyi uğurlara görə valideyinləri və müəlimlərinə borclu olduğunu bildirir. Atası Elnur bəy və anası Xalidə xanım  Fatimənin vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər. Fatimə gələcəkdə təhsilini davam etdirib ali təhsil almaq istəyir. Riyaziyyat fənnini çox sevdiyi üçün riyaziy­yat müəllimi olmaq arzusundadır. 
Müsahibimizə gələcək həyatında uğurlar arzu edirik. Yolun hər zaman açıq olsun!