elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2013 г.

Novruzzadə Mehrin Etibar qızı




Novruzzadə Mehrin Etibar qızı 21 yanvar 1999-cu ildə İsmayıllı şəhərində dünyaya göz açıb. O uşaqlıqda sakit, sözəbaxan, musiqiyə həvəskar bir uşaq olub. Mahnı oxumağa, rəqs eləməyə, şəkil çəkməyə çox həvəskar idi. Tərbiyə aldığı uşaq bağçanın  bütün tədbirlərində fəal iştirak edirdi. Uşaqlıqda  həmişə  qələmi mikrofon əvəzi tutub mahnı oxuyardı. Qardaşının karandaşlarını gizlicə götürüb rəsmlər çəkərdi.
Mehrinə məktəbə qədər yazıb oxumağı Xədicə nənəsi və bağça müəllimi Məhəbbət xanım öyrətmişdi.
Rəsm müəllimi Əlixan  Soltanov ona dərs dediyi illərdə onda rəsmə maraq yaratmış, istedadın aşkara çıxartmışdır.
Mehrin təhsilə ilk qədəmlərini İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə atıb. Hazırda İsmayıllı şəhər 2 saylı tam orta məktəbin şagirdidir. Dərslərini yaxşı oxuyur və daha çox çalışır. Ən çox  fizika və riyaziyyat fənnlərini  sevir.
Məktəbdə keçirilən Yeni il tədbirlərində, Novruz şənliyində, bilik yarışmalarında aparıcı və ya iştirakçı kimi fəaldır. Çoxlu rəsm və inşa yazı müsabiqələrində, olimpiadalarda fəal iştirak edb. Həyatımda  ən maraqlı və uğurlu gün 5 may 2010-cu ildə “Vergi uşaqların gözü ilə” adlı ilk resm müsabiqəsində yer tutduğum gün idi. 25 fevral 2011-ci ildə “Xocalı əsrin faciəsidir”, 25 iyun 2012-ci ildə “Silahlı qüvvələr günü” rəsm müsabiqələrində, 1 iyun 2012-ci ildə və 23 may 2013-cü illərdə “Fövqəladə hallar uşaqların gözü ilə” ümumrespublika yaradıcılıq müsabiqələrində, 1 may 2011-ci ildə riyaziyyat, 31 may 2012-ci ildə Azərbaycan tarixi və 31 may 2013-cü ildə xarici dil fənni üzrə olimpiadalarda iştirak edib uğur qazandığına görə dəfələrlə diplom və fəxri fərmanlarla mükafatlandırlıb.
Mehrin təsviri incəsənətdə uğur qazanmağına görə rəsm müəllimi Əlixan müəllimə və yaradıcılıq müəllimim Xalıq Xalıqova borclu olduğunu deyir və onlara çox təşəkkur edir.
Mehrinin fəaliyyəti barədə İsmayıllı qəzetində “Mehrinin arzusu”, “İstedadlar sorağında” başlığı altında məqalələr də dərc edilib.
Mehrin: “ - Mənim bu sahəni seçməyim sadəcə gələcək xəyallarım, arzularım və Azərbaycana layiqli bir övlad olmaq istəyim oldu. Əlbəttə ki ailəm olmasaydı  heç vaxt heç nə bacarmazdım. Mən dünyanın ən məhşur memarı Odile Dekə bənzəmək istərdim və hətta ondan daha çox bacarıqlı olmaq istərdim.
Gələcəkdə memar olmaq istəyirəm. Məşhur memar olub dünyada yenilik yaradacaq binalar ucaltsam özümü xoşbəxt hiss ederdim.
Asudə vaxtlarımda rəsm çəkməyi, piano çalmağı, musiqiyə qulaq asmağı, kitab oxumağı, mahnı oxumağı  çox sevirəm.
Bu gün üçün ən böyük arzum ilk növbədə ali təhsil almaq, təhsilimi xaricdə dəvam etdirib, sənətimə daha da mükəmməl yiyələnib uğur qazanmaqdır.”

24 декабря 2013 г.

Hüseynli Fizzə Lazım qızı

Qəhrəmanımız ata nənəsinin adını daşıyır. Maraqlısı odur ki, ona bu adı elə Fizzə nənə özü verib. Lazım bəy Fizzə nənənin sonuncu övladı olduğu üçün onun qızına öz adını vermək qərarına gəlir.
Nəvə Fizzə məktəbəqədər dövrdə rəsm çəkməyə xüsusi maraq göstərib. Ən çox xoşladığı məşğuliyyət isə atası və qardaşı ilə balıq tutmağa getmək, ailəlikcə gəzintiyə çıxmaq olmuşdur. Anası ali təhsilli müəllim olduğu üçün məktəbəqədər ona yazıb-oxumağı da öyrətmişdi.
Fizzə Lazım qızı Hüseynli 1994-cü il sentyabrın 15-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. İlk təhsilə 2001-ci ildə Bakı şəhəri Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 sayli məktəb-liseydə başlayıb. IX-XI sinifləri isə Səbail rayonundakı Tofiq Məmmədov adına 239 sayli məktəbdə oxumyub. Orta təhsilini 2012-ci ildə başa vuran Fizzə elə həmin ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat ixtisasına qəbul olub.
2004-2009-cu illərdə Nizami rayonundakı 33 saylı Uşaq Musiqi Məktəbində fortepiano üzrə musiqi təhsili alıb.
Fizzədə iqtisadiyyata maraq uşaqlıqdan yaranıb. Eyni zamanda atasının yolunu davam etdirmək istəyinin də bu sahəyə maraq göstərməsinə xüsusi təsiri olmuşdur.
Orta məktəbdə dərslərinə xüsusi maraqla yanaşıb. Sevimli fənlərim isə ingilis dili və tarix olub.
Ali məktəbdə də nəticələri yaxşıdır, sevimli fənləri isə iqtisadi nəzəriyyə və rus dilidir.
Fizzə: “ - Həyatımdakı ən maraq dolu gün məktəbə ilk qədəm qoyduğum gundur. Çünki həmin gün 11 il təhsil alacağım bilik yuvası ilə ilk dəfə tanış olurdum.
Sevdiyim ixtisasa yiyələnməkdə, qəbul imtahanında göstərdiyim nəticəyə görə ilk növbədə valideynlərimə borcluyam.
Gələcəkdə öz ixtisasım üzrə Maliyyə Narizliyində işləmək arzusundayam.
Asudə vaxtlarımda daha çox kitab oxumağı, teatra, operaya getməyi xoşlayıram.”

2 декабря 2013 г.

Sükanı belə saxla (Səbinə Azər qızı Feyzullayeva)






Səbinə Azər 
qızı Feyzullayeva 8 sentyabr 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Körpəlikdə çox sakit təbiətli uşaq olub. 3-4 yaşından etibarən valideynlərinin kitabları ilə maraqlanırdı, şəkil çəkməyi sevirdi. Təfəkkürü, dərketmə qabiliyyəti hər zaman yüksək olan Səbinə yaşıdları ilə oynamağı sevmirdi. Çünki onların maraq göstərdiyi oyunlar Səbinə üçün maraqsız idi. Yay istirahətini babası və nənəsi ilə birlikdə təbiət qoynunda keçirməyi xoslayırdı.
Səbinənin təhsilə necə böyük maraq göstərdiyini görən valideynləri ona rəngli kitablar alırdılar. Və elə o zamandan qəhrəmanımız hərfləri öyrənməyə başladı. Artıq 4 yaşında təmiz yazmağı və oxumağı bilirdi. 5 yaşında o, artıq ingilis dili kursuna gedirdi.
Səbinə Sumqayıt şəhərinin ən qabaqcıl təhsil ocaqlarından biri olan Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alır. VIII sinif şagirdidir. Bu vaxta qədər daim dərs əlaçısı olub. Ümidvarıq ki belə də davam edəcək. Elmlərin şahı olan riyaziyyat, biologiya, kimya, tarix fənlərini daha çox sevir.
Səbinə məktəbin ictimai həyatında da fəallığı ilə seçilən şagirdlərdəndir. Tədbirlərdə yaxından iştirak edir. Elə təkcə öz sinifləri ildə bir neçə dəfə tədbir keçirir. Bu tədbirlərdə Səbinə adətən aparıcılıq edir, şer söyləyir. Bir çox tədbirlərdə ssenarilərin yazılmasında müəllimlərə yaxından kömək edib. Bir sıra şəhər tədbirlərində, məktəb və şəhər olimpiadalarında iştirak edib. 2013-cü ilin əvvəlində riyaziyyat fənni üzrə olimpiadanın I turunda III yeri tutduğuna görə diplomla təltif olunub. 2010-cu ildən üzü bu yana 4 dəfə dalbadal Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının keçirdiyi riyaziyyat olimpiadasının qalibləri sırasında yer alıb.
Səbinə: “ – Təhsildə əldə etdiyim uğurlara görə öncə valideynlərimə, sonra isə məni daha yaxşı oxumağa həvəsləndirən ilk ingilis dili müəllimim Nurlan müəllimə, ilk sinif müəllimim Zümrüd xanıma, Şəfiqə xanıma, riyaziyyat fənnini mənə sevdirən Elman müəllimə, biologiyaya marağımı artıran Zenfira xanıma, Azərbaycanın tarixini, keçmişini öyrədən, vətənə bağlılığımı daha artıran Rüxsarə xanıma və ümumiyyətlə bütün müəllimlərimə borcluyam.  
Gələcəkdə həkim olmaq və bu arzuma çatıb xalqıma xidmət etmək istəyirəm.
Nə qədər ki torpaqlarımız düşmən tapdağı altındadır, əsgərlərimiz mənfur düşmənlərin gülləsinə tuş gələcək. Mən də əsgərlərin sağlamlığı keşiyində durmaq istəyirəm ki, torpaqlarımızı sağ-salamat qoruya bilsinlər.
Asudə vaxtlarımda bədii kitab oxuyuram, internet vasitəsilə Azərbaycanda və bütün dünyada baş verən hadisələrlə maraqlanıram. Rəsm çəkməyə marağım hüdudsuz olsa da təəssüf ki, bu sahə ilə məşğul olmağa yetərli zamanım yoxdur.
Bu gün orta məktəbi əla qiymətlərlə başa vurub yüksək balla ali məktəbə qəbul olmağı qarşıma məqsəd qoymuşam. Təhsilimi xaricdə davam etdirmək istəyirəm və bu arzuma çatmaq üşün üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışıram.
Çox istərdim ki, torpaqlarımız düşmən əsarətindən qurtulsun və bunda mənim də bacardığım qədər əməyim olsun.”

1 декабря 2013 г.

Aytac Sərvər qızı Ramazanova



Aytac Sərvər qızı Ramazanova 14 noyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O,uşaqlıqda mahnı oxumağa, rəqs etməyə, şəkil çəkməyə həvəskar olub.Tərbiyə aldığı uşaq bağçasında keçirilən bütün tədbirlərdə fəal iştirak edirdi.
Aytaca məktəbə qədər yazıb oxumağı bağça müəllimi Lalə xanım öyrətmişdi.
Aytac təhsilə ilk qədəmlərini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə atıb. Hazırda həmin məktəbin II sinfində təhsil alır.Dərslərini yaxşı oxuyur və fəal şagirdlərdən biridir. Ən çox ana dili, riyaziyyat və texnologiya fənnlərini sevir.
Məktəbdə keçirilən Yeni il tədbirlərində, Novruz şənliyində iştirakçı kimi fəaldır.
Asudə vaxtlarımda rəsm çəkməyi, musiqiyə qulaq asmağı, kitab oxumağı, mahnı oxumağı çox sevirəm.
Bu gün üçün ən böyük arzum ilk növbədə ali təhsil almaq,həkim olmaq və insanların sağlamlığının keşiyində dayanmaqdır.
Hazırda təhsil həyatında uğur qazanmağına görə başda Dünyaxanim Nəzərova olmaqla bütün müəllimlərinə borclu olduğunu deyir və onlara təşəkkür edir. 

Behbudov Nihad Elşən oğlu

 
Behbudov Nihad Elşən oğlu 18 dekabr 2003-cü ildə Ağdam rayonunun Abdal kəndində dünyaya göz açıb.
Nihad körpəlikdən sakit, gülərüz uşaq olub. Əksər uşaqlar kimi televiziyada nümayiş olunan cizgi filmlərinə baxmağı xoşlayırdı. Nihad beş yaşında ikən uşaq bağçasında hərfləri yazıb-oxumağı öyrənmişdi. Birinci sinfə gedəndən sonra rəsm çəkməyə böyük marağı olub. Bu marağı onda atası və dayısı oyadıb.
Məktəbə ilk qədəmlərini Bakının Səbail rayonundakı 239 saylı orta məktəbdə atan Nihad dərslərini əla oxuyur. Rəsm və riyaziyyat dərslərini çox xoşlayır. Məktəbdə keçirilən tədbirlərdə də fəal iştirak edir. Novruz bayramı və Yeni il şənliklərində əsasən müxtəlif rəqs nömrələri ifa etmək və şeirlər söyləməklə məharətini göstərib.
Nihad: “ - Birinci sinfə getdiyim gün, 2010-cu ilin sentyabrı həyatımda ən maraqlı və uğurlu gün kimi yaddaşıma həkk olunub. Çünki təhsilə olan hədsiz marağımı həyata keçirmək üçün meydan qazanmışdım. Bu məni çox sevindirirdi.
Riyaziyyat və rəsm fənlərində qazandığım uğurlara görə anama və müəllimlərimə borcluyam. Atam və dayım kimi istedadlı və bacarıqlı olmaq istərdim.
Mən gələcəkdə memar olmaq, şəhərimizə yaraşıq verən hündür binalar layihələndirmək istəyirəm.
Boş vaxtlarımda kitab oxuyuram və rəsm çəkirəm. Rəsm çəkərkən təbiətin gözəlliklərini və heyvanların şəklini çəkməyə üstünlük verirəm.
Gələcək planlarım daha çox çalışıb məktəbi əlaçı bitirmək və ali məktəbə qəbul olmaqdır.”

Kənan Rauf оğlu Tarverdili







Kənan Rauf оğlu Tarverdili 29 avqust 2002-ci ildə Yardımlı rayоnunun Çanaхbulaq kəndində dünyaya göz açıb. Körpəlikdə çox inadcıl uşaq оlan Kənan televizоra, şəkilli kitablara çох maraq göstərib. Uşaqlar üçün nəzərdə tutulan intellectual verilişləri davamlı surətdə izləyərmiş. Elə bunun nəticəsidir ki, erkən çağlardan təhsilə maraq göstərməyə başlayıb. Kənan 4 yaşından babası ilə məktəbə gedərdi. Zaman keçdikcə təhsilə marağı daha da artan Kənan anasının köməyilə “Əlifba”nı tam öyrənir. Beləliklə hələ məktəbə qədəm qoymamış qəhrəmanımız demək olar ki, bütün hərfləri, sadə riyazi əməlləri yerinə yetirməyi öyrənmişdi.  
Kənan orta təhsilə Sumqayıt şəhərindəki Şah İsmayıl Хətai adına 30 saylı оrta məktəbdə başlayıb. İbtidai təhsilini burada başa vurduqdan sonra imtahan verərək göstəricilərinə görə şəhərin ən öndəgedən orta təhsil ocaqlarından biri olan Nizami Gəncəvi adına Təbiət Elmləri Təmayüllü Gimnaziyaya daxil olub.
Gimnaziyada da dərslərini yüksək səviyyədə oxuyan Kənan məktəbin seçilən şagirdlərindən biri olmağa nail olub. O dərslərini əla qiymətlərlə охuyur. Ən sevimli fənnləri riyaziyyat, tariх, ingilis dilidir.
Təhsildən əlavə Kənan məktəbin ictimai həyatında, tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir. 11 yaşlı Kənan hələ ki, həyatının ən böyük uğurunu gimnaziyaya daxil olmağını hesab edir. Kənan təhsil illərində dəfələrlə təltif olunub. 2009/2010, 2010/2011, 2011/2012-ci dərs illərində 3 dəfə dalbadal tədrisdə qazandığı uğurlara görə fəхri fərmanla təltif olunub.
Kənan əldə etdiyi nailiyyətlətlərdə müəllim və valideynlərinin böyük zəhməti olduğunu deyir. O əmisinə охşamaq istəyir. Çünki əmisi orta məktəbi və magistraturanı fərqlənmə ilə bitirib.
Qəhrəmanımız ilk uğurunu hələ II sinifdə охuyarkən əldə edib. O zaman “Sumqayıt təhsili” qəzetində ilin ən yaхşı şagirdləri sırasında Kənanın da şəkli yer almışdı.
Kənan hələ V sinifdən hüquqşünas olmaq arzusuna düşüb. Bu gün üşün Kənanın hədəfi XI sinifi qızıl medalla bitirmək və ən yüksək bal tоplayaraq хarici ölkələrin birində təhsil alaraq hüququ qazanmaqdır. Gözəl arzudur,  təki çin olsun!
Gimnaziyada tədris proqramının ağır olmasına baxmayaraq musiqiyə marağı güclü olduğundan Kənan musiqi təhsili də alır. Səid Rüstəmоv adına Sumqayıt şəhəri 3 saylı Uşaq Musiqi Məktəbinin tar sinifində охuyur.

Asudə vaхtlarını da səmərəli keçirməyə çalışır. Fiziki sağlamlığın da önəmli olduğunu bildiyi üçün belə vaxtlarını əsasən futbоl оynamaqla keçirir. Uğur olsun, Kənan!

7 ноября 2013 г.

GÜNƏŞƏ LAYİQ OLSUN

Şəms günəş deməkdir. Bu adı ona nənəsi qoymuşdur. İstə­miş­dir ki, Şəmsin həyatı günəş kimi daim işıqlı və nurlu olsun. Şəms na­ğıl­ları sevər və bu nağılları çox zaman dəyişərək, öz istədiyi tərzdə danış­mağı xoşla­yardı. Hələ ki­çik yaşla­rından təbiəti çox sevərdi. Çiçək top­lamaq, bitkilərə qulluq etmək onun sevim­li məş­ğuliyyəti idi. Təəs­sü­ratlarını rəngli qələmləri ilə rəsm albomunda qeyd edirdi. Şəm­sin musiqiyə də marağı var idi. Anası ona fortepianoda çalmağı öyrət­miş­di. Məktəbə ge­də­nə qədər anası ona hərf­ləri, oxuma­ğı, hesab­lamağı öyrətmiş­di. Şəms müxtəlif mahnı­lar, Azər­baycan, rus və ingilis dil­lərində kiçik həcmli şeir­lər söyləyirdi. 
Məktəbə getdikdən son­ra Şəms təhsilə xüsusi maraq göstərirdi. O, dərs əlaçısı, sinif nümayəndəsi idi. Məktəbdə keçirilən şeir müsabiqələrində işti­rak edirdi. Lakin riyaziyyat və təbiət fənləri onu daha da çox maraqlandırırdı. Nənə və babası riyaziyyatçı olduqları üçün onun bu həvəsini daha da çox hiss etmişdirlər. 
Şəms Ceyhun qızı Abdullayeva 1994-cü il iyulun 16-da Gəncə şəhərində anadan olmuşdur. 2001-ci il sentyabrın 15-də Bakı şəhər Sabunçu rayonundakı 192 saylı orta məktəbin I sinfinə getmişdir. Kimya-Biologiya Təmayüllü liseyin şagirdidir. 
Dərslərini yaxşı oxuyur. Ən sevimli fənni biologiya və riya­ziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Şeir müsabiqələrində şeir söyləmiş, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədər keçirilmiş mərasimlərdə kiçik səhnəcik­lərdə müəyyən rol ifa edib. Müəllim və sinif yoldaşları ilə şəhidlər xiyabanını ziyarət etmiş, muzeylərdə olub. Məktəbin təşkil etdiyi Nəbatat bağına gəzintidə iştirak edib. Ona elə gəlir ki, məktəbdə keçi­rilən hər bir gün maraqlıdır. Uğurlu gün isə, biliyin əla qiy­mət­ləndirildiyi gündür. 
O, biologiya fənnini çox sevir. Bu fənn üzrə keçirilən bütün təd­birlərdə, olimpiadalarda iştirak edərək bu il keçirilən olimpiadada qa­lib olub. Bütün müfəv­vəqiyyətləri üçün əsasən, müəllimlərinə borcludur. 192 saylı orta məktəbin biologiya müəllimi Afaq müəlliməyə, kimya-biologiya təmayüllü liseyin müəllimlərinə, onlara biologiya fənnini tədris edən Fəridə müəl­limə, praktiki biologiya fənnini tədris edən Gülşən müəl­limə çox sağ ol deyir. Onlar bu fənni ona daha da çox sevdirdilər. 
O, gələcəkdə həkim olmaq arzusundadır. İnsanın sağlığı ən vacib məsələdir. Sağlamlığın keşiyində durmaq məsuliyyəti həkimlərin üzərinə düşür. O, bu məsuliyyəti daşımaq istərdi. O, asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda çalmağı xoşlayır. Bundan əlavə qardaşı Cavidanla məntiq üzrə müxtəlif test tapşırıqları üzərində çalışırlar. O, təbiət qoynunda olmağı xoş­layır. Mümkün qədər valideynləri ilə dəniz kənarına gedirlər. 
İncəsənətin hər bir sahəsi maraqlıdır. O, rəsm sərgilərini ümu­miyyətlə, rəssamlıq sənətini daha çox sevir. Vaxtı olduqca rəsm çəkməyi xoşlayır. 
O, xoşbəxtliyi müm­kün olan arzulara çatmaqda görür. Tibb universitetinə daxil olub, təhsilini dünyanın məşhur univer­sitet­lərində davam etdirmək onun arzusudur. Bu arzuya çatmaq isə özündən aslıdır. Demək bir daha məsuliyyətlə, əzmlə oxumalı, biliklərini hər zaman möhkəmlətməlidir.
O, öz fəaliyyitəndən razıdır. Onun ilk uğuru imtahan verib kimya-biologiya təmayüllü liseyə qəbul olmağıdır. Bu onun həyatında imtahan idi və imtahandan müvəffəqiyyətlə çıxdı. Bunun üçün o, öz valideynlərinə və müəllimlərinə minnətdardır. O, özünü həmin vaxt çox xoşbəxt hiss edirdi. Sevinirdi, çünki yaxşı bal toplayaraq bu liseyin şagirdi adını qazanmışdı. 
Valideynləri onu həkim kimi görmək istərdi. Şəxsiyyət kimi tarixin yaddaşında qalmaq, onun fikrincə hər bir istedadlı gən­cin arzusudur. Bu arzuya çatmaq üçün isə elmi biliklərə yiyə­lənmək, daim çalışmaq lazımdır.