elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 сентября 2012 г.

Fətullayeva Pərvanə İltifat qızı





Pərvanə İltifat qızı Fətullayeva 25 avqust 1982-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində doğulub. Həmin qəsəbədəki 128 saylı orta məktəbin məzunudur.
Pərvanə körpəlikdə çox sakit uşaq olub, ən çox maraqlandığı məşğuliyyət sevib-seçdiyi sənətə qarşı olub. Gəlinciklərinə iynə vurardı ve deyərdi: - Mən böyüyəndə həkim olacam.
Anası müəllim olduğu üçün Pərvanə hələ məktəbə gedənə qədər yazıb-oxumaği öyrənmişdi.
Orta məktəbdə biologiya, zoologiya, kimya fənlərinə hədsiz marağının sayəsində evdədə kiçik təcrübələr aparmağı, kolleksiyalar toplamağı, təbiəti öyrənməyi sevərdi.
2000-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olub. 2006-ci ildə həmin universiteti bitirib. 2006/2007 ci illərdə Bakı şəhər 3 saylı kliniki xəstəxanasında internatura keçib.
2006-ci ildə kosmetologiya kursunu bitirmişdir.   2001-ci ildə bilgisayar proqramları kursunu oxuyub.
Pərvanənin söylədikləri: “ - Müəyyən olunmuşdur ki, hər bir körpə doğularkən ətraf psixoloji sferasında 500-ə yaxın fikir mövcud olur ki, bunlardan yalnız birini götürür, bu fikirlə doğulur. Məsələn, həkimlər (əsl həkimlər) “Mən ağrı verənəm” fikri ilə doğulurlar, ömürləri boyu da şüuraltında bu fikri kompensasiya yönəlmiş fəaliyyətlər düşünürlər ki, həkimlik peşəsi arzusu da məhz bu fikirdən doğur.
Ona görə mən bəzi insanların bildirdiyi - peşə nəsillikcə ötürülməli - fikrinə və valideynlərin peşə seçimində yeniyetmələrə ifrat təzyiqinə qarşıyam. Həkimlik mənim uşaqlıqdan sevdiyim peşə olmuşdur.
Məktəbdə yaxşı oxumuşam. Bəzi müəllimlərim öz insani keyfiyyətləri ilə nəinki, fənnlərini sevdirməyi bacarmış, hətta bizə əsl nümunəvi ziyalılığı sərgiləyirdi. Onlardan ədəbiyyat müəllimim Solmaz xanımı, biologiya müəllimim Hüseyn müəllimi və Rəhimə xanımı gözəl duyğularla xatırlayıram.
Ali məktəbdə sevdiyim fənnlər tibbi baza fənnlərinin hamısı, kliniki xəstəliklər fənnlərindən daha çox psixiatriya, terapiya və pediatriya olmuşdur.
Düşünürəm ki, özünütənqid qabiliyyəti özünüböyütmə ideyaları üzərində qələbə əldə etdikdə adam insana çevrilir. Bu fikrimin dominantlığı təsiri altında olduğumdan uğurlarımdan daha çox uğursuzluqlarımı önəmə alıram. Hazırda maraqlı günlər fəlsəfi yazılar oxuduğum günlərdir. Mütəmadi olaraq özümə qapılmağı, düşüncələrə dalmağı sevirəm. Fəlsəfi, tarixi, siyasi biliklər hər bir ziyalı kimi mənimdə həvəskar səviyyədə öyrəndiyim, maraqlandığım sahələrdir.
Uğurlarımın bilavasitə iştitakçısı və dəstəkləyicisi anam - Elmira Fətullayevadır.
Ali məktəbə qəbul olacağıma çox inanırdım, atam və qardaşımla birlikdə bu xəbəri bildik. Sevincli anlar idi, indi üstündən illər keçsə belə xatırlayanda həyəcanlanmamaq olmur.
Diplomdansonrakı təhsil, elm və praktik fəalliyyət barədə düşünürəm.
Xoşbəxtliyi əziz insanlarımın varlığında görürəm. Peşəmdə isə zirvəni - elm aləminə kəşf və ixtiralar töhfə etməkdə görürəm.
Asudə vaxtlarımda mütaliə etməyi sevirəm. Şəxsiyyət kimi tarixin yaddaşında tibb elmi sahəsində etməyə çalışacağım işlərlə qalmaq istərdim. Həmçinin qeyri-standart fəlsəfi düşüncələrim və Cənubi Qafqazda sülh dəstəkləyicisi olmağım da səbəb ola bilər.
Ailəliyəm, 3 övladım var. Aysel, Ruslan və Ramal. Hazırda övladlarımın təlim-tərbiyəsilə məşğulam”.

Комментариев нет:

Отправить комментарий