elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 ноября 2014 г.

Hüseynova Cahan Eldəniz qızı

 
Hüseynova Cahan Eldəniz qızı 7 mart 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Hövsan qəsəbəsindəki Mehdi Mehdiyev adına 280 saylı məktəbin şagirdidir.
Cahan körpəlikdə çox sakit uşaq olub. Məktəbə gedənə qədər hərfləri artıq öyrənmişdi. Cahan dərslərini əla qiymətlərlə oxuyur, ən sevdiyi fənn riyaziyyatdır. Həyatda ən maraqlı və uğurlu günü ilk dəfə məktəbə qədəm qoyduğu gündür. Əldə etdiyi uğur və nailiyyətlərə görə ilk növbədə sinif rəhbəri Gülnar xanıma və valideynlərinə borclu olduğunu düşünür.
Fəaliyyətindən dolayı dayısı Əfqana oxşamaq istəyir. Dayısının üstündəki zəhmətini dəyərləndirir. Ürəyindəki arzusu məktəbi bitirdikdən sonra ibtidai sinif müəllimi olmaqdir. Bu fikrə o sinif rəhbərindən ilhamlanaraq gəlib.
Cahan asudə vaxtlarini maraqlı kitablar və jurnallar oxumaqla keçirir. Gələcək planları məktəbi əla qiymətlərlə bitirib istədiyi sənətə yiyələnmək, ürəyindəki arzuların həyata keçirməkdir. Torpaqlarımızın düşmənlərimizdən geri alınması, öz yurd-yuvalarından didərgin düşən həmvətənlərimizin torpaqlarına qayıtması bu balaca vətənpərvər şagirdimizin ən böyük istəyidir.

28 ноября 2014 г.

Gündüz Ziyafət oğlu Hüseynov


Qəhrəmanımızın əsl adı Gündüz olsa da, ailə üzvləri onu Həsən çağırır.
Gündüz 24 fevral 2002-ci ildə Bülbülə qəsəbəsində doğulub. Uşaq vaxtı çox gözəl, sevimli, tərbiyəli uşaq olub. Hələ 4 yaşı olanda 100-dən çox şeir bilirdi. Bunları ona Məfkurə nənəsi öyrətmişdi. 313 saylı uşaq bağçasında müəllimlərin sevimlisi idi. Heyvanları sevir, onlara şəfqət və mərhəmət göstərirdi.
Gündüz Ziyafət oğlu Hüseynov Bülbülə qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı məktəbin VII sinif şagirdidir. Məktəbə gedəndə yazıb-oxumağı bağçada Mükafat xanımdan, məktəbdə isə ilk müəllimi Mehriban xanımdan öyrənib. Damanı, üzgüçülüyü sevirdi, pianoya marağı böyük idi. 3 saylı Uşaq Musiqi Məktəbinə qəbul olunanda Gündüzün cəmi 8 yaşı var idi. Musiqi müəllimi Emiliya xanım də ilk dərslərdən Gündüzün çox istedadlı olmasını vurğulayır, onunla işləməkdən zövq aldığını deyirdi. Zamanla Gündüz fortepiano sinfinin sevilən tələbələrindən oldu.
Məktəbin bütün tədbirlərində fəal iştirak edir. Buna görə dəfələrlə məktəbin, Təhsil Şöbəsinin fəxri diplomlarını alıb. Orta məktəbdə sevdiyi fənlər ədəbiyyat və tarixdir. Bu səbəbdən valideynləri onun jurnalist olacağını düşünürdü, ta ki Gündüz fikrini bildirənə qədər. Gündüz hüquqşünas olmaq istədiyini bildirdi. Valideynləri də bu arzusunu yerinə yetirməsi üçün ona kömək göstərir.
Gündüz qəlbən həssas uşaqdır. Valideynləri bildirir ki, Gündüz öz doğum günündən çox ondan 7 yaş kiçik olan qardaşı Hüseynin doğum günündə sevinir. O balaca qardaşını dərin məhəbbətlə sevir.
Gündüz saf qəlblidir, tam qəlbiylə islam dininə bağlıdır. Balaca qəlbində islam eşqi yaşadır və islam əxlaqında böyüyür.  Özündən böyüklərə ehtiramla yanaşır, hörmət edir. Özündən kiçikləri isə sevir və qayğısına qalır.
Biz də Gündüzə təhsilində müvəffəqiyyət, çox sevdiyi hüquqşünas peşəsinə sahib olmağı və vətənpərvər insan, vətəninə, valideynlərinə layiqli övlad olmağı arzu edirik. 

27 ноября 2014 г.

Mustafayeva Gülçin Ağa qızı

Mustafayeva Gülçin Ağa qızı 2001-ci ildə Azərbaycanın barlı-bərəkətli Aran zonasında yerləşən Ağdaş şəhərində anadan olub. Zamanı üçün ən çox dəbdə olan adlardan biri olduğuna görə valideynləri adını Gülçin qoyublar. İstədilər ki bu balaca qızcığazın ömrü gül ətirli, bahar təravətli olsun.
Gülçin uşaqlıqda çox sakit olub. Mehriban və səliqəlidir. Hər şeyə xüsusilə də təhsilə marağı böyükdür. Ən böyük arzusu aktrisa olmaqdır. Həyatın hər üzünü, müxtəlif insan talelərini səhnədə ifa etmək, çox sevilən aktrisalarımıza bənzəmək istəyir. Türkiyəli aktrisa Beren Saat onun kumiridir. Səhnədə yalnız mənfi rolları canladırmaq istəyir. Səbəbinin soruşduqda - həyatda bədxah, paxıl, xain insanlar çoxdur. Bu cür insanları daha dərindən tanıtmaq, onlara nifrət hissi yaratmaq məndə bir qəlb rahatlığı yaradacaq. Kaş ki, buna layiq olardım - deyə söylədi.
Ay Gülçin niyyətin hara, mənzilin ora. İnşallah arzuların çin olar.
Onu da qeyd edək ki, Gülçin rəqslə məşğul olur. Məktəb və rayon tədbirlərində rəqsləri ilə fəal iştirak edir. Gülçin deyir ki, həyatda öz yerinin tutmaq üçün öncə savadlı olmalıdır. Gülçinə ilk dəfə qələm tutmağı, yazmağı anası Kəmalə xanım öyrədib. Dərs əlaçısıdr. Ən çox sevdiyi fənn riyaziyyatdır.
Asudə vaxtlarında bədii-ədəbiyyat oxuyur, musiqi dinləyir. Gülçinin ən xoşbəxt anları ailəsi ilə birgə olduğu anlarıdır. Müəllimləri Gülçin haqqında xoş sözlər söyləyir və gələcəkdə uğurlara nail olacağına əmin olduqlarını bildirirlər.
Biz də buna inanaraq deyirik:

Gülçin sənə uğurlar diləyir və böyük səhnələrdə böyük uğurlarını gözləyirik.

Ramil İlqar oğlu Babayev


Ramil İlqar oğlu Babayev 17 noyabr 2000-ci ildə Bakı şəhəri Şüvəlan qəsəbəsində dünyaya gəlib. Hazırda Şüvəlan qəsəbəsindəki  İ. Muradov adına 237 saylı orta məktəbdə təhsil alır.
O,hələ məktəbə getməmişdən öncə qəzet oxuyurdu, “Əlifba”nı bitirmişdi. Ramil hələ I sinifdə oxuyanda  özündən böyük bacı-qardaşının kitablarını, evdəki kiril əlifbası ilə olan köhnə kitabları oxuyurdu. Maraqlıdır ki, heç kəs ona bu əlifbanı öyrətməmişdi. Sənədli filmlərə baxmağı sevir. Bir dəfə hansısa filmə baxırdıq, Ramil dedi ki, Beriya çox bic adam olub. Ona görə Stalinin yanında qalıb ki, Stalin öləndə onun yerinə  hakimiyyətə keçsin. Uşaqlıqda səfir olmağı arzulayırdı. Onun məntiqi, uzaqgörənliyi hətta özündən böyüklərdən daha güclüdür.
Ramil həm də bir xeyriyyəçidi, küçədə ac pişiklərə çörək-su verir. Televizorda Somalidə aclıqdan əziyyət çəkən uşaqları görüb həmişə kədərlənir. Amma o, bu hədisədən özü üçün yaxşı nəticələr çıxarır. Həm qənaətcil insan olmağı, israfa yol verməməyi öyrənir, həm də zəngin insan olub həmin insanlara yardım etməyi qarşısina məqsəd qoyur.

Ramilin ən çox maraq göstərdiyi sahə futboldur. Məktəbdə azyaşlılar üzrə kapitandır. Normativ yarışlarda həmişə birinci yeri tutub. Ramil həm bir futbolçu kimi məhşur olmaq, Azərbaycan futboluna töhvə vermək arzusu ilə yaşayır.

Hüseynzadə Kamran Əliyar oğlu

 


Hüseynzadə Kamran Əliyar oğlu 27 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya gəlib. Kamran uşaqlıqda sakit uşaq olub. Uşaqlıqda maraqları nağıl kitabları oxumaq və rəsm çəkmək olub. Kamran hələ məktəbə getməmişdən qabaq anası tərəfindən yazıb- oxumağı,çoxlu şeir,nağıl da öyrənmişdir. İlk təhsilini elə yaşadığı qəsəbədə yerləşən İ. Muradov adına  237 saylı məktəbdə almağa başlayır
Kamran rəsmlə uşaqlıqdan maraqlanıb.Sonralar isə şahmata maraq göstərib. Ona bu həvəsi atası yaradıb.  Kamran dərslərini yaxşı oxuyur və sevimli fənni təsviri incəsənətdir.Məktəbdə keçirilən bayramlarda,tədbirlərdə Kamran həmişə fəal iştirak edib,bədii qiraət və rəqs qabilliyyətini nümayiş etdirmişdir.Həyatında ən maraqlı günü məktəbə getdiyi ilk gün olub. Bu günə qədər əldə etdiyi uğur və naliyyətinə görə özünü müəllimi və anasına borclu bilir. Kamran fəaliyyətində həmişə seçilmək,fərqlənmək istəyib. Gələcəkdə o, rəsm və ya şahmat sahəsində çalışmaq istəyir.

Kamran asudə vaxtlarinda komputerdə maşın təmir etməyi və maşın şəkli çəkməyi xoşlayır.Təhsildə uğur qazanmaq onun əsas məqsədidir.Orta məktəbi əla qiymətlərlə bitirib,ali təhsil almaq onun əsas planıdır. Kamran fikirləşir ki, tarixin yaddaşında yaşamaq istəyirəmsə öz sənətimin bilicisi olmalıyam.

24 ноября 2014 г.

Dəniz Süleyman

 
Azərbaycanımızı yüksəklərə qaldıra biləcək, millətin gələcəyi olan istedadlı şagirdlərimizdən biri də 66 saylı Tərəqqi liseyində təhsil alan Süleyman Dənizdir. O, uşaqlıqda şıltaq, hər kəsi sevən, özündən böyük və yaşlılarla asanlıqla ünsiyyətə girməyi bacaran biri olub. Dəniz uşaqlıq dövründə rəqs etməyi, şəkil çəkdirməyi, müxtəlif cür fotosessiyaları çox sevərdi. Hələ məktəbə gedənə qədər nəinki yazıb-oxumağı bacarır, eyni zamanda müxtəlif həcmli şeirlər, hekayələr əzbərləməyi, nağıllar oxumağı çox sevərdi. Dəniz həm anasından, həm də atasında irsi qabiliyyətləri götürmüşdür. Təsadüfi deyil ki, istedad genetik olur. Lakin buna rəğmən onun maraq dairəsi olduqca genişdir. Hazırda o, Tərəqqi liseyində təhsilini davam etdirir. Liseyin əlaçı və aktiv şagirdlərindəndir. Onun ən çox sevdiyi fənlər riyaziyyat, ingilis dili və ədəbiyyatdır. Hələ çox gənc və məktəbli olmasına baxmayaraq bir çox uğurlara imza atıb. Liseyin bayram və digər tədbirlərində aktiv iştirak edir. Beynəlxalq layihələrdə də uğurlar əldə edib. Ilk iştirak etdiyi beynəlxaəq layihə Procter 8 Gamble olimpiya oyunları üçün hazırlanan reklam çarxları olmuşdur. Bu reklam çarxları 2013-cü ilin mart-dekabr ayları ərzində bütün televiziya kanallarında nümayiş etdirilmişdir. Bundan başqa “Sergent Major” butikinin açılışında  və həmin şirkətin reklam çarxlarında da fəal iştirakı ilə yadda qalmışdır. Belə ki, bu uğuru “Ego” jurnalının 30.03.2012 buraxılışında işıqlandırılmışdır. Dənizin uğurları bununla bitmir. O uşaq dünyası tele-verilişlərində bir sıra rəqslər də ifa etmişdir. İncəsənətin bir çox sahələrinə maraq göstərən Dəniz “uşaq azadlığı”, “Vətənimizə məhəbbət” və “Dünyamızı qoruyun” mövzularını işləmişdir və onlara daha çox üstünlük verir. Qazandığı uğurlara görə 20.10.2014-cü illərdə bir sıra diplom və fəxri fərmanlarla təltif edilmişdir. O, asudə vaxtlarında şəkil çəkir, dərslərinin hər hansı mövzusu barədə araşdırmalar apararaq ona uyğun təqdimatlar (Slide show) hazırlayır. Onun dərslərə olan marağı və məsuliyyətli şagird kimi aktiv fəaliyyəti müəllimləri tərəfindən yüksək qiymətləndirilir. Uşaqlıqdan dizayner olmağı fikirləşsə də bu yaxınlarda  itirdiyi babasının arzusunu həyata keçirmək  üçün göz həkimi olmağı planlaşdırır. Öz məqsədinə çatıb hər zaman zirvələrə doğru qalxmaq və cəmiyyətimizə xalqımıza xeyirli vətəndaş  ailəsinə layiqli övlad olmağı arzulayırıq.
Ona bütün məqəsdlərinə çatmasını və hər zaman yeni zirvələr fəth etməsini arzulayırıq.