elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 февраля 2014 г.

Daim axtarışda olan qız (Türkan Heydərova)

Mənə de - mən yaddan çıxarım.
Mənə göstər - mən yadda saxlayım.
Məni cəlb et - mən oyrənim.
Çin hikməti.
Əziz oxuyucular, oxuyacağınız bu məqalənin qəhrəmanı həmişə qeyri-adi cəhətləri ilə özünü yaxşı mənada cəlb etməyi bacaran XI sinif şagirdi 1996-cı il mayın 2-də Sumqayıtda doğulan Türkan Heydərovadır. Məktəbdə yaxşı oxumağı ilə seçilir. Ən çox sevdiyi fənnlər riyaziyyat və ingilis dilidir. Çox şeylə maraqlanır və maraqlandığı hər bir şeyin özünə qaranlıq qalmasına imkan vermir. Hələ VIII sinifdə oxuyarkən, yəni 2011-ci ildə Sumqayıt İnformasiya Texnologiyalari Akademiyasında HTML üzrə təhsil alıb. Oranı bitirdikdən sonra təcrübə qazanmaq üçün IX sinifdə oxuya-oxuya elə oradaca dərs deməyə başlayıb. Bununla bərabər ingilis dilini də öyrənib. Həmin ilin yayında isə foto, video kurslarına yazılıb. Burada isə həm video, həm də foto çəkməyi öyrənib. Bir sözlə, bu yaşda həm öyrədib, həm də öyrənib. Təbii ki, bu qədər enerjisi aşıb-daşan bir qızın fəaliyyəti bununla bitmir. O özü böyüdükcə, əməlləri, uğurları da böyüyür.
Keçən il, yəni 10-cu sinifdə oxuyarkən “Cağ öyrətim” təşkilatının keçirdiyi “Ana dilimizi sevək, sevdirək” lahiyəsinə qatılıb və bu səbəbdən də Akademiyadan ayrılmağa məcbur olub. Bu zərif məxluq əvvəlcə dekabrın 26-da Sumqayıt birincisi, sonra isı fevral ayının 18-də respublika birincisi olub. Gürcüstanda da iştirak edən Türkan burada olan dörd olkədən, yəni Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan arasında onun çəkdiyi 4 şəkil və 2 video numayiş olunub.
Bir məqaləsi “168 saat” qəzetində çap olunub. Qardaş ölkə olan Türkiyənin www.sondakika.com saytında da onun haqqında məlumat verilmişdir. Bundan əlavə “İctimai” televiziyanın “Yeni gün” proqramında da bu qızın uğurlarından söz açılmışdır.
Sonraki uğuru isə www.xeberle.com saytında işləməyi olub. Burada sorğular, hətta reportajlar hazırlayıb.
Türkanın dili ilə desək, uğurlarında ona ilham verən, ürəkləndirən, arxasında duran həmişə anası olub. Allah onu sənə çox görməsin.
Türkan bunlarla kifayətlənmir, axtarışlara davam edir, planlar qurur. Gələcək planları arzuları çox böyükdür. Özünün şəxsi işi, şirkəti olmasını istəyir və bu yolda bütün çətinliklərə dözməyə hazırdır.
Türkan boş vaxt demək olarsa - onu da səmərəli keçirməyi xoşlayır. Çox sevdiyi, maraqlı məşğuliyyəti əl işləridir. Qum, şüşə, çay daşlarından maraqlı, gözləri yormayan əl işləri var. Fotolar çəkməyi çox xoşlayır, maraqlı məqamları əldən vermir. Dənizi də çox sevir, dəniz kənarında gəzməyi xoşlayır.
Başqa on birlər kimi o da universitetə sənəd verəcək, qəbul olmaq ən böyük arzusudur. Türkanın anası bizimlə öz fikirlərini bölüşdü: “ - Körpəlikdən hər şeyə can atırdı. 3 yaşında olanda artıq himnimizi oxuyurdu. Şəkil çəkməyə həvəsini görüb rəssamlıq kursuna yazdırdım. 6 yaşında isə idmana marağını hiss edib karate döyüş idman növünə məşqlərə yazdırdım. 8ay bu idman növü ilə məşqul oldu. Rəqsə maraq göstərdi, özü öz üzərində işlədi və öyrəndi. Yadımdadır ki, “Əlifba” bayramında müəllimə ona hədiyyə bağışlayanda gələcəyin rəqqasəsidir” dedi. Bacılari özündən böyük olduğundan o artıq məktəbə gedəndə oxumağı, yazmağı, ingilis dilində şeirlər deməyi bacarırdı. Yaxşı oxuyur, ingilis dilini gözəl bilir.
8-ci sinifə qədər həkim olmaq istəyirdi. Ona görə də ona iynə vurmağı öyrətdim. Sonra isə fikrini dəyişdi, informatika və komputer sahəsinə yönəli. Kurslar bitirdi, öz üzərində çalışmağa başladı, uğurlar qazandı. ”

Tarixin yaddaşında qalmaq üçün qeyri-adi heç nəyə gərək yoxdur. Sadəcə özünə güvənməlisən, inamlı addımlar atmalısan. Bu özü səni tarixə qızıl hərflərlə yazdıracaqdır.” 

Cavid Məhəmməd oğlu Rzaquliyev



 Cavid Məhəmməd oğlu Rzaquliyev 22 oktyabr 2000-ci ildə Füzuli rayonunda anadan olub. Xətai rayonundakı Hu­manitar Fənlər Təmayüllü Məktəb-liseyin VII sinfində oxu­yur. Cavid lap körpə­lik­dən maraqlı uşaq olub. Hər zaman ətraf­da­kıların diq­qətini cəlb et­mişdir. İlk sözləri “Allah baba”, “Azərbaycan”, “Bakı” kəlmələri olub. Uşaq­lıq­dan ona verilən suallara - fikirləşim sonra deyərəm - deyə cavab ve­rirdi. Ki­çik yaşlarından xə­ritəni çox sevərdi. Azər­baycan xəritəsində Qara­bağı, Ba­kını, Kür və Araz çay­larını göstərirdi. Cizgi filmlərilə yanaşı nağıllara qulaq asmağı da xoşla­yırdı. Cavid 4-5 yaşla­rın­da hərfləri öyrənməyə baş­lamışdı. Məktəbə ge­dən­də də sözləri rahat oxuyur, sadə misal-məsələ həll edirdi. 
Həmyaşıdlarına nisbətən istedadlı olduğu kiçik yaşlarından hiss edilirdi. Kitablara marağı böyük idi. Müəllimləri bildirir­di­lər ki, Cavidin potensialı böyükdür. Bu da Cavidə ruh verirdi və daha çox çalışırdı. 
Cavid: “ - Bütün dərslərim mənə əzizdir. Hər birini sevirəm. Hələ elə olmayıb ki, dərsə hazırlaşmadan məktəbə gedim. Riya­ziyyat, tarix, Azərbaycan dili, ədəbiyyat və coğrafiya ən se­vim­li fənlərimdir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə işti­rak etmişəm. Məntiq yarışlarında, viktorinalarda, “Xəmsə”-də, bay­ram tədbirlərində rolum olub. İngilis dili, biologiya, riyaziy­yat gecələrində iştirak etmişəm. 
Həyatımda ən maraqlı, yaddaqalan günlərimdən biri məktə­bimizin rəhbərliyi tərəfindən 2012/2013-cü tədris ilində fəxri fərmanla təltif olunduğum gündür. Buna görə də məktəbimizin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İdmanla da məşğul ol­mu­şam. Əvvəllər karate, sonra isə üzgüçülüklə. 
Əldə etdiyim nailiyyətlərə görə özümü müəllimlərimə borclu bilirəm. Onların mənim üzərimdə zəhmətləri böyükdür. Buna görə də bütün müəllim­lə­rimə təşəkkür edirəm. Xü­susilə də ri­ya­ziyyat mü­əl­limim Xa­nım mü­əl­li­mə və ta­rix müəl­li­mim La­lə xa­nı­ma tə­şək­kür edi­rəm. 
İlk uğu­rum rayon mək­təb­ləri üzrə fənn olim­piada­larında işti­rak etmə­yim­dir. Azərbaycan tarixi fənnini seçdim və yarışmada fəal işti­rak etdim. 
İstəyirəm ki, ölkəmizə, xalqımıza, layiqli və la­zımlı bir insan olum. Əgər öz işimlə vətənimizə xid­mət etsəm özümü xoşbəxt hiss edərəm. 
Arzum diplomat olmaqdır. Hələ balacalıqdan bu fikirdəyəm. Mənfur qonşularımızın törətdikləri cinayətləri, danışdıqları ya­lanları dinlədikcə diplomat olmaq istəyim daha çox artır. 
Asudə vaxtlarımda televiziyada tarixi filmlərə, bilik yarış­ma­larına baxıram və tarixi kitablar oxuyuram. 
Gələcək planlarımla bağlı onu deyə bilərəm ki, ali təhsil alıb, vətənimə layiq olmaq istəyirəm. 
Tarixin yaddaşına düşən insanlara həqiqi mənada həsəd apa­rıram. Hər zaman bu haqda düşünürəm. Tarixin yaddaşına bir şəxsiyyət kimi düşmək istəyirəm.”

SABİR ƏMİNİN İZİ İLƏ


Nərmin Tahir qizi Orucova 29 dekabr 1997-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilə XXI Əsr Ümumtəhsil Mərkəzində başlayıb. VI sinifə qədər burada təhsil alıb. Hazırda İlyas Əfən­diyev adina Elitar Gimna­ziyanın X sinif şagirdidir.
Nərmin: “ - Dərslərimi əla oxuyuram. Bütün fən­lər mənim üçün maraq­lı­dır. Ən sevdiyim məntiqə əsaslanan fənlər: kimya, fizika, riyaziyyatdır. Yo­rul­madan bu fənləri hə­vəslə oxuyur və mənim­sə­yirəm. Həyatımda ən uğur­lu gün Vaqif Musta­fazadə adına Uşaq Musiqi Məktəbində keçirilən təd­birdə qonaq qismində for­tepianoda çıxış etməyim­dir. Məktəbdə oxuduğum müddətdə bir çox tərif­na­mə və diplomlara layiq görülmüşəm: II sinifdə gənc rəqqas nominasiyasında diplom, I-III siniflərdə məktəb həyatında fəal iştirak edən şagird diplomu, VIII sinifdə gimnaziyada keçirilən ədəbiyyat turnirində I yer dip­lomu.
Həkimlik mənim daim pərəstiş etdiyim bir sahədir. Nəsli­miz­də tibb sahəsində uğur qazananlar çoxdur. Əmim Sabir Orucov professor, tibb elmləri doktorudur, bacım Türkiyənin Maltəpə Universitetinin tibb fakültəsində təhsil alır.
Gələcəkdə savadlı və tanınmış kardioloq-cərrah olmaq arzu­sun­dayam. Asudə faxtlarımda musiqi dinləməyi, fortepiano çal­mağı, bədii kitab oxumağı, təmiz havada gəzməyi ən çox xoşla­yıram. Bu gün üçün əsas məqsədim təhsil aldığım məktəbi əla giymətlərlə başa vurub 700 bal toplayıb Tibb Universitetinə qə­bul olmaq və təhsilimi Kanadanın Toronto Universitetində da­vam etdirməkdir.”

25 февраля 2014 г.

Abdullayeva Mədinə Abdulla qızı




Abdullayeva Mədinə Abdulla qızı 31 dekabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. NZS qəsəbəsindəki 194 saylı orta məktəbin şagirdidir.
Mədinə hələ iki yaşlarında çoxlu şerlər bilir və yazı yazmağı, şəkil çəkməyi xoşlayırdı. Yaşıdları ilə münasibətdə özünü böyük adam kimi aparır və hamı ilə hörmətlə danışırdı. Onu tanıyan hər kəs bu cür davranışına təəccüblərini gizlətmirdilər. 
Mədinə məktəbə gedənə qədər artıq hərfləri tanıyır və bəzi sözləri özü yazırdı. Bütün bunları valideynlərindən və nənəsindən öyrənmişdi. Hələ məktəbəqədər hazırlıq kursuna gedərkən elə ilk günlərdən onun şəkil çəkməyə müəlliminin də diqqətindən yayınmadı. Müəllimi Adilə xanım onu uşaq yaradıcılıq mərkəzlərindən birinə qoymağı məsləhət gördü. Beləliklə atası onu Nizami rayonu Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə rəssamlıq kursuna gətirdi. Burada o müəllimi Pərvin xanımın səyi nəticəsində bu sahədə bacarıqlqrını daha da inkişaf etdirməyə başladı. Bununla yanaşı orta məktəbdə digər dərslərini də səylə oxuyur. Əlaçı olan Mədinə tətil günlərində belə məktəbə, həmçinin rəsm kursuna gedəcəyi günü səbirsizliklə gözləyirdi.        
Ən çox sevdiyi fənn Azərbaycan dilidir.
Mədinə böyüyəndə ən azı müəllimi kimi gözəl şəkillər çəkmək, çəkdiyi şəkillərin dünyanın hər yerində sərgilənməsini istəyir. Ən çox nağıllardan və heyvanlar aləmindən bəhs edən mövzuda şəkil çəkməyi xoşlayır.
Böyüyəndə həm rəssam, həm də həkim olmaq fikrindədir. Təkcə Azərbaycanda deyil bütün dünyada məşhur rəssam olmaq, vətənini təmsil etmək istəyir.

Аyхаn Güləddin оğlu Dаdаşоv


Аyхаn kiçik yаşlаrındа şən, gülərüz, аğıllı, hər şеylə mаrаqlаnаn uşаq оlub. Bаlаcаlıqdаn mаşın sürməyə böyük həvəsi оlub. Məktəbəqədərki dövrdə şəkil çəkməyi, futbоl оynаmаğı sevirdi. Sərbəst охuyub-yаzmаğı, sаymаğı, bəzi şеirləri və ingilis dilində bir sırа sözləri əzbər öyrənmişdi. Bunlаrı оnа vаlidеynləri və bаcılаrı öyrətmişdi.
Аyхаn Güləddin оğlu Dаdаşоv 2001-ci il iyunun 7-də Bаkı şəhərində аnаdаn оlub. Ayxan ilk təhsilini 43-200 saylı bağça-məktəb-lisey kompleksində alıb.
Təhsil  Nаzirliyinin İlyаs Əfəndiyеv аdınа “Еlitаr” Gimnаziyаsının VII sinfində təhsil аlır. Ayxan: “ - Dərslərimə çох diqqətliyəm, dərs əlаçısıyаm, еyni zаmаndа sinif nümаyəndəsiyəm. Аzərbаycаn dili, ədəbiyyаt, riyаziyyаt, tаriх, ingilis dili, idmаn fənlərini çох хоşlаyırаm, amma bütün fənlərə eyni məsuliyyətlə yаnаşırаm. Аzərbаycаn dili, ədəbiyyаt, tаriх fənlərini sеvməyimin səbəbi bu üç fənnin bizim dövlətimizin, millətimizin dilinin, tаriхinin, ədəbiyyаtının nеcə zəngin оlduğunu əks еtdirmələridir. İngilis dilini хоşlаmаğımın səbəbi, fikrimcə müаsir dövrdə yаşаyаn hər bir insаn ilk növbədə öz аnа dilini, dаhа sоnrа isə хаrici dilləri mükəmməl bilməlidir. İdmаnа və rəsmə isə uşаqlıqdаn böyük həvəsim оlmuşdur. IV sinfi bitirdikdə dərs əlаçısı оlduğumа və ibtidаi sinfi uğurlа bаşа çаtdırdığımа görə fəхri diplоmlа təltif оlunmuşаm. 2012-ci ilin yаnvаr аyındа Birləşmiş Krаllıq və Britаniyа Təhsil Mərkəzinin Аzərbаycаndаkı mərkəzi оlаn CЕLT kurslаrındа Prе-intеrmеdiаtе səviyyəsi üzrə sеrtifikаt аlmışаm, hаzırdа kursu dаvаm еtdirirəm. Məktəbin ictimаi işlərində fəаllıq göstərirəm, kеçirilən tədbirlərdə uğurlа çıхış еdirəm. Hər il yаnvаrın 20-də şəhidlərin аnım günü ilə əlаqədаr gimnаziyаmızın şаgirdlərinin rəsm əsərlərindən ibаrət sərgi kеçirilir və bu sərgidə bir nеçə dəfə mənim də çəkdiyim rəsm əsəri nümаyiş оlunmuşdur. Хоcаlı sоyqırımının 22-ci ildönümünə həsr оlunmаş tədbirin təşkilində fəаl iştirаkımа və vətənpərvərliyimə görə gimnаziyаnın dirеktоru tərəfindən təşəkkürnаmə ilə təltif оlunmuşаm. Dаhа sоnrа 2012-2014-cü illərin аprеl аylаrındа gimnаziyаnın siniflərаrаsı yаrışındа qаlib gəlmişik.
Həyаtımın ən yаddаqаlаn аnı 1 sinfə gеtdiyim gündür. Çünki həmin gün məktəb həyаtımın bаşlаdığı ilk gün оlub. Əldə еtdiyim uğur və nəаliyyətlərə görə Tanrıya, vаlidеynlərimə, müəllimlərimə bоrcluyаm. İdеаlım аtаmdır. Оnun kimi qаyğıkеş аilə bаşçısı, yахınlаrınа və işinə cаn yаndırаn bir insаn оlmаq istəyirəm. Əsаs məqsədim оrtа məktəbi əlа qiymətlərlə bitirib, аli məktəbə yüksək bаllа qəbul оlmаq, аilə üzvlərimi sеvindirməkdir. Еyni zаmаndа məqsədlərimdən biri də хеyirхаh işlə məşğul оlub ləyаqətli həyаt kеçirməklə dаimi yаddаşlаrdа  qаlmаq və özümə yеr qаzаnmаqdır.
Dаhi Еrnеst Hеminquеy bеlə dеmişdir: «Mübаrizə bizi məqsədə yахınlаşdırır və cəmiyyətdə yеrimiz оlduğunu sübut еdir».
Gələcəkdə hüquqşünаs оlmаğı аrzulаyırаm. Bu sənəti sеçməyimin səbəbi dövlətimizi və хаlqımızı öz pеşəm üzrə lаyiqincə təmsil еtməkdir. Еyni zаmаndа təkcə öz ölkəmizdə dеyil, оnun hüdudlаrındаn kənаrdа dа pеşəkаr mütəхəssis kimi tаnınmаğı, dövlətimizin, хаlqımızın hüquqlаrını hər yеrdə müdаfiə еtməyi özümə bоrc bilirəm. Gələcək аrzum, yüksək sаvаdlı hüquqşünаs оlmаq, vətənə lаyiqincə хidmət еtməkdir. Məqsədim Bеynəlхаlq hüquq iхtisаsını bitirməkdir. Ümid еdirəm ki, dövlət səviyyəsində bir çох nаiliyyətlər əldə еtməklə хаlqımın yаddаşındа qаlа bilərəm.
Аsudə vахtımdа kitаblаr охuyur, mаrаqlı şəkillər çəkir, tеlеviziyаdа futbоl оyunlаrını izləyir və kоmpyütеrlə məşğul оlurаm. Vахt оlduqcа аilə üzvlərimlə, dоstlаrlа həftə sоnlаrı gəzməli, görməli yеrlərə gеtməyi çох sеvirəm.
Bir gün Cristiаnо Rоnаldоnun «Vivа Rоnаldо» аdlı prоqrаmı оlduğunu еşitdim. Yаrışmаyа qоşuldum. Həmin оyundа 2-3 gün əvvəl оyun hаqqındа fikirlər yаzılır. Оyun ərzində isə həyаtındаn bəhs еdilən ingiliscə təхminən 15 suаl vеrilir. Hər bir suаlа 10 sаniyə vахt vеrilir və 200-300 хаl аrаsı dəyərləri оlur. Sоndа isə suаllаrın 90 fаizini dоğru cаvаblаndırdım və 6660 хаllа dünyа üzrə 10000-dən çох iştirаkçı аrаsındа birinci yеrə çıхdım. Оyundаn sоnrа Cristiаnо Rоnаldо özünün şəхsi «Fаcеbооk», «Twittеr» səhifəsində qаliblərin аdlаrını аçıqlаyıb və dəstəkləri üçün təşəkkürünü bildirib. Rоnаldо ilə yаnаşı həmçinin bir çох pərəstişkаrlаr dа öz ürək sözlərini mənə çаtdırdılаr. Bir çох KIV-lərdə və tеlеviziyаdа mənim bu uğurum əks оlundu. İdmаn.cоm.аz və dаilyspоrt.аz sаytlаrındа, «Lidеr TV»-də, «İdmаn» qəzеtində bu хəbər işıqlаndırıldı. Dаhа sоnrа аy üzrə iki dəfə qаlib gəldiyim üçün оyunа bilеt və imzаlаnmış fоrmа ilə mükаfаtlаndırıldım. Həmçinin qеyd еdim ki, bu yаrışmа hələ də dаvаm еdir və mən də bu yаrışmаdа öz gücümü sınаyırаm.”

AY PARÇASI AYSU






Aysu Əkbər qızı Talıbova 20 noyabr 2006-cı ildə Bakı şə­hərində dünyaya göz açıb. Körpəlikdə hər şeyə maraq göstərirdi. 3 yaşında pianoda müxtəlif notları elə çalırdı ki, elə bilirdin əsər çalır. Şəkil çəkməyi çox sevirdi. Bu sevgini onda 338 saylı körpələr evinin müəllimi Təranə xanım yaratmışdı. Aysu uşaq bağçasında keçirilən bütün təd­bir­lərdə fəal iştirak edir və qalib olurdu. Burada o, yazıb-oxumağı da öyrən­mişdi. Məktəbə gedəndə bütün hərfləri və 30-a qə­dər riyazi hesablama­ları sərbəst bilirdi. Çoxlu su­allar verirdi və atası tərə­findən bu suallara cavab verilməsi nəticə­sin­də ma­rağı daha da inkişaf edirdi. Aysu 4 yaşında ikən öz adının mənasını belə açıqlayırdı: Ay susadı, ulduzlar ona su verdi, sonra mən oldum Aysu. Şair Oqtay Rza bu sözləri eşidən kimi Aysuya belə bir şeir ünvanladı. 
Mehman Əkbərin qızıdır Aysu,
Nənəsinin lap özüdür Aysu,
Xeyli tapmaca, nağıl bilir o, 
Ay adlarını bir-bir sayır o. 
Mehriban, geniş ürəkli Aysu,
Saçı qapqara, hörüklü Aysu
Görün nə deyir, deyir ki, guya
Su göndərilir ulduzdan Aya. 
“Sabahın xeyir!” deyir hər səhər,
Özündən böyük qardaşı Azər,
Anası Lalə razıdır ondan.
Ağıllı, qəşəng, gül balasından. 
O, körpəlikdən uşaq tamaşalarına baxmağı çox sevirdi. Ta­maşalardan gələn kimi gördüyü nağıl qəhrəmanlarının şəkil­lərini boyalarla çəkirdi. 
Aysu 2013-cü il S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın I sinfinə getdi. Bu gimnaziyada təhsil almaq üçün əvvəlcə imtahan vermişdi. İmtahanda elə cavablar verdi ki, oradakı müəl­lim­lərin hamısı - afərin - de­di. 
Aysu: “ - Dərslərimi əla oxuyuram. Bütün fənləri də çox sevirəm. Müəlli­mim Rəmziyyə xanım bi­zə çox sevgi ilə dərs keçir. Çalışacam ki, sona qədər belə oxuyum və qızıl me­dala layiq görülüm. Rəsm­lə məşğul olmağı isə lap çox sevirəm. Bu işdə mənə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mər­kəzinin müəllimi Pərvin Quliyeva kömək edir. Mər­kəzdə və başqa ölkə­lərdə keçirilən sərgilərdə mükafatlara layiq görülmüşəm. 2012-ci ildə müsabiqələrin birində qalib olduğuma görə “Göyçək Fatma” rəsmim YUNESKO-nun çap elədiyi 2013-cü il divar və masaüstü təqvimlərdə verilmişdir. Dövlət Bayrağı Meydanı Kom­p­leksi İdarəsinin Təhsil, Gənclər və İdman və Mədəniyyət və Turizm Nazirlikləri ilə birgə keçirdiyi “Bayrağımız - qürur mənbəyimizdir” rəsm müsabi­qə­sində çəkdiyim rəsm II tura la­yiq olduğuna görə sertifikatla təltif olunnmuşam. 26 fevral “Xo­calı soyqırımı”na aid çəkdiyim rəsm Çexiyaya sərgiyə gön­dəril­mişdir. 
Mən çox istərdim ki, gələcəkdə müəllim olum. Bu fikrə mək­təbə getdikdən sonra düşmüşəm. Rəmziyyə xanımın şagirdlərinə sevə-sevə dərs keçdiyini görüncə bu qərara gəldim.”

Murad Rüfət oğlu Fərzəliyev

 
Növbəti qəhrəmanımız Muraddır. Muradın dünyaya göz açdığı ailə savadlı, ziyalı ailədir. 30 iyun 2007-cı ildə Bakı şəhərində gözünü dünyaya açan Murad Rüfət oğlu Fərzəliyev sakit, mülayim və hər şeylə maraqlanan uşaq olub. Məktəbə getməmişdən şeirlər deyib, yazmağı, oxumağı belə bilirdi. Odur ki, Muradın fitri istedadı özünü məktəbdə də doğruldur.  
Murad Biləcəri qəsəbəsindəki Emin Əliyev adına 297 saylı orta məktəbin II sinif şagirdidir. Məktəbdə bütün fənləri sevə-sevə oxuyan Murad əlaçı şagird kimi tanınır. Ev tapşırıqlarını özü sərbəst hazırlayır. Murad əldə etdiyi uğurlara görə məktəbdə müəllimi Rəşadət xanıma, evdə isə anasına borclu olduğunu deyir. 
Murad bütün peşələri sevir. Lakin atası kimi mühəndis olmaq arzusu ilə yaşayır. Kim bilir arzuları çin olsa, bəlkə də tanınmış mühəndis olacaq. Dünya görüşü böyük olan Murad məktəbin tədbirlərində iştirak edir və bacarığı ilə məharətini göstərir. İngilislərin belə atalar sözü var: “Ata xəzinədir, qardaş dayaqdır. Dost isə həm, xəzinə həm də dayaqdır”. Eləcə də təhsil də xəzinədir. Murad bu xəzinədən səmərəli istifadə etməklə öz biliklərini artırır. Tarixin yaddaşında yaşamaq istəyən Murad təhsil xəzinəsinin dərinliyinə baş vurmaq istəyir. Yaşının az olduğuna baxmayaraq, düşmənlərimizi tanıyır, böyüyəndə torpaqlarımızın geri alınmasında öndə gedəcəyini deyir.
Mühəndis olmaq istəsə də vətənpərvərliyi, qarşısına qoyduğu məqsədə çatmağı ilə bağlı bəzən polis olmaq istədiyini də dilə gətirir bu balaca oğlan. Həyat isə qarşıdadır.