elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 мая 2012 г.

Abışova Aliyə İlham qızı



Aliyə İlham qızı Abışova 1999-cu il aprelin 12-də Bakı şəhə­rində anadan olub. I sinfə 53 saylı orta məktəbdə gedib. III sinifdən rəsm çəkmək qabiliyyətinə görə Respublika İncəsənət Gimnazi­yasın­da oxuyur. Təhsildən əla­və şəkil çə­kir, tikmələr tikir, şeir yazır. İstedadı ilə bağlı maraq hələ o, kiçik yaşın­da olanda yaranıb. 3 ya­şından anası ona rəng­ləməyə şəkillər verirdi. 
Dərslərini yaxşı oxu­yur. Ədəbiyyat, riya­ziy­yat, Azərbaycan dili fənlə­rini çox xoşlayır. Məktəb­də keçirilən ingilis dili, riyaziyyat üzrə əyləncəli tədbirdə iştirak edib, 20 Yanvar faciəsinə aid rəsm çəkib. “Peyğəmbərimizi necə tanıyırıq” mövzu­sun­da inşa müsabiqəsində III yeri tutub, fəxri fər­manla təltif olunub. Müsabiqələrdə uğur qazanmağına görə anasına, müəllimlərinə borcludur. 
Hobbisi şəkil çəkməkdir. Tahir Salahova oxşamaq istəyir. Yağlı boya ilə iri tablolarda işləməyi xoşlayır. “Bala dili” jur­nalının bir neçə sayında çəkdiyi şəkillər dərc olunub. ANS telekanalının Ç. Mustafayevin doğum günü ilə əlaqədar keçir­diyi rəsm müsabiqəsində II yer tutub. Mübariz İbrahimova həsr edilmiş müsabiqədə də yer tutub. “Bala dili”nin keçirdiyi “Mə­nim rəsmim” layihəsində iştirak edir. Rənglərlə işləməyə böyük maraq göstərir. Gələcəkdə böyük rəssam olsa çox sevinər. 
Xoşladığı iş Çexoslavakiyada sərgiyə göndərdiyi Ü. Hacı­bəyovun “O olmasın, bu olsun” komediyasına çəkdiyi şəkildir. 
İstedadlı, vətənə layiqli övlad olmağa çalışır. Növbəti ildə sərgisinin keçirilməsinə hazırlaşır. Şəxsiyyət kimi tarixdə qala­cağına ümid edir. 

Əliyeva Fazilə Ramis qızı

Fazilə adının  mənası -  “ insanın yaradılışındakı gözəllik, ləyaqət,mənəvi qüvvət,iffət və gözəl vəsf  ” deməkdir.  Körpəlikdən çox aktiv uşaq olub Fazilə. Şeir söyləməyi, rəqs etməyi çox sevib. Həmişə diqqət mərkəzində olub. Məktəbə gedənə qədər yazıb-oxumağı anasının köməyi ilə öyrənib. Şeir söyləməkdə və rəqs etməkdə xüsusi qabiliyyəti olduguna görə,  uşaq bagçasında  dövlət  komissiyasının tərifinə və alqışlarina layiq görülüb.
Fazilə Əliyeva Bakı şəhərində  əqrəb bürcü altında dünyaya  gəlib. Bu bürc altında dünyaya gələn şəxslər anadangəlmə mübariz, diribaş və temperamentli olurlar.Məhz bu xüsusiyyətlər qəhramanımızın xarakterində öz əksini tapıb. Fazilə   271 saylı orta məktəbi  bitirib. 1990-1997 ci ildə 4 saylı uşaq musiqi məktəbini  fortepiano ixtisası üzrə bitirib və diplomla təltif olunub. Musiqiyə marağı uşaqlıqdan olub.  2001-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsinə yüksək balla daxil olub. Ali məktəbi bitirib,diplomla təltif olunub və həkim sənətinə yiyələnib.
“Orta məktəbi əla qiymətlərlə oxuyan Fazilə çox aktiv şagird olub. Daim adı əla oxuyan, nümunəvi şagirdlərin siyahısında olub. Sevimli fənləri ingilis dili, biologiya, kimya,  ədəbiyyat və fizika olub.
Ali məktəb illərində də qəhrəmanımız aktiv olub,sevimli fənləri insanın normal anatomiyası, pataloji anatomiya və cərrahiyyə olub.
Fazilə Əliyeva İrəli İctimai Birliyinin və bir çox başqa ictimai təşkilatların fəal üzvlərindəndir.
Fazilə: “Düşünürəm ki, əsl həkim ilk növbədə yaxşı insan olmalıdır. Zira çox vaxt həkimin adi təbəssümü və xoş rəftarı pasientdə müsbət emosiya oyadır və onun sağalmasına səbəb olur.Həkimlik sənətinə yiyələnməyimdə ilk növbədə uca Tanrıya sonra isə ailəmə minnətdaram.Anam  həmişə mənim çətin günlərimdə mənə dəstək olub, ümid verib.Onun əllərindən öpürəm”
Asudə vaxtlarında klassik musiqiləri dinləyir,  şeir yazır. Poeziyaya çox böyük sevgisi var və  ən çox sevdiyi şairlər – Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Nəriman Həsənzadə və Zəlimxan Yaqubdur.
Fazilə: “Tarixin yaddaşında böyük bir şəxsiyyət kimi qalmagı çox istərdim.Düşünürəm ki, bu həyat hər kəsə bir dəfə verilir və bu həyatı elə yaşamaq lazımdır ki, dünyadan köçdükdən sonra səndən sonra gələn nəsillərə səndən örnək olacaq gözəl bir iz  qalsın”.


NƏDƏN BAŞLAYIR VƏTƏN?

Nədən başlayır Vətən? Bunu düşünürəm mən.
Düşündükcə düşünən  kiçik qəlbim böyüyür,
Həyəcandan döyünür.
Nədən  başlayır Vətən? Bəlkə, doğan günəşin
İşıqlı  şəfəqindən? Yoxsa, Qoşqar dağının
Əzəmətli  gücündən?
Nədən  başlayır Vətən? Ayaq açan körpənin
Yıxılarkən  tutduğu bəlkə bir parça yerdən?
Bəlkə  gəlin bacının sübhə qədər  çaldığı
Həzin laylar səsindən?
Düşünürəm ki, bəlkə, igid Vətən oğlunun
Daim sayıqlıq çəkib, qoruduğu sərhəddən?
Bəli! Bunlar Vətəndir!
Axan çaylar, dənizlər, geniş çiçəkli düzlər,
Yaşıl  meşə, dağ-dərə, ürək  açan mənzərə
Bunlar hamısı Vətəndir!
Koroğlunun  nərəsi,  Babəkimin  qeyrəti,
Nənələrin nəğməsi, babaların gur səsi.
Bunlar hamısı Vətəndir!
Nədən başlayır Vətən? Yenə düşünürəm mən.
İndi deyərəm ki, mən
Vətənimin bəxtinə düşən qanlı günlərdə
Vətən uğrunda ölən
İgidlərin qanına boyanmış çiçəklərdən.
İndi çiçəklər açmır, açanlar ətir saçmır.
Tökərək göz yaşını
Bənövşələr səhər-axşam küləklərə söyləyir:
“Hanı bizim igidlər?
Düşmənin  pəncəsində qalıb qızlar, gəlinlər!”
Nədən başlayır Vətən? Bunu gərək biləsən!
Düşünərək dərindən, söyləyirəm ürəkdən:
“Vətən səndən başlayır! Vətən bizdən başlayır!

Vətən bizim sevgimizdən başlayır!
Toplanaraq bir yerə, verib bizlər əl-ələ,
Yaradaraq bir qüvvə, qalib gəlib düşmənə
Səs salarıq hər yerə!”

TÜRK QADINI
Anamın simasında  bütün Türk dünyasının qadınlarına həsr edirəm!

Türk qadını – xəyalmısan? Ilgımmısan?
Pərimisən? Mələkmisən?
Bəlkə, sən bir möcüzəsən möcüzələr dünyasında?
Yoxsa, gördüyümüz bir röyasan reallıqlar dünyasında?
Düşündükcə, anlayıram: Türk qadını –
Sən Kəpəzsən, Sən Qoşqarsan,
Zərifliklər içində bir sərt qalasan!
Sən Həcərsən, Natəvansan,
Çənlibeldə at oynadan qəhrəmansan!
Sən həyatsan qısa ömür dünyasında,
Gözəlliksən çirkinliklər dünyasında.                                                                       
Sən dünyasan dünyaların arasında,
Sən mələksən axirətin əsasında.
Sən bəndəsən , Tanrı səni yaradıb,
Cənnət sənin ayaqların altında.
Sən boyunsan -  baş boyunsuz tərpənməz,
Sən qüvvəsən - dünya onsuz hərlənməz.
Sən bülbülsən - bülbül qəfəsdə durmaz,
Sən anasan - yavrusundan ayrılmaz.
Haqqın səsi sənsən, sən!
Azadlığa layiqsən sən!
Sən qadınsan, özü də Türk.
Demək, zəfər sənin yanında,
Düşmən sənin ayaqların altında.


SALAM.


Salam sözü – Allahdır.
Onu almamaq   günahdır.
Baxmaz  böyüyünə,  kiçiyinə
Onu  verər   hər kəs  biri-birinə.
Verən – xatırladar  alana  yaradanı,
Alan – yad eyləyər  uca  pərvərdigarı.
Beləcə hamı tutar biri-birindən  əhval,
Həm  bəndə  sevinər, həm də  Rəhman.

MÜƏLLİF : FAZİLƏ RAMIS QIZI ƏLİYEVA

23 мая 2012 г.

Dadaşzadə İmaməli Atababa oğlu

İmaməli Atababa oğlu Dadaşzadə 2 fevral 1993-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olub. 1999-cu il sentyabrın 1-də Arxarası kənd orta məktəbində I sinfə gedib. 4 il orada oxuduqdan sonra 2003-cü ilin senyabrın 15-də qonşu Yolüstü kənd orta məktəbində təhsilini davam etdirib. 2010-cu ildə orta məktəbi bitirib yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə sənayənin təşkili və idarə edilməsi ixtisasına daxil olub. Nədən məhz bu istisası seçdiyini soruşduqda İmaməli belə cavab Verdi: “ - IX sinifdə oxuyarkən düşündüm ki, cəmiyyətdə hər zaman böyük ehtiyac duyulan yüksəkixtisaslı və bacarıqlı bir iqtisadçı olmaq istəyirəmsə gərək buna ümumi iqtissadiyyat fakultəsinə daxil olmaqla başlayım. Bu fikirlərin məndə meydana gəlməsində böyük qardaşım Xəyalın da danılmaz rolu vardır”.
İmaməli orta təhsil aldığı dövrdə dərslərini hər zaman əla qiymətlərlə oxuyub. Coğrafiya, riyaziyyat və tarix sevimli fənləri olub. X və XI siniflərdə rayon üzrə olimpiadada coğrafiya fənnindən I yerə çıxdığı üçün fəxri fərmanlarla təltif olunub.
Ali məktəbdə də dərslərini müntəzəm şəkildə oxuyur. Hazırda sevimli fənləri iqtisadi nəzəriyyə, ali riyaziyyat, tarixdir.
Ali məktəbə qəbul olmasını həyatının dönüş nöqtəsi, ən önəmli hadisəsi kimi qəyərləndirir qəhrəmanımız. Əlbəttə, buna nail olmaqda ona yardımçı olan insanlar da var. İlk növbədə valideynləri, coğrafiya müəllimi İbrahimvəli müəllim və Ülkər xanım İmaməlinin təhsilli bir şəxs olması üçün daim əllərindən gələni əsirgəməyiblər.
İmaməli davam edir: “ - Ali məktəbə qəbul olacağıma bütün varlığımla inanırdım. Bilirdim ki, heç vaxt çəkilən əziyyət hədər getmir. Qəbul olmağımı öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Çünki yuxusuz gecələr, yorğun günlər, qarlı-yağışlı, qızmar günlərindəki əziyyətlər hədər getməmişdi.
İxtisasımla bağlı həyata keçirmək istədiyim ideyalar sənayənin regionlarda inkişafı və idarə edilməsidir. Bakalavr təhsilimi bitirdikdən sonra təhsilin magistratura dərəcəsinə qəbul olmaq, daha sonra isə ixtisasıma uyğun bir işdə çalışmaq istəyirəm.
Xoşbəxtliyi gələcəkdə yüksək ixtisaslı kadr və savadlı iqtisadçı olmaqda görürəm. İxtisasımla bağlı layiq olduğum pilləyə qalxsam özümü xoşbəxt hiss edərəm.
Asudə vaxtlarımda idmanla məşğul oluram.
Xalqımın və dövlətimin xoşbəxt və güclü iqtisadi gələcəyi naminə sosial problemlərin həllinə yönələn layihələr həyata keçirməklə tarixin və xalqın yaddaşında şəxsiyyət kimi qalmaq istərdim”.
e-mail: imamali560@mail.ru