elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 апреля 2014 г.

NAZLI NƏNƏNİN YETİRMƏSİ

Onur Ruslan oğlu Acalov 14 sentyabr 2007-ci ildə Bakı şəhə­rində anadan olmuşdur. Bakıxanov qəsəbəsindəki 94 saylı orta məktəbin I sinif şagirdidir.
Onur körpəlikdə şən, valideynlərinə bağlı, də­cəl, mehriban uşaq olub. Əsasən velosiped sürməyi, avtomobil oyuncaqları ilə oynamağı, rəqs etməyi, gəzintiyə çıxmağı sevərdi.
Hərfləri və saymağı uzun illər müəllim işləmiş və hazırda təqaüddə olan Nazlı nənəsinin köməyilə öyrənmişdı. Eyni zamanda çoxlu sayda uşaq şe­irləri və nağıllar da öyrət­mişdi nənəsi. Ən çox sev­diyi və hər fürsətdə həvəs­lə söylədiyi doğma vətə­ni­miz Azərbaycanın dövlət himni idi. Bəzən məclis­lər­də böyüklər belə 3-4 yaş­lı Onurun Azərbaycan himnini sonadək söyləməsini heyrətlə və məmnuniyyətlə dinləyərdilər.
Kiçik yaşlarından Onur iti yaddaşa malik olmuş, şəkil çək­mə­yə və riyazi hesablamalara böyük həvəsi olmuşdur. Körpə yaş­la­rından şeir, nağıl öyrənməyə heç çətinlik çəkməmişdir. Körpə Onurda şəkil çəkməyə maraq, hələ orta məktəb illərindən gözəl şəkillər çəkməyi bacaran və asudə vaxtlarını bu işə sərf edən, ix­ti­sasca müəllim olan anasının sayəsində yaranmışdır. Ri­ya­ziy­ya­ta marağı isə ixtisasca iqtisadçı olan atasının müxtəlif riyazi he­sab­lamalara aid sualları oyatmışdı.
Onur dərs əlaçısıdır. Dərs ilinin başlanğıcından bu günə kimi həm yekun, həm də gündəlik qiymətləri yalnız əla olmuşdur. Ən sevimli fənni isə riyaziyyatdır.
Məktəbdə keçirilən Yeni il şənliyində, 20 Yanvar və Xocalı soyqırımına həsr olunmuş mərasimlərdə fəal iştirak edib, şeirlər söyləyib. Həmçinin xalq nağıllarının əsasında hazırlanmış səh­nə­ciklərdə iştirak edib. 
Onurun söyləməsinə görə həyatında ən maraqlı gün məktəbə getdiyi ilk gündür, çünki həmin gün ilk dəfə məktəbli forması geyinərək, məktəbin hə­yə­tində keçirilən tədbirdə şer söyləyib və alqışlanıb. 7 yaşlı uşağın belə söy­lə­məsi təbiidir. Biz inanırıq ki, onun maraqlı günləri, uğurları hələ qarşıdadır. Onun zəkasına, təfəkkü­rü­nə və müəllimlərinin balaca qəhrəman barədə söylədikləri fikirlərə isti­nad edərək bunu əmin­lik­lə söyləmək olar.
Onur üçün yay tətili zamanı babasıgilin kən­dində keçirdiyi günlərin də xüsusi önəmi var. Çün­ki orada yaşayan dostları ilə maraqlı günlər keçirir.
Onur: “ - Bu günə kimi əldə etdiklərim üçün ilk növbədə Nazənin müəllimə və digər mü­əl­limlərimə, həmçinin anama borcluyam.
Orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə daxil olmaq, həkim olmaq istəyirəm. Həkim işləyən Şakir baba­mın xəstələrə necə kömək etdiyini gördükdən sonra mən də bu sənəti sevmişəm. 
Asudə vaxtlarmda kiçik qardaşımla oynamağı, şəkil çəkməyi, intellektual misallar həll etməyi, cizgi filmləri seyr etməyi xoş­la­yıram.
Xarici dilləri və bilgisayarda işləməyi mükəmməl öyrənməyi, idmanın boks növü ilə məşğul olmağı düşünürəm. Bilik yarış­ma­larında, olimpiadalarda qalib yerlər tutmaq, idmanla məşğul olub turnirlərdə iştirak etmək, babalarımızdan biz­lərə miras qalmış şərəfli ada layiq işlər görmək niyyətindəyəm.

24 апреля 2014 г.

NURLU NURLAN

Nurlan - nur sözündəndir. Aydınlıq, işıq mənasını verir. Təbiətən sakit, utancaq, ağıllı, bacarıqlı bir uşaq olub. Şeir əzbərləməyə, nağıl dinləməyə həvəsli idi. Yaşına görə gözəl şəkillər çəkirdi. Şəkillərin əksəriyyəti müxtəlif markalı maşınlar olardı. Böyüyüb yaşa dolduqca bu maraqlara yeniləri də əlavə olunub. Maraqlı təbiət mənzərələrini foto­nun yaddaşına köçürmək, tərtibat işləri ilə məşğul olmaq bu qəbildəndir. 
Nurlan 6 yaşında məktəbə gedib. Vaxtından əvvəl alınmış məktəbli çantası və dərs ləvazimat­ları bütün oyuncaqlara qarşı marağını (maşınlar­dan başqa) üstələmişdi. Kitablarla dolu çantanı çəkə çəkə gətirər, Əlifba kitabını açar, şəkillərə baxaraq onları anlamağa çalışarmış kimi müxtəlif səpkili suallar verərdi. Kitabda şəkillər arasında təsvir olunmuş “Tıq-tıq xanım”, “Qoğal”, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl­la­rını dönə-dönə dinləməkdən yorulmazdı. Axşamlar isə çox vaxt bu nağıllar əsasında anası ilə dioloq yaradar, beləcə yuxuya gedərdi. O da öz növbəsində ağıllı, tədbirli, bacarıqlı olmaq kimi keyfiyyətləri önə çəkər, haqq-ədaləti başa salmağa çalışardı. 
Çoxlu uşaq şeirləri öyrənmişdi. Oxumağı isə nənəsinin kö­məyilə öyrənmişdi. 
Nurlan Mirzəmməd oğlu Fətəliyev 15 oktyabr 1987-ci ildə Naxçıvan MR Ordubad rayonunun Bist kəndində anadan olub. 1993-cü ildə N. Tusi adına Bist kənd orta məktəbinin I sinfinə daxil olub. Sinif nümayəndəsi idi. 2004-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib. 2005-ci ildə NDU-nun təbiətşünaslıq fakül­təsinə qəbul oldu. 2009-cu ildə coğrafiya ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirdi. Elə həmin il ölkəşünaslıq və beynəlxalq turizm ixtisası üzrə magis­tratura pilləsinə daxil oldu. 
Humanitar fənlərə marağı daha çox olub. Azərbaycan dili, ədəbiyyat, coğrafiya, informatika böyük maraqla öyrəndiyi fənlər idi. Ayrı-ayrı vaxtlarda fənn olimpiadalarında, inşa yazı müsabiqələrində iştirak edib. İctimai işlərdən də kənarda qalmayıb. Tədbirlərin bir neçəsində aparıcı olub. 
Ali məktəbi fərqlənmə diplomu ilə bitirib. İxtisası ilə bağlı yerşünaslıq, hidrologiya, geomorfologiya, landanşaftşünaslıq, geodeziya, topoqrafiyanın əsasları və. s sevimli fənləri olub. 2008-ci ildə universitetdə keçirilən fənn olimpiadasında II yeri tutub. 13 iyun 2008-ci ildə tələbə elmi konfransında qazandığı müvəffəqiyyətə görə I dərəcəli diplomla təltif olunub. 
Uğurlu günü 2008-ci il dekabr ayının 14-dür. Həmin gün Bakı şəhərində Odlar Yurdu Universitetində coğrafiya elminin tanımış nümayəndələrindən biri, coğrafiya elmlər doktoru, professor M. Müseyibovun qarşısında sınaqdan keçməyi, elmi işinin bəyənilməsi, BDU-nun coğrafiya kafedrası üçün hədiyyə olaraq götürülməsi indiyə qədər qazandığı uğurlar içərisində ən böyüyü hesab oluna bilər. 
Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə ilk növbədə anasına və təbii ki, müəllimlərinə minnətdardır. İlk uğursuzluq­dan sonra məhz anası onda inam hissinin azalmasına imkan vermədi. Bir il ərzində bütün səylərini bir yerə toplayaraq müəl­lim yanına getmədən əvvəlki biliklərinə əsaslanaraq inad­kar­lıq­la çalışdı. Çəkdiyi zəhmət boşa getmədi. 
Seçdiyi qrup imtahanında ingilis dilində də suallar var idi. Oxuduğu kənd məktəbində bu fənn tədris olunmadığı üçün dil haqqında heç bir anlayışı yox idi. Bu işdə ona xalası qızı Mədinə xanım çox qısa bir zaman ərzində yardımçı oldu. Buna görə ən böyük minnətdarlıq onun payına düşür. 
İtirdiklərinin əvəzində ona yenilərini qazandırmaq üçün da­im arxasında olan, onu düşünən anası varsa deməli xoş­bəxt­dir. 
Asudə vaxtlarında bədii ədəbiyyat oxumaq, televizora baxmaq, musiqi dinləmək, idmanın müxtəlif növləri ilə məşğul ol­maq, təbiətin qoynunda gəzməyi xoşlayır.

17 апреля 2014 г.

ELMİN ZİRVƏSİNƏ DOĞRU

İbrahim Elçin oğlu Əzizli 18 iyul 2003-cü ildə Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının Səbail rayonundakı 49 saylı məktəb-liseydə başlayıb. Sonradan təhsilini İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada davam et­dirib.
Məktəbə getmədiyi dövr­lərdə İbrahimin əsas məşğuliyyəti şəkil çəkmək və hərf yazmaq idi. Təh­silə marağı 3 yaşından, uşaq bağçasına getdiyi vaxt­lardan başlamışdı. Elə uşaq bağçasında da tam sərbəst yazıb-oxu­mağı öyrəndi. 
İbrahim məktəbdə də təhsilini uğurla davam etdirir. Dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər ana dili, riyaziyyat, ingilis dili və tarixdir. Demək olar ki, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Adətən kütləvi tədbirlərdə aparıcı olur. Hələ 49 saylı məktəb-liseydə oxuduğu dövrdə təhsildə və məktəbin ictimai həyatında fəal işti­rak etdiyinə görə tərifnamə ilə təltif olunub. Bu balaca İbra­himin ilk nailiyyəti idi.
10 yaşlı İbrahim həyatında ən uğurlu gün kimi gimnaziyaya qəbul olduğu günü hesab edir. Ən maraqlı günləri isə idmanda əldə etdiyi nailiyyətlər olub. Qəhrəmanımız dəfələrlə məktəbdən tərifnamə, üzgüçülük üzrə diplom, milli rəqsdən sertifikat, dərs üzrə yarış sertifikatı ilə təltif olunub. 
Əldə etdiyim nailiyyətlərə görə ilk növbədə valideynlərinə və müəllimlərinə borclu olduğunu xüsusi vurğulayır. 
Hələ kiçik yaşlarından cərrah olmağı düşünən İbrahim asudə vaxtını kitab oxumaqla keçirir. Bəzən dostları ilə maraqlı oyun­lar oynayır. O, elmin ən yüksək zirvələrini fəth etmək istəyir.

Məhəbbət Ədalət oğlu Məmmədov


Məhəbbət Ədalət oğlu Məmmədov 2006-cı il yanvarın 27-də Sumqayıt şəhərində dünyaya göz açıb. Sanki həmin gün Məmmədovlar ailəsinin üzü həmişəlik gülməyə başladı. Ailənin sayı artaraq, dörd ikən beş oldu.
O, uşaqlıqda şənliyi, ağlı, dəcəlliyi ilə ailənin sevincinə çevrilmişdi. Məhəbbət hazırda Sumqayıt şəhərindəki Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbin III sinfində oxuyur. Təhsilə başladığı ilk gündən sinif yoldaşlarının arasında seçilməyə başlayıb və müəlliminin sevimlisinə çevrilib.
Hələ məktəbə getməmişdən qabaq Məhəbbətin yazıb-oxumağa həvəsi böyük olmuşdur. Bəzi uşaqlara məcbur olaraq, bir-iki söz yazdırır və ya oxudurlar. Məhəbbət isə özü böyüklərinə yaxınlaşaraq, ona heç olmasa bir hərf yazmağı öyrətməyi xahiş edirdi. Bu məktəbdə də öz nəticələrini göstərdi, onun fəallığı və ağlı hər kəsin diqqətini cəlb etdi.
Məhəbbət: “ - Mən dərslərimdə fəal iştirak edirəm. Lakin bundan da fəal olmağa çalışıram. Nümunəvi bir şagird olmaq o qədər də asan deyil. Arzularım varsa, deməli yüksək səviyyədə təhsil almalıyam.
Sevdiyim fənlər ana dili, riyaziyyat, ingilis dili və musiqidir. Məktəbdə keçirilən tədbirdə daim iştirak etməyə çalışıram. Tədbirlərdə Kosa, Şaxta baba, Tülkü rollarında oynamışam. Ən maraqlı uğurlu və yaddaqalan günüm Bilik günüdür. Çünki bu gün tək mən deyil, bütün məktəblilər yeni biliklərə yiyələnmək üçün təhsil ocaqlarına qədəm qoyur.
Əldə etdiyim nailiyyətlərə görə valideynlərimə və müəlliməmə borcluyam. Böyüyəndə nümunəvi bir şəxsiyyət olmaq istəyirəm.
4 yaşımda artıq televiziyada nə qədər cinayət, oğurluq hadisələrinin baş verdiyini və gündən-günə artdığını müşahidə etdim. Buna görə də fikirləşib gələcəkdə Səhman əmi kimi polis olmağa qərar verdim.
Asudə vaxtlarımda televiziyada bilik yarışmalarına baxır, nağıl kitabları oxuyur, musiqi dinləyirəm və bacardığım qədər ehtiyacı olanlara kömək edirəm.”

15 апреля 2014 г.

OLİMPİADA ZİRVƏSİNƏ DOĞRU

 
Nurlanə Azər qızı Vəliyeva 14 iyul 1998-ci ildə Bakı şəhə­rin­də anadan olub.  Uşaqlıqda ən əsas marağı heyvanlar aləminə olub. İtlərlə, atlarla, pişiklərlə maraqlanırdı, böyüdükcə internetdən onlara aid bütün məlu­mat­ları top­la­yıb öyrə­nir­di. Şəxsi 2 ədəd atı var idi. İndiyə kimi ara­­da cıdıra ge­dib at sü­rür. Şəxsi iti var - karlik pu­del (Lulu). Ümu­miy­yətlə heyvanlar alə­minin müdafiəçisidi. 13 yaşın­dan kamandan oxatma ilə maraqlanır. Hazırda bu növ üzrə milli yığmanın üzvüdür. Dəfə­lər­lə diplom və medallarla təltif olu­nub. Respublika birin­ci­liyində (yeniyet­mə­lər) II yeri tutub. Mart ayında Tür­kiyənin Antal­ya şəhə­rində keçirilən bey­nəlxalq yarışın işti­rak­çısı olub. Yaxın­larda Slo­veniyada keçiriləcək yarışda olimpiadaya lisenziya qazan­maq üçün yola düşəcək.
Nurlanə dərslərini də həvəslə oxuyur. İdmanla məşğul ol­masınaa baxmayaraq dərslərini proqramlara uyğun öyrənir. Ən sevdiyi fənlər ingilis dili və biologiyadır. Məktəb fənnlərindən başqa yapon dilini öyrənir. Dəfələrlə məktəbdə keçirilən olim­pi­a­dalarda iştirak edib. V sinifdə məktəb üzrə I yerə çıxıb. 
Ən böyük arzusu 2015-ci ildə keçiriləcək olimpiadada iştirak etmək, ölkəmizə qızıl medal qazanmaqdır. 
Gələcək üçün əsas planı orta məktəbi müvəffəqiyyətlə bitirib ali təhsil almaqdır. İdmanda isə yüksək pillələrə qalxmaq üçün var qüvvəsi ilə səy göstərir.
Ümid edirik ki, Nurlanə idman nailiyyətləri ilə Azərbaycan ta­­rixində özünə yeni səhiflər açacaq gəclərimizdən biri olacaq. Bu­nun üçün kifayət qədər potensiala malikdir.

10 апреля 2014 г.

Şirəliyeva Aygül Araz qızı



Şirəliyeva Aygül Araz qızı 21 may 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Binəqədi rayonundakı 144 saylı məktəbin V sinif şagirdidir. Aygül körpəlikdə qız uşaqlarına xas olmayan dərəcədə dəcəl, aktiv uşaq olub. Stolun üstünə, səkilərə, ağaclara dırmaşırdı. Heç nədən qorxmurdu. Ən sevimli məşğuliyyəti güzgü qarşısında dayanıb mahnı oxumaq, oynamaq, seir demək idi. Yaşıdlarından fərqli olaraq hər şeyə böyük marağı var idi.
1 yaş kiçik qardaşını hamıdan müdafiə edərdi. Kimsə qardaşını incitsə mütləq onunla dava edərdi. Valideynlərini heç bir zaman incitmir, sadəcə olaraq yemək yeməyi sevmirdi.
Aygül məktəbə getməmişdən çox əvvəl  yazıb-oxumağı öyrənmişdi. 3 yaşı olarkən I sinfin bütün şeirlərini əzbər bilirdi. 5 yaşında kitab oxumağı və hesabı öyrənmişdi. 6 yaşında rus dilində danışılanları başa düşürdü və rus dilində olan cizgi filmlərinə baxmağı çox sevirdi. Nağılları öz interpretasiyası ilə danışırdı. Rəsm çəkir və rəsmlərin altına “Şirəliyeva Zvezda Aygül” imzasını yazmağı xüsusən sevirdi.
Aygül körpəlikdən həkim olmaq istəyir. Həmişə valideynlərini, nənəsini və qardaşını uzadıb üzərlərində “əməliyyatlar” aparır, təzyiqlərini “ölçürdü”.
Zövqlə geyiməyi, qonaq getməyi, ailəcə gəzintiyə getməyi çox sevir. İstər həyətdə, istər məktəbdə həmişə birinci olmaq istəyir. Dayanmadan çalışır və həmişə birinciliyi qazanır. Çox prinsipialdır.
Aygül məktəbdə əlaçıdır. Ən çox riyaziyyatı və ingilis dilini sevir. Bədii kitablar oxumağıda çox sevir.
Məktəbdə keçirilən bütün tədbirlərda iştirak edir. 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş tədbirlərdə, bayatı yarışmaları, IV sinif buraxılış tədbirində şeirlərlə iştirak edib. 2012-ci ildə şeir müsabiqəsində II yer tutub. Aygül: “ - Həyatımda ən maraqlı yaddaqalan hadisə IV sinif buraxılış tədbiri olub. Burada M.Ə.Sabirin “Uşaqdır uşaq” satirik şeirini səhnələşdirmişdik. Müəllimlərim və valdeynlərimin  fikrincə rolumun öhdəsindən layiqincə gəlmişəm və şeiri aktyorlara xas məhartlə ifa etmişəm.
Uğurlarıma görə valideyinlərimə və sevimli müəllimim Ülviyyə xanıma çox borcluyam.
Səhnə, rəqs, şeirlə bağlı fəaliyyətimə yalnız hobbi kimi baxıram. Hədəfim uşaq həkimi olmaqdır. Çünki uşaqlarla çox rahat dil tapıram. Mən uşaqları sevirəm, onlar da məni sevir.
Boş vaxtlarımda mütaliyə etməyi, üzgüçülük mərkəzində üzməyi çox sevirəm. Yaxınlarıma sürpriz açıqcalar hazırlamağı, rəsm çəkməyi onları otağımdan asmağı xoşlayıram.”