elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 августа 2016 г.

Həsənzadə Vüqar Vidadi oğlu

 

Həsənzadə Vüqar Vidadi oğlu 20 mart 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Vüqar körpəlikdə sakit, ağıllı, mülayim, hər şeylə maraqlanan həssas, şirin, yaraşıqlı uşaq olub. Yaşıdlarından fərqli olaraq tez dil açıb. Anasının köməyi ilə məktəbə gedənə qədər bütün hərfləri öyrənmiş, saymağı bacarmışdır. Vüqar hələ bağça yaşlarından məktəbə can atmış, özündən böyük uşaqlardan dərs, təlim qaydaları almışdır. Çox həssas uşaq olduğu üçün ətrafındakı bütün hadisələri diqqətlə müşahidə etməyi, suallar verməyi çox sevib.
2010-cu ildə Bakıxanov qəsəbəsindəki Modern tədris mərkəzində məktəbəqədər hazırlıq kursuna gedib. Vüqar Bakıxanov qəsəbəsindəki 309 saylı orta məktəbdə təhsil alır. Dərs əlaçısıdır. Ən çox dəqiq fənlərə maraq göstərir. Məntiqi məsələlər həll etməyi çox sevir. Məktəbdə təşkil edilən bütün tədbirlərdə iştirak edir və bir çoxlarının aparıcısı olub. O, öz nümunəvi hərəkətləri ilə sinif uşaqları arasında seçilərək müəllimlərinin sevimlisi olub. Vüqar müəllimini dərin məhəbbətlə sevir və uğurlarına görə özünü müəlliməsi Mədinə Əliyevaya və anasına borclu bilir. I və II sinfi bitirdiyi zaman tərifnamələrlə təltif olunmuşdur. Dəqiq fənlərə olan marağı onu şahmata yönləndirib. Şahmat kurslarına gedib və yarışda iştirak edib. Üzgüçülüyə olan həvəsi bu gün Vüqarın yaxşı üzgüçü olmasına şərait yaradıb. Eyni zamanda idmanın karate növü ilə də məşğul olur. Asudə vaxtlarını kompüter oyunları oynamaqla, açıq havada gəzməklə keçirir. Vüqar həkim olaraq insanlara kömək etmək, sağlamlıqlarının qayğısına qalmaq istəyir.

Lakin yaşının az olduğunu nəzərə alaraq hələ irəlidə onun arzularının dəyişəcəyini güman etmək olar. Hansı sahədə olursa olsun, işini yaxşı bilən savadlı mütəxəssis olmasını arzulayırıq. 

27 августа 2016 г.

İnci Dünyanur qızı Ələsgərli

İnci balamız bir neçə sərgilərdə işdirak edib və diplomla təltif olunub
Azərbaycanımızın fəxri! Belə istedadlı, seçilən yeniyetmələrimizdən biri də İnci Dünyanur qızı Ələsgərli 2011-ci il mayın 29-da Naxçıvan şəhərində dünyaya göz açmışdır. İnci balamız körpəlikdə dəcəl qız olmuşdur. Rəsm çəkməyi çox sevirdi. 2-3 yaşlarından təsviri incəsənətə maraq gösdərib. Balaca İnci  3 yaşında Baby-Star uşaq bağçasına gedib və bağçada keçirilən tədbirlərdə fəal iştirak edib. Yaşı kiçik olsa belə güclü hafizəyə və fantaziyaya malik olduğu hiss olunur. O yorulmadan, usanmadan təsviri incəsənətlə məşğul olardı. Valideynləridən daim ona rəngli qələmlər və rəsm çəkmək üçün lazım olan digər ləvazimatları almağı tələb edərdi. İnciyə bu sahədə dəstək olan müəllimi Günel xanım onun çox ağıllı, bacaraqlı qız olduğunu vurğulayır.
Asudə vaxtlarında qardaşı ilə vaxt keçirməyi, rəsm çəkməyi xoşlayır. Kişik yaşında əldə etdiyi uğur və nailiyyətlərə görə rəsm müəllimi Günel xanıma özü və valdeynləri minnətdarlığını bildirilər.
Gələcək planları tanınmış rəssam olmaqdır. Yaşının az olması səbəbi ilə müsabiqələrdə iştirak etməyib. Ancaq gələcəkdə onu böyük nailiyyətlər gözlədiyinə inanır.

Biz də balaca rəssama uğurlar arzu edirik. Vətənə, millətimizə layiqli övlad olasan uğur və naliyyətlərin bol olsun. Müəllimin Günel xanımın fəxri olasan. Uğurlar balaca İnci balamıza!

26 августа 2016 г.

Babayev Fəttah Fərhad oğlu

Valideynləri Fəttahın körpəlikdən dəcəl, eyni zamanda ağıllı uşaq olduğunu deyirlər. Hər bir hadisə haqqında məlumatlanmağa çalışır. Dörd yaşından rəqslə və şahmatla məşğul olur, rəsmə böyük marağı var. Yazmağı çox sevir anası tərəfindən öyrədilib ilk olaraq. Şahmata marağı üç yaşından var hazırda qardaşının müəlliməsi Natəvan xanımdan dərs alır.
Babayev Fəttah Fərhad oğlu 20 aprel 2012-ci ildə Bakı şəhərində anadan olub. Hazırda uşaq bağçaya gedir. İngilis və rus dillərində şeirlər bilir, yaşıdlarından çox fərqlənir istedadlı və ağıllı olması ilə. Bağçada keçirilən tədbirlərdə fəal iştirak edir. Ən çox sevdiyi “Ana” şeiridir. Dərslərini əla oxumaq və eyni zamanda şahmatçı olmaq arzusundadır.
Ən böyük arzusu əvvəlcə Bakı çempionu, sonra isə respublika çempionu olmaqdır. Gələcək hədəflərindən biri isə həkim olmaqdır. Humanist olması onda bu istəyi yaradıb.
Boş vaxtlarını şahmat oynamaqla və qardaşı ilə gəzintiyə getməklə keçirir. Qəhrəmanlarımızın şəklini çəkməyi çox sevir. Bu Fəttahın vətənpərvər bir usaq olduğunu, eyni zamanda gələcəkdə də  nümunəvi bir vətəndaş olacağından xəbər verir.
Həkim olmaq istəyində isə xəstə insanlara şəfa vermək arzusu dayanır. 4 yaşından artıq Fəttah kitabların dostu olmağı və dərslərini yaxşı oxumağı düşünür.
Qeyd edək ki, redaksiyamızında bu yaşda istedadını qeyd etdiyimiz ilk istedadımızdır.


Günel Firudin qızı Cəfərova

 
 
Gələcəyin rəssamı! Günel balamız körpəlikdə ağıllı, sakit, dərin düşüncəli bir uşaq olub. Valideynləri qeyd edirik rəssm qabilyəti Günelə uşaq yaşdarından yaranıb. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı bunu ona valdeyinləri tərənindən öyrədilmişdir.
Günel Firudin qızı Cəfərova 2005-ci il iyulun 28-də Bakı şəhərində anadan olmuşdur.İlk təhsil aldığı orta məktəb 11 saylı İnterqrasiya təlimli internat məktəbində təhsil alır hal-hazırdada həmin məktəbdə təhsilini davam etirir. Dərslərimi əla qiymətlərlə oxuyur. Bu sahədə müəllimi Vüsalə xanım da Günelə dəstək olur. Ən çox sevdiyi fənn təsviri incəsənət, ingilis dili fənnidir. Məktəbimizdə keçirlən tədbirlərdə fəal işdirak etmişəm. Qarqız, Baharqızı rolunu oynamışam bu uğuruma görə diplomla təltif olunmuşam. 
Mən Əzim Əzimzadəyə, Səttar Bəhlulzadəyə və Van Qoqa oxşamaq isdərdim. Məndə o cür məhşur rəssamlar kimi olmaq isdəyirəm. Gələcəkdə rəsm sənətinə sahib olmaq istəyirəm. Çoxdan bu fikirə düşmüşəm. Mən rəsmi sevdiyim üçün rəsmin ardınca gedirəm.
Asudə vaxtlarımda ailəmlə vaxtımı keçirirəm. Ən çox da rəsmlə məşğul oluram. Gələcək planlarım tarixin yadaşında qalmaq üçün bu addımları atıram dərslərimi əla qiymətlərlə bitirb ali məktəbə daxil olmaq istəyirəm. Uğur və naliyətlərimə görə özümü ailəmə, müəllimim Günel xanıma özümü borclu bilirəm.
UĞURLAR SƏNƏ GÜNEL!!!!!

22 августа 2016 г.

MƏLİKOV MÜRSƏL ELŞAD OĞLU

Gələcəyin polisi Mürsəl körpəlikdə çox sakit, gülərüz, qorxmaz bir uşaq idi. Ən çox top oynamağı xoşlayırdı, kompyüterə maraq göstərirdi, boksu sevirdi. O, məktəbə qədər məşğələlərlə məşğul olur məktəbə gedənə qədər yazıb-oxmağı bacarırdı. Bacarıqlı olduğu üçün o, diplom mükafatlarla təltif olunub. Onun təhsilə maraq göstərməsində anasının rolu böyük olub. Mürsəl balamızın idmana çox böyük həvəsi var. Bu sahəni ona babası Səfdər Məlikov sevdirib. Mürsəl idmanın bir neçə növü ilə məşğuldur: üzgüçülük, futbolu çox sevir.
Mürsəl 2005-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub. İlk təhsilini 23 saylı tam orta məktəbdə almağa başlayıb. Hazırda həmin məktəbdə təhsilin davam etdirir, VI sinif şagirdidir.
Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənnlər riyaziyyat, idmandır. Məktəb tərəfindən təşkil olunmuş bütün tədbirlərdə, bayramlarda fəal işdirak edir. Bu il keçirlən Novruz bayramında Sultan rolunun ifaçısı olub.
Mürsəl: Həyatımın ən maraqlı günü ailəmlə Sankt Peterburqa  istirahətə getdiyim gündür. Ora çox gözəl və maraqlı yerdir. Həyatımda ilk dəfə idi ki şokalad müzeyi gördüm, hər fiqur çox baxımlı və real görünürdü.
Əldə etdiyim uğur və naliyyətlərimə görə anama, amma idmana marağım daha çox olduğu üçün babama oxşamaq isdəyirəm.
Asudə vaxtlarımda musiqi dinləməyi xoşlayıram.
Mürsəl düşünür ki tarixin yaddaşında əbədi olaraq qalacaq. Vətənə millətə layiqli övlad olacağına əmindir. Ən böyük arzusu dərslərini əla qiymətlərlə bitirib Polis Akademyasına qəbul olmaqdır.

Biz də sənə uğurlar arzu ediriik!