elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 октября 2015 г.

Həşim Emil oğlu Həşimov

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Həşim Emil oğlu Həşimovdur. Həşim 1 oktyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Həşim körpəlikdə sakit təbiətli uşaq olub. Onun uşaqlıqda musiqiyə həvəsi olub, caz musiqisini dinləyir, sakitcə piano arxasına keçərək eşitdiyi musiqini ifa etməyə cəhd edirdi. Bununla bərabər usaqlıqdan dərslərini də yaxşı oxumağa çalışırdı. Həşim sanki başqa uşaqlar kimi uşaqlıq keçirməyib, o, daim musiqi və dərsləri ilə məşğul olub. Özünün zəhməti hesabına və müəllimlərinin sayəsində bir çox uğurlar qazanıb.
Həşim məktəbə gedənə qədər yazıb - oxumağa da marağı böyük olub. Bəzi yazı-oxu qaydalarından anlayışı olub. Yazıb-oxumağı öyrənməkdə ona anası kömək edib. İstedadı ilə bağlı maraq onda 3-4 yaşlarından yaranıb.
Onun musiqi ilə bağlı marağının davam etdirilməsində kiçik yaşlarından Ü. Hacıbəyov adına Musiqi Akademiyasının Dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkar-pianoçu Lalə Cəfərovanın dəstəyi böyük olmuşdur. Həşim ilk təhsilini Binəqədi rayonu 246 saylı tam orta məktəbdə alıb. Hazırda isə 143 saylı orta məktəbdə təhsilini davam etdirir. Dərslərini çox yaxşı oxuyur, ən sevimli fənni azərbaycan dilidir.
O, bir çox tədbir, bayram və müsabiqələrdə iştirak etmişdir.  Həşim ümummilli lider Heydər Əliyevin ildönümü münasibəti ilə rayon və məktəblərdə keçirilən tədbirlərdə iştirak etmiş, Zaqatalada, Lənkəranda tədbir və bayram şənliklərində istirak etmişdir.
O, SSRİ xalq artisti, görkəmli rəssam Tahir Salahovun ev muzeyinin açılışında iştirak etmiş, burada onun rolu pianoda ifa etmek olmuşdur. İştirak etdiyi və qalib olduğu bütün festival və müsabiqələr onun üçün maraqlı və yadda qalandır. Ən maraqlı, yadda qalan və uğurlu günlərindən biri ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən müsabiqədə 1-ci yer qazandığı gün olub. Həşim bir sıra diplomlarla təltif edilib. Belə ki;
2012-ci ildə Ümummilli Lider Heydər Eliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə "Azərbaycan səninlədir, sənsiz deyil" adlı yaradıcılıq müsabiqəsinin piano nominasiyası üzrə birinci yer tutduğuna görə diplomla
2012-ci ildə Gənc Pianoçuların 2-ci Respublika müsabiqəsində yüksək səviyyəli çıxışına görə 3-cü dərəcəli diplomla
2013-cü ildə Ümummilli Lider Heydər Eliyevin 90 illik yubileyi münasibətilə rayon ümumtəhsil məktəblərinin "Azərbaycan səninlədir, sənsiz deyil" 3-cü yaradıcılıq müsabiqəsinin laureatı olmuş, diplomla təltif olunmuşdur.
2014-cü ilin mayında Türkiyənin İstanbul şəhərində Uluslararası 9. PeraPiano Festivalı Piano yarışmasında yüksək səviyyəli çıxışına görə 1-ci yerə layiq görülmüşdür
2014-cü ildə Moskva şəhərində "Vladimir Spivakov Fondu adına Moskva dostlarını qarşılayır" adlı 11-ci Beynəlxalq Festivalında yüksək çıxışına görə Tərifnamə və medalla təltif olunmuşdur
2014-cü ildə bu müsabiqələrdə iştirakına görə öz həmyaşıdlarından fərqləndiyinə, 1-ci yerin qalibi olduğuna görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 2015-ci ilin fevralında Serbiyanın Belqrad şəhərində Davorin Jenko adına keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülmüş, diplomla və medalla təltif olunmuşdur         
2015-ci ildə mart-aprel aylarında Almaniyanın Muhlaxer şəhərində keçirilən Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülmüş, diplomla təltif olunmuşdur
2015-ci il iyunun 1-də Azərbaycan Respublikasinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycanın Gələcəyi " mükafatına layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.

27 октября 2015 г.

Hətəmov Hətəm Aydın oğlu

Vətənimizin istedadlı övladlarından biri də Hətəmov Hətəm Aydın oğludur. O, 28 avqust 2002-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Uşaq vaxtı dəcəl, gəzməyi sevən bir uşaq olub. Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı bacarırdı. Bunu bağçada öyrənmişdi. Kiçik yaşlarından üzgüçülüklə məşğul olurdu. Onda bu marağı atası oyatmışdır. 
O ilk qədəmlərini 182 saylı orta məktəbdə atıb. Hazırda təhsilini İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada davam etdirir. Dərslərini yaxşı oxuyan Hətəmin ən se­vimli fənni riyaziyyatdır. Yarışlarda əldə etdiyi dilomlara, uğurlara görə özünü atasına borclu hiss edir və atası kimi dürüst və düzgün olmağı arzu edir. Asudə vaxtlarında bədii ədəbiyyat oxumaq, tar çalmağı xoşlayır. Hətəm məktəbi əla qiy­mət­lərlə bitirib Tükiyədə ali təhsil almaq və iqtisadiyyatçı olmaq istəyir. Bu fikir onda 6 yaşından bəri yaranıb. Təh­silini bitirdikdən sonra isə Bakıya qayıdaraq öz biznesini qurmağı arzulayır. 
Ona bu yolda uğurlar diləyirik.

Zamanlı Cəlal Səid oğlu

Bu balaca qəhramanda hələ 3-4 yaşlarından vətəninin bayrağına, ölkəsinin himninə məhəbbət oyanıb. Hələ uşaq yaşlarından bir çox ölkələrin bayrağını tanıyırdı. Əsgər paltarını geyinmək, vətənə xidmət etmək arzusu da uşaqlıqdan yaranıb.
Zamanlı Cəlal Səid oğlu 6 oktyabr 2005-ci ildə Bakı şəhərində payız fəslinin ilk ayında dünyaya göz açmışdır.
Cəlalın yaşının kiçik olmasına baxmayaraq yaxınları ilə danışdıqda onun necə biri olduğuna şahid olduq.
Anasının dediyinə görə Cəlal məsuliyyətli, ağıllı, dərslərini əla qiymətlərlə oxuyan birisidir. Onun ideaları geniş, fikirləri çox məntiqə uyğun, dostlarına və sinif yoldaşlarına, davranış qaydalarında nəzakət göstərən birisidir. O, hələ məktəbə getməzdən öncə yazıb-oxumağı, hesablamağı bacarırdı. Bütün bunları ona 48 saylı Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Gülnarə Vəliyeva öyrədib. Gülnarə xanım söylədi ki, mən fəxr hissiylə dəyə bilərəm ki, Cəlal həm yaxşı şagird, eyni zamanda müstəqil Azərbaycan üçün dəyərli vətəndaşdır. Hər zaman kütləvi tədbirlərdə əsgər geyimi ilə vətənpərvərlik mövzulu şeirləri ürək yanğısıyla söyləyən bir şagird olub. Əla qiymətləri, məntiqi düşüncələri ilə müəlliminin ən sevimli şagirdlərindən biri kimi yadda qalıb. 
Cəlal 2011-ci ildə Suraxanı rayonundakı 226 saylı tam orta məktəbə daxil olub. İbtidai sinif müəllimi Maisə xanım Cəlal haqqında belə dedi: “Hər zaman sinfin birincisi olan Cəlal bir neçə dəfə fəxri fərman alıb. Dərslərinə daim məsuliyyətlə yanaşıb. Sinif yoldaşlarına dərslərində kömək edib. Özündən böyüklərə hörmətlə yanaşıb.”
Cəlal boş vaxtlarında idmanla məşğul olur. Bir neçə dəfə idmanda uğurlar əldə edib, diploma layiq görülüb.
“Zəfər” kurslarının keçirdiyi imtahanlarda yer tutmuş, ailəsinin və müəllimlərinin sevincinə səbəb olmuşdur. “Zəfər”, “Smart”, “Alfa” kursla­rın­da yüksək yerlər tut­duğuna, bilik yarış­masında qa­lib gəl­diyinə görə fəxri fər­manla təltif olunub. 226 saylı tam orta məktəbin “Şərəf lövhəsi”ndə şəkli ön sıralardadır.
Cəlalın ən böyük arzusu məktəbi qurtardıqdan sonra ali təh­sil alaraq onun üzərində əziyyəti olan üç əvəzolunmaz insanın ümidini doğrultmaqdır. Ona qələm tutmağı öyrədən Gülnarə xanımın, ibtidai sinif müəllimi Maisə xanımın və verilən tapşırıqları yerinə yetirməkdə kömək edən nənəsi Züleyxa xanımın əziyyətlərini yerə vurmayacağına, valideynlərinin fəxr etdiyi bir oğul olacağına, ölkəsini dünyada tanıdacağına söz verir. Cəlal fəxrlə hər kəsin yanında deyir: “Axı mən Yazıçılar İttifaqının üzvü yazıçı-tərcüməçi, elmlər namizədi Şamil Zamanın nəvəsiyəm.”

26 октября 2015 г.

Abdullasoy Aysun Seymur qızı

Aysun uşaqlıqda sakit, ağıllı və şən uşaq olub. Oyuncaqlarla oynamağı xoşlayıb, suallar verməyi sevib, kitablarla maraqlanıb.
Məktəbə gedənə qədər yazıb oxumağı anasının köməkliyi ilə öyrənmişdi.
Abdullasoy Aysun Seymur qızı 27 iyul 2003-cü ildə  Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Yaycı kəndində anadan olub.
Aysun çox məsuliyyətli şagirddir. Dərslərini yaxşı oxuyur.
Məktəbin ictimai həyatında yaxından iştirak edir, əsasən bayram təbrdirlərində aparıcılıq edir.
Özünü əldə etdiyi uğurlara görə  müəllimlərinə və valideynlərinə borclu bilir.
Aysun balamız memar olmaq və bu peşədə ən yüksən ixtisasa yüksəlmək arzusundadır.
Şəkil çəkmək,kompyuterdə araşdırma aparmaq və kitab oxumaq əsas sevdiyi məşğuliyyətlərdir.
Təbiət mövzusunda rəsmlərlə işləməyi sevir.
Tariximizi canlandırmaq üçün böyük lahiyələr işləmək istəyindədir.
Biz də bu istedadlı qəhrəmanımıza müvəffəqiyyətlər arzu edir, uğurlarının davamını diləyik.