elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 января 2016 г.

Ağazadə Fidan Ruslan qızı

 
Ağazadə Fidan Ruslan qızı 28 may 2006-cı ildə Cəlilabad şəhərində dünyaya gəlib. Fidan körpəlikdə ağıllı və mülayim uşaq olub. Uşaqlıqda ən sevdiyi məşğuliyyət plastilinlə müxtəlix fiqurlar hazırlamaq olub. Hazırladığı fiqurlara ayrı-ayrılıqda adlar da verib. Dərin düşüncəsi, Fidanın insanlara münasibətindən və verdiyi suallardan bəlli olurdu. Gördüyü hər şeylə maraqlanır və onun haqqında ətraflı məlumat  almaq istəyirdi.
Fidan məktəbə gedəndə yazmağı da, oxumağı da bacarıb. Ona yazıb-oxumağı lap azyaşlı olarkən anası öyrədib. Fidan məktəbə gedəndə artıq çox şeyi bilib.
Fidan hal-hazırda orta məktəbdə təhsil alır və ən böyük marağı humanitar sahəyədir. Şeirə isə xüsusi marağı var. Bədii qiraəti çox gözəldir. Bu sahəyə olan marağı onun genindən gəlir. Atası gözəl şeirlər müəllifi gənc şair Ruslan Nadiroğlu olduğu üçün, Fidanda da bu sahəyə maraq başqa sahələrdən daha artıqdır. Atası onun yanında şeir oxuyarkən, o, çox diqqətlə dinləyir. İndi də, elə körpəlikdə də.
Fidan I sinfə Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə gedib. Hazırda həmin məktəbin IV sinif şagirdidir. Dərslərini yaxşı oxuyur və çalışır ki, hər gün əvvəlkindən daha yaxşı oxusun. Ən sevdiyi fənnlər Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, musiqi və təsviri incəsənətdir.
Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir və əsasən şeir səsləndirir.
Fidanın ən yadda qalan günü sevimli müəllimləri və sinif yoldaşları ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanını və Bayraq Meydanını ziyarət etdikləri gün olub. Həmin günü Fidan gözəl təəssüratla xatırlayır.
Qazandığı uğurlara görə ilk növbədə valideynlərinə və müəllimlərinə, xüsusilə sinif rəhbəri Şəfəq müəllim minnətdardır bu şeirsevər qız.
Gələcəkdə millətinə, dövlətinə gərəkli, millətini, dövlətini sevən  savadlı həkim olmaq arzusundadır Fidan. Hippokrat andı içərək bütün ömrünü insanlara şəfa verməyə həsr etmək istəyir. Bu istək Fidanda çox kiçik yaşlarından baş qaldırıb. Böyüdükcə də bu istək daha da dərinləşir.
Fidan dərs kitablarını oxumaqla yanaşı, yəni dərslərini tamamilə yerinə yetirdikdən sonra asudə qalan zamanını yenə də bədii kitablar oxumağa sərf edir. Onunçün maraqlı olan şeirləri əzbərləyir. Çox sevir ki, həmin şeirləri intonasiya ilə söyləsin.
Fidan hazırda sadəcə yaxşı oxuyub, əla qiymətlər almağı düşünür. Bələliklə də, ata-anasının arzusunu həyata keçirərək həkim-cərrah olmaq istəyir. Azərbaycan tarixinin yaddaşına adlı-sanlı həkim kimi hopmaq arzusundadır.

25 января 2016 г.

Hümmətova Məsər Hafiz qızı




 
Hümmətova Məsər Hafiz qızı 2005 ci il yanvarın 25-də Bakı şəhərində anadan olub.  Məsər körpəlikdən çox sakit, sözəbaxan və mehriban  bir uşaq olub. Mehribanlığı ilə əzizlərinin həmişə sevimlisinə çevrilib.Ən çox sevdiyi məşğuliyyətləri şəkil rənğləmək və plastilindən cürbəcür fiqurlar düzəltməkdir. İki yaşyarımdan bağçaya gedib. Bağçada səliqəli şəkil rənglədiyinə görə, güclü zehni qabiliyyətinə görə, şeirləri tez biz zamanda əzbərlədiyinə görə, sakit və tərbiyəli uşaq olduğuna görə bağça müəllimlərinin də sevimlisinə çevrilib. Məsər 309 nömrəli tam orta məktəbində təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Məsər məktəblərində keçirilən bütün fənləri sevir. Ən çox Riyaziyyat və Ana dili fənni ilə məşğul olur. 20 Yanvara aid tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir.  Məsərin həyatında ən maraqlı, uğurlu günləri Azərbaycan dili və Riyaziyyat fənnlərindən bilik yarışmalarında birincilik qazandığı günlər olub. Məsər 1- ci, 2-ci, 3-cü,4-cu sinifdə oxuduğu zamanlar da məntiqi təfəkkürünə görə bilik yarışmalarında çoxlu diplom və tərifnamələrə layiq görülüb. Əldə etdiyi uğur və nəaliyyətlərə görə birinci ibtidai sinif müəllimi Aygün müəlliməyə və valideynlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı ana kimi mehriban dörd il şagirdlərinin qayğısını çəkən, onların üzərində böyük əməyi olan Aygün müəlliməyə oxşamaq istəyir. Məsərin ən böyük arzusu bundan sonra dərslərini daha da yaxşı oxumaq, qazandığı uğurlarla valideynlərini, əzizlərini sevindirməkdir.  Məsər gələcəkdə müəllim olmaq istəyir. O, ikinci sinifə keçəndən sonra bu qərara gəlib. O, asudə vaxtlarında əlavə kitab oxumağı ,televizorda göstərilən bilik yarışmalarına baxmağı, anasına kömək etməyi xoşlayır. Məsər məktəbdən gələn kimi Namazını qılır, daha sonra dərslərini hazırlayır. Məsər onu dünyaya gətirən, ona gözəl tərbiyə verən və bu yaşa çatdıran ana və atasına təşəkkür edib, bağrına basıb söz verir ki, hər zaman onlara layiqli övlad olacaq . Allahın köməkliyi ilə nəyin ki, ailəsi hətta bütün Azərbaycan xalqı Məsərlə fəxr edib qürur duyacaq.

Məmmədova Milana Elşən qızı



Məmmədova Milana Elşən qızı 1999-cu il martın 19-da Rusiya Federasiyası Moskva şəhərində anadan olub. Məktəbə gedənə qədər yazıb oxumağı bacarıb. Bu işdə ona anası böyük köməklik göstərib. Milananın uşaqlıqda bir çox sevimli məşğuliyyətləri olub. Bunlardan ən çox sevdiyi isə cizgi filmlərinin qəhrəmanlarının, gəlinciklərin şəkillərini çək­mək olub. Artıq gələcəkdə həyat tərzinə çevriləcək sevimli işinə doğru addım­la­rını atırdı...
İlk təhsilini Əsəd Ələs­gə­rov adına 244 nömrəli tam orta məktəbdə alıb. Milana hər za­man dərslərində fəal iştirak edib. Riyaziyyat və biologiya fənlərini xüsusi hə­vəslə oxuyub. O, hələ orta məktəbdə oxuyan zaman Bi­nəqədi rayonunda məktəblər­arası rəsm müsabiqələrində və  sərgilərdə iştirak edib. 
Gənc qızın ən böyük uğur­larından biri 2013-cü ilin 31 may - 9 iyun tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiya­sın­da keçirilən «Saf rənglər-I» Bey­nəl­xalq Uşaq Yaradıcılıq Fes­ti­valında iştirak etməsi və diplomla təltif olunmasıdır. Milana 2013-cü ildə Azərbaycan tele­radiosunda «Esmeralda» stu­diyasından müəllimi Esmeralda Tağızadə və bir neçə tələbə ilə birlikdə iştirakı edib. Bu onun gələcək yaradıcılığı üçün stimul rolunu oynayıb.
2014-cü il Milana üçün xüsusilə yaddaqalan olub. O, 2014-cü ilin aprel ayında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən «Çirkli rəsm» ekoloji rəsm müsabiqəsində iştirak edib və Sertifikata layiq görülüb.
Həmin ilin mayında «Damla» İctimai Birliyi ilə əməkdaşlıq et­diyinə və layihədə fəal iştirakına görə ona xüsusi təşəkkürnamə verilib. 
2014-cü il iyunun 1-də Azərbaycan Dövlət Rəssamlıq Akade­miyasında keçirilən Uşaq və Yeniyetmələrin «Saf rənglər-II» Beynəlxalq Rəsm Yara­dıcılıq Festivalında iştirakına görə III yer və diplomla təltif olunub. 
2015-ci il noyabrın 25-27-də Azərbaycan Respublikası Mədə­niy­yət və Turizm Nazirliyinin «İslam sivilizasiyası uşaqların gözü ilə» mövzusunda keçirdiyi müsabiqədə yüksək nəticə əldə edib – III dərəcəli diploma layiq görülüb. Eyni zamanda Milananın rəsm əsəri afişada fon olaraq seçilib. 
Yaşının az olmasına baxmayaraq, uğurları ilə fərqlənən gənc rəssama 2016-cı il mayın 16-da Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş «İrəliyə doğru» sərgisində iştirak etdiyinə görə sertifikat təqdim edilib. 2017-ci il martın 17-də «Novruz bayramı» münasibəti ilə keçirilən sərgidə fəal iştrakına görə diplomla mükafatlanıb. 
Həmin il mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Azər­baycan Dövlət Rəsm Qalereyası, “Xətai” Sənət Mər­kəzinin birgə təşkilatçılığı ilə baş tutan «Bura Azərbaycandır» adlı rəsm müsabiqəsinin yekun sərgisində iştirakına görə diplomla təltif olunub. 
2017-ci il mayın 30-da mükafatlarının sırasına biri də əlavə olunub. Ona Azərbaycan İncəsənət Konsulluğu Gənclər Şəbəkəsinin keçirdiyi «Xatirələr» sərgisində iştirakına görə sertifikat təqdim olunub.
2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə Kollecini «Rəngkarlıq» ixtisası üzrə bitirib və diplom müdafiəsini edib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «İnformasiya texnologiyaları» ixtisasında qiyabi təhsil alır və rəssamlıqla yanaşı Developia, «Engineering academy», «Java», «Skratch» proqramlaşdırma dili və «Innjoy» kursunda general english ilə də məşğul olur.
Milana əldə etdiyi uğurlara görə valideynlərinə, ilk ustadı Esmeralda xanıma, həmçinin İncəsənət Kollecinin müəllim kollek­ti­vinə borclu olduğunu bildirib. Valideynləri onu hər zaman dəstəkləyib, bu yolda köməkliklərini əsirgəməyiblər.
Sevindirici haldır ki, istedadlı müəlliminin zəhmətlərini yüksək qiymətləndirir. Belə ki, Milana Esmeralda xanıma oxşamağa və onun kimi dəqiq, diqqətcil, məsuliyyətli olmağa çalışır. 
Asudə vaxtlarında eskizlər hazırlamağı, musiqi dinləməyi və kitab oxumağı sevir. Daha çox portret, mənzərə, gül, şüşə üzərində rəsm (qarışıq texnika ilə) çəkməyə üstünlük verir. Surrealizmin ən çətin janrlardan biri olduğunu deyən Milananın fikrincə, heç də hər rəssam bu janrda əsərlər yaratmağı bacarmır. Onun ən böyük arzularından biri də elə bu janrdakı uğuları ilə rəssamlığa təsadüfi olaraq gəlmədiyini, konkret sahənin, həqiqətən, alın yazısı oldu­ğunu sübut etməkdir. Fırçasını bir an belə olsa əlindən yerə qoymaq barədə düşünmür. Müsahibələrinin birində dediyi kimi: “Surre­alizm çətin janrdır. Zirvəyə qalxan yol çətinliklərdən keçir. Çətin­likləri dəf etmək üçün isə addım-addım irəliləmək lazımdır. Mən o zirvəni fəth etməyə calışacam.”

24 января 2016 г.

Quliyeva Zəhra Zülfüqar qızı


Quliyeva Zəhra Zülfüqar qızı 5 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Zəhra körpəlikdən çox ağıllı, sakit, səbirli və təmkinli bir uşaq olub.  Hələ bağçaya getməmişdən əvvəl gözəl və maraqlı şəkillər çəkməyi bacarırdı. Yaşının az olmasına baxmayaraq bu onda çox uğurlu alınırdı. Zəhra körpəlikdən hər şey ilə maraqlanan aktiv bir uşaq olub. Hər gün yeni məlumatlar əldə etməyi çox sevir. Özündən böyük bacıları Zəhraya bu mövzuda köməklik göstərirlər. Onun qavrama qabiliyyəti olduqca güclüdür. Zəhra şeirləri böyük məharətlə tez bir zamanda əzbərləyir və intonasiya ilə söyləyir. Zəhra 261 saylı məktəbdə təhsil alır. O, dərslərinə çox çalışır və bunun nəticəsi olaraq yüksək qiymətlər alır. Ən çox sevdiyi fənlər – Azərbaycan dili və Riyaziyyatdır. Zəhra məktəblərində və siniflərində keçirilən tədbirlərdə iştirakçı qismində çıxış edib. Zəhranın bir çox sevimli məşğuliyyətləri var. Şeir söyləmək, rəqs etmək isə onun ən sevimli məşğuliyyətidir. Zəhra üçün ən maraqlı və uğurlu gün məktəbə ilk qədəm qoyduğu gündür. Əldə etdiyi uğurlara və nəaliyyətlərə görə öncə valideynlərinə, sonra isə müəllimlərinə borclu olduğunu bildirir. Zəhra böyüyəndə atasına oxşamaq istəyir. O, atası kimi ağıllı savadlı, çalışqan olmaq istəyir. Zəhranın əsas amalı oxumaq, öyrənmək, dunya görüşünü artırmaq, daima yüksək nəaliyyətlər əldə etməkdir. O, böyüyəndə prezident olmaq istəyir. Öz savadına, biliyinə, bacarığına güvənən Zəhra bu məqsədinədə nail olacağına əmindir. O, prezident olub xalqına maddi, mənəvi dəstək olmaq istəyir. Zəhranın istəklərindən biri də xalqının yaxşı, firavan yaşaması, inkişaf etmiş ölkələrin sırasına qoşulması və abadlaşmasıdır. O, vicdanla, düzgünlüklə, ağılla irəli getməyin tərəfdarıdır. Zəhra asudə vaxtlarını  səmərəli keçirməyə çalışır. Beləliklə o maraqlı, intelektual seviyyəni yüksəldən kitablar oxumağı və şeirlər əzbərləməyi çox sevir. Zəhra tarixdə silinməz iz qoymaq niyyətindədir.

Salahov Cəmil Məmməd oğlu

Salahov Cəmil Məmməd oğlu 2010-cu il yanvarın 27-də  Bakı şəhərində anadan olub.  “Cəmil” – bu adın mənası “gözəl” deməkdir. Onun adını anası Nurlanə xanım gördüyü bir  yuxuya əsasən qoyub. Cəmil körpəlikdə ağıllı, sakit və təmkinli bir  uşaq olub.  İntelektual səviyyəsinə, hazırcavablığına, aktivliyinə  görə yaşıdlarından hər zaman seçilib. Cəmilin bir çox sevimli məşğuliyyətləri var. Bunlardan ən çox sevdiyi məşğuliyyəti isə şəkil çəkmək və rəqs etməkdir. Yaşının az olmasına baxmayaraq Cəmil  hesab əməllərini yerinə yetirməyi, rus dilində yazıb-oxumağı bacarır. Uşaq baxçasına getdiyi vaxtlarda da qeyri-adi bacarığı sayəsində müəllimlərinin sevimlisinə çevrilib. Müəlllimləri tərəfindən onun aktyorluq qabiliyyəti də üzə çıxıb. O, çoxlu şeirlər, nağıllar bilir və bütün tədbirlərdə də fəal iştirak edir. Baxçada keçirilən şənliklər də müxtəlif rollarda oynayıb və öz rolunun öhdəsindən də böyük məharətlə gəlib. Onun ən çox sevdiyi rolu isə “Dovşan” obrazı olub. Cəmil çox vətənpərvər, mehriban və qayğıkeş bir uşaqdır. Vətənini bu qədər sonsuz məhəbbətlə sevməsi səbəbsiz deyil. Çünki Cəmil hərbiçi ailəsində böyüyür. Atasının Vətənimizin keşiyində durması, torpaqlarımızın bütövlüyünün qorunması uğrunda göstərdiyi mərdliklərin şahidi olan Cəmilin vətənpərvərlik hissləri buradan qaynaqlanır. Ürəyi yumşaq, mərhəmətli olan Cəmil babası Aydın müəllim kimi heyvanları çox sevir. O, küçə də gördüyü sahibsiz heyvanlara kömək edir, onlara yemək, su verməkdən də xüsusi zövq alır. Cəmil milli adət ənənələrimizə çox bağlıdır. O, milli rəqslərimizi peşəkarcasına öyrənməyə çalışır. Bu yolda ona Tural müəllimi böyük köməklik göstərir. Cəmil Uğur məktəbəqədər təhsil mərkəzinin şagirdidir. Onun ən sevimli fənni məntiq fənnidir. Asudə vaxtlarında cizgi filminə baxmağı, rəqs etməyi sevir. Əldə etdiyi nəaliyyətlərə görə öncə valideynlərinə, daha sonra müəllimlərinə borclu olduğunu bildirir. Cəmilin ən böyük arzusu həkim olmaqdır. O, həkim olub xəstələrə şəfa vermək, vətəninə, millətinə yararlı bir vətəndaş olmaq istəyir.

23 января 2016 г.

Sorokina Darya Romanovna

Sorokina Darya Romanovna 29 noyabr 2002-ci ilə Bakı şəhərində dünyaya gəlib. Uşaqlığında ağıllı və olduqca aktiv olan Dərya bir çox sahələrə maraq göstərirdi. Marağını çəkən hər şeylə bağlı suallar verirdi. Nağıllara qulaq asmağı, cizgi filmlərinə baxmağı, rəsm çəkməyi, təbiət qoynunda olmağı, əyləncəli oyunları, rəqs və idman etməyi çox sevirdi. Məktəbə getməmişdən öncə ABVQDK məktəbəqədər hazırlıq kursunda sadə biliklərə yiyələnmişdir. Spartak idman cəmiyyətində müxtəlif idman növləri ilə tanış olmuş, gimnastika ilə məşğul olmağa başlamışdır. İlk təhsilinə isə Bakı şəhəri, Nərimanov rayon 193 saylı orta məktəbdə başlamışdır və hazırda da orada təhsilini davam etdirir. Dərslərində çox fəal, nizam-intizamlı şagirddir. Ən sevimli fənni isə xarici dildir. Asudə vaxtlarında italyan dilini öyrənir. Məktəbdə keçirilən bütün bayram şənliklərində, tədbirlərdə, mərasimlərdə, bədii gimnastika üzrə keçirilən yarışlarda fəal iştirak edir. 2013-cü ildən bədii gimnastika üzrə Milli komandanın üzvüdür və həmin ildən etibarən Milli gimnastika arenasında məşq edir. Arenanı o, ikinci evi hesab edir, çünki gününün  demək olar ki, böyük hissəsini burada keçirir. Hazırda Dəryanin idman üzrə dərəcəsi idman ustalığına namizəddir. Dərya hesab edir ki, onun həyatının ən uğurlu günü 2015-ci ilin may ayında Belarusiyanın Minsk şəhərində keçirilən Avropa çempionatında çıxış etdiyi gündür. Orada o, birlikdə qatıldığı 4 iştirakçı qızla birgə 4-cü yeri qazanmışdır. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü Əlizadə Nurlana, Nərimanova Natalya və Əliyeva Kristina  məşqçi-xanımlara borclu bilən Dərya onların əziyyətini yüksək qiymətləndirir. Bundan başqa, məşqçiləri Qaratova Lalə, Bəkirova Vəfa, Marianna Vasilyevnanın da rolu Dəryanın qazandığı nailiyyətlərdə danılmazdır. Onların qayğısı və tələbkarlığı sayəsində Dərya öz üzərində daha çox çalışaraq indiki səviyyəyə gəlib çatmışdır.
Azərbaycan Bədii Gimnastika Federasiyasının gimnastika üzrə bütün yarışları televiziyada işıqlandırılır. Minsk şəhərində keçirilən yarışdakı qələbəsindən sonra Dərya Sorokina ATV və İdman Azərbaycan kanallarında yayımlanan verilişlərdə iştirak etmişdir. Bundan əlavə, AGF internet saytında Milli komandanın hər bir üzvü haaqında məlumatlar yerləşdirilmişdir. Dərya gələcəkdə Marina Duninda kimi gimnast olmağı arzulayır. Bu arzusu Dəryaya həm də imkan verəcək ki, o, Olimpiya çempionu olsun və bununla da Azərbaycanın bayrağını yüksəklərə qaldırsın. Hazırda bütün fəaliyyətini bu məqsəd uğrunda istiqamətləndirən Dərya öz arzusuna çatmaqda iddialıdır. 

21 января 2016 г.

Əliyev Rüstəm Mikayıl oğlu

Əliyev Rüstəm Mikayıl oğlu 7 sentyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Rüstəm körpəlikdən ağıllı, cəld, çalışqan uşaq olub. Rəsm çəkmək, rəqs etmək sevimli məşğuliyyətlari olmuşdur. Hələ məktəbə getməmişdən öncə bağça müəllimələri tərəfindən yazmağı ve oxumağı öyrenmişdi. Rüstəm bağçada keçirilen kiçik tədbirlərdə, səhnəciklərdə iştirak edərək rəqsə daha da çox marağı artmışdı.
H.Hüseyin adına 83nömrəli məktəbin 4c sinifdə təhsil alır. Bütün dersliklərinə eyni maraqla yanaşmasına baxmayaraq ən sevimliləri arasında riyaziyyat və həyat bilgisi fənnləridir. Məktəbin qabaqcıl sagirlərindən biri kimi tədbirlərdə, gül bayramlarında fəal iştirak edib.
Rüstəmin ən uğurlu günü 2012-ci il Bakı şəhəri İcra hakimiyyətinin başcısı Hacıbala Abutalıbov tərəfindən verilmiş tərifnaməni aldığı gündür. Rəqslə bağlı İctimai kanalın 10 illiyinə həsr edilmiş gecədə, ATV kanalında, ANS tele kanallında bayramlarla elaqədər cıxışlarda fəal içtirak etmişdi. Rüstəm Türkiyədə 23Nisan çoçuklar şənliyində Azərbaycanın milli rəqslərini təmsil edərək 1ci yeri tutmuşdu. 2012ci ildə daha bir festivalda 1ci yere layiq görülmüşdü. Bu festival 2012-ci il İdman ili çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "rayon məktəbə qədər tərbiyə" müəssisəsində uşaqlar arasında "cırtdan bədii əyləncəli idman festivalında" keçirilmisdi.
Aktyor olmağı, pilləcə yüksəlməyi arzu edən Rüstəm, Heydər Əliyev haqqında çəkilən kinoda rol aldığına görə özünü çox şanslı hiss edir. İstəyi, bu kinonun çox böyük mükafata layiq görülməsi ve özünün olduğu rolun çox bəyənilməsidir.
Rüstəm əldə etdiyi uğur ve naliyyətlərə görə özünü müəllimlərinə, anasına, atasına borclu olduğunu bildirir. Bu sahədə qazandığl uğurlarla birlikdə gələcəkdə zabit olmaq arzusundadır. Bizdə ona hər bir arzusuna çatmasını, heyatını gözəl və rəngarəng keçirməsini daha böyük naliyyətlərə yiyələnməsin arzulayırıq.

6 января 2016 г.

Bayramova Vüsalə Mustafa qızı

Bayramova Vüsalə Mustafa qızı 29 sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir. Hələ körpə yaşlarından sakit, öz dünyası olan bir uşaq olmuşdur Vüsalə. Rəsm çəkər, heyvanlar aləminə olan marağını kağız üzərində çəkdiyi rəsmlərdən bilmək olardı. Hazırda Bakı şəhər Nərimanov rayonu 82 saylı tam orta məktəbdə oxuyur. Dərsə başladığı ilk vaxtlardan yenə də rəsm dərslərində öz baracığını göstərmişdir. Mərziyə müəllimənin sevimli şagirdlərindən biridir Vüsalə. Həm tərbiyəsi, həm  dərsə olan marağı, həm də çəkdiyi rəsmlərlə müəllimlərinin gözündə ucalmağı bacarmışdır.  2013-cü il iyun ayının 1-də təşkil olunmuş sərgidə o, öz çəkdiyi rəsmlərə görə diplomla təltif olunmuşdur. Vüsalənin əsil məqsədi də bu uğurlarını davam etdirmək, rəsm çəkmə qabiliyyətini inkişaf etdirərək Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun ardınca isə ölkənin tanınmış rəssamları sırasına öz adını yazaraq beynəlxalq sərgilərdə iştirak etmək Vüsalənin qarşısında duran əsas vəzifədir. Uğur səninlə olsun!