elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 августа 2018 г.

Mirzəzadə Qəndab Mehralı qızı


2010-cu il 20 mart tarixində Mirzəyevlər ailəsində bayram bayrama qarışdı. Mirzəzadə Qəndab Mehralı qızı Xırdalan şəhərində dünyaya gözlərini açdı. Ailənin ilk övladı Qəndabın dünyaya gəlişi onlar üçün əsl Novruz hədiyyəsi oldu. Uşaqlıqdan çox aktiv olsa da, həm də sözəbaxan və mehriban bir qız  idi. Ətrafdakı hər şeyə maraq göstərirdi. 2014-cü ildən Xırdalan şəhər 24 saylı ”Göyərçin” uşaq  bağçasına gedib. Elə yazıb-oxumağı da orada olan tərbiyəçisi Pikə xanımın səyi nəticəsində öyrənib. 
Təhsilə Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə başlamışdır.  Hal-hazırda  isə məktəbin 3c sinfində təhsilini davam etdrir. Dərslərində əlaçıdır. Bu isə anası Esmira xanımın və müəllimləri  xüsusilə isə Lalə xanımın zəhmətinin nəticəsidir. Bütün dərsləri çox sevir. Lakin Azərbaycan dili və ingilis dilini xüsusi maraq göstərir.  Elə buna görə də böyüyəndə jurnalist olmaq istəyir. Qəndab hər zaman çalışqan biri olduğu üçün bir neçə tərifnaməsidə var. Uşaq bağçasında olan təlimi müvəffəqiyyətlə başa vurduğu üçün tərifnamə ilə təltif olunmuşdu. 2017/2018-ci tədris ilində, təlimdə qazandığı müvəffəqiyyətə və nümunəvi davranışına görə tərifnamə qazanmışdır. Həmçinin ingilis dilini yeni bir sistem olan Jolly Phonics sistemi ilə öyrənmiş və müvəffəqiyyətlə baş vurduğu üçün sertifikat əldə etmişdir. 
İncəsənət sahəsinə də marağı olduqca böyükdür. Rəqslə, gimnastika ilə məşğul olur. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. Xırdalan şəhər Mədəniyyət evində bir sıra tədbirlərdə müxtəlif rəqs nömrələri ilə çıxış edib. Həmçinin1 iyun Uşaqların Müdafiəsi günündə  İTV-də rəqs nömrəsi ilə çıxış edib.
Bu gündən sonra da dərslərinə səylə çalışacağına inanır. Gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olub tələbə adı qazanmaq arzusundadır.   Bu cür savadlı, tərbiyəli və cəmiyyətimizə faydalı övlad böyütdükləri üçün  Qəndabın valideynlərinə  öz minnətdarlığımızı bildiririk. İstedadlı müsahibimiz Qəndaba isə gələcək həyatında uğurlar arzu edirik. Yolun açıq olsun, səsin hər zaman zirvələrdən gəlsin!

İmanov Sənan Salman oğlu

İmanov Sənan Salman oğlu 30 iyul 2008-ci ildə Sabirabad rayonu Qalağayın kəndində anadan olub. Sənan körpəlikdə ağıllı, sakit, sözə baxan və təmkinli uşaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə öyrənib. O, artıq 1-ci sinfə gedərkən, bütün proqramı əzbərdən bilirdi. Sənan lap kiçik yaşlarından kitab oxumağı, mütaliyə etməyi sevib. O, ən çox da ədəbiyyat ilə maraqlanır.  9 yaşından etibarən şeir yazmağa başlayıb. İmanov Sənan Yasamal rayonu 158 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin ən qabaqcıl şagirdlərindən biridir. O,tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənni Azərbaycan dilidir. Məktəblərində keçirilən bütün tədbir və bayram  şənliklərinin fəal iştirakçısıdır. O, burada “İlan”, “Keçəl”, “Uşaq”və s. rolların öhdəsindən məharətlə gələrək, bütün bacarığını tədbir iştirakçılarına nümayiş etdirib. Həyatında yadda qalan və ən maraqlı günü doğum günü olduğunu hesab edir. O, bu günə qədər bir çox fəxri fərmanlarla, təşəkkürnamələrlə və diplomlarla  təltif olunub.  Sənan əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı babasına oxşamaq istəyir. Onun ən böyük hədəfi tanınmış şair olmaqdır. Sənanın uşaqlıqdan bu günə kimi arzusunda olduğu bir peşə var. Bu şərfli polis işçisi olmaqdır. O, işi vicdanla yerinə yetirən polis olub, qayda-qanunsuzluqları aradan qaldırmaq istəyir. Sənan gələcəkdə incəsənət sahəsində özünü sınamaq istəsə, bu komedik aktyorluq sahəsi  olardı. O, ali məktəbə yüksək balla daxil olub, bilik və bacarıqlarını daha da təkminləşdirib Vətəninə layiqli şəxsiyyət olaraq yetişmək istəyir.
                                             İnsanlar
Müxtəlif cür olurlar,
Bütün insanlar
Biri paxıl
Biri yardımsevər
*
Yardımsevər olarsa
Allahda sevər onları
Paxıl olarsa
Allahda sevməz onları.
                          Dostluq
Gözəl dostluğu var
Azərbaycan, Türkiyə
Gözəl mehribanlığı var
Azərbaycan, Türkiyə.
 *
Eyni xalq
Azərbaycan, Türkiyə
Eyni millət
Azərbaycan,Türkiyə
*
Böyük əraziləri var
Azərbaycan, Türkiyə
Böyük şəhərləri var,
Azərbaycan, Türkiyə.
                            Şəhidlər
Vətən uğrunda,
Canından keçdi Şəhidlər
Öz yuvasından
Ölümə getdi şəhidlər.
*
Qorxu mülkünü
Dağıdıb sökdü şəhidlər.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi Şəhidlər.

24 августа 2018 г.

İsmayılzadə Zeynəb Zamin qızı

İsmayılzadə Zeynəb Zamin qızı 29 yanvar 2010-cu ildə Bakı şəhərində anadan olub. Zeynəb körpəlikdə ağlağan, nadinc, çox aktiv və  hər şey ilə maraqlanan uşaq olub. Ətraf mühitdə baş verən hadisələr onun hər zaman diqqətini çəkib. Zeynəb məktəbə gedənə qədər rəqəmləri, hərfləri yazmağı-oxumağı 300 saylı tam orta məktəbdə çalışan Zərifə müəllimin köməkliyi ilə öyrənib.  Riyazi hesabat işlərini aparmağı isə böyük bacısı tərəfindən öyrənib. İsmayılzadə Zeynəb Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbdə təhsil alır. O, sinif əlaçısıdır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Zeynəbin ən sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. Məktəblərində təşkil olunmuş bir çox tədbir və bayram şənliklərinin aktiv üzvüdür. O, Əlifba bayramında və Yol hərəkəti qaydalarına həsr olunmuş tədbirlərdə şeir söyləyərək uğurlu çıxışlar edib. Zeynəb 1-ci sinfi əlaçılıqla bitirib və bu səbəbdən diplom ilə təltif olunub. O, əldə etdiyi uğurlara, nailiyyətlərə görə özünü valideynlərinə və Məhəbbət müəllimə borclu bilir. Fəaliyyətindən dolayı anasına oxşamaq istəyir. Zeynəb gələcəkdə savadlı, peşəkar diş həkimi olamağı qarşısına məqsəd qoyub. O, bacısından diş həkimləri ilə bağlı eşitdiyi məlumatların nəticəsi olaraq bu peşəyə sahib olmağı qərarlaşdırıb. Asudə vaxtlarında dərs oxumağı, yaşıdları ilə həyətdə oynamağı və velosiped sürməyi xoşlayır. Zeynəbin gələcək planları orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə ən yüksək balla daxil olub, savadlı həkim olaraq Vətəninə xidmət etməkdir.

İsmayılzadə Əli Zamin oğlu

İsmayılzadə Əli Zamin oğlu 28 iyul 2011-ci ildə Bakı şəhərində anadan olub. Əli körpəlikdə sakit, ağıllı, təmkinli və sözə qulaq asan uşaq olub. Oyuncaq maşınlar və topla oynamaq onun ən sevimli məşğuliyyətləri idi. Məktəbə gedənə gedər yazmağı-oxumağı, hesablamağı Həcər müəllim tərəfindən öyrənib.  İsmayılzadə Əli Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və informatikadır. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərində fəal iştirak edib. Beləki o, Əlifba bayramında Tülkü” obrazını böyük məharət ilə bayram iştirakçılarına nümayiş etdirib. Eyni zamanda  Novruz bayramına  həsr olunmuş tədbirdə  şeir söyləyib. Onun həyatında ən maraqlı və yadda qalan günü məktəbə ilk qədəm qoyub, sinif rəhbəri Məhəbbət müəllimi gördüyü gündür. Əli birinci sinfi əlaçılıqla bitirdiyi üçün diplomla təltif olunub. O, bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə Məhəbbət müəlliminə borclu olduğunu bildirir. Gələcək hədəflərindən biri də polis peşəsinə sahib olmaqdır. Bu həvəs onda televizorda polislərin nümayişini izlədikdən sonra yaranıb. Əli işini vicdanla yerinə yetirən, şərəfli polis işçisi olmağı hədəfləyib.  Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Asudə vaxtlarında riyazi testlər həll etməyi, həmyaşıdları ilə oynamağı və ailəsi ilə zaman keçirməyi sevir. Əli rəsm çəkməyi çox sevir. O, canlandırdığı rəsm əsərlərində daha çox ailə mövzusuna üstünlük verir. Əli bilik, bacarıqlarını təkminləşdirib, Vətəninə və ailəsinə layiqli övlad olmaq istəyir.

20 августа 2018 г.

Balayev Fərhad Xeybər oğlu



Balayev Fərhad Xeybər oğlu 11.09.2010- ci ildə Bakı şəhərində anadan olub.  Fərhad körpəlikdə sakit, təmkinli və anasına bağlı uşaq olub. Futbol oynamağa böyük fəvəsi var. Asudə vaxtlarında idmanla məşğul olmağa üstünlük verir. O, məktəbə gedənə qədər yazmağı, oxumağı bacarırdı.  Bu işdə ona anası böyük köməklik edib. Fərhadın 5 yaşından futbola qarşı marağı yaranıb. Atasının futbol azərkeşi olması Fərhadda bu sahəyə maraq oyadıb. Balayev Fərhad Zığ qəsəbəsi Qəhrəman Qəhrəmanov adına 65 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin seçilən şagirdlərindən biridir. O, dərslərini yaxşı qiymətlərlə oxuyur. Ən sevdiyi fənn isə riyaziyyatdır. Məktəblərində keçirilən bütün tədbir, bayram şənliklərinin fəal iştirakçısıdır. O, burada “Dədə Qorqud”,” Şaxta Baba” obrazlarını böyük məharətlə tədbir iştirakçılarına nümayiş etdirib. Eyni zamanda aparıcıqda edib. Onun məktəblərində şair Baba Vəziroğlu ilə görüşü olmuşdur. Həyatında yaşadığı maraqlı günləri çox olub. Onlardan biri də Zəfər İdman Klubunun təşkil etdiyi Yunan Roma güləşi üzrə iştirak edərək 26 kq çəki dərəcəsində bacarıq göstərərək birinci yerə layiq görülüb, diplom ilə təltif olunmasıdır. Fərhad əldə etdiyi uğur və nailiyyətlərə görə müəllimlərinə və anasına borclu olduğunu bildirir. O, gələcəkdə özünü diplomat olaraq görür. Bu fikrə beş yaşından düşüb. Səbəb isə televizorda təsadüfən gördüyü diplomatlardır.  Asudə vaxtlarında mütaliyə etməyi sevir. Şeir yazmağa böyük həvəsi var. O, Vətəninə və ailəsinə layiqli övlad olmaq istəyir. Tarixin yaddaşında yaşamaq üçün futbol tarixində ən gözəl qola imza atmağı qarşısına məqsəd qoyub. Fərhadın istedadı ilə bağlı İcmal qəzetinin “Ailəsinin Sevinci” adlı  bölümdə məqaləsi yer alıb.

3 августа 2018 г.

Niftaliyev Rəvan Surxay oğlu


 
Niftaliyev Rəvan Surxay oğlu  31 yanvar  2004-cü ildə  Bakı şəhərində dünyaya gözlərini açıb. Gülərüz, səmim, sakit və mehriban uşaq olub. İstedadlı uşaq olması hər zaman ətrafdakıların  diqqətini çəkib. Xoşladığı məşğuliyyət badminton idman növü olub. Bundan başqa futbolla maraqlanıb.
Məktəbə qədər dövrdə hazırlıq kursuna getmişdir. Orada olan müəllimi tərəfindən yazıb-oxumağı öyrənmişdi. İdamana olan marağı 10 yaşında yaranıb. Dostları onda badmintonla məşğul olmaq həvəsini yaradıb.
Təhsilə  Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə başlamışdır.  Hal-hazırda Xətai rayonu İlqar Cəfərov adına 260 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Azərbaycan dili və tarix fənlərini xoşlayır.
Keçirilən bayram və tədbirlərdə  yaxından iştirak edir.  Məktəbdə olan “Yeni il” şənliklərində,”Novruz” bayramı şənliyində,  “20 Yanvar faciəsi ilə bağlı tədbirlərdə çıxış etmişdir. Şeirlər söyləmiş, müxtəlif rollarda çıxış etmişdir.  Həyatının ən uğurlu və maraqlı günü isə bu ilin idmançısı seçildiyi gündür.  Bundan başqa o bir çox yarışlarda iştirak etmişdir. 82 diplom əldə etmiş və fəxri fərmanla təltif olunmuşdur.
Əldə etdikləri uğur və nailiyyətlərə görə müəllimlərinə və valideynlərinə özünü borclu bilir.  Oxşamaq istədiyim insan yoxdur, o öz dəsti xəttinin yaratmaq istəyir.
Avropa çempionu olmaq ən böyük arzularındandır.
Asudə vaxtlarında maraqlı kino filmlərə və  futbol oyunlarına baxır.  Həmçinin yoldaşları ilə birgə  futbol oynamağıda çox sevir.
Hələ gələcək planları barədə qərar verməmsədə, vətənimizə layiqili övlad olmaq istəyir.
Tarixdə iz qoymaq üçün daha səylə çalışmalı, öz
üzərimdə daha çox işləməli olduğunu bildirir. İstedadlı müsahibimiz olan  Rəvana yolun hər zaman işıqlı və aydın, uğurların daim olsun olsun deyirik.
 nin hər zaman zirvələrdən gəlsin!