elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 марта 2015 г.

Ağazadə Vüsalə Mürvət qızı

Ağazadə Vüsalə Mürvət qızı 18 avqust 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. I sinfə Bakı şəhərində Nərimanov rayonundakı 193 saylı orta məktəbinə qədəm qoymuş, V sinifdən başlayaraq 291 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. Hazırda həmin məktəbin X sinfində təhsil alır.
Vüsalə körpəlikdən çox ağıllı bir uşaq olub. Məktəbə qədər uşaq bağçasındakı müəllimlərinin və valideynlərinin köməyi ilə artıq yazıb-oxumağı bacarırdı.
Valideynlərinin dediyinə görə bağçaya gedən dövrdə özü üçün bir jurnal hazırlayıb, yoldaşlarının adını həmin jurnala qeyd etmişdi. Hər gün xəyalında yaşıdlarından dərsi soruşur və onlara öz jurnalında qiymət yazırdı. Bu jurnal əhvalatı xeyli müddət davam etdi.
Vüsalə 291 saylı məktəbin fəal və vətənpərvər şagirdlərindən biridir. Məktəbin "20 Yanvar" tədbirlərində fəal iştirak edir. Məqsədi "Qanlı yanvar" hadisəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların qəhrəmanlığını dünyaya yaymaq və gənclərdə vətənə olan bağlılığını aşılamaqdır.
2011-ci ildə Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə biologiyadan keçirilmiş "Açıq dərs"də fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur.
Uşaqlıqda müəllim olmaq istəyən Vüsalə hazırda iqtisadçı olmaq arzusundadır. Onun fikrincə - "Güclü iqtisadiyyatı olan ölkə basılmaz".
Asudə vaxtlarında müasir texnologiyalar vasitəsilə dostları ilə əlaqə yaradır.
Vüsalə bədii istedadım olsaydı rəssamlığı seçərdim deyir. O, öz fırçası  ilə sülhü tərənnüm edəcəyini bildirir.
Əldə etdiyi bütün uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu olduğunu söyləyir.
Arzuları, istəkləri böyük olan Vüsaləyə biz də uğurlar diləyirik. İnanırıq ki, o, Azərbaycanın iqtisadi və mədəni həyatında uğurlu bir mövqe tutan vətəndaş olacaq.

30 марта 2015 г.

Namiq Rəfail oğlu Əhmədov

 
Gənc istedadlarımızdan biri də Namiq Rəfail oğlu Əhmədovdur. Valideynləri deyir ki, Namiq körpəlikdə çox diqqətcil uşaq olmuşdur. O, müxtəlif fiqurları böyük maraqla yığır, tikinti alətləri ilə məişət əşyaları düzəldirdi. Ən çox hərbi texnikaya aid oyuncaqlarla oynamağı sevir, hərbi paltarlar geyinməyə maraq göstərirdi.
O, məktəbə gedənə qədər yazıb-oxumağı baxçada öyrənmiş və fərdi müəllim vasitəsilə rus dilini öyrənmişdir. Namiq 143 saylı orta məktəbin XI sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur, müəllimlərinin, valideynlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənlər riyaziyyat, kimya və fizikadır. IV sinifdən cüdoya maraq göstərib, bu idman növünə marağının yaranmasında vaxtilə cüdoyla məşğul olan atasının böyük rolu olmuşdur.
Namiq üçün ən maraqlı gün Moskva-Smolensk tədbirinə iki həftəlik istirahətə getdiyi və orada müxtəlif muzeyləri, tarixi abidələri gəzdiyi gündür. Namiq yarışda qələbə qazandığı günü ən uğurlu gün hesab edir.
Əldə etdiyi uğurlarına görə birinci növbədə onun idmana olan marağını müsbət qarşılayan valideynlərinə sonra isə uğur qazanmasında böyük rol oynayan məşqçisinə borclu olduğunu düşünür. O, asudə vaxtlarında şahmat, nərd, domino oynamağı, yumorlu kinolara baxmağı və futbol oynamağı çox sevir.
Onun əsas məqsədi universitetə daxil olub mühəndis olmaq və idmana davam etməkdir. Əsas istedadlarından biri də güclü yumor hissinin olması, daim deyib -gülən olmasıdır. İstedadı ilə bağlı KVN-ə dəvət edilmişdir.
İdmanla bağlı Türkiyədə Namiq haqqında məlumat və qəzetdə şəkilləri verilmişdir. Azərbaycanda da jurnalda şəkilləri və haqqında məlumat yazılmışdır.

Arzuları, məqsədi böyük olan Namiqə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik... 

Cavanşir Nail oğlu Əliyev


Cavanşir Nail oğlu Əliyev 2 sentyabr 2000-ci ildə Bakı şəhərində doğulmuşdur. 207 saylı tam orta məktəbin IX sinfində təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Sevimli fənləri Azərbaycan dili, riyaziyyat, fizikadır.
Körpəlikdə bir az dəcəl uşaq olub. Rəsm çəkməyi, müxtəlif cür oyuncaq maşın modellərini toplamağı xoşlayırdı.
Məktəbə getməmisdən öncə anasının və bağçadakı müəllimlərin köməyi ilə yazıb oxumağı bacarırdı.
Uşaqlıqdan onda aktyorluq bacarığı inkişaf etmişdir. Məktəbin bayram tədbirlərində fəal iştirak edir. M. F. Axundzadənin "Dərviş Parisi partladır"tamaşasında "Müsyo Jordan" rolunda çıxış etmişdir.
Fəal şagird olduğuna görə IV sinifdə olarkən fəxri fərmanla təltif olunmuşdur. Bundan başqa məktəbdə keçirilən uşaq hüquqları dərslərində fəal iştirakına görə ombudsman elçisi olduğu üçün sertifikat almışdır.
Cavanşir asudə vaxtlarında şəkil çəkməyi, mahnıya qulaq asmağı, velosiped sürməyi, kompyuter oyunları oynamağı, dostları ilə vaxt keçirməyi çox xoşlayır.
Gələcək planları-məktəbi əla qiymətlərlə bitirmək, ali məktəbə daxil olub, neft üzrə mühəndis olmaq istəyir.
O, əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə borcludur.

Arzusu, məqsədi böyük olan Cavanşirə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Quliyeva Jalə Çingiz qızı

Odlar yurdunun istedadlı övladlarından biri də Quliyeva Jalə Çingiz qızıdır. O, 18 avqust 2003-cü ildə Bakı şəhərində dün­yaya göz açıb. Körpəlikdə çox sakit, mülayim və təmkinli uşaq olub. Ən çox xoşladığı oyun­cağı gəlincik olub. Özünü aparmağı ilə digər uşaqlardan seçilirdi. O, məktəbə getməmişdən əv­vəl yazıb-oxumağı 2 yaşın­dan getdiyi uşaq bağ­çasın­da öyrənmişdi. Jalə bağ­çaya çox həvəsə gedirdi.
Jalə orta təhsilə ilk qə­dəm­lərini Nizami rayo­nun­dakı 214 saylı tam orta məktəbdə atmışdır. Məktəbdə dərs­lərini əla oxuyan Jalənin ən sevimli fənləri tarix, ədə­biy­yat və coğrafiyadır. Əla oxu­maqla bərabər mək­təbin ic­ti­mai işlərində də aktiv işti­rak edir.
Sinif rəhbəri Məryəm Rəh­mətova: “Jalə sevimli şagird­lə­rim­dəndir. Şagirdə lazım olan bütün keyfiyyətlər bu qızda cəmlənib. Bu keyfiyyətləri ilə o həm sinif yoldaşlarının, həm də müəllim kollektivinin rəğbətini qazanıb. Dərslərinə hər zaman yüksək səviyyədə hazır olur, eyni zamanda məktəbin ictimai həyatında da fəal iştirak edir. Keçirdiyimiz tədbirlərdə daim baş rolların ifaçısı olur.”
Jalə hazırda orta təhsilini Nərimanov rayonundakı 82 №-li tam orta məktəbdə davam etdirir. Orta təhsildən əlavə Jalə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano sinfində təhsil alıb. Orada öncə Cəmilə Mustafinanın sinfində təhsil alıb. Cəmilə xanım da onun fəaliyyətindən, musiqi duyumundan, istedadından ağızdo­lusu danışdı. Jalə hazırda musiqi təhsilini Dilarə Manafovanın sinfində davam etdirir. Dilarə xanımın da onun musiqi istedadının daha da artırılmasında, mükəmməlləşməsində əvəzolunmaz rolu var.
Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ilk növbədə vali­deynlərinə borclu hiss edir.
Asudə vaxtlarında kitab oxumaqla məşğul olur.
Ona bu yolda uğurlar diləyirik.

29 марта 2015 г.

Fəridə İlham qızı Xanızadə

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Fəridə İlham qızı Xanızadədir. O, 31 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun adı “Çalıquşu” filmindən götürülüb, babası filmdəki Fəridənin mərd, namuslu qız olduğuna görə adını Fəridə qoyub, adının mənası isə ağ mirvaridir. O, körpəlikdə oyuncaq maşınlarla, tapançalarla oynamağı çox sevib. Məktəbə gedənə qədər ona yazıb-oxumağı anası öyrədib. 
Fəridə Binəqədi rayonundakı 100 saylı orta məktəbdə I sinfə daxil olub, III sinifdən 143 saylı məktəbdə təhsilini davam etdirib. Məktəbdə oxuyarkən dərslərini çox yaxşı oxuyub. IX sinifdə isə yüksək balla Bakı Sənaye Pedaqoji Kollecinə daxil olub. Bakı Sənaye Pedaqoji Kollecində də dərslərini çox yaxsı oxuyub.
Ən çox sevdiyi fiziki tərbiyə və G.Ç.Q.H fakültəsində təhsil alıb.
O, beş yaşından idmanla məşğul olmağa başlayıb, bir çox idman növlərində özünü yoxlayıb. Karate, boks,  güləş kimi idman növlərində bir çox nailiyyətlər qazanmışdır. Yarışlarda dəfələrlə I yeri tutub. Əldə etdiyi uğurlarına görə anasına borclu olduğunu düşünür. Təhsil illərində o demək olar ki, bütün bilik və idman yarışlarında fəal iştirak etmişdir. Fəridənin üzv olduğu komanda 3 dəfə respublika çempionu, bir dəfə Sabunçu rayonu üzrə I yer, iki dəfə IX və X Respublika Spartakiadasında fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
O, 2012-ci ildə qırmızı diplomla Bakı Sənaye Pedaqoji Kollecindən məzun olmuşdur. Hazırda isə Qobustan qəsəbəsindəki 321 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir.
Fəridə ailələdir, iki övladı var.
Ən böyük arzusu polis olmaq və ya Fövqəladə Hallar Nazirliyində  işləməkdir. O, xoşbəxtliyi ailəsiylə,  övladlarıyla sakit, arzuladığı kimi yaşamaqda görür.

Asudə vaxtlarında idmanla məşğul olmağı, ailəsiylə dəniz kənarında gəzməyi, musiqi dinləməyi, maşın sürməyi çox sevir. Arzuları, məqsədi böyük olan Fəridəyə biz də uğur, müvəffəqiyyətlər diləyirik.