elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 июня 2015 г.

İradə Zaur qızı Rəfiyeva

Qəhrəmanımız valideynlərinin ilk övladı olmaqla yanaşı həm ata, həm ana tərəfdən nənə-babasının ilk nəvəsidir. Hər iki tərəfin ilk nəvəsi olan İradədən adının mənasını soruşduqda özünəməxsus təbəssümlə belə cavab verdi: Həm nənəmin adı olduğuna görə, həm də görünür valideynlərim böyüyəndə mənim iradəli olmağımı arzu etdiklərinə görə məhz bu adı veriblər.
İradə Zaur qızı Rəfiyeva 6 noyabr 2005-ci ildə Min­gəçevir şəhərində dünyaya gəlib. I sinfə İlqar Kişiyev adına 17 saylı tam orta məktəbdə gedib. Hazırda İsmət Qayıbov adına 10 saylı tam orta məktəbin IV sinfində təhsilini davam etdirir. Dərs əlaçısıdır.
İradə uşaqlıqda özünə­məxsus xüsusiyyətləri ilə yoldaşlarından seçilib. Şəkil çəkməyi və müəyyən əşyalar düzəltməyi hələ kiçik yaşlarından sevib. Sevə-sevə çəkdiyi rəsmlər əsasən təbiət təsvirlərini və mənzərələri əhatə edir. Bu da təsadüfi deyil ki İradəyə verilən - Təbiət hadisəsi olsaydın özünü nəyə bənzədərdin? -  sualına belə cavab verdi: - Göy qurşağına. Onun rənglərə olan sevgisi verdiyi ca­vab­da da aşıq-aşkar özünü göstərdi. Hərdən kiçik qardaşı Mu­rad dəcəllik edəndə İradə qardaşının üz cizgilərini rəsmə çevi­rib, sonra qardaşına əsəbi və gərgin olarkən necə pis görün­düyünü göstərməyə çalışır. İradənin bu özəlliyi valideynlərinin marağına səbəb olur.
Yazıb-oxumağı hələ məktəbəqədər tərbiyə müəssisəsindəki, uşaq bağçasındakı müəllimlərindən öyrənən İradə artıq mək­təbə gedəndə yazmağı, oxumağı və müəyyən həddə qədər hesab əməllərini yerinə yetirməyi bacarırdı. 
Ən çox sevdiyi fənlər təsviri incəsənət, texnologiya və riya­ziyyatdır. İradənin valideynləri, xüsusilə də atası Zaur bəy onun boş zamanlarını daha səmərəli keçirməsi, övladının hərtərəfli inkişaf etməsi üçün əlindən gələn hər şeyi edir. Qızını rəqs dərnəyinə və ingilis dili məşğələlərinə aparır. 
Vaxtaşırı sınaq imta­han­larında iştirak edən İradə sınaqlardan yüksək bal toplamasına baxma­ya­raq, səhvləri üzərində işlə­yərək, növbəti sınaqlarda daha yaxşı nailiyyət əldə etməyə çalışır.
Qəhrəmanımızın sinif rəhbəri Nərminə Əliyeva­nın onun barədə düşüncə­lərini öyrənmək istədik. O sevimli şagirdi barədə bun­ları dedi: “ - İradə I sinfi digər məktəbdə oxusa da II sinifdən mənim rəhbərlik etdiyim sinfə gələndə intel­lekti, erudisiyası, dünyagörüşünün genişliyi sayəsində yeni mü­hitə tez uyğunlaşdı. Hətta sinfin öncül şagird­lərindən birinə çevrilməyi bacardı. İradə həmyaşıdlarından bir çox müsbət keyfiyyətləri ilə seçildiyi üçün uğur qazanması təbiidir. O çox məsuliyyətli bir uşaqdır. Dərsə hər zaman hazırlıqlı olur. İstər təhsillə, istərsə də ictimai işlərlə bağlı ona tapşırılan işlərin öhdə­sindən bacarıla gəlir.”
İradə böyüyəndə tərcüməçi olmaq istəyir. Ən böyük arzusu xarici ölkələri gəzə bilməkdir balaca İradənin. 
Biz də öz növ­bəmizdə İradəyə bütün arzularına çatmağı, vali­deyn­lərinin etimadını doğrultmağı və savadlı bir tərcüməçi ola­raq Azərbaycanın maraqlarını gedəcəyi xarici dövlətlərdə şərəflə qorumağı arzu edirik. 
Həyatın göy qurşağı kimi əlvan rənglərlə bəzənsin, İradə!

24 июня 2015 г.

Nigar Qədir qızı Qədirova

 
 
 
Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Nigar Qədir qızı Qədirovadır. Nigar 1 mart 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Nigar körpəlikdə çox sakit, ağıllı, öz aləmində oynayan, gülən, ətraf aləmlə işi olmayan bir uşaq olub. Nigar dörd-beş yaşlarında rəngli karandaşlarla rəsm çəkməyi və rəngləməyi çox xoşlayırdı. Ən sevdiyi məşğuliyyəti isə ev işlərində anasına kömək etməsi idi.
Nigar məktəbə gedənə qədər yazıb-oxumağı çox yaxşı bilirdi. Qardaşı ilə rəqabət aparır, onun oxuduğu kitabları ondan tez oxuyub qurtarmağa çalışırdı. Qardaşı böyük olduğu üçün yazıb-oxumağa həvəs ondan yaranmışdır. Bacarıqlı Nigar hələ 5 yaşında hərfləri tanıyır, yazıb-oxumağa başlamışdır. Gimnastikaya, rəsmə marağı olan balaca Nigarımız dərnəklərə gedir və özünün bu sahələrdə də çox yaxşı qabiliyyəti olduğunu göstərirdi.
Nigar I sinfə Bakı Slavyan Universiteti Məktəb-Lisey kompleksində gedib. Hazırda da təhsilini həmin məktəbdə davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur, ən sevdiyi fənlər riyaziyyat və xarici dillərdir. Nigar məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, aparıcı olmaqla bərabər müxtəlif rollarda çıxış edir. O, sinfi bitirərkən diplomlar aldığı günü ən uğurlu gün hesab edir. Nigar bir çox diplomlarla təltif edilib. Belə ki;
08.12.2013-cü ildə “Zəfər” kursunda birinci yer tutduğuna görə tərifnamə
30 may 2014-cü ildə dərs ilini əla qiymətlərlə bitirdiyi üçün tərifnamə
27 may 2015-ci ildə dərs ilini əla qiymətlərlə bitirdiyi üçün tərifnamə
Nigar əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
Bu yolda ona dayaq olan, zəhmətini çəkən ikinci müəllimi Süsənbər müəllimə oxşamaq istəyir.
Nigar fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə qalxmaq arzusundadır. O, gələcəkdə savadlı, dürüst və vicdanlı bir hüquqşünas olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, rəsmlər çəkir. Rəssamlıqla məşğul olduğu üçün çəkdiyi şəkillərdə qəhrəmanların obrazına, təbiət mənzərələrinə üstünlük verir.
Nigar gələcəkdə əla qiymətlərlə oxumağı, ictimai işlərdə fəal iştirak etməyi, öz qabiliyyəti, zəhməti ilə uğurlar qazanmağı planlaşdırır. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün vətənini layiqincə təmsil edib, onların hüquqlarını müdafiə etməli və necə gözəl vətəni olduğunu tarixin səhifələrinə qızıl hərflərlə yazdırmaq niyyətindədir.

Arzusu, məqsədi böyük olan Nigara biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

23 июня 2015 г.

Salahov Cavid Eldar oğlu

Salahov Cavid Eldar oğlu 2006-ci ildə sentyabrın 12-də Sumqayıt şəhərində anadan olmuşdur. Cavid korpəlikdə çox aktiv və dəcəl uşaqidi. Hər bir şeylə maraqlanir və öyrənmək üçün xeyli suallar verirdi. Avtomobilləri çox sevir və bütün avtomobil markalarini əzbər bilirdi. Cavid məntiqli oyunlar və konstruktorlarla oynamaği çox sevirdi.
Dəcəlliyinə baxmayaraq o çox ağilli və dərrakəli uşaqdır. Məktəbə gedenə qədər yazib oxumaği bacarirdi. Hətta birinci sinifin ingilis dili materiallarinı bilir və nəntiqi məsələləri çətinlik çəkmədən həll edirdi. Təhsili ilə anası gündəlik məşğul olur.
Cavid Baki şəhəri Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil alır. Dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər riyaziyyat Azərbaycan, rus və ingilis dilləri təsviri incəsənət və texnologiyadır.
Həyatda ən uğurlu günü ilk dəfə əlaçı olduğu günü hesab edir. O hər zaman oz biliyinin artırılması istiqamətində çalışır və “Pillə” hazırlıq kursunun keçirdiyi imtahanlarda daim yüksək nəticələrə nail olub. O əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu bilir.
Cavid bədii ədəbiyyati çox sevir. Və ara sıra şeir yazır. Şəkil çəkməyə həvəslidir. Daha çox qəhrəmanlıq və dostluq mövzularına müraciət edir.
Cavid hər zaman öz yaşıdlarından ağlı və qabilliyəti ilə fərqlənir. Təhsilli və ziyalı ailədə dünyaya göz açması, valideynləri tərəfindən təhsil və tərbiyəsinə xüsusi diqqət verilməsi Cavidin ümumi dünyagörüşünün formalaşmasinda mühüm əhəmiyyət kəsb etmişdir. O təyyarə, gəmi, ekskavator və bu qəbildən olan mühəndis modelləşdirilməsi istiqamətində daha çox meyllidir.
Cavid gələcəkdə hansi peşə seçəcəyi ilə bağli yekun qərar verməmişdir lakin bu istiqamətim iqtisadi və texniki sahə olacağıni dəqiqləşdirmişdir.
Cavid asudə vaxtalarinda musuqiyə qulaq asmağı kitab oxumağı velosiped sürməyi və idmanla məşğul olmağı çox sevir. Deyilənlərlə yanaşı “Lego” tipli konstruktorlar vasitəsilə müxtəlif modellər hazirlamağa həvəslidir. O əvvəllər rəqs dərnəyinə getmiş hazırda isə rus dili və üzgüçülüklə məşğuldur.

Cavid məktəbi qizil medalla bitirmək və ali məktəbə daxil olmaq onun gələcək planlarıdır. Məqsədi vətəni üçün layiqli övlad və vətandaş kimi formalaşmaqdır. O müstəqil respublikamizin daha da inkişafına və dünya birliyində tanidilmasi öz layiqli töhfəsini verməklə tarixin yaddaşinda qalmaq və Azərbaycan tarixində yeni parlaq səhifələrin yazilmasinda iştirak etmək arzusundadır. 

22 июня 2015 г.

Bədəlli Aliyə Namiq qızı

Bədəlli Aliyə Namiq qızı 17 iyul 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sakit təbiətli, qaraqabaq, oyuncaqlarla, usaqlarla oynamagı sevməyən, özlüyündə televizora baxan uşaq olub. Marağı velosiped sürmək, şəkilli kitablara baxmaq olub.
Aliyə məktəbə gedənə qədər yazıb-oxumağı bilməsə də şeir və nağılları yaxşı bilirdi. İstedadi ilə bağlı həvəs genetik həvəsdir. İlk təhsili H. Quliyev adına kənd məktəbində almışdır. Hazırda isə Bakı şəhəri Binəqədi rayon Sulutəpə qəsəbəsindəki 313 saylı tam orta məktəbdə oxuyur.
Dərslərini əla oxuyur, ən sevdiyi fənlər isə riyaziyyat, ingilis dili və fizikadir. Aliyə istedadli şagird həmçinin oz üzərində işləməyi sevir. O bir çox tədbirlərdə iştirak edib. Xocalı soyqırımı, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa kimi tədbirlərdə şeir söyləməklə iştirak edib.
Aliyə bildirir ki, həyatında ən uğurlu günü diplom aldığı, ən xoşbəxt olduğu gün isə Azərbaycan dili fənnindən olimpiadada I yerə çıxmaq xəbərini eşitdiyi gündür.
O 22 yanvar 2015-ci ildə “20 yanvar faciəsi xalqımızın qəhrəmanliq səlnaməsidir” inşa müsabiqəsində III, 2015-ci ilin mayında “Heydər Əliyev və müstəqil Azərbaycan” inşa musabiqəsinin rayon turunda, şəhər turunda isə III yeri tutub. 29 may 2015-ci ildə təhsildə fərqləndiyinə görə diplomla təltif olunub.
Aliyə əldə etdiyi uğurlara görə nənəsinə və valideynlərinə borclu olduğunu söylədi.
O, riyaziyyat muəlliminə oxşamaq və gələcəkdə riyaziyyat muəlllimi olmaq istəyir. 3 ildir k, bu fikrə düşüb. Bu fikrə gəlməsinin əsas səbəbi riyaziyyata marağı digər fənlərə nisbətdə çox olmasıdır.
Aliyə asudə vaxtlarında riyaziyyatdan çətin testlər həll edir, məntiqlə məşğul olur və bədii əsər oxuyur. Sevdiyi yazarlar Bəxtiyar Vahabzadə, Mayn Rid, Hüseyn Cavid, Mirzə İbrahimov, Çingiz Aytmatov, Lev Tolstoy, Məmməd Səid Ordubadi, əsərlər isə “Başsız atlı”, “Balaca şahzadə”, “Qılınc və qələm”, “Azad hekayəsi”, “Qraf Monte Kristo”, “Ana dramı”, “Sonuncu mogikan”, “Talesiz insanlar” və. s
Aliyə gələcəkdə uniiversitetdə dərs demək istəyir.
Yaxınlarına yararlı övlad olmaq, kimsəsiz insanlara gücü çatan qədər yardım etmək və təhsil almaq imkanı olmayan uşaqlara cəmiyyət üçün yararlı şəxsiyyət yetişmələrində dəstək olmaq qəhrəmanımızın ən ümdə arsularındandır.


Asiman Eldar oğlu İsazadə

Gənc istedadlarımızdan biri də Asiman Eldar oğlu İsazadədir. Asiman 6 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. O, uşaqlıqdan ağıllı və ətrafındaklarda maraq oyadan uşaq olub. Uşaq vaxtı rəsmlə və təbiətə aid kitablarla maraqlanıb. Eyni zamanda da rəqslə məşğul olub. Asiman məktəbə gedənə qədər yazı-oxumağı bacarırdı. Bunu ona anası öyrətmişdi. Ona görə də rəsm çəkmək qabiliyyəti var. Rəssamların çəkdikləri əsərlərə və onların həyatı ilə yaxından maraqlanır. Bunlardan Səttar Bəhlulzadəyə xüsusi marağı var. Təsadüfi deyil ki, Əmircan qəsəbəsindəki görkəmli rəssam S. Bəhlulzadə adına Mədəniyyət Sarayında S. Bəhlulzadənin rəsm gecəsində iştirak etmişdir.
Asiman görkəmli rəssam barədə daha çox məlumat toplamaq və əsərləri ilə tanış olmaq istəyir. Asiman 2011-ci ildən təhsil almağa başlamışdır. Hazırda 226 saylı məktəbin nümunəvi şahirdlərindən biridir. Onun ən çox sevdiyi fənlər ana dili, riyaziyyat, təsviri incəsənətdir. Məktəbi əla qiymətlərlə bitirib ali məktəbdə təhsil almaq polis yaxud da xüsusi xidmət orqanlarında çalışmaq istəyir. Asimanın idealı ümumilli liderimiz, Ulu Öndər Heydər Əliyevdir. O, H. Əliyevə oxşamaq, xalqımızı və dövlətimizi dünya arenasında yüksəklərə qaldıra biləcək bir şəxsiyyət olmaq istəyir. Ona arzularını reallaşdırmaqda uğurlar arzulayırıq.