elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 февраля 2015 г.

Həbibə Səyavuş qızı Xanlarlı

Vətənimizin istedadlı övladlarından biri də Həbibə Səyavuş qızı Xanlarlıdır. O, 13 mart 2006-cı ildə Bakının Hövsan qəsəbəsində anadan olmuşdur.
Həbibə körpəlikdə dəcəl diribaş uşaq olub. Həmişə hər şeyin yaxşısını istəyib. Həbibə məktəbə getməzdən əvvəl uşaq bağçasında tərbiyə alıb. Burada o, yazıb-oxumağı öyrənmişdir.
Hazırda Hövsan qəsəbəsindəki Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə təhsil alır. Bütün fənləri yaxşı oxuyan Həbibənin ən çox sevdiyi fənlər ana dili, ingilis dili və rəsmdir. Dərslərini yaxşı oxumaqla yanaşı o ictimai işlərdə də aktiv olması ilə seçilir. Təşkil olunan tədbirlərdə şeirlər söyləyir.
Həbibənin ən çox sevdiyi məşğuliyyət rəsm çəkməkdir. Çəkdiyi rəsmləri öz otağından asır. O, gələcəkdə rəssam olmaq istəyir. Belə ki, anası da rəssam olduğundan ona oxşamaq istəyir. Həbibə çəkdiyi şəkillərdən ibarət sərginin olmasını arzulayır.
O, çox çalışaraq nailiyyətin ən uca zirvəsini fəth etmək niyyətindədir.
Həbibəyə bu yolda bol-bol uğurlar arzulayırıq.

26 февраля 2015 г.

Selcan Səyavuş qızı Xanlarlı

Gənc istedadlarımızdan biri də Selcan Səyavuş qızı Xanlarlıdır. O, 27 iyul 2007-ci il tarixində Bakının Hövsan qəsəbəsində anadan olmuşdur.
Selcan körpəlikdə çox sakit, sözəbaxan uşaq olub. Şəkil çəkməyi və plastinlə işləməyi xoşlayır. Təsadüfi deyil ki evin ayrıca bir hissəsində onun plastinlə düzəltdiyi əl işləri vardır. Selcan məktəbə gedənə qədər artıq yazıb-oxumağı bacarırdı. Bunu o, bağçada öyrənmişdi. Hazırda Hövsan qəsəbəsindəki Vaqif Mirzəliyev adına 281 saylı məktəbin əlaçı şagirdlərindəndir. O, bütün fənləri eyni məsuliyyətlə oxuyur. Bunların içərisində riyaziyyat, informatika, texnologiya və musiqi fənlərini daha çox sevir.
Selcan məktəbin ictimai işlərində, tədbirlərdə də aktiv iştirak edir. O, yüksək intonasiyaya malik olduğu üçün belə tədbirlərdə şeirlər söyləyir. Selcanın həyatında ən yaddaqalan günlər məktəbdə və sirkdə şeir deməsi olub. Qazandığı uğurlarına görə valideynlərinə və Lətafət müəllimə minnətdar olduğunu bildirir.
Selcan orta təhsili əla qiymətlərlə başa vurub ali məktəbə daxil olmaq, həkim peşəsinə yiyələnmək, baş alıb gedən xəstəliklərin qarşısını almaq və insanlara şəfa vermək istəyir. O, heç vaxt təslim olmamaq devizi ilə irəliyə getmək və daha çox nailiyyətlər əldə etmək əzmindədir.
Ona müvəffəqiyyətlər arzulayırıq.

Gələcəyin ədalət keşikçisi

Sahib körpəlikdən sakit və təmkinli uşaq olmuşdur. Kiçik yaşlarından avtomobillər və polislərin iş fəaliyyəti onda maraq yaratmışdır. Məhz bu səbəbdən də uşaqliqdan kompyüter oyunlarina və uşaq atraksionundaki maşınlarla, atçılıq atraksionları ilə daim maraqlanmışdır.
Sahib Mürşüd oğlu Məmmədov 2 noyabr 2001-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuşdur. İlk təhsil almağa 115 saylı orta məktəbində başlamış və hazırda da bu məktəbin VII sinfində oxuyur.
Sahib hələ məktəbə qədəm qoymamış oxumaği və yazmağı tam şəkildə öyrənmişdir. Bu bilikləri ona anası və yaxın qohumlarının öyrətməsinə baxmayaraq, məktəbəqədər yaş dövründə ona aşılanan bilikləri mənimsəməsi onun daxili istedadindan, oxumağa olan həvəsindən xəbər verirdi.
Vətənimizin gələcək inkişafında mühüm addımlar ata biləcək övladlardan olan Sahibin istedadi kompyuter və avtomobil texnologiyaları, vətəndaş hüquqları ilə bağlıdır. Qeyd etdiyimiz bu sahələr üzrə yaşının az olmasına baxmayaraq öz zəhməti hesabına,öz üzərində çalışmaqla böyük biliklər əldə etmişdir. Sahibin bu sahədə marağının yaranmasının iki ən böyük səbəbi vardır. Biri qardaşı,digəri isə xalqı...
Qardaşı müstəntiq işlədiyinə görə bu sahədə onda maraq formalaşmışdır və gələcəkdə öz xalqına, dövlətinə xeyir verə biləcək bir övlad olmağı bütün qəlbi ilə arzulayır. Onun polis və ya hüquqşünas olmaq istəyi də ilk növbədə Vətəninə, xalqına olan sevgisindən irəli gəlir.
Sinfin ən fəal şagirdlərindən olan Sahib dərslərinə çox məsuliyyətlə yanaşır. Olduqca çalışqandır. Tarix, coğrafiya, ədəbiyyat onun ən çox sevdiyi fənlərdir. Tarixi, coğrafiyanı sevməsi yasının az  olmasına baxmayaraq öz vətəninin tarixi keçmişinə, bu gününə, coğrafi mövqeyinə olan marağını əks elətdirir. Sahib məktəb və sinif rəhbərliyi tərəfindən keçirilən tədbirlərdə daima iştirak edir. Həmçinin 115 saylı məktəbdə keçirilən yarışlarda və olimpiadalarda iştirak etmişdir. Müxtəlif sahələrdə özünü inkişaf elətdirən Sahib həmçinin III-V siniflərdə məktəb üzrə keçirilən futbol yarışlarında sinifləri ilə birgə birinci yeri tutmuşdur.
Vətənini, xalqını səvən, xalqına layiq oğul olmağı istəyən istedadlı Sahib balamız bütün əldə etdiyi nailiyyətlərə görə özünə və valideynlərinə borclu olduğunu söyləyir.Beləki, valideynləri və böyük qardaşi ona hər bir işdə birinci olmaği öyrətmişlər. O hemişə hər bir işdə birinci olmaği qarşisina məqsəd qoymuşdur.
Sahib özü haqqinda məlumatlari da olduqca maraqlıdır. O, özü haqqında aşağidakı məlumatları vermişdir:Mən polis olmaq istəyirəm.Qardaşım müstəntiq olduğuna görə bu senete mende uşaqliqdan maraq yaranmışdır.Mən öz istəyimlə vətəndaşların hüququnu qorumaq, cinayətkarlara qarşı mübarizə aparmaq istəyirəm.
Asudə vaxtlarımda kitab oxuyuram,kompyuterdə yeni xəbərlərlə maraqlanıram, futbola azarkeşlik edirəm,eyni zamanda avtosportla da maraqlanıram.

Gələcəkdə məktəbi bitirib polis akademiyasına və ya BDU-nin hüquq fakültəsinə qəbul olunub daima vətəndaşların hüquqlarını, azadlıqlarını müdafiə edib cinayətkarlığa qarşı mübarizə aparmaq istəyirəm.Mənim ən böyük istəyim tarixin keşiyində duran bir şəxs kimi yaddaşlarda qalmaqdir...

Elçin Rafael oğlu Zalıyev

Azərbaycan daim seçilən insanları ilə məşhur olmuşdur. Belə gənc istedadlarımızdan biri də Elçin Rafael oğlu Zalıyevdir. Elçin 3 avqust 2002-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Elçin körpəlikdən cox aktiv uşaq olub. Bir yaşında həm danışır, həm də sərbəst qaçırdı. O, oyuncaqlarla oynamağı sevmirdi, kiminsə onunla söhbət etməsini, nələrisə öyrətməsini cox xoşlayırdı. Elçin məktəbə gedənə qədər yazıb-oxumağı valideynlərinin köməyi ilə öyrənib. 102 saylı məktəbin VII sinfində təhsil alan Elçin dərslərini əla qiymətlərlə oxuyur, heç bir məşğələlərə getmədən dərslərinə özü evdə hazırlaşır. Onun ən sevdiyi fənlər riyaziyyat, ədəbiyyat, ingilis dili və informatikadır. Elçin sinfin hazırladığı tədbirlərdə fəal iştirak edir, sinifdə hazırlanan səhnələrin ikisində ailənin başcısı - qoca rolunu oynayıb.
Asudə vaxtlarında o, kitablar oxuyur, kompyuterdə maraqlı nələrisə duzəldir və oyunlar oynuyur. Elçin məktəbə getdiyi günü və ibtidai sinfi bitirdikdə müəllimin ona diplomu təqdim etdiyi günü ən uğurlu gün hesab edir. Əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə borclu olduğunu düşünür. O, dayısına oxşamaq, onun kimi böyük uğurlar qazanmaq istəyir. Elçinin fikrincə insan çatacağı zirvə ilə kifayətlənməməlidir, ondan da yüksəklərə qalxmaq üçün daim çalışmalıdır. O, gələcəkdə savadlı bir rejissor olmaq istəyir, əsas məqsədi məktəbi müvəffəqiyyətlə bitirib yüksək balla universitetə daxil olmaqdır. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün vətənin uğrunda nələrsə etməlisən. Arzuları, məqsədi böyük olan Elçinə biz də uğur və müvəffəqiyyətlər diləyirik...

Ayşən Maarif qızı Musayeva

XXI əsrin uşaqları öz dünyagörüşü ilə əvvəlki nəsillərdən fərqlənir. Belə gənclərimizdən biri də Ayşən Maarif qızı Musayevadır. Ayşən 2 fevral 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Ayşən körpəlikdə çox sakit diqqətli qeyri-adi bir uşaq olub. O uşaq yaşlarından rəqs mahnı və idmana maraq göstərirmiş mahnı oxuyur musiqiyə uyğun rəqs edir və çətin idman hərəkətləri edirmiş. Ayşəndə məktəbə başlamazdan əvvəl yazıb-oxumaq həvəsi yaranmışdır. Onda yazıb-oxumaq həvəsinin yaranmasında dayısı qızı Mahruqun böyük rolu olmuşdur. Onda rəsmə olan maraq hələ ibtidai siniflərdə oxuyanda bacısı rəsm çəkərkən yaranıb, dərs olmasa belə öz-özünə şəkillər çəkməyə başlayıb.
Ayşən M.X.Axundzadə adına 102 saylı orta məktəbin şagirdidir. Dərslərini yaxşı oxuyur test imtahanlarında müəllimlərini qane edəcək ballar toplayır. Ayşən bir neçə tədbir və yarışlarda iştirak edib və öz əl işlərini nümayiş elətdirib. Ayşən 2007-ci ildə Abşeron Rəsm Qaleriyası və Avropa Komissiyasının dəstəyi ilə keçirilən müsabiqədə fəxri fərman-şehadətnamə aldığı, 2007-ci ildə BMTQAK Abşeron Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunan müsabiqədə istirak etdiyi günü və 2010-2011-ci ildə məktəbdaxili yarışda fəxri fərmanla III yerin qalibi olduğu günü ən uğurlu günlər hesab edir. Ayşən uğurlarına görə Rəssamlıq Akademiyasının müəllim Gülarə Orucovaya borclu olduğunu hesab edir. O, Səttar Bəhlulzadə Toğrul Nərimanbəyov və Maral Rəhmanova kimi rəssamlara oxşamaq, “Monaliza” kimi məşhur əsərlərin müəllifləri kimi yüksəlmək istəyir.

Ayşən boş vaxtlarında kitab oxumağı seir və türk mahnılarını dinləməyi cox sevir. Onun ən böyük arzusu öz rəsmlərini ölkəmizdə xaricdə nümayiş etdirməkdironun fikrincə tarixdə qalmaq üçün bənzərsiz əsərlər yaratmalıdır. Arzuları böyük olan Ayşənə biz də uğur müvəffəqiyyətlər arzu edirik...