elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 июня 2012 г.

İmamverdiyev Nizami Nazim oğlu

Qəhrəmanımızın adı böyük Azərbaycan şairi, filosofu Nizami Gəncəviyə olan böyük hörmətdən, onun da Şeyx Nizami kimi böyük bir mütəfəkkir olması istəyindən doğub.
Nizami körpəlikdən həmişə yazıb-oxumağa, şəkil çəkməyə böyük maraq göstərib. Valideynləri onun boya ilə çəkdiyi şəkilləri hələ də saxlayırlar. Texniki oyuncaqlarla oynamağı sevirdi. Onları sökür və yenidən yığırdı.
Məktəbə gedənə qədər Nizami artıq yazıb-oxumağı, saymağı bilirdi. Nizami uşaqlıqdan təbiəti çox sevir. Ona görə də hələ uşaqlıqdan tətillər başlayan kimi Tovuz rayonunun Sarıtala kəndinə, baba və nənələrinin yanına gedərdi. O tələbəlikdə də təbiət qoynuna getməkdən əl çəkmirdi. Həmişə tələbə yoldaşlarını səfərbər edib Azərbaycanın dilbər guşələrinə gəzməyə gedərdilər.
Nizami Nazim oğlu İmamverdiyev 1986-cı il iyunun 25-də Bakı şəhərində anadan olub. 1993-cu ildən 2000-ci ilə kimi Xətai rayonundakı 95 saylı orta məktəbdə təhsil alıb. Sonra təhsilini Nizami rayonundakı 289 saylı “Zəngi” liseyində davam etdirib. 2004-cü ildə 603 balla BDU-nun iqtisadi nəzəriyyə ixtisasina qəbul olub. Universitetdə təhsil aldığı muddətdə Polşa, Macarıstan və Gürcüstanda kecirilən treyninqlərdə iştirak edib və sertifikatlara layiq görulüb. Bundan əlavə 2008-ci ilin yanvar ayindan iyun ayina qədər AEGEE-Bakı Avropa tələbələr forumu təşkilatında idarə heyətinin üzvü və xəzinədar vəzifəsində işləyib. 2008-ci ildə BP və Dünya Bankı tərəfindən maliyələşdirilən Tbilisidəki Beynəlxalq İqtisadi Məktəbin (İSET) iqtisadiyyat ixtisasi üzrə magistraturasına qəbul olub. 2009-cu ilin yayında Dünya Bankinin Azərbaycan ofisində təcrubə keçib. Magistraturada təhsil aldığı muddətdə Beynəlxalq İqtisadi Məktəbin və USAİD-nin təqaüdlərinə layiq görülüb. 2010-cu ildə Kanadanın Kalqari ve İngiltərənin Reding Universitetlərinə qəbul olub. Lakin təqaüd ala bilmədiyi üçün təhsilini 1 illik dondurub. 2010-cu ilin dekabr ayından EMBAWOOD-Gürcüstan mebel şirkətində təchizatçı vəzifəsində çalışır.
Nizami: “ - İqtisadiyyat ixtisasına marağım orta məktəbdən yaranıb. Liseydə iqtisadi nəzəriyyə fənnindən ingilis dilindən tərcümə olunan kitablar məndə iqtisadiyyata böyük maraq oyatdı.
Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Ən çox marağım riyaziyyat, ingilis, iqtisadi nəzəriyyə və coğrafiya fənlərinə olub. Orta məktəbdə oxuyarkən ictimai işlərdə həmişə fəal olmuşam. 2000-ci ildə rus dilində tərtib etdiyim divar qəzeti lisey üzrə I yerə layiq görülmüşdü. 2001-ci ildə Azərbaycandakı palçıq vulkanları haqqında yazdığım referat Nizami rayonu üzrə I yeri tutmuşdu. 2002-ci ildə riyaziyyat olimpiadasının şəhər turunda II yeri tutmuşam.
Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmişəm. Ən çox marağım makroiqtisadiyyat, mikroiqtisadiyyat ve beynəlxalq ticarət dərslərinə olub.
Həyatımda ən maraqlı gün Beynəlxalq İqtisadi Məktəbə qəbul olduğum gündür. Cunki bakalavr pilləsində təhsil aldığım dövrdə ingilis dilində iqtisadiyyat ixtisası üzrə təhsil almağı arzulamişam və bu arzum reallaşdı.
Sevdiyim ixtisasa yiyələnməkdə ilk novbədə valideynlərimə, daha sonra muəllimlərimə borcluyam. Onların dəstək və qayğısı nəticəsində iqtisadiyyat ixtisası üzrə yuksək səviyyəli təhsil almışam.
Liseydə riyaziyyat müəllimim Arif müəllimə, coğrafiya müəllimim Həsən müəllimə, qəbul imtahanına hazırlaşdıqda mənə dərin köməklik göstərən ingilis dili müəllimimə borcluyam.
Arzum Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlarda işləməkdi.
Asudə vaxtlarımda kitab oxumaq, maraqlı məlumatlar toplamaq, gəzinti və üzgüçülüklə məşğul oluram.
2010-cu ildə telebe.az saytina fəaliyyətim barədə müsahibə vermişəm”.
e-mail: inizami_5878@yahoo.com

Комментариев нет:

Отправить комментарий